Ardnf haqqinda



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə15/53
tarix17.09.2018
ölçüsü2,31 Mb.
#69061
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

İLLİK HESABAT 2017

53

İNVESTİSİYALAR

5.1. iNvestisiya strateGiyası

ARDNF-nin investisiya strategiyasının əsasını irihəcmli itkilərin 

minimuma endirilməsi şərti ilə münasib gəlirliliyin əldə edilmə-

si təşkil edir.

portfelin maliyyə alətləri və ölkələr üzrə geniş diversifikasiyası-

nın təmin edilməsi, eləcə də makroiqtisadi mühitin daimi təhlili 

bu məqsədə nail olmağa xidmət edən amillərdəndir. 

ARDNF-nin  investisiya  fəaliyyətinin  hüquqi  bazasını  təyin  et-

mək  və  yüksək  şəffaflığın  təmin  edilməsi    məqsədilə  dövlət 

tərəfindən  ARDNF-nin  vəsaitlərinin  idarə  edilməsinin  əsas 

prinsip  və  istiqamətləri  müəyyənləşdirilmişdir.  ARDNF-nin 

vəsaitləri Azərbaycan Respublikası prezidentinin 19 iyun 2001-

ci  il  tarixli  511  nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş  “Azərbaycan 

Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxla-

nılması, yerləşdirilməsi və idarə edilməsi haqqında qaydalar”a 

(investisiya qaydaları) və Azərbaycan Respublikası prezidenti-

nin sərəncamları ilə illik əsasda təsdiq olunan “Azərbaycan Res-

publikası Dövlət Neft Fondunun investisiya siyasəti”nə əsasən 

idarə olunur.

investisiya qaydaları ARDNF-nin vəsaitlərinin idarə edilməsinin 

ümumi prinsiplərini müəyyən edir. belə ki, qeyd olunan investi-

siya qaydaları vəsaitlərin maliyyə alətlərinə və valyutalara görə 

bölgüsünü, investisiya alətləri üzrə məhdudiyyətləri, xarici me-

necerlərə qarşı olan tələbləri, eləcə də ARDNF-nin tərəf müqa-

billəri  (kastodial  banklar,  müxbir  banklar  və  s.)  ola  biləcək  qu-

rumların minimal kredit reytinq dərəcələrini müəyyənləşdirir. 

investisiya siyasəti ARDNF-nin investisiya portfelinin hədəfləri-

ni, proqnozlaşdırılan həcmini, valyuta tərkibini, vəsaitlərin stra-

teji bölgüsünü, hədəf gəlirliliyi (bençmark) və bir sıra risk həd-

lərini müəyyən edir.

ARDNF-nin uzunmüddətli hədəflərinə uyğun olaraq, portfelin 

investisiya alətlərinə görə bölgüsü illik əsasda nəzərdən keçirilir 

və təsdiqlənir. 2017-ci il investisiya siyasətinə əsasən investisiya 

portfeli aşağıdakı alt portfellərə bölünmüşdür:

• 60% - borc öhdəlikləri və pul bazarları alətləri;

• 25% - səhm;

• 10% - daşınmaz əmlak;

• 5% - qızıl.

2017-ci  ilin  dekabr  ayına  olan  vəsaitlərin  strateji  bölgüsünə 

əsasən  ARDNF-nin  investisiya  portfelinin  76,3%-i  sabit  gəlirli 

qiymətli  kağızlar  və  pul  bazarı  alətlərindən,  14,9%,  3,5%,  5,3%-i 

isə müvafiq olaraq səhmlər, qızıl və daşınmaz əmlak investisi-

yalarından ibarət olmuşdur.

sabit gəlirli qiymətli kağızlar və pul bazarları alətləri üçün seçilmiş hədəf gəlirliliyi 6 aylıq liboR faiz dərəcəsi (avroda ifadə olunan 

aktivlər üçün 6 aylıq euRiboR faiz dərəcəsi), cari səhm portfelinin hədəf gəlirliliyi isə “mscı World” indeksi olaraq müəyyən edil-

mişdir.


cədvəl 5.1.2. ARDNF-nin investisiya fəaliyyətinin cari istiqamətlərini cəmləşdirir.

5. İnVEstİsİYalar

CəDvəl 5.1.1. 

 vəsAitlərin HəDəf bölgüsü

portfel

31.12.2016

Sabit gəlirli qiymətli

kağızlar 80,0%

Səhmlər 12,2%

Daşınmaz əmlak 4,4%

Qızıl 3,4%

portfel

31.12.2017

Sabit gəlirli qiymətli

kağızlar 76,3%

Səhmlər 14,9%

Daşınmaz əmlak 5,3%

Qızıl 3,5%

Hədəf portfeli

31.12.2017

Sabit gəlirli qiymətli

kağızlar 60%

Səhmlər 25%

Daşınmaz əmlak 10%

Qızıl 5%

CəDvəl 5.1.2.

 investisiyA istiqAmətləri

Qlobal aktiv növləri

portfelə daxil olan

aktiv növləri

Həyata keçirilən

strategiya

Həyata keçirilmə metodları

ənənəvi


səhmlər

qlobal səhm bazar-

larına investisiya

“mscı World”, “mscı europe ex uk”, “s&p 100” indeksləri,

vtb bankda strateji səhm payı;

sabit gəlirli qiymətli 

kağızlar

istiqrazlara və pul 

bazarları alətlərinə 

investisiya

Dövlət, beynəlxalq təşkilatlar, agentlik və korporativ investi-

siya dərəcəli sabit gəlirli qiymətli kağızların və pul bazarları 

alətlərinin alınması

Alternativ

özəl səhmlər

özəl səhm

fondlarına

investi siya

beynəlxalq maliyyə korporasiyası Aktivlərin idarə edilməsi 

Şirkəti tərəfindən idarə olunan fondlara, Avropa yenidənqur-

ma və inkişaf bankı tərəfindən idarə olunan “epF” fonduna, 

“carlyle partners vıı”, “blackstone core equity partners”, “bc 

european partners x”, “Apollo Fund ıx” və “Fsı mid-market 

growth Fund” fondlarına investisiya;

“Neuberger berman” şirkəti ilə birgə qurulmuş Ayrıca idarə 

olunan özəl səhm mandatı;

xəzər dənizində yeni müasir üzən qazma qurğusunun

tikinti layihəsində Azərbaycan Respublikasının iştirak payının 

maliyyələşdirilməsi (AzRiqs)

Daşınmaz əmlak

kommersiya 

təyinatlı daşınmaz 

əmlakın alınması, 

müştərək və daşın-

maz əmlak fondları-

na investisiyalar

moskva, london, paris, seul, tokio və milan şəhərlərində yer-

ləşən ofis binalarına investisiya;

Almaniya, yaponiya, Çin, AbŞ və sinqapurda yerləşən ofis 

və kommersiya tipli daşınmaz əmlaka yatırılan müştərək 

investisiyalar;

Asiya və sakit okean hövzəsi, Avropa və AbŞ-da kommersiya, 

həmçinin yaponiyada logistika təyinatlı daşınmaz əmlaka 

yatırım edən fondlara investisiyalar

qızıl

Fiziki qızıla



investisiya

qızıl külçələrinə investisiya

illik HesAbAt 2017

52

AzərbAycAn respublikAsı



Dövlət neft fonDu


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə