Ardnf haqqinda



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə19/53
tarix17.09.2018
ölçüsü2,31 Mb.
#69061
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

illik HesAbAt 2017

65

64

Qrafik 5.2.13. sAbit gəlirli qiymətli kAğızlAr portfelinin müxtəlif sektor növləri üzrə bölgüsü



Qrafik 5.2.14. “mscı WorlD” inDeksi (2007-2017-ci illər, inDeks qiyməti ilə)

Maliyyə


Enerji

Qeyri-zəruri tələbat malları

Zəruri tələbat malları

İnformasiya texnologiyaları

Telekommunikasiya

Sənaye


Səhiyyə

Kommunal xidmətlər

Materiallar

SƏHM BAzARLARININ İCMALI

2017-ci il səhm bazarları nöqteyi-nəzərindən olduqca müsbət il olmuşdur. 2017-ci il ərzində Avropa səhm bazarlarının aparıcı göstə-

ricisi olan “euro stoxx 600” indeksi 8% gəlirlilik, AbŞ səhm bazarlarının əsas göstəricisi olan “s&p 500” indeksi isə 20% gəlirlilik əldə 

etmişdir. Avropa indekslərində müşahidə olunan müsbət trendi şərti olaraq iki ayrı ardıcıl dövrə bölmək olar: birincisi, ilin əvvəlin-

dən emanuel makronun Fransa prezidenti olaraq seçilməsinə qədər olan dövr və ikincisi,  sentyabr ayının əvvəlindən ilin sonuna-

dək olan dövr. AbŞ səhmləri üzrə gəlirlilik isə bütün il ərzində daha stabil və davamlı olmuşdur.

sektorlar baxımından enerji və əmtəə sektorları il ərzində neft qiymətlərində müşahidə olunan artımla əlaqədar müvafiq olaraq 9% 

və 11% gəlirlilik əldə etməklə ən yüksək nəticə göstərən sektorlar olmuşdur. maliyyə sektoru baxımından 2017-ci il Avropa bankları 

ilə müqayisədə AbŞ bankları üçün daha müsbət bir il olmuşdur. buna qismən səbəb prezident Donald trampın vergi reformasının 

həyata keçirilməsi ilə bağlı gözləntilər olmuşdur.

il ərzində artım səhmləri (“growth stocks”) dəyər səhmlərinə (“value stocks”) nisbətən daha yüksək nəticə göstərmişdir.

səHM iNVEstisiYAlARI

0,83%

3,22%

3,63%

3,89%

4,13%

4,26%

7,61%

8,07%

18,45%

45,91%

2500


2000

1500


1000

500


0

2007

2008

2009

2010

2011

2012

2013

2014

2015

2016

2017

ARDNF-NİN SƏHM pORTFELİ

2016-cı  il  ilə  müqayisədə  2017-ci  ilin  sonuna  səhmlərin  ARDNF-nin  investisiya  portfelində  həcmi  9,20%-dən  11,70%-ə  qalxmışdır. 

ARDNF-nin səhm portfelinin lokal valyutada

* gəlirliliyi il ərzində 10,57% (AbŞ dollarında 16,61%) təşkil etmişdir. ARDNF səhm port-

felinin qiymət dəyişkənliyinin azaldılması məqsədi ilə portfelin böyük hissəsini “mscı World” indeksinə investisiya etmişdir və bu 

indeksi replikasiya edən səhm portfeli il ərzində lokal valyutada 18,83% (AbŞ dollarında 22,72%) gəlirlilik göstərmişdir. Daxili idarəet-

mədə olan və “s&p 100” indeksini replikasiya edən portfel il ərzində lokal valyutada 22% gəlirlilik əldə etmişdir. ARDNF 2017-ci ildə də 

Rusiyanın dövlət tərəfindən idarə olunan və aparıcı banklarından biri olan vtb bankında səhm payına malik olmuşdur. ilin sonuna 

vtb bankın səhmlərindən olan gəlirlilik rublda -34,29% (AbŞ dollarında -31,09%) təşkil etmişdir. 2017-ci ildə “mscı europe ex-uk” 

portfelinin gəlirliliyi avroda 11,93% (AbŞ dollarında 26,98%) təşkil etmişdir. 

Mənbə: Blumberq

* lokal valyuta - ənənəvi maliyyə alətləri üzrə qiymətli kağızların və səhm paylarının emissiya olunduğu ölkənin valyutası,

alternativ maliyyə alətləri üzrə isə investisiya edilən ölkənin valyutası nəzərdə tutulur.



İNVESTİSİYALAR


AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

illik HesAbAt 2017

67

66

2017-Cİ İL ÜzRƏ ÖzƏL SƏHM BAzARLARINA ÜMuMİ BAxIŞ



2017-ci il özəl səhm bazarları üçün qənaətbəxş il olmuş və 921 özəl səhm fondu tərəfindən 453 milyard AbŞ dolları ekvivalentində 

kapital cəlb edilməsi ilə səciyyələnmişdir. hazırda bu sahədə yatırım edilmiş aktivlərin ümumi bazar dəyəri 2,83 trilyon AbŞ dolla-

rına bərabərdir. 2017-ci ilin sonunda yatırılmamış kapitalın miqdarı ümumilikdə 1,7 trilyon AbŞ dollarından yuxarı həddə çatmışdır. 

sözügedən yatırılmamış kapital problemi özəl səhm fondları arasında investisiya layihələrinin əldə olunması sahəsindəki rəqabəti 

artırmışdır. yatırılmamış kapitalın çox olması və əməliyyatlarda istifadə olunan borc miqdarlarının yüksək olması 2017-ci il ərzində 

də investorları narahat edən əsas məqamlardan olmuşdur. bu səbəbdən ARDNF özəl səhm fondlarına investisiya edərkən iqtisadi 

durğunluq vaxtı aşağı gəlirlilik əldə etmiş və hal-hazırda borc vəsaitlərindən həddindən artıq istifadə edən fondlardan yayınmağa 

çalışmışdır.



ARDNF-NİN ÖzƏL SƏHM pORTFELİ

2017-ci il ərzində ARDNF 4 satınalma (“buyout”) fonduna və bir inkişaf (“growth”) fonduna investisiya etmişdir. Aşağıda bu investisi-

yalar haqqında qısa məlumat verilir:

• “carlyle partners vıı” fondu “carlyle group” şirkəti tərəfindən idarə olunur və 15 milyard AbŞ dolları həcmindədir. Fond əsasən 

Amerika birləşmiş Ştatlarında satınalmalar sahəsində investisiyalar həyata keçirməyi planlaşdırır. ARDNF-nin “carlyle partners vıı” 

fondunda iştirak payı 50 milyon AbŞ dolları həcmindədir.

• “blackstone core equity partners” (bcep) fondu “blackstone group” şirkəti tərəfindən idarə olunur və 5 milyard AbŞ dolları həc-

mindədir. Fond əsasən inkişaf etmiş ölkələrdə satınalmalar sahəsində investisiyalar həyata keçirməyi planlaşdırır. ARDNF-nin bcep 

fondunda iştirak payı 50 milyon AbŞ dolları həcmindədir.

• “bc european partners x” (bcec x) fondu “bc partners” şirkəti tərəfindən idarə olunur və 7,5 milyard avro həcmindədir. Fond 

əsasən qərbi Avropada satınalmalar sahəsində investisiyalar həyata keçirməyi planlaşdırır. ARDNF-nin bcec x fondunda iştirak 

payı 56 milyon avro həcmindədir.

• “Apollo Fund ıx” fondu “Apollo global management” şirkəti tərəfindən idarə olunur və 24 milyard AbŞ dolları həcmindədir. Fond 

əsasən inkişaf etmiş ölkələrdə satınalmalar və restrukturizasiyalar sahəsində investisiyalar həyata keçirməyi planlaşdırır. ARDNF-nin 

“Apollo Fund ıx” fondunda iştirak payı 85 milyon AbŞ dolları həcmindədir.

• “Fsı mid-market growth Fund” fondu “Fondo strategico ıtaliano” tərəfindən idarə olunur və 1 milyard avro həcmindədir. Fond 

italiyada inkişaf edən şirkətlərə investisiya etməyi planlaşdırır. ARDNF-nin “Fsı mid-market growth Fund” fondunda iştirak payı 20 

milyon avro həcmindədir.

cədvəl 5.2.1.-də ARDNF-nin əvvəlki illər ərzində həyata keçirdiyi özəl səhm investisiyalarının məzmunu verilmişdir.

ÖZəl səHM

CəDvəl 5.2.1.

 ArDnf-nin əvvəlki illərDə HəyAtA keçirDiyi özəl səHm investisiyAlArı

Fondlar

investisiya ili

baza valyutası

investisiya məbləği, milyon

“AlAc Fund”

2010

AbŞ dolları



100

“global ınfrastructure Fund”

2013

AbŞ dolları



200

“the catalyst Fund”

2013

AbŞ dolları



50

“Nb caspian Fund”

2016

AbŞ dolları



200

“ebRD epF”

2016

Avro


100

Qrafik 5.2.15. özəl səHm fonDlArının regionlAr üzrə bölgüsü



21,0%

18,0%

17,7%

16,1%

12,4%

8,0%

4,5%

1,7%

0,6%

Latın Amerikası və Karib hövzəsi

Şimali Amerika

Asiya və Sakit Okean hövzəsi

Afrika

Qlobal


Orta Şərq və Şimali Afrika

Qərbi Avropa

Şərqi Avropa

Çin


İNVESTİSİYALAR


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə