Ardnf haqqinda



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə27/53
tarix17.09.2018
ölçüsü2,31 Mb.
#69061
1   ...   23   24   25   26   27   28   29   30   ...   53

AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

illik HesAbAt 2017

91

90

MÜSTƏQİL AuDİTORuN RƏYİ



rəy

bizim rəyimizcə, hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları Azərbaycan Respublikası Dövlət Neft Fondunun (“ARDNF”) və 

onun törəmə müəssisələrinin (birlikdə - “Fond”) 31 dekabr 2017-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il 

üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından maliyyə hesabatlarının beynəlxalq 

standartlarına uyğun olaraq düzgün əks etdirir.

AuDİTİN pREDMETİ

Fondun konsolidasiya edilmiş maliyyə hesabatlarına aşağıdakılar daxildir:

• 31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat;

• həmin tarixdə tamamlanan il üzrə konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat;

• həmin tarixdə tamamlanan il üzrə konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabat;

• həmin tarixdə tamamlanan il üzrə konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat; və

• əsas uçot siyasətlərinin qısa xülasəsi və digər izahedici məlumatlar daxil olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatları üzrə 

qeydlər. 

rəyiN bilDirilməsi üçüN əsas 

biz auditi beynəlxalq Audit standartlarına uyğun aparmışıq. bu standartlar üzrə bizim məsuliyyət rəyimizin “konsolidasiya edilmiş 

maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti” bölməsində əks etdirilir.   

biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir. 



MÜSTƏQİLLİK

biz  mühasiblər  üçün  beynəlxalq  etika  standartları  Şurasının  dərc  etdiyi  peşəkar  mühasiblərin  etika  məcəlləsinə  uyğun  olaraq 

Fonddan asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk. 

koNsoliDasiya eDilmiŞ maliyyə hesabatlarıNa Görə rəhbərliyiN və korPorativ iDarəetmə üzrə Cavab-

Deh olaN ŞəxsləriN məsuliyyəti

Rəhbərlik hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının beynəlxalq maliyyə hesabatı standartlarına uyğun olaraq hazırlan-

ması və düzgün təqdim edilməsi, eləcə də fırıldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhrif-

lər olmayan konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sisteminə 

görə məsuliyyət daşıyır. 

konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik, Fondu ləğv etmək və ya onun fəaliyyətini dayandır-

maq  istəyi  yaxud  bundan  başqa  hər  hansı  digər  real  alternativi  olmadığı  hallar  istisna  olmaqla,  Fondun  öz  fəaliyyətini  fasiləsiz 

davam  etdirmək  qabiliyyətinin  qiymətləndirilməsi,  uyğun  olduqda  fəaliyyətin  fasiləsizliyi  ilə  bağlı  məlumatların  açıqlanması  və 

fəaliyyətin fasiləsizliyi prinsipinə əsasən maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.

korporativ idarəetmə üzrə cavabdeh olan şəxslər Fondun maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət 

daşıyırlar.

koNsoliDasiya eDilmiŞ maliyyə hesabatlarıNıN auDitiNə Görə auDitoruN məsuliyyəti

bizim məqsədimiz fırıldaqçılıq yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq konsolidasiya edilmiş maliyyə hesabatların-

da əhəmiyyətli səhvlərə yol verilmədiyinə dair kifayət qədər əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatının 

hazırlanmasından ibarətdir. kifayət qədər əminlik dedikdə yüksək əminlik səviyyəsi nəzərdə tutulur. lakin belə əminlik səviyyəsi 

beynəlxalq Audit standartlarına uyğun auditin aparılması zamanı bütün əhəmiyyətli təhriflərin aşkar olunacağına zəmanət vermir. 

Fırıldaqçılıq və ya səhv nəticəsində yarana biləcək təhriflər o halda əhəmiyyətli hesab edilir ki, onlar ayrı-ayrılıqda və ya bütövlükdə 

konsolidasiya edilmiş maliyyə hesabatları əsasında istifadəçilərin qəbul etdikləri iqtisadi qərarlara təsir göstərə bilsin.

beynəlxalq Audit standartlarına uyğun aparılmış audit çərçivəsində biz auditin aparıldığı bütün müddət ərzində peşəkar müla-

hizələr irəli sürür və peşəkar skeptisizmi saxlayırıq. bundan əlavə biz:

•  Fırıldaqçılıq  yaxud  səhv  nəticəsində  yaranmasından  asılı  olmayaraq  konsolidasiya  edilmiş  maliyyə  hesabatlarının  əhəmiyyətli 

dərəcədə təhrif edilməsi risklərini müəyyən edir və qiymətləndirir, bu risklərə qarşı audit prosedurları işləyib hazırlayır və tətbiq edir; 

rəyimizin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edən audit sübutu əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranan əhəmiy-

yətli təhriflərin aşkar edilməməsi riski səhv nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir. belə 

ki, fırıldaqçılıq gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, təhrif edilmiş şəkildə təqdim edilməsi və ya 

daxili nəzarət sistemində sui-istifadə hallarını nəzərdə tutur. 

• Fondun daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarının işlənib hazırlan-

ması məqsədilə audit üçün əhəmiyyətli olan daxili nəzarət sistemi üzrə məlumat əldə edirik. 

• tətbiq edilən uçot siyasətlərinin uyğunluğunu, uçot təxminlərinin və rəhbərlik tərəfindən hazırlanmış müvafiq açıqlamaların əsas-

lı olduğunu qiymətləndiririk. 

• Fəaliyyətin fasiləsizliyi ilə bağlı rəhbərliyin mülahizələrinin uyğunluğu və əldə edilmiş audit sübutlarına əsasən Fondun fasiləsiz 

fəaliyyət göstərmək qabiliyyəti ilə bağlı əhəmiyyətli dərəcədə şübhə yarada biləcək hadisə və şərait üzrə qeyri-müəyyənliyin möv-

cud  olub-olmamasına  dair  fikir  bildiririk.  əhəmiyyətli  qeyri-müəyyənliyin  mövcud  olduğu  barədə  nəticəyə  gəldikdə,  biz  auditor 

rəyimizdə diqqəti konsolidasiya edilmiş maliyyə hesabatlarındakı müvafiq açıqlamalara cəlb etməli, belə açıqlamalar yetərli olma-

dıqda, rəyimizi dəyişdirməliyik. Nəticələrimiz auditor hesabatının tarixinədək əldə edilmiş audit sübutlarına əsaslanır.  lakin gələ-

cək hadisə və şəraitlər Fondun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətini dayandırmasına səbəb ola bilər. 

• konsolidasiya edilmiş maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, o cümlədən açıqlamaları və ma-

liyyə hesabatlarında mövcud əməliyyatlar və hadisələrin düzgün təqdim edilməsini qiymətləndiririk. 

• konsolidasiya edilmiş maliyyə hesabatlarına dair rəy bildirmək üçün Fonda daxil olan müəssisələrin maliyyə məlumatları və ya 

fəaliyyəti ilə bağlı yetərli müvafiq audit sübutu əldə edirik. biz qrup auditinin idarə edilməsi, nəzarəti və həyata keçirilməsi üçün 

məsuliyyət daşıyırıq. biz auditor rəyimizə görə tam məsuliyyət daşıyırıq.

biz korporativ idarəetmə üzrə cavabdeh olan şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və vaxtı, 

əhəmiyyətli audit nəticələri, eləcə də audit prosesində müəyyən etdiyimiz daxili nəzarət sistemindəki əhəmiyyətli çatışmazlıqlar 

barədə məlumat təqdim edirik.

praysvoterhauskupers Audit Azərbaycan mmc

landmark ofis plaza ııı, 12ci mərtəbə, Nizami 90A

Az 1010, bakı, Azərbaycan

t: +994 (12) 497 25 15, F:+994 (12) 497 74 11, www.pwc.com/az



29 Mart 2018-ci il

Bakı, Azərbaycan Respublikası

müstəQİl audİtOrun rəYİ

AzəRbAycAN RespublikAsı Dövlət NeFt FoNDuNuN müŞAhiDə ŞuRAsıNA:




Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə