AzərbAycAn respublikAsı
Dövlət neft fonDu
illik HesAbAt 2017
illik HesAbAt 2017
103
102
hər bir qrup müəssisəsinin əməliyyat nəticəsi və maliyyə və-
ziyyəti (bu müəssisələrdən heç birinin funksional valyutası hi-
perinflyasiya iqtisadiyyatlı ölkələrin valyutası deyil) aşağıdakı
şəkildə təqdimat valyutasına çevrilir:
(i)
təqdim edilmiş hər bir maliyyə vəziyyəti haqqında hesabat
üzrə aktiv və öhdəliklər, müvafiq hesabat dövrünün sonunda
qüvvədə olan məzənnə ilə çevrilir;
(ii)
gəlir və xərclər orta məzənnə ilə yenidən qiymətləndirilir
(həmin orta məzənnə əməliyyat tarixinə məzənnələrin məcmu
təsirinə əsaslı şəkildə yaxın olmadığı halda, gəlir və xərclər əmə-
liyyat tarixinə qüvvədə olan məzənnə ilə çevrilir);
(iii)
kapitalın komponentləri ilkin dəyərlə çevrilir; və
(iv)
bütün məzənnə fərqləri sair məcmu gəlirlərdə əks etdirilir.
xarici müəssisə və ya Fondun funksional və təqdimat valyuta-
sından fərqli valyutadan istifadə edən törəmə müəssisə üzərin-
də nəzarət itirildikdə, əvvəlki dövrlərdə sair məcmu gəlirlərdə
tanınmış məzənnə fərqləri silinmədən yaranan gəlir və ya zərə-
rin bir hissəsi kimi il üzrə mənfəət və ya zərərə yenidən təsnif-
ləşdirilir. törəmə müəssisə üzərindəki nəzarəti itirmədən onu
qismən satdıqda, yığılmış məzənnə fərqlərinin müvafiq hissəsi
kapitalda qeyri-nəzarət payına yenidən təsnifləşdirilir.
xarici müəssisənin alınması nəticəsində yaranan qudvil və
ədalətli dəyər üzrə düzəlişlər xarici müəssisənin aktiv və öhdəli-
yi kimi tanınır və ilin sonuna olan məzənnə ilə çevrilir. bu zaman
yaranan məzənnə fərqləri sair məcmu gəlirlərdə tanınır.
31 dekabr 2017-ci il tarixinə xarici valyuta qalıqlarının çevril-
məsində istifadə olunan rəsmi valyuta məzənnələri aşağıdakı
kimi olmuşdur: 1 AbŞ dolları = 1.7001 AzN; 1 Avro = 2.0307 AzN;
100 cənubi koreya vonu = 0.1591 AzN; 1 ingilis funt sterlinqi =
2.2881 AzN; 100 yapon yeni = 1.5079 AzN; 1 Rus rublu = 0.0295
AzN (2016: 1 AbŞ dolları = 1.7707 AzN; 1 Avro = 1.8644 AzN; 100
cənubi koreya vonu = 0.1468 AzN; 1 ingilis funt sterlinqi = 2.1745
AzN; 100 yapon yeni = 1.5168 AzN; 1 Rus rublu = 0.0293 AzN). 31
dekabr 2017-ci il tarixinə gəlir və xərclərin çevrilməsində istifadə
olunan rəsmi orta valyuta məzənnələri aşağıdakı kimi olmuş-
dur: 1 AbŞ dolları = 1.7205 AzN; 1 Avro = 1.9464 AzN; 100 cənubi
koreya vonu = 0.1523 AzN; 1 ingilis funt sterlinqi = 2.2196 AzN; 100
yapon yeni = 1.5347 AzN; 1 Rus rublu = 0.0295 AzN (2016: 1 AbŞ
dolları = 1.5973 AzN; 1 Avro = 1.7659 AzN; 100 cənubi koreya vonu
= 0.1378 AzN; 1 ingilis funt sterlinqi = 2.1565 AzN; 100 yapon yeni
= 1.4728 AzN; 1 Rus rublu = 0.0240 AzN).
İnvestisiya mülkiyyəti. investisiya mülkiyyəti icarə gəlirləri əldə et-
mək və ya gələcəkdə daha yüksək qiymətə satılmaq yaxud hər iki
məqsədlə icarəyə verilmiş və Fondun istifadəsində olmayan mül-
kiyyətdir. investisiya mülkiyyətinə gələcəkdə investisiya mülkiyyəti
kimi istifadə edilmək üçün başa çatdırılmamış tikililər daxildir.
investisiya mülkiyyəti ilkin olaraq əməliyyat xərcləri də daxil ol-
maqla ilkin dəyərdə uçota alınır və sonradan hesabat dövrünün
sonuna mövcud olan bazar şərtlərini əks etdirmək üçün yeni-
dən nəzərdən keçirilmiş ədalətli dəyərlə yenidən qiymətləndiri-
lir. investsiya mülkiyyətinin ədalətli dəyəri adi əməliyyat zamanı
əməliyyat xərcləri çıxılmadan belə mülkiyyətin satışından əldə
ediləcək dəyərdir. ədalətli dəyərin ən yaxşı sübutu eyni məkan-
da yerləşən və analoji vəziyyətdə olan mülkiyyət üçün fəal ba-
zarda mövcud olan qiymətlərdir.
Analoji mülkiyyət üçün fəal bazarda cari qiymətlər mövcud ol-
madıqda Fond müxtəlif mənbələrdən əldə edilmiş məlumatla-
ra əsaslanır, o cümlədən:
(a)
fərqli xarakter, vəziyyət və ya əraziyə malik olan mülkiyyət
üzrə fəal bazardakı cari qiymətlər (həmin fərqlər nəzərə alın-
maqla);
(b)
daha az fəal bazarlarda analoji mülkiyyət üçün eyni qiymət-
lərlə əməliyyatların həyata keçirildiyi tarixdən sonra iqtisadi
şərtlərdəki hər hansı dəyişikliyi əks etdirmək üçün dəyişdirilmiş
son qiymətlər; və
(c)
mövcud lizinq müqavilələri və digər müqavilələrin şərtlə-
rinə uyğun olaraq hesablanmış gələcək nağd pul axınları üzrə
etibarlı təxminlərə əsaslanan və (mümkün olduqda) kənar
mənbələrin məlumatları (məsələn, analoji ərazidə və şəraitdə
yerləşən bənzər kateqoriyadan olan mülkiyyət üçün cari bazar
qiymətləri, eləcə də nağd pul axınlarının məbləği və müddəti
ilə bağlı qeyri-müəyyənlik üzrə cari bazar qiymətləndirmələrini
əks etdirən diskont dərəcələri) ilə təsdiqlənən diskontlaşdırılmış
gələcək nağd pul axınları üzrə proqnozlar.
Fondun investisiya mülkiyyətinin bazar dəyəri bu sahədə tanın-
mış və peşəkar səriştə qazanmış, habelə analoji ərazidə yerləşən
və bənzər kateqoriyadan olan mülkiyyətin qiymətləndirilməsin-
də ən son təcrübəyə malik olan müstəqil qiymətləndiricilərin
tərtib etdikləri hesabatlara əsasən müəyyən edilir.
investisiya mülkiyyəti üzrə qazanılmış icarə gəlirləri il üzrə mən-
fəət və ya zərərdə icarə gəlirləri kimi göstərilir. investisiya mül-
kiyyətinin ədalətli dəyərinin dəyişməsi nəticəsində yaranan gə-
lir və zərər il üzrə mənfəət və ya zərərdə ayrıca əks etdirilir.
mülkiyyət üzrə sonrakı xərclər Fondun həmin xərclər ilə bağlı
gələcəkdə iqtisadi səmərə əldə edəcəyi ehtimalı olduqda və
onun dəyəri etibarlı şəkildə qiymətləndirildikdə aktivin balans
dəyərində kapitallaşdırılır. bütün digər təmir və texniki xidmət
xərcləri çəkildiyi zaman xərcə silinir.
Maliyyə aktivlərinin təsnifləşdirilməsi. maliyyə aktivləri aşa-
ğıdakı kateqoriyalar üzrə təsnifləşdirilir: (a) kreditlər və debitor
borcları; (b) satıla bilən maliyyə aktivləri; (c) ödəniş tarixinədək
saxlanılan maliyyə aktivləri və (d) mənfəət və ya zərər vasitəsilə
ədalətli dəyərlə əks etdirilən maliyyə aktivləri. mənfəət və ya
zərər vasitəsilə ədalətli dəyərlə əks etdirilən maliyyə aktivləri iki
alt-kateqoriyaya bölünür: (i) ilkin tanınma zamanı bu kateqori-
yaya aid edilmiş aktivlər və (ii) ticarət üçün maliyyə aktivləri.
Kreditlər və debitor borcları
Fondun yaxın dövrdə satmaq niy-
yəti olduğu aktivlərdən başqa, müəyyən edilmiş və ya müəyyən
edilə bilən tarixlərdə ödənilmək şərtilə sərbəst surətdə alınıb
satıla bilməyən qeyri-derivativ maliyyə aktivləridir. Fondun kre-
ditləri və debitor borclarına maliyyə vəziyyəti haqqında hesa-
batda götərilən “pul vəsaitləri və onların ekvivalentləri” daxildir.
Ödəniş tarixinədək saxlanılan aktivlərə
Fondun ödəniş ta-
rixinədək saxlamaq niyyəti və imkanı olan, müəyyən edilmiş və
ya müəyyən edilə bilən ödənişlərə və ödəmə müddətinə malik
olan kotirovka edilmiş qeyri-törəmə maliyyə aktivləri daxildir.
Rəhbərlik ödəniş tarixinədək saxlanılan investisiya qiymətli ka-
ğızlarını ilkin tanınma zamanı təsnifləşdirir və bu təsnifləşdir-
mənin uyğunluğunu hər bir hesabat dövrünün sonunda yeni-
dən nəzərdən keçirir.
Ticarət üçün investisiyalar
ticarət üçün qiymətli kağızlar qiymət-
lər və ya ticarət marjasındakı qısamüddətli dəyişikliklərə görə
qazanc əldə etmək məqsədilə alınmış maliyyə aktivləri və yaxud
qısa müddət dövriyyədə olan qiymətli kağızlar portfelinin bir his-
sədir. Fond qiymətli kağızları aldıqdan sonra onları qısa müddət
ərzində (yəni, 3-6 ay ərzində) satmaq niyyətində olarsa, həmin
qiymətli kağızları ticarət üçün investisiyalar kimi təsnifləşdirir.
Fondun ticarət üçün aktivlərinə ‘ticarət qiymətli kağızları daxildir.
Fond ticarət üçün qeyri-derivativ maliyyə aktivini yaxın dövrdə
satmaq məqsədilə saxlamadıqda, həmin aktivi mənfəət və ya
zərər vasitəsilə ədalətli dəyərdə qiymətləndirilən maliyyə aktiv-
ləri kateqoriyasından yenidən təsnifləşdirə bilər. verilmiş kre-
ditlər və debitor borcları kateqoriyasına aid olmayan maliyyə
aktivləri yalnız qeyri-adi xarakter daşıyan və yaxın gələcəkdə
təkrarlanması az ehtimal olunan hadisənin baş verdiyi nadir
hallarda mənfəət və ya zərərdə əks olunan ədalətli dəyərlə he-
sablanmış maliyyə aktivləri kateqoriyasından yenidən təsnifləş-
dirilə bilər. Fond verilmiş kreditlər və debitor borcları anlayışına
cavab verən maliyyə aktivlərini yaxın gələcəkdə və ya ödəniş ta-
rixinədək saxlamaq niyyətində olduqda, həmin aktivlər yenidən
təsnifləşdirilə bilər.
Digər maliyyə alətlərindəki bəzi törəmə alətlər ilə bağlı risklər
və iqtisadi xüsusiyyətlər əsas müqavilədə nəzərdə tutulan risk-
lər və iqtisadi xüsusiyyətlərlə sıx əlaqəli olmadıqda, onlar ayrıca
törəmə alətlər kimi uçota alınır.
Mənfəət və ya zərərdə əks olunan ədalətli dəyərlə hesablan-
mış digər maliyyə aktivlərinə
ilkin tanınma zamanı geri çağı-
rılmayan qaydada bu kateqoriyaya aid edilmiş maliyyə aktivləri
daxildir. Rəhbərlik qiymətli kağızları yalnız aşağıdakı hallarda
bu kateqoriyaya təsnifləşdirir: (a) bu cür təsnifləşdirmə müxtəlif
metodlardan istifadə etməklə aktiv və öhdəliklərin qiymətlən-
dirilməsi və ya müvafiq gəlir və xərclərin tanınmasından yarana
biləcək uçot uyğunsuzluğunu kənarlaşdırarsa və ya əhəmiyyətli
dərəcədə azaldarsa; və ya (b) maliyyə aktivləri, maliyyə öhdə-
likləri qrupu və ya hər ikisinin idarə edilməsi, eləcə də onların
effektivliyinin qiymətləndirilməsi risklərin idarə edilməsi və ya
investisiya strategiyalarına uyğun olaraq ədalətli dəyər prinsi-
pinə əsasən həyata keçirilərsə və bu prinsipə uyğun hazırlanmış
məlumat müntəzəm olaraq Fondun əsas idarəedici heyətinə
təqdim edilərsə və onun tərəfindən təhlil edilərsə. bu kateqori-
yadan olan maliyyə aktivlərinin tanınması və qiymətləndirilmə-
si ticarət üçün investisiyalar ilə bağlı yuxarıdakı uçot siyasətinə
uyğundur.
Ticarət üçün investisiyalar. ticarət üçün investisiyalar ədalətli
dəyərdə qeydə alınır. ticarət üçün investisiyalar üzrə effektiv faiz
metodu ilə hesablanan faizlər il üzrə mənfəət və ya zərərdə faiz
gəliri kimi tanınır. Fondun dividend ödənişlərini almaq hüququ
müəyyən edildikdə və dividendlərin əldə edilməsi ehtimalı yük-
sək olduqda, dividendlər maliyyə gəlirlərinin tərkibində göstə-
rilir. ədalətli dəyərdəki dəyişikliklərin bütün digər elementləri
və tanınmanın dayandırılması zamanı yaranan gəlir və ya zərər
yarandığı dövrdə ticarət üçün investisiyalar üzrə zərər çıxılmaq-
la gəlir kimi il üzrə mənfəət və ya zərərdə tanınır.
Debitor borcları. Debitor borcları ilkin olaraq ədalətli dəyərdə,
sonradan isə effektiv faiz metodundan istifadə etməklə amorti-
zasiya edilmiş dəyərdə tanınır.
Amortizasiya edilmiş dəyərlə tanınan maliyyə aktivlərinin
dəyərsizləşməsi. Dəyərsizləşmə üzrə zərərlər maliyyə aktivinin
ilkin tanınmasından sonra baş vermiş bir və ya bir neçə hadisə
(“zərər hadisəsi”) nəticəsində yarandıqda və bu zərər hadisəsi
maliyyə aktivi və ya maliyyə aktivləri qrupu üzrə daxil olacaq
pul vəsaitləri hərəkətinin məbləğinə və vaxtına etibarlı şəkil-
də təxmin edilə bilən təsir göstərdikdə mənfəət və ya zərərdə
tanınır. Fond əhəmiyyətli olub-olmamasından asılı olmayaraq,
fərdi şəkildə qiymətləndirilən maliyyə aktivinin dəyərsizləşmə-
sinə dair obyektiv sübutun olmadığı qənaətinə gələrsə, həmin
aktivi analoji kredit riski xüsusiyyətlərinə malik olan maliyyə ak-
tivləri qrupuna daxil edir və onların dəyərsizləşməsini məcmu
şəkildə təhlil edir. maliyyə aktivinin dəyərsizləşməsini müəyyən
edərkən Fondun nəzərə aldığı əsas amillər həmin aktivin vaxtı
keçməsi statusu və hər hansı girov təminatının realizasiya oluna
bilməsidir. Dəyərsizləşmə üzrə zərərin baş verməsinə dair ob-
yektiv əlamətlərin mövcud olmasını müəyyən edən əsas me-
yarlar aşağıda göstərilir:
• qarşı tərəfin əhəmiyyətli maliyyə çətinlikləri ilə üzləşməsi və
bunun Fodnun qarşı tərəf haqqında maliyyə məlumatları ilə
təsdiqlənməsi;
• qarşı tərəfin müflisləşməsi və ya onun maliyyə strukturunun
yenidən təşkil edilməsi riskinə məruz qalması;
• qarşı tərəfə təsir göstərən milli və ya yerli iqtisadi şəraitin dəyiş-
məsi nəticəsində onun ödəniş statusunda mənfi dəyişikliklərin
baş verməsi; və ya
• girovun dəyərinin bazar şərtlərinin pisləşməsi nəticəsində
əhəmiyyətli dərəcədə aşağı düşməsi.
ARDNF-NİN KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARI