Ardnf haqqinda



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə14/53
tarix17.09.2018
ölçüsü2,31 Mb.
#69061
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

ARDNF HAQQINDA

AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

illik HesAbAt 2017

49

48



Azərbaycanın dahi bəstəkarı, musiqişünas-alim, pedaqoq, 

ictimai xadim, publisist, dramaturq, ssRi xalq artisti, akademik 

üzeyir əbdülhüseyn oğlu hacıbəyli Azərbaycan professional 

musiqisinin banisi, Şərqdə ilk operanın müəllifidir. üzeyir bəy 

18 sentyabr 1885-ci ildə Ağcabədi rayonunda anadan olmuş, 

uşaqlıq illəri Azərbaycanın musiqi beşiyi Şuşada keçmişdir. o, ilk 

təhsilini buradakı ikisinifli rus-türk məktəbində almışdır. Şuşanın 

zəngin musiqi-ifaçılıq mühiti onun musiqi tərbiyəsində böyük 

rol oynamışdır. 

üzeyir hacıbəyli 1899-1904-cü illərdə qori müəllimlər semina-

riyasında təhsil almışdır. burada Avropa musiqi klassiklərinin 

əsərlərini mənimsəmiş, violin və baritonda çalmağı öyrənmiş, 

xalq mahnı nümunələrini nota köçürmüşdür. 

1911-ci ildə musiqi təhsili almaq üçün moskvaya gedən ü.ha-

cıbəyli şəhərdəki Filarmonik cəmiyyətin nəzdində ilyinskinin 

xüsusi musiqi kursunda oxumuşdur. lakin maddi ehtiyac 

üzündən moskvada musiqi təhsili yarımçıq qalmışdır. 1913-cü 

ildə peterburq konservatoriyasına daxil olan üzeyir bəy burada 

altı ay təhsil ala bilmişdir.   

ü.hacıbəyli on səhnə əsərinin müəllifidir. bəstəkarın 1908-ci il 

yanvarın 12-də (yeni təqvimlə 25-də) bakıda hacı zeynalabdin 

tağıyevin teatrında göstərilən “leyli və məcnun” operası ilə 

təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera 

sənətinin əsası qoyulur. üzeyir bəy 1909-1915-ci illərdə bir-birinin 

ardınca “Şeyx sənan” (1909), “Rüstəm və söhrab” (1910), “Şah 

Abbas və xurşud banu” (1912), “əsli və kərəm” (1912), “harun və 

leyla” (1915) muğam operalarını yazmışdır. o, həmçinin “ər və 

arvad” (1909), “o olmasın, bu olsun” (1910), “Arşın mal alan” (1913) 

musiqili komediyalarının müəllifidir. 1937-ci il aprelin 30-da 

opera və balet teatrında ilk dəfə tamaşaya qoyulan “koroğlu” 

operası isə (librettosu h.ismayılov və m.s.ordubadi) görkəmli 

musiqiçinin yaradıcılığının zirvəsini təşkil edir.

Azərbaycan xalq cümhuriyyəti (1918-1920) dövründə respublika-

nın ictimai-mədəni həyatında yaxından iştirak edən bəstəkar döv-

lət himninin (sözləri əhməd cavadın) musiqisini bəstələmişdir.

ü.hacıbəyli musiqinin müxtəlif janrlarına müraciət etmiş, 

orkestr əsərləri, kamera-instrumental, xoreoqrafik miniatür-

lər, qəzəl-romanslar, mahnılar və bir-birindən qiymətli incilər 

bəstələmişdir. 

üzeyir hacıbəyli 23 noyabr 1948-ci ildə vəfat etmişdir.



Mənbə: “Mədəniyyət” qəzeti

Azərbaycanın böyük bəstəkarı, görkəmli pedaqoq, ictimai 

xadim, ssRi xalq artisti, sosialist əməyi qəhrəmanı, dövlət mü-

kafatları laureatı qara əbülfəz oğlu qarayev 5 fevral 1918-ci ildə 

bakıda anadan olmuşdur.

1926-cı ildə Azərbaycan Dövlət konservatoriyası yanında 

musiqi məktəbinə qəbul edilmiş, 1930-cu ildən Azərbaycan 

Dövlət konservatoriyası yanında musiqi texnikumunda pro-

fessor georgi Şaroyevin fortepiano sinfində təhsil almışdır. 

1935-ci ildə Azərbaycan Dövlət konservatoriyasına daxil olan 

q.qarayev bəstəkarlıq üzrə leopold Rudolf və Azərbaycan 

xalq musiqisinin əsaslarından isə üzeyir hacıbəylinin siniflə-

rində oxumuşdur. 1938-ci ildən 1940-cı ilədək p.i.Çaykovski 

adına moskva Dövlət konservatoriyasında bəstəkarlıq ixtisası 

üzrə (A.N.Aleksandrovun sinfi) təhsil almışdır. Daha sonra 

q.qarayev bakıya qayıtmış, bir müddət burada qaldıqdan 

sonra təkrar moskvaya dönmüş və 1946-cı ilədək yenidən 

moskva Dövlət konservatoriyasında oxumuş, görkəmli bəstə-

kar Dmitri Şostakoviçin tələbəsi olmuşdur.

q.qarayev milli musiqimizə yeni məzmunla yanaşı, müasir ifadə 

vasitələri, yeni janrlar gətirmişdir. hələ tələbə ikən, 1937-ci ildə 

o, “tsarskoye selo heykəli” fortepiano pyesini, “könül nəğməsi” 

kantatasını, 1945-ci ildə “vətən” operasını (cövdət hacıyevlə 

birgə) yazmışdır.

1947-ci ildə Nizami gəncəvinin 800 illiyi ilə əlaqədar “leyli və 

məcnun” simfonik poemasını yazmışdır. Nizami obrazlarından 

ruhlanan bəstəkar 1952-ci ildə Azərbaycanın musiqi inciləri sırası-

na daxil olan “yeddi gözəl” baletini ortaya çıxarmışdır. q.qarayevin 

“yeddi gözəl” və 1958-ci ildə yazdığı “ildırımlı yollarla” baletləri ona 

dünya şöhrəti gətirmişdir.

Dahi bəstəkarın fortepiano və orkestr üçün “gənclik” poeması 

(1937), “Azərbaycan süitası” (1939), “Alban rapsodiyası” (1952), 

“Don kixot” simfonik qravürləri (1960) və başqa müxtəlif janrlı 

əsərləri musiqi mədəniyyətimizdə mühüm yer tutur. 

teatr tamaşalarına və bədii filmlərə ölməz musiqilər yazan qara 

qarayev 13 may 1982-ci ildə vəfat etmişdir. 



Mənbə: “Mədəniyyət” qəzeti

KLASSİK MuSİQİ

KLASSİK MuSİQİ

QARA QARAYEV

ÜzEYİR HACIBƏYLİ 


ARDNF HAQQINDA

AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

illik HesAbAt 2017

51

50



görkəmli Azərbaycan bəstəkarı, ssRi xalq artisti, sosialist əməyi 

qəhrəmanı dövlət mükafatları laureatı Fikrət məşədi cəmil oğlu 

əmirov 1922-ci ildə gəncə şəhərində anadan olmuşdur. 

1948-ci ildə Azərbaycan Dövlət konservatoriyasını (üzeyir ha-

cıbəyli və boris zeydmanın sinifləri) bitirən Fikrət əmirov xx əsr 

Azərbaycan musiqisinin aparıcı simalarından biridir. bəstəkarın 

musiqisinin janr dairəsi nə qədər geniş olsa da, simfonik və 

səhnə musiqisi janrları yaradıcılığında aparıcı rol oynayır. onun 

yaratdığı simfonik muğam janrı “Şur”, “kürd ovşarı” və “gülüs-

tan bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunur. F.əmirovun 

“Nizami” simfoniyası, doğma vətəni tərənnüm edən “Azərbay-

can kapriççiosu”, “Azərbaycan süitası”, “Azərbaycan qravürləri” 

bəstəkar irsinin dəyərli səhifələridir.

F.əmirov səhnə musiqisi janrlarına da müraciət etmiş, bir-bi-

rindən qiymətli nümunələr ərsəyə gətirmişdir. bəstəkar “sevil” 

operası (1953) ilə Azərbaycanda lirik-psixoloji operanın əsasını 

qoymuşdur. “min bir gecə” (1979) baleti isə bu janrın ən unikal 

nümunələrindən biri kimi musiqi irsimizdə xüsusi və layiqli yer 

tutur. onun musiqili komediyaları – “ürəkaçanlar”(1943), “gözün 

aydın” (1946), həmçinin “Nəsimi” (1973) vokal-xoreoqrafik poe-

ması da Azərbaycan musiqisinin qiymətli nümunələrindəndir.

F.əmirovun özünəməxsus bəstəkarlıq dəst-xətti onun instru-

mental və kamera vokal əsərlərində də təzahür edir. “Fortepi-

ano üçün 12 miniatür”, müxtəlif pyeslər, “ulduz”, “Azərbaycan 

elləri”, “gülüm”, “gülərəm gülsən” və digər romans və mah-

nıları bu gün də dəyərini qoruyur. “Azərbaycan kappriçiosu” 

da (1961) bəstəkarın sevilən əsərlərindəndir. o, həmçinin bir 

sıra tamaşalara, o cümlədən “böyük dayaq”, “mən ki gözəl 

deyildim” və s. filmlərə musiqi bəstələmişdir.

bəstəkar 20 fevral 1984-cü ildə vəfat etmişdir.



Mənbə: “Mədəniyyət” qəzeti

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, 

pedaqoq, ssRi xalq artisti, Dövlət mükafatı laureatı, AmeA-nın 

həqiqi üzvü Arif cahangir oğlu məlikov 13 sentyabr 1933-cü ildə 

bakıda doğulmuşdur. 

o, 1960-cı ildə üzeyir hacıbəyli adına Azərbaycan Dövlət konser-

vatoriyasını (indiki bakı musiqi Akademiyası) bəstəkarlıq ixtisası 

üzrə (qara qarayevin sinfi) bitirmişdir. həmin ildən bu təhsil 

ocağında dərs deməyə başlamışdır. hazırda bakı musiqi Akade-

miyasının “bəstəkarlıq” kafedrasının müdiridir.

Arif məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsusluğu 

ilə səciyyələnir. o, əsərlərində milli musiqi ənənələrini xx əsr 

musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə 

malik sənətkar kimi çıxış edir.

onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların 

dərin emosional-psixoloji ifadəsi xasdır. bəstəkarın “məhəbbət 

əfsanəsi” baleti (1961) müəllifə dünya şöhrəti qazandırmışdır. 

yaradıcılıq diapazonu geniş olan bəstəkar bir çox janrlara müra-

ciət etmişdir. simfoniyalar, simfonik poemalar, “iki nəfər” (1969), 

“əlibaba və qırx quldur” (1973), “iki qəlbin dastanı” (1981) baletləri, 

“ləpələr” musiqili komediyası, “torpağın səsi” kantatası, tama-

şalara və filmlərə bəstələri ilə musiqi mədəniyyətimizi daha da 

zənginləşdirmişdir.

A.məlikov yaradıcılıq təbiətinə görə simfonik təfəkkürlü bəstə-

kardır. onun əsərləri dünyanın 30-dək ölkəsində ifa olunmuş, 

baletləri müvəffəqiyyətlə səhnələşdirilmişdir. 2016-cı ildə 

bəstəkarın 28 cilddən ibarət “Not əsərlərinin tam külliyyatı” çap 

olunmuşdur.

A.məlikov “istiqlal” (1998) və “heydər əliyev” (2013) ordenləri ilə 

təltif edilmişdir.  



Mənbə: “Mədəniyyət” qəzeti

KLASSİK MuSİQİ

KLASSİK MuSİQİ

ARİF MƏLİKOV

FİKRƏT ƏMİROV


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə