Ardnf haqqinda



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə32/53
tarix17.09.2018
ölçüsü2,31 Mb.
#69061
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

illik HesAbAt 2017

101

100


nozlaşdırmaq  nisbətən  mürəkkəb  olduğuna  görə  rəhbərliyin 

iqtisadi mühitlə bağlı cari proqnozları və təxminləri faktiki nə-

ticələrdən fərqli ola bilər.

3. ƏSAS uçOT SİYASƏTLƏRİNİN QISA xüLASƏSİ

maliyyə  hesabatlarının  tərtibatının  əsasları.  hazırkı  konsolida-

siya edilmiş maliyyə hesabatları maliyyə alətlərinin ilkin olaraq 

ədalətli dəyərlə tanınması, əmlak və avadanlıqların, investisiya 

mülkiyyətinin, qızıl külçələrin və mənfəət və ya zərərdə əks olu-

nan  ədalətli  dəyərlə  hesablanmış  maliyyə  alətlərinin  yenidən 

qiymətləndirilməsi istisna olmaqla, mhbs-ə uyğun olaraq ilkin 

dəyər  metoduna  əsasən  hazırlanmışdır.  qeyd  olunan  konsoli-

dasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasında istifadə 

edilən  əsas  uçot  siyasətləri  aşağıda  göstərilir.  həmin  uçot  si-

yasətləri başqa cür göstərilmədiyi hallarda bütün dövrlərə mü-

vafiq şəkildə tətbiq edilmişdir.

maliyyə hesabatlarının mhbs-ə uyğun olaraq hazırlanması bəzi 

əhəmiyyətli  uçot  təxminlərinin  istifadəsini  tələb  edir.  bundan 

əlavə,  Fond  uçot  siyasətini  tətbiq  edərkən  rəhbərlik  öz  müla-

hizələrini irəli sürməlidir. Daha yüksək mülahizə tələb edən və 

ya mürəkkəb olan sahələr, həmçinin konsolidasiya edilmiş ma-

liyyə  hesabatlarının  hazırlanması  üçün  ehtimal  və  təxminlərin 

əhəmiyyətli olduğu sahələr 4-cü qeyddə açıqlanır.

Fond konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesaba-

tını qısamüddətli və uzunmüddətli aktiv və öhdəlikləri ayırmaq-

la təqdim edir. maliyyə vəziyyəti haqqında hesabatın tarixindən 

(qısamüddətli)  sonrakı  12  ay  ərzində  və  ya  maliyyə  vəziyyəti 

haqqında  hesabatın  tarixindən  sonra  12  aydan  çox  müddət 

(uzunmüddətli)  ərzində  əvəzləşdiriləcək  və  ödəniləcək  məb-

ləğlərin təhlili göstərilir.



Konsolidasiya  edilmiş  maliyyə  hesabatları.  törəmə  müəs-

sisələrə  Fondun  nəzarət  etdiyi  strukturlaşdırılmış  müəssisələr 

kimi investisiya olunan müəssisələr daxildir. belə ki, Fond (i) in-

vestisiya olunan müəssisələrin gəlirlərinə əhəmiyyətli dərəcədə 

təsir göstərən fəaliyyətin əhəmiyyətli hissəsini idarə etməyə im-

kan verən səlahiyyətlərə malik olur (ii) investisiya olunan müəs-

sisələrdə iştirakından yaranan dəyişən gəlirlər ilə əlaqədar risk-

lərə məruz qalır və ya belə gəlirləri əldə etmək hüququna malik 

olur  və  (iii)  investorun  gəlirlərinə  təsir  göstərmək  məqsədilə 

investisiya olunan müəssisələrin üzərində öz səlahiyyətlərindən 

istifadə  etmək  imkanına  malik  olur.  Fondun  digər  müəssisə 

üzərində  səlahiyyətlərini  müəyyən  edərkən  əsaslı  hüquqların 

mövcudluğu və təsiri, o cümlədən potensial səsvermə hüquq-

ları nəzərə alınır. hüquq o halda əsaslı olur ki, belə hüquq sahibi 

investisiya olunan müəssisənin fəaliyyətinin əhəmiyyətli hissəsi 

ilə bağlı qərar qəbul etdiyi zaman belə hüququ praktiki olaraq 

icra etmək imkanına malik olsun. Fond hətta investisiya olunan 

müəssisənin səsvermə hüquqlarının çox hissəsinə malik olma-

dıqda belə, investisiya olunan müəssisə üzərində səlahiyyətlərə 

malik ola bilər. belə hallarda Fond investisiya olunan müəssisə 

üzərində  real  səlahiyyətlərə  malik  olub-olmadığını  müəyyən 

etmək məqsədilə digər səsvermə hüquqlu şəxslərin hüquqla-

rının həcmi və bölüşdürülmə dərəcəsi ilə əlaqədar öz səsvermə 

hüququnun həcmini qiymətləndirməlidir. törəmə müəssisələ-

rin əməliyyatları üzrə nəzarət Fonda keçdiyi tarixdən (alış tarixi) 

belə  müəssisələr  konsolidasiya  edilmiş  maliyyə  hesabatlarına 

daxil edilir və nəzarətin itirildiyi tarixdən konsolidasiya edilmiş 

maliyyə hesabatlarından çıxarılır.

Fond tərəfindən törəmə müəssisələrin alınması alış metodu ilə 

uçota alınır. Alınmış identifikasiya edilə bilən aktivlər və müəs-

sisələrin  birləşməsi  zamanı  qəbul  edilmiş  öhdəliklər  və  şərti 

öhdəliklər  nəzarət  olunmayan  iştirak  payının  həcmindən  asılı 

olmayaraq alış tarixinə ədalətli dəyərdə əks etdirilir.

Fond  mövcud  iştirak  paylarını  əks  etdirən  və  pay  sahibinə 

müəssisənin  likvidasiyası  halında  xalis  aktivlərdə  proporsional 

həcmdə pay əldə etmək hüququ verən nəzarət olunmayan işti-

rak payını hər bir əməliyyat üzrə fərdi qaydada a) ədalətli dəyər-

lə və ya b) əldə edilmiş müəssisənin xalis aktivlərində nəzarət 

olunmayan  iştirak  payına  proporsional  şəkildə  qiymətləndirir. 

mövcud iştirak paylarını əks etdirməyən nəzarət olunmayan iş-

tirak payı ədalətli dəyərlə qiymətləndirilir.

qudvil əldə edilmiş şirkətin xalis aktivlərini əldə edilmiş şirkətə 

görə  ödənilmiş  ümumi  məbləğdən,  əldə  edilmiş  şirkətdəki 

nəzarət  olunmayan  iştirak  payından  və  alış  tarixinə  qədər  ar-

tıq əldə edilmiş şirkətə məxsus olan payın ədalətli dəyərindən 

çıxmaqla  müəyyən  edilir.  mənfi  məbləğ  (“mənfi  qudvil”  və  ya 

“güzəştli alış”) rəhbərliyin əldə edilmiş bütün aktivlərin, eləcə də 

qəbul edilmiş öhdəliklərin və şərti öhdəliklərin müəyyən edildi-

yinin bir daha qiymətləndirməsindən və onların qiymətləndiril-

məsinin düzgünlüyünü təhlil etməsindən sonra mənfəət və ya 

zərərə aid edilir.

əldə  edilmiş  şirkətə  görə  ödənişlər  təqdim  edilmiş  aktivlərin, 

buraxılmış pay alətlərinin və qəbul edilmiş və ya yaranmış öh-

dəliklərin  ədalətli  dəyərində,  o  cümlədən  şərti  ödənişlər  üzrə 

razılaşmalar nəticəsində yaranmış aktiv və öhdəliklərin ədalət-

li  dəyərində  qiymətləndirilir.  bu  zaman  məsləhət  xidmətləri, 

hüquq xidmətləri, qiymətləndirmə  və  analoji peşəkar xidmət-

lərə görə ödənişlər kimi alış xərcləri nəzərə alınmır. pay alətləri-

nin buraxılması zamanı yaranmış əməliyyat xərcləri kapitaldan 

çıxılır;  borc  qiymətli  kağızların  buraxılması  ilə  bağlı  yaranmış 

əməliyyat  xərcləri  onların  balans  dəyərindən  çıxılır  və  alış  ilə 

bağlı bütün digər əməliyyat xərcləri xərcə silinir.

Fond  daxilində  həyata  keçirilən  bütün  əməliyyatlar,  bu  əmə-

liyyatlar  üzrə  qalıqlar  və  realizasiya  olunmamış  gəlirlər  konso-

lidasiya edilmiş maliyyə hesabatlarına daxil edilmir. Realizasiya 

olunmamış  zərərlər  də  dəyərin  bərpa  edilməsi  halları  istisna 

olmaqla,  konsolidasiya  edilmiş  maliyyə  hesabatlarından  çıxa-

rılır. Fond və onun bütün törəmə müəssisələri Fondun siyasə-

tinə uyğun vahid uçot siyasəti tətbiq edir. zərurət yarandıqda, 

törəmə  müəssisələrin  hesabatlarında  əks  etdirilən  məbləğlər 

Fondun uçot siyasətinə uyğunlaşdırılmışdır.

Nəzarət  olunmayan  iştirak  payı  Fondun  birbaşa  və  ya  dolayısı 

ilə sahib olmadığı paya düşən törəmə müəssisənin xalis fəaliy-

yət nəticələrinin və kapitalının bir hissəsini əks etdirir. Nəzarət 

olunmayan iştirak payı Fondun kapitalının ayrıca komponentini 

formalaşdırır.



Nəzarət  olunmayan  iştirak  paylarının  alışı  və  satışı.  Fond 

nəzarət  olunmayan  iştirak  payının  sahibləri  ilə  nəzarətin  itiril-

məsi  ilə  nəticələnməyən  əməliyyatların  uçotu  üçün  kommer-

siya müəssisəsi modelini tətbiq edir. Alışdan əldə olunan vəsait 

ilə əldə edilmiş iştirak payının balans dəyəri arasında hər hansı 

fərq olarsa, bu, birbaşa olaraq kapitalda kapital əməliyyatı kimi 

qeydə alınır. Fond nəzarət olunmayan iştirak payının satışından 

əldə olunan vəsait ilə onun balans dəyəri arasındakı fərqi kapi-

talda dəyişikliklər haqqında hesabatda kapital əməliyyatı kimi 

tanıyır.


Birgə müəssisələr. mhbs 11-ə əsasən birgə müəssisələrə inves-

tisiyalar hər bir investorun müqavilə üzrə hüquq və vəzifələrin-

dən  asılı  olaraq,  birgə  əməliyyatlar  və  birgə  müəssisələr  kimi 

təsnifləşdirilir.  Fond  öz  birgə  fəaliyyətinin  xarakterini  qiymət-

ləndirmiş və onu birgə müəssisələr kateqoriyasına aid etmişdir. 

birgə müəssisələrin fəaliyyəti pay iştirakı üzrə uçot metodu ilə 

tanınır.

pay iştirakı üzrə uçot metoduna əsasən birgə müəssisələrdəki 

iştirak payları əvvəlcə ilkin dəyərdə tanınır və bu məbləğə son-

radan birgə müəssisələrin alışdan sonrakı mənfəətində və zərə-

rində Fondun payını və sair məcmu gəlirdəki dəyişiklikləri tanı-

maq üçün düzəliş edilir. Fondun birgə müəssisələrin zərərində 

payı  onun  həmin  müəssisədəki  iştirak  payına  bərabər  və  ya 

ondan çox olarsa (mahiyyətcə Fondun birgə müəssisələrə xalis 

investisiya qoyuluşlarının bir hissəsini təşkil edən uzunmüddətli 

iştirak payları daxil olmaqla), Fond birgə müəssisələrin adından 

üzərinə öhdəlik götürdüyü və ya ödənişlər etdiyi hallar istisna 

olmaqla, gələcək zərərləri tanımır.

Fond  və  onun  birgə  müəssisələri  arasındakı  əməliyyatlar  üzrə 

realizasiya  olunmamış  gəlirlər  Fondun  birgə  müəssisələrdəki 

payına  proporsional  həcmdə  silinir;  bundan  əlavə,  realizasiya 

olunmamış zərərlər birgə müəssisənin aktivlərinin dəyərsizləş-

məsi nəticəsində yaranmadığı halda silinir. zərurət yarandıqda, 

birgə  müəssisələrin  uçot  siyasəti  Fondun  uçot  siyasətinə  uy-

ğunlaşdırılmışdır.

Törəmə, asılı və birgə müəssisələrin silinməsi. Fond şirkət üzə-

rində  nəzarəti  və  ya  əhəmiyyətli  təsiri  itirdikdə,  müəssisədəki 

hər hansı bölüşdürülməmiş mənfəət nəzarətin itirildiyi tarixdə 

ədalətli dəyərdə yenidən qiymətləndirilir və balans dəyərindəki 

dəyişikliklik  mənfəət  və  ya  zərərdə  tanınır.  ədalətli  dəyər  sax-

lanılan iştirak paylarının əlaqəli müəssisələr, birgə müəssisələr 

və  ya  maliyyə  aktivləri  kimi  sonrakı  uçotu  məqsədilə  istifadə 

edilən ilkin balans dəyəridir. bundan əlavə, həmin müəssisə ilə 

bağlı  əvvəlki  illərdə  sair  məcmu  gəlirlərdə  tanınmış  hər  hansı 

məbləğ Fondun müvafiq aktiv və öhdəliklərini birbaşa satması 

kimi uçota alınır. bu, əvvəlki illərdə sair məcmu gəlirlərdə uçota 

alınmış  məbləğlərin  mənfəət  və  zərərə  yenidən  təsnifləşdiril-

məsidir.

Asılı müəssisələrdəki iştirak payı azalarsa, lakin əhəmiyyətli təsir 

saxlanılarsa,  yalnız  əvvəlki  illərdə  sair  məcmu  gəlirlərdə tanın-

mış  məbləğlər  lazım  olduqda  proporsional  qaydada  mənfəət 

və zərərə yenidən təsnifləşdirilir.

Xarici  valyutanın  çevrilməsi.  Fondun  konsolidasiya  edil-

miş  müəssisələrinin  funksional  valyutası  həmin  müəssisələ-

rin  fəaliyyət  göstərdiyi  əsas  iqtisadi  mühitin  valyutası  hesab 

edilir.  Fondun  funksional  və  təqdimat  valyutası  Azərbaycan 

Respublikasının  milli  valyutası  olan  Azərbaycan  manatıdır 

(“AzN”).  hazırkı  konsolidasiya  edilmiş  maliyyə  hesabatların-

dakı məbləğlər Fondun təqdimat valyutası olan AzN ilə əks 

olunmuşdur.



Əməliyyatlar  və  qalıqlar.

  monetar  aktivlər  və  öhdəliklər  Azər-

baycan  Respublikasının  mərkəzi  bankının  (“mərkəzi  bank”) 

müvafiq hesabat dövrünün sonuna qüvvədə olan rəsmi valyuta 

məzənnəsinə uyğun olaraq hər bir müəssisənin funksional val-

yutasına çevrilir. belə əməliyyatlar üzrə hesablaşmaların həyata 

keçirilməsi və monetar aktiv və öhdəliklərin mərkəzi bankın ilin 

sonuna  müəyyən  etdiyi  rəsmi  məzənnə  ilə  hər  bir  müəssisə-

nin  funksional  valyutasına  çevrilməsi  nəticəsində  yaranan  gə-

lir və zərər mənfəət və ya zərərdə tanınır. ilin sonuna qüvvədə 

olan  məzənnə  ilə  çevrilmə  ilkin  dəyərlə  qiymətləndirilən  qey-

ri-monetar  maddələrə  tətbiq  edilmir.  xarici  valyutada  olan  və 

ədalətli  dəyərlə  qiymətləndirilən  qeyri-monetar  maddələr,  o 

cümlədən pay alətləri ədalətli dəyərin müəyyən edildiyi tarixə 

qüvvədə olan məzənnələrdən istifadə etməklə təqdimat valyu-

tasına çevrilir. məzənnə dəyişikliklərinin xarici valyutada olan və 

ədalətli dəyərlə qiymətləndirilən qeyrimonetar maddələrə təsi-

ri ədalətli dəyərin dəyişməsindən yaranan gəlir və ya zərərin bir 

hissəsi kimi əks etdirilir.

Qrup müəssisələri.

 qrup müəssisələri arasında verilmiş kredit-

lər və yaranan müvafiq məzənnə gəlir və zərərləri konsolidasiya 

zamanı silinir. lakin kredit əməliyyatları fərqli funksional valyu-

talara malik qrup müəssisələri arasında baş verdikdə, məzənnə 

gəliri və ya zərəri tam silinə bilməz və kreditin yaxın gələcəkdə 

ödənilməsi gözlənilmədiyi hallardan başqa, konsolidasiya edil-

miş mənfəət və ya zərərdə tanınır və beləliklə, xarici əməliyyata 

xalis  investisiyanın  bir  hissəsini  təşkil  edir.  bu  halda  məzənnə 

gəliri və ya zərəri sair məcmu gəlirlərdə tanınır.



ARDNF-NİN KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARI


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə