Ardnf haqqinda



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə36/53
tarix17.09.2018
ölçüsü2,31 Mb.
#69061
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

illik HesAbAt 2017

109

108


lak  və  avadanlıqların  təxmini  faydalı  istifadə  müddəti  ərzində 

aktivlərin  ilkin  dəyərini  onların  qalıq  dəyərinədək  azaltmaqla 

hesablanır:

illər

bina


50

Nəqliyyat vasitələri

7

ofis avadanlığı



4

mebel


5

Digər əsas vəsaitlər

3

Aktiv  faydalı  istifadə  müddətinin  sonunda  nəzərdə  tutulan 



vəziyyətə uyğun olduqda, onun satışı ilə bağlı ehtimal olunan 

xərclər  çıxıldıqdan  sonra,  Fond  tərəfindən  əldə  oluna  biləcək 

qiymətləndirilmiş məbləğ aktivin qalıq dəyəridir. Aktivlərin qa-

lıq dəyəri və faydalı istifadə müddəti hər hesabat dövrünün so-

nunda nəzərdən keçirilir və lazım olduqda dəyişdirilir.

Qeyri-maddi  aktivlər.  Ayrıca  alınmış  qeyri-maddi  aktivlər  ilk 

olaraq ilkin dəyəri ilə tanınır. ilkin tanımadan sonra qeyri-maddi 

aktivlər yığılmış amortizasiyanı və yığılmış dəyərsizləşmə zərər-

lərini çıxmaqla ilkin dəyəri ilə əks etdirilir. qeyri-maddi aktivlərin 

istifadə  müddətləri  məhdud  və  ya  qeyri-müəyyən  müddətlər 

kimi  müəyyən  edilmişdir.  məhdud  istifadə  müddəti  olan  qey-

ri-maddi aktivlər üçün 5 illik istifadə müddəti üzrə amortizasiya 

hesablanır və həmin qeyri-maddi aktivlər üzrə mümkün dəyər-

sizləşmə əlamətləri mövcud olanda dəyərsizləşmə baxımından 

qiymətləndirmə  aparılır.  müəyyən  istifadə  müddəti  olan  qey-

ri-maddi aktivlər üzrə amortizasiya dövrlərinə və üsullarına ən 

azı hər maliyyə ilinin sonunda yenidən baxılır.



Qeyri-maddi  aktivlərin  tanınmasının  dayandırılması.  qey-

ri-maddi  aktivlər  satılaraq  hesabdan  silindikdə  yaxud  onların 

sonrakı istismarı və ya satılması gələcəkdə iqtisadi mənfəət gə-

tirmədikdə, belə aktivlərin tanınması dayandırılır. qeyri-maddi 

aktivlərin tanınmasının dayandırılmasından yaranan gəlir və ya 

zərər, belə aktivlərin balans dəyəri ilə satışdan əldə olunan xalis 

gəlir məbləği arasındakı fərq kimi ölçülür və aktivin tanınması 

dayandırıldığı zaman mənfəət və ya zərər hesabatında tanınır.



Ehtiyatlar.  ehtiyatlar  Fondun  keçmişdə  baş  vermiş  hadisənin 

nəticəsi olaraq hazırda öhdəliyi (hüquqi yaxud konstruktiv) ol-

duqda  tanınır;  bu  zaman  Fonddan  öhdəliyin  yerinə  yetirilmə-

sinin tələb olunacağı ehtimal edilir və öhdəlik məbləği etibarlı 

şəkildə hesablana bilir.

ehtiyatlar  kimi  tanınan  məbləğ  öhdəliklə  bağlı  risk  və  qey-

ri-müəyyənlikləri  nəzərə  almaqla  hesabat  dövrünün  sonunda 

cari öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar tələb olunan məb-

ləğlərin ən düzgün hesablanmasıdır. ehtiyat ayırmaları hazırkı 

öhdəliyin  yerinə  yetirilməsi  üçün  hesablanmış  pul  vəsaitləri 

axınına  istinad  etməklə  ölçülərsə,  onun  balans  dəyəri  (pulun 

zaman dəyərinin təsiri əhəmiyyətli olduqda) həmin pul vəsait-

lərinin cari dəyərinə bərabər olur).

Kreditor borcları. kreditor borcları qarşı tərəfin müqavilə üzrə 

öz öhdəliklərini yerinə yetirməsi zamanı hesablanır və amorti-

zasiya olunmuş dəyərdə əks etdirilir.

Şərti  aktiv  və  öhdəliklər.  Şərti  öhdəliklər  maliyyə  vəziyyəti 

haqqında  hesabatda  əks  etdirilmir,  lakin  onlarla  bağlı  yarana 

biləcək hər hansı ödəmələrin ehtimalının çox az olması halla-

rından başqa, belə hesabatlarda açıqlanır. Şərti aktivlər maliyyə 

vəziyyəti haqqında hesabatda əks etdirilmir, lakin onlarla bağlı 

iqtisadi mənfəətin daxil olması ehtimal edildikdə maliyyə hesa-

batlarında açıqlanır.

Kapital ehtiyatları. Fondun konsolidasiya edilmiş maliyyə və-

ziyyəti haqqında hesabatında kapital (sair məcmu gəlirlər) üzrə 

qeyd edilmiş ehtiyatlara daxildir:

•  xarici  əməliyyatlar  üzrə  xalis  investisiyaların  çevrilməsindən 

yaranan məzənnə fərqlərini qeydə almaq üçün istifadə olunan 

‘xarici valyutanın çevrilməsi üzrə ehtiyat’;

•  torpaq  və  binaların  yenidənqiymətləndirmə  ehtiyatından 

ibarət ‘əmlakın yenidənqiymətləndirmə ehtiyatı’;

• ‘Digər kapital ehtiyatı’

14 və 20-ci qeydlərdə göstərildiyi kimi, Fərmanlara və qaydalara 

uyğun olaraq, Fond büdcədənkənar dövlət təsisatıdır. Fondun 

daxilolmaları və köçürülmələri ilə bağlı bütün qərarlar Azərbay-

can Respublikası prezidentinin Fərmanları əsasında həyata ke-

çirilir və təsdiqlənir.

Fondun  daxilolmaları/köçürmələri  kapital  qoyuluşlarını/çıxarış-

larını əks etdirir və müvafiq olaraq kapitalda alınmış/ödənilmiş 

vəsaitlərin ədalətli dəyəri ilə qeydə alınır.

Dövlət  büdcəsinə  köçürmələr,  habelə  hökumət  idarələri,  hö-

kumətə  məxsus  müəssisə  və  şirkətlərə  köçürmələr  ödəniş  ta-

rixində tanınır. bütün köçürmələr Fondun təsdiq olunmuş büd-

cəsi çərçivəsində həyata keçirilir və büdcə ilə nəzərdə tutulmuş 

müvafiq  benefisiarlara  (dövlət  təşkilatları,  hökumətə  məxsus 

müəssisə  və  şirkətlər)  təqdim  etdikləri  sifariş  məktublarının 

əsasında  ödənilmək  üçün  Azərbaycan  Respublikasının  Dövlət 

xəzinədarlığına köçürülür.

Gəlir və xərclərin tanınması. Faiz gəliri effektiv faiz metodunu 

istifadə  etməklə  hesablama  metodu  əsasında  tanınır.  effektiv 

faiz metodu maliyyə aktivlərinin və ya maliyyə öhdəliklərinin (və 

ya maliyyə aktivləri və ya maliyyə öhdəlikləri qrupunun) amorti-

zasiya xərclərinin hesablanması və faiz gəlirinin müvafiq dövrlər 

üzrə  bölüşdürülməsi  metodudur.  effektiv  faiz  dərəcəsi  hesab-

lanmış gələcək pul ödənişlərini və ya gəlirlərini maliyyə alətinin 

gözlənilən faydalı istismar müddəti üzrə və ya müvafiq olduq-

da,  daha  qısa  müddətdə  maliyyə  aktivinin  xalis  balans  dəyəri 

üzrə dəqiq diskontlaşdıran dərəcədir.

mənfəət və ya zərərdə əks olunan ədalətli dəyərlə hesablanmış 

maliyyə aktivləri üzrə dividend gəlirləri Fondun ödənişləri əldə 

etmək hüququ müəyyən edildikdə mənfəət və ya zərər haqqın-

da hesabatda tanınır. sair əməliyyat gəlirləri, o cümlədən icarə 

gəlirləri hesablama metodu ilə, yəni gəlir qazanıldığı zaman ta-

nınır.


Dəyərsizləşmə zərəri nəticəsində maliyyə aktivi və ya oxşar ma-

liyyə  aktivləri  qrupu  qiymətdən  düşdükdə  (və  ya  qismən  qiy-

mətdən düşdükdə), faiz gəliri dəyərsizləşmə zərərini müəyyən 

etmək məqsədilə gələcək pul vəsaitlərinin hərəkətini diskont-

laşdırmaq üçün istifadə olunan faiz dərəcəsi əsasında tanınır.

ədalətli dəyərlə əks etdirilən aktivlər üzrə əldə edilən faizlər faiz 

gəlirinin tərkibində təsnifləşdirilir.

xərclər hesablama metodu ilə, yəni, çəkildiyi zaman tanınır.



Əvəzləşdirmə.  maliyyə  aktiv  və  öhdəliklərinin  əvəzləşdirilmə-

si  və  xalis  məbləğin  konsolidasiya  edilmiş  maliyyə  vəziyyəti 

haqqında hesabata daxil edilməsi tanınmış məbləğlərin əvəz-

ləşdirilməsi  üçün  qanunvericiliklə  müəyyən  edilmiş  hüququn, 

eləcə  də  əvəzləşdirməni  aparmaq  və  ya  aktivi  realizasiya 

edərkən müvafiq öhdəliyi də satmaq niyyətinin mövcud oldu-

ğu hallarda həyata keçirilə bilər. belə əvəzləşdirmə hüququ (a) 

gələcək hadisələrdən asılı olmamalı və (b) aşağıdakı bütün hal-

larda hüquqi qüvvəyə malik olmalıdır (i) adi fəaliyyət gedişində 

(ii) defolt halı olduqda və (iii) ödəniş qabiliyyəti olmadıqda və ya 

müflisləşmə baş verdikdə.

Fondun konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlan-

ması rəhbərlik tərəfindən hesabat tarixinə aktiv və öhdəliklərin 

hesabatlarda  göstərilən  məbləğlərinə  və  həmin  tarixdə  başa 

çatan il ərzində gəlir və xərclərin hesabatlarda göstərilən məb-

ləğlərinə  təsir  edən  proqnozların  verilməsi  və  mühakimələrin 

irəli sürülməsini tələb edir. Rəhbərlik öz proqnozlarını və müha-

kimələrini davamlı olaraq nəzərdən keçirir. Rəhbərlik öz proq-

noz və mühakimələrində təcrübəsinə və mövcud şəraitə müva-

fiq hesab edilən digər amillərə əsaslanır.



Nağd  şəklində  daxilolmaların  və  köçürmələrin  uçotu.  1-ci 

qeyddə  təsvir  edildiyi  kimi,  Azərbaycan  Respublikasında  neft 

və  qaz  sahəsində  həyata  keçirilən  müxtəlif  fəaliyyətlər  üzrə 

yaranan gəlirlərdən Fonda vəsaitlər daxil olur. bu daxilolmalar 

Azərbaycan Respublikası prezidentinin müəyyən fərmanlarına 

uyğun olaraq həyata keçirilir. əhəmiyyətli layihələrə və Dövlət 

büdcəsinə köçürmələr, həmçinin Azərbaycan Respublikası pre-

zidentinin  fərmanlarına  uyğun  olaraq  həyata  keçirilir.  ARDNF 

hesab  edir  ki,  bu  daxilolmalar  və  köçürmələr  müvafiq  olaraq 

kapital qoyuluşlarını və çıxarışlarını əks etdirir. müvafiq olaraq, 

ARDNF  bu  daxilolmaları  və  köçürmələri  konsolidasiya  edilmiş 

kapitalda  dəyişikliklər  haqqında  hesabatda  kapitalın  hərəkəti 

kimi tanıyır.

Maliyyə  alətlərinin  qiymətləndirilməsi.  mənfəət  və  ya  zərər-

də əks olunan ədalətli dəyərlə hesablanmış aktivlər kimi təsnif 

edilmiş  maliyyə  alətləri  ədalətli  dəyərlə  göstərilir.  bu  cür  ma-

liyyə  alətlərinin  ədalətli  dəyəri  alətin  məcburi  və  ya  likvidasiya 

satışından başqa, könüllü tərəflər arasında aparılan cari əməliy-

yat nəticəsində mübadilə edildiyi məbləğdir. əgər alətin bazar 

dəyəri  açıqlanmışdırsa,  onun  ədalətli  dəyəri  bazar  qiymətinə 

əsaslanmaqla  hesablanır.  bazarda  qiymətləndirmə  parametr-

lərini  müşahidə  etmək  mümkün  olmadıqda  və  ya  müşahidə 

edilən bazar qiymətlərinə istinad etmək mümkün olmadıqda, 

ədalətli dəyər hər bir məhsul üçün uyğun olan digər bazar mə-

lumatını  və  qəbul  edilmiş  maliyyə  nəzəriyyələrindən  əsaslan-

dığımız  riyazi  metodologiyanı  istifadə  edən  qiymətləndirmə 

modelini təhlil etməklə əldə olunur. qiymətləndirmə modelləri 

qiymətli kağızların müqavilə şərtlərini, habelə bazara əsaslanan 

qiymətləndirmə parametrlərini (məsələn, faiz dərəcələrini, də-

yişkənliyi, mübadilə məzənnələrini və tərəf-müqabillərin kredit 

reytinqini) nəzərə alır.

bazara  əsaslanan  qiymətləndirmə  parametrlərini  müşahidə 

etmək mümkün olmadıqda, alətin bazarda necə qiymətləndi-

riləcəyinin məntiqi əksini müəyyən etmək məqsədilə rəhbərlik 

həmin  parametrin  ən  yaxşı  qiymətləndirilməsinə  dair  müha-

kimə  işlədəcək.  bu  mühakimə  işlədilərkən,  müxtəlif  vasitələr-

dən o cümlədən, müşahidə edilən məlumatın etibarlılığı, tarixi 

məlumatlar  və  ekstrapolyasiya  mexanizmləri  istifadə  olunur. 

Alət bazarda müşahidə olunan məlumatla müqayisə edilmək-

lə sübuta yetirildiyi hallar istisna olmaqla, ilkin tanınma zamanı 

maliyyə  alətinin  ədalətli  dəyərinin  qiymətləndirməsi  üçün  ən 

yaxşı  sübut  əməliyyat  qiyməti  olur.  əməliyyat  qiyməti  ilə  qiy-

mətləndirmə  mexanizminə  əsaslanmaqla  müəyyən  edilmiş 

dəyər arasındakı hər hansı fərq ilkin tanınma zamanı konsolida-

siya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında 

hesabata daxil edilmir. sonrakı gəlirlər və ya zərərlər yalnız ba-

zar  iştirakçılarının  qiymət  təyin  edərkən  nəzərə  ala  biləcəkləri 

amillərdəki dəyişikliklərdən irəli gələrək tanınır.

Fond  elan  olunmuş  bazar  qiymətləri  olmayan  maliyyə  alətlə-

rinin  qiymətləndirilməsi  ilə  bağlı  mühasibat  proqnozunu  aşa-

ğıdakı  səbəblərdən  qeyri-müəyyənliyin  əsas  mənbəyi  hesab 

edir: (i) onlar dövrdən-dövrə dəyişməyə çox həssasdır, çünki bu 

rəhbərliyin  faiz  dərəcələri,  dəyişkənlik,  mübadilə  məzənnələri, 

tərəfmüqabilin  kredit  reytinqi,  qiymətləndirmə  düzəlişləri  və 

əməliyyatın spesifik xüsusiyyəti ilə bağlı fərziyyələr irəli sürmə-

sini  tələb  edir  və  (ii)  qiymətləndirmələrdəki  dəyişikliyin  tanın-

masından irəli gələn təsirin Fondun maliyyə vəziyyəti haqqında 

hesabatında, eləcə də mənfəət/(zərər) hesabında açıqlanan ak-

tivlərinə əhəmiyyətli olması ehtimal edilir.



ARDNF-NİN KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARI


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə