Ardnf haqqinda



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə34/53
tarix17.09.2018
ölçüsü2,31 Mb.
#69061
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

illik HesAbAt 2017

105

104


Amortizasiya olunmuş dəyərlə uçota alınan dəyərsizləşmiş ma-

liyyə  aktivi  ilə  bağlı  şərtlərə  yenidən  baxılarsa  və  ya  bu  şərtlər 

qarşı tərəfin maliyyə vəziyyətindəki çətinliklərə görə dəyişərsə, 

dəyərsizləşmənin uçotu şərtlərin dəyişməsindən əvvəlki effek-

tiv faiz dərəcəsinə əsaslanır. Şərtlərinə yenidən baxılmış aktivin 

tanınmasının  dayandırılması  zamanı  risk  və  faydalar  əhəmiy-

yətli dərəcədə dəyişərsə, yeni aktiv ədalətli dəyərlə tanınır. bu, 

adətən ilkin və yeni gözlənilən nağd pul axınlarının cari dəyərlə-

ri arasındakı fərq əhəmiyyətli olduqda müşahidə olunur.

Dəyərsizləşmə zərərləri aktivin balans dəyərini effektiv faiz dərə-

cəsi  ilə  diskont  edilmiş  gələcək  pul  vəsaitləri  hərəkətinin  cari 

dəyərinə  (kreditlər  üzrə  baş  verməmiş  gələcək  zərərlər  istisna 

olmaqla)  bərabərləşdirmək  üçün  ehtiyat  hesablarında  qeydə 

alınır. girov qoyulmuş maliyyə aktivi üzrə təxmin edilən gələcək 

pul  vəsaitləri  hərəkətinin  cari  dəyərinin  hesablanması  girovun 

əldə edilməsi və satılması xərcləri çıxılmaqla, girov nəticəsində 

yarana bilən (girovun olub-olmaması ehtimal edildikdə) pul və-

saitlərinin hərəkətini əks etdirir.

Dəyərsizləşmə üzrə zərərin məbləği sonrakı dövrdə baş vermiş 

hadisəyə görə azalarsa və həmin azalma obyektiv olaraq zərərin 

qeydə alınmasından sonra baş vermiş hadisəyə (məsələn, bor-

calanın kredit reytinqinin artması kimi) aid edilərsə, əvvəl qeydə 

alınmış dəyərsizləşmə zərəri il üzrə mənfəət və zərər hesabına 

yaradılmış ehtiyata düzəliş etməklə qaytarılır.

Aktivlər qaytarıla bilmədikdə onlar, aktivin və ya onun hissəsinin 

bərpa  olunması  üçün  bütün  zəruri  prosedurların  tamamlan-

masından və zərərin məbləğinin müəyyən edilməsindən sonra 

müvafiq zərər ehtiyatından silinir. əvvəllər silinmiş məbləğlərin 

bərpa edilməsi il üzrə mənfəət və ya zərərdə dəyərsizləşmə üzrə 

zərərin azaldılması kimi uçota alınır.



Borclar. borclar ilkin olaraq əməliyyat xərcləri çıxılmaqla ədalət-

li dəyərdə, sonradan isə effektiv faiz metoduna əsasən amorti-

zasiya edilmiş dəyərdə tanınır.

Mənfəət vergisi. hazırkı konsolidasiya edilmiş maliyyə hesabat-

larında mənfəət vergisi qüvvədə olan və ya hesabat dövrünün 

sonuna  qüvvəyə  minmiş  qanunvericiliyin  tələblərinə  uyğun 

olaraq əks etdirilir. mənfəət vergisi xərci cari və təxirə salınmış 

mənfəət vergisindən ibarət olub, il üzrə mənfəət və ya zərərdə 

tanınır. lakin, həmin və ya başqa dövrdə sair məcmu gəlirdə və 

ya birbaşa kapitalda tanınan əməliyyatlara aid olan vergilər sair 

məcmu gəlirdə və ya birbaşa kapitalda tanınır.

cari vergilər cari və əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən mən-

fəət və ya zərər ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya 

vergi orqanları tərəfindən geri qaytarılacaq məbləği təşkil edir. 

vergiyə cəlb edilən mənfəət və ya zərər maliyyə hesabatlarının 

müvafiq  vergi  bəyannamələrinin  təqdim  olunmasından  əvvəl 

təsdiqləndiyi  halda  təxmini  göstəricilərə  əsasən  hesablanır. 

mənfəət vergisindən başqa vergilər əməliyyat xərcləri kimi qey-

də alınır.

təxirə  salınmış  mənfəət  vergisi  öhdəlik  metodundan  istifadə 

etməklə,  aktiv  və  öhdəliklərin  vergi  bazası  və  maliyyə  hesa-

batlarının hazırlanması məqsədləri üçün onların balans dəyəri 

arasında yaranan keçmiş illərin vergi zərəri və bütün müvəqqə-

ti fərqlər üçün hesablanır. ilkin uçot zamanı istisna hal olaraq, 

əgər  əməliyyat  maliyyə  mənfəəti  və  vergiyə  cəlb  edilən  mən-

fəətə təsir göstərmirsə, aktiv və öhdəliyin ilkin qeydə alınması 

nəticəsində yaranan müvəqqəti fərqlər üzrə təxirə salınmış ver-

gi hesablanmır (müəssisələrin birləşməsi halları istisna olmaq-

la).  təxirə  salınmış  vergi  qalıqları  qüvvədə  olan  və  ya  hesabat 

dövrünün sonunda qüvvəyə minmiş vergi dərəcələrinə əsasən 

müvəqqəti fərqlərin qaytarılacağı və ya keçmiş illərdən yığılmış 

vergi zərərlərinin istifadə ediləcəyi dövrdə tətbiq edilməli vergi 

dərəcələrindən istifadə etməklə hesablanır.

gəlirdən çıxılan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi ak-

tivləri  və  keçmiş  illərin  vergi  zərərləri  müvəqqəti  fərqlərin  geri 

qaytarılması,  kifayət  qədər  vergi  tutulan  gələcək  gəlirlərin  ya-

ranması  və  bu  gəlirlər  üzrə  çıxılmaların  istifadə  edilməsi  ehti-

malını nəzərə alaraq tanınır.

təxirə  salınmış  vergi  aktiv  və  öhdəlikləri  cari  vergi  aktivləri  və 

vergi  öhdəliklərinin  əvəzləşdirilməsi  üçün  qanunvericilikdə 

nəzərdə  tutulan  hüquq  mövcud  olduqda,  eləcə  də  təxirə  sa-

lınmış vergi aktiv və öhdəlikləri vergiyə cəlb edilən eyni və ay-

rı-ayrı şəxslər tərəfindən eyni vergi orqanına ödənilmiş vergiyə 

aid olduqda və bu zaman hesablaşmaları əvəzləşdirmə yolu ilə 

aparmaq niyyəti mövcud olduğu halda əvəzləşdirilə bilər. təxirə 

salınmış vergi aktiv və öhdəlikləri yalnız Fondun ayrı-ayrı müəs-

sisələri arasında əvəzləşdirilir.

Fond  törəmə  müəssisələrin  dividendləri  və  ya  onların  satışın-

dan əldə edilən gəlirlərə tətbiq edilən vergilər üzrə müvəqqəti 

fərqlərin qaytarılmasına nəzarət edir. Rəhbərliyin yaxın gələcək-

də müvəqqəti fərqlərin qaytarılmasını gözlədiyi hallar istisna ol-

maqla, Fond belə müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi 

öhdəliklərini tanımır.



Dividendlər. Dividendlər elan və təsdiq edildikləri dövrdə öhdə-

lik kimi qeydə alınır və kapitaldan çıxılır.



Müəssisələrin  birləşməsi.  müəssisələrin  birləşmələri  satınal-

ma  metodundan  istifadə  etməklə  uçota  alınır.  müəssisələrin 

birləşməsi  zamanı  köçürülmüş  kompensasiya  Fond  tərəfindən 

köçürülmüş  aktivlərin,  əldə  edilmiş  müəssisənin  keçmiş  sahib-

ləri üçün Fond tərəfindən yaranan öhdəliklərin və əldə edilmiş 

müəssisədə  nəzarət  müqabilində  Fond  tərəfindən  buraxılan 

səhm payı üzrə iştirakın alındığı tarixdəki ədalətli dəyərlərin cəmi 

kimi hesablanacaq ədalətli dəyərdə ölçülür. satınalma ilə əlaqəli 

xərclər adətən yarandığı anda mənfəət və ya zərərdə tanınır.

Aşağıdakılar  istisna  olmaqla,  alış  tarixində  əldə  edilmiş  müəy-

yən  edilə  bilən  aktivlər  və  qəbul  edilmiş  öhdəliklər  ədalətli 

dəyərdə tanınır:

• təxirə salınmış vergi aktivləri və ya öhdəlikləri mubs 12 “mən-

fəət vergisi” standartına uyğun olaraq tanınır və ölçülür;

•  əldə  edilmiş  müəssisənin  səhm  əsasında  ödəniş  sövdələş-

mələri  və  ya  əldə  edilmiş  müəssisənin  səhm  əsasında  ödəniş 

sövdələşmələri  ilə  Fondun  səhm  əsasında  ödəniş  sövdələş-

mələrinin dəyişdirilməsi ilə əlaqədar öhdəliklər və ya pay alət-

ləri alış tarixində “pay alətləri əsasında ödəmə” adlı mhbs 2-yə 

uyğun olaraq ölçülür; və

• “satış üçün saxlanılan dövriyyədənkənar aktivlər və dayandırıl-

mış fəaliyyətlər” adlı mhbs 5 əsasında satış üçün nəzərdə tutul-

muş kimi təsnifləşdirilmiş aktivlər (və ya xaricolma qrupları) bu 

standarta müvafiq olaraq ölçülür.

qudvil  köçürülmüş  kompensasiyanın  məbləğinin,  əldə  olun-

muş  müəssisədə  qeyri-nəzarət  paylarının  məbləğinin  və  alıcı 

müəssisənin  əldə  edilmiş  müəssisədə  əvvəllər  sahib  olduğu 

iştirak  payının  (varsa)  ədalətli  dəyərinin  əldə  olunmuş  müəy-

yən  edilə  bilən  aktivlərin  və  qəbul  edilmiş  öhdəliklərin  alış 

tarixindəki  xalis  məbləğindən  artıq  hissəsi  kimi  ölçülür.  yeni-

dənqiymətləndirmədən  sonra  əldə  edilmiş  müəyyən  edilə 

bilən aktivlərin və qəbul edilmiş öhdəliklərin alış tarixindəki xa-

lis  məbləği  köçürülmüş  kompensasiyanın  məbləğindən,  əldə 

edilmiş  müəssisədə  qeyri-nəzarət  paylarının  məbləğindən  və 

alıcı müəssisənin əldə edilmiş müəssisədə əvvəllər sahib oldu-

ğu iştirak payının (varsa) ədalətli dəyərindən artıq olarsa, belə 

artıq hissə dərhal mənfəət və ya zərərdə güzəştli alış üzrə gəlir 

kimi tanınır.

cari  sahibkarlıq  payları  olan  və  ləğvetmə  hadisəsində  onların 

sahiblərinə  müəssisənin  kapitalının  proporsional  paylarına  sa-

hib  olmaq  hüququ  verən  qeyri-nəzarət  payları  ilkin  tanınma 

anında ədalətli dəyərdə və ya əldə edilmiş müəssisənin müəy-

yən  oluna  bilən  xalis  aktivlərinin  uçotda  tanınmış  məbləğlə-

rindəki  qeyri-nəzarət  paylarının  proporsional  hissəsi  ilə  ölçülə 

bilər. qeyri-nəzarət paylarının digər növləri ədalətli dəyərdə və 

ya müvafiq olduqda, digər mhbs-də müəyyən edilmiş metodla 

ölçülür.

müəssisələrin birləşməsi zamanı Fond tərəfindən köçürülmüş 

kompensasiyaya  şərti  kompensasiya  razılaşmasından  meyda-

na çıxan hər hansı aktiv və öhdəliklər daxil olduğu halda, şərti 

kompensasiya alış tarixindəki ədalətli dəyərdə ölçülür və müəs-

sisənin  birləşməsi  zamanı  köçürülmüş  kompensasiyanın  bir 

hissəsi kimi tanınır. qiymətləndirmə dövrünün düzəlişləri kimi 

təsnifləşdirilən şərti kompensasiyanın ədalətli dəyərinə dəyişik-

liklər qudvil üzrə düzəlişlərlə birgə retrospektiv qaydada aparı-

lır. ölçülmə dövrünün düzəlişləri ‘ölçülmə dövrü’ (alış tarixindən 

etibarən bir ildən çox olmayan dövr) ərzində alış tarixində möv-

cud olan faktlar və şəraitlər haqqında əldə edilmiş əlavə məlu-

matdan irəli gələn düzəlişlərdir.

Şərti  kompensasiyanın  ədalətli  dəyərində  ölçülmə  dövrünün 

düzəlişləri  kimi  təsnifləşdirilməyən  dəyişikliklərin  sonrakı  uço-

tu şərti kompensasiyanın təsnifləşdirilmə qaydasından asılıdır. 

kapital kimi təsnifləşdirilən şərti kompensasiya sonrakı hesabat 

tarixlərində yenidən ölçülmür və belə kompensasiya üzrə son-

rakı  hesablaşma  kapital  daxilində  uçota  alınır.  Aktiv  və  ya  öh-

dəlik kimi təsnifləşdirilmiş şərti kompensasiya sonrakı hesabat 

tarixlərində müvafiq hala uyğun olaraq və gəlir və ya zərər mən-

fəət və ya zərərdə tanınmaqla “maliyyə alətləri: tanınma və öl-

çülmə” adlı mubs 39 və ya “yaradılmış ehtiyat fondları, şərti öh-

dəliklər və şərti aktivlər” adlı mubs 37 əsasında yenidən ölçülür.

müəssisələrin birləşməsi mərhələlərlə həyata keçirildikdə əldə 

edilmiş  müəssisədə  Fondun  əvvəllər  sahib  olduğu  səhm  üzrə 

iştirak  payı  alış  tarixindəki  ədalətli  dəyərlə  yenidən  ölçülür  və 

nəticədə alınan gəlir və ya zərər (varsa) mənfəət və ya zərərdə 

tanınır.  Alış  tarixindən  əvvəl  əldə  edilmiş  müəssisədə  iştirak 

paylarından yaranan və əvvəllər digər məcmu gəlirlərdə tanın-

mış məbləğlər, həmin iştirak payları silinərsə belə uçotun mü-

vafiq hesab olunduğu halda, mənfəət və ya zərər kimi yenidən 

təsnifləşdirilir.

müəssisələrin birləşməsi üzrə ilkin uçot belə əməliyyatın aparıl-

dığı hesabat dövrünün sonuna qədər tamamlanmamış olduq-

da  Fond  uçotun  tamamlanmadığı  maddələr  üçün  müvəqqəti 

məbləğlər haqqında hesabat təqdim edir. Alış tarixində mövcud 

olan faktlar və şəraitlər barədə əldə olunmuş (bəyan olduğu hal-

da həmin tarixdə uçotda tanınmış məbləğlərə təsir göstərə bilə-

cək) yeni məlumatları əks etdirmək məqsədilə belə müvəqqəti 

məbləğlərə  ölçülmə  dövründə  düzəlişlər  edilir  (yuxarıda  qeyd 

olunmuşdur) və yaxud əlavə aktiv və ya öhdəliklər tanınır.

müəssisənin alınması zamanı yaranan qudvil yığılmış dəyərsiz-

ləşmə zərərləri (varsa) çıxıldıqdan sonra alış tarixində (yuxarıda 

qeyd olunmuşdur) müəyyən edilmiş dəyər üzrə qiymətləndirilir.

pul vəsaiti yaradan vahidlərin (pul vəsaiti yaradan vahidlər qru-

pu) sinerjisindən mənfəətin əldə ediləcəyi ehtimal olunduqda, 

qudvil dəyərsizləşmənin yoxlanması məqsədilə belə vahidlər və 

ya vahidlər qrupu üzrə bölüşdürülür.

qudvilin  ayrıldığı  pul  vəsaiti  yaradan  vahidin  dəyərsizləşməyə 

məruz  qalıb-qalmadığı  illik  əsasda,  yaxud  vahidin  dəyərsiz-

ləşməsinə  işarə  edən  hər  hansı  əlamət  olduqda  daha  tez-tez 

yoxlanılır. pul vəsaiti yaradan vahidin bərpa dəyəri onun balans 

dəyərindən azdırsa, dəyərsizləşmə zərəri ilk olaraq vahid üçün 

ayrılmış istənilən qudvilin balans dəyərinin azaldılmasına, daha 

sonra isə vahiddəki hər aktivin balans dəyəri əsasında propor-

sional qaydada vahidin digər aktivlərinə aid edilir. qudvil üzrə 

istənilən dəyərsizləşmə zərəri mənfəət və ya zərər və digər məc-

mu gəlirlər haqqında konsolidə edilmiş hesabatda birbaşa ola-

raq mənfəət və ya zərərdə tanınır. qudvil üçün uçotda tanınmış 

dəyərsizləşmə zərəri növbəti dövrlərdə bərpa olunmur.

ARDNF-NİN KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARI



Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə