Ardnf haqqinda



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə38/53
tarix17.09.2018
ölçüsü2,31 Mb.
#69061
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

illik HesAbAt 2017

113

112


Min Azərbaycan 

Manatı ilə

Qiymətləndirmə

kateqoriyası

Mubs 39-a

uyğun balans

dəyəri

(31 dekabr

2017-ci il

tarixinə

yekun qalıq)

Yenidən

qiymətləndirmə

təsir

MHbs 9-a

uyğun balans

dəyəri

(1 yanvar 

2018-ci il 

tarixinə 

ilkin qalıq)

Mubs 39

MHbs 9

gözlənilən

kredit itkiləri

Digər

pul vəsaitləri

və onların

ekvivalentləri

kreditlər

və debitor 

borcları


Amortizasiya

olunmuş


dəyərdə

qiymətləndi-

rilən

2,747,381



-

-

-



2,747,381

borc qiymətli

kağızlara

investisiyalar

borc qiymətli

kağızlara

investisiyalar

Fvtpl


ödəniş 

tarixinədək 

saxlanılan

Fvtpl


(məcburi)

Fvtpl


45,492,913 

5,337,216

-

-

-



-

-

(294,903)



45,492,913

5,042,313



Cəmi borc

qiymətli kağızlara 

investisiyalar

50,830,129

50,535,226

kreditlər və debitor 

borcları

kreditlər

və debitor 

borcları


Amortizasiya

olunmuş


dəyərdə

qiymətləndi-

rilən

2,397


-

-

-



2,397

Cəmi kreditlər

və debitor borcları

2,397

2,397

sair maliyyə

aktivləri

Fvtpl


Fvtpl

(məcburi)

1,440,247

-

-



-

1,440,247



Cəmi sair maliyyə 

aktivləri

1,440,247

1,440,247

Cəmi maliyyə 

aktivləri

55,020,154

54,725,251

maliyyə  aləti  üzrə  kredit  riskinin  dəyişməsi  ilə  əlaqədar  olaraq 

mənfəət və ya zərərin tərkibində ədalətli dəyərdə qiymətləndi-

rilən və sair məcmu gəlirlər kimi əks etdirilən maliyyə öhdəliklə-

rinin ədalətli dəyərindəki dəyişikliklərdən başqa, maliyyə öhdə-

liklərində əhəmiyyətli dəyişikliklər gözlənilmir.

yeni  standart,  həmçinin  maliyyə  göstəricilərinin  təqdim  olun-

ması ilə bağlı əlavə məlumatların açıqlanmasına dair tələbləri 

və dəyişiklikləri özündə əks etdirir. bu tələblər gözlənildiyi kimi, 

xüsusilə yeni standartın qəbul olunduğu il ərzində Fond tərə-

findən maliyyə alətləri ilə bağlı açıqlanan məlumatların xüsu-

siyyətini və həcmini dəyişdirəcək.



MHBS  15  “Müştərilər  ilə  müqavilələrdən  yaranan  gəlir”  (28 

may 2014-cü ildə dərc olunub və 1 yanvar 2018-ci il və ya bu 

tarixdən  sonra  başlayan  illik  dövrlər  üçün  qüvvəyə  minir). 

yeni  standartın  təqdim  etdiyi  əsas  prinsipə  görə  gəlir  mal  və 

xidmətlər  müştəriyə  ötürüldüyü  zaman  əməliyyat  qiyməti  ilə 

tanınmalıdır.

birlikdə satılan mal və xidmətlərdən yaranan gəlir hər bir mal 

və  ya  xidmət  üzrə  ayrıca  tanınmalı,  təklif  edilən  endirim  və 

güzəştlər müvafiq olaraq həmin mal və xidmətlər üzrə bölüş-

dürülməlidir.  ödəniş  hər  hansı  səbəbə  görə  dəyişərsə  və  bu 

zaman məbləğin dəyişmə riski əhəmiyyətli olmazsa, məbləğin 

minimal hissəsi tanınmalıdır. müştərilər ilə müqavilələrin təmin 

edilməsi ilə bağlı xərclər kapitallaşdırılmalı və müqavilədən fay-

daların əldə edildiyi müddət ərzində amortizasiya edilməlidir.

31 dekabr 2017-ci il tarixində başa çatan il üzrə Fondun gəlir axın-

larının ilkin təhlilinə, ayrı-ayrı müqavilələrin şərtlərinə və həmin 

tarixdə mövcud olan faktlara və şəraitə əsasən Fondun rəhbərliyi 

sadələşdirilmiş keçid metodunun tətbiqi baxımından yeni stan-

dartın  1  yanvar  2018-ci  il  tarixindən  etibarən  qəbul  edilməsinin 

konsolidasiya edilmiş maliyyə hesabatlarına əhəmiyyətli dərəcə-

də təsir edəcəyini gözləmir. buna baxmayaraq, qiymətləndirmə 

maliyyə hesabatlarının təsdiqləndiyi tarixə tam aparılmamışdır.



MHBS 16 “Lizinq” (13 yanvar 2016-cı ildə dərc olunub və 1 yan-

var 2019-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər 

üçün  qüvvəyə  minir).  yeni  standart  lizinqin  tanınması,  qiy-

mətləndirilməsi,  təqdimatı  və  açıqlanması  ilə  bağlı  prinsipləri 

müəyyən  edir.  bütün  lizinq  müqavilələri  icarənin  başlandığı 

tarixdən icarəyə götürənin aktivdən istifadə hüququ, eləcə də 

müvafiq dövrlər ərzində icarə ödənişləri həyata keçirildiyi halda 

maliyyələşdirmə  əldə  etməsinə  gətirib  çıxarır.  müvafiq  olaraq, 

mhbs 16 lizinqin mubs 17-də nəzərdə tutulduğu kimi əməliyyat 

və ya fəaliyyət lizinqi kimi təsnifləşdirilməsini ləğv edir və bunun 

əvəzində  icarəyə  götürənlər  üçün  vahid  uçot  metodu  təqdim 

edir.  icarəyə  götürənlər  aşağıdakıları  tanımalıdır:  (a)  icarəyə 

verilən aktivin dəyərinin aşağı olduğu hallar istisna olmaqla, 12 

aydan artıq müddəti olan bütün icarə müqavilələrindəki aktiv 

və  öhdəlikləri  və  (b)  mənfəət  və  ya  zərər  və  sair  məcmu  gəlir 

haqqında hesabatda icarəyə verilmiş aktivlərin icarəyə verilmiş 

öhdəliklər  üzrə  faizlərdən  ayrıca  amortizasiyası.  mhbs  16  ma-

hiyyət  etibarilə  icarəyə  verənin  mubs  17-də  nəzərdə  tutulan 

uçot  tələbini  qüvvədə  saxlayır.  müvafiq  olaraq,  icarəyə  verən 

lizinq müqavilələrini əməliyyat və ya maliyyə lizinqi kimi təsnif-

ləşdirməkdə  və  onları  ayrıca  uçota  almaqda  davam  edir.  ha-

zırda Fond yeni standartın onun konsolidasiya edilmiş maliyyə 

hesabatlarına təsirini qiymətləndirir.

MHBS 17 “Sığorta müqavilələri” (18 may 2017-ci ildə dərc olu-

nub və 1 yanvar 2021-ci il və ya bu tarixdən sonra başlanan 

illik  dövrlər  üçün  qüvvəyə  minir).  mhbs  17  şirkətlərə  sığorta 

müqavilələrinin  uçotu  üzrə  mövcud  praktikanı  tətbiq  etməyə 

icazə verən mhbs 4-ü əvəz edir. mhbs 4-ə əsasən investorlar 

analoji  sığorta  şirkətlərində  maliyyə  nəticələrini  müqayisə  et-

mək və üzləşdirməkdə çətinlik çəkirdilər. mhbs 17 sığortaçının 

təkrar  sığorta  müqavilələri  daxil  olmaqla,  bütün  növ  sığorta 

müqavilələrinin uçotu standartının prinsiplərinə əsaslanan ye-

ganə  standartdır.  bu  standartın  tələbinə  görə  sığorta  müqa-

vilələri  qrupları  (i)  müqavilələrin  yerinə  yetirilməsi  üçün  nağd 

pul  axınları  üzrə  mövcud  olan  bütün  məlumatları  müşahidə 

edilə bilən bazar məlumatlarına uyğun olaraq nəzərə alan ris-

kə görə düzəldilmiş gələcək nağd pul axınlarının diskont dəyəri 

ilə  (müqavilələrin  yerinə  yetirilməsi üzrə  nağd  pul  axınları);  (ii) 

müqavilələr  qrupu  üzrə  bölüşdürülməmiş  mənfəəti  (müqa-

vilələr üzrə servis marjası) toplamaqla (dəyər öhdəlik olduqda) 

və ya çıxmaqla (dəyər aktiv olduqda) tanınmalı və qiymətləndi-

rilməlidir. sığortaçılar sığorta müqavilələri qrupundan yaranan 

gəliri  sığorta  proqramını  təqdim  etdiyi  dövr  ərzində,  eləcə  də 

riskdən azad olunduğu halda əks etdirəcəklər. müqavilələr qru-

pu üzrə zərər mövcuddursa və ya mövcud olarsa müəssisə dər-

hal zərəri əks etdirəcək. hazırda Fond yeni standartın onun kon-

solidasiya edilmiş maliyyə hesabatlarına təsirini qiymətləndirir.



BMHŞK  22  Xarici  valyutada  əməliyyatlar  və  qabaqcadan 

ödənişlər  (8  dekabr  2016-cı  ildə  dərc  olunub  və  1  yanvar 

2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün 

qüvvəyə minir). bu şərh mubs 21 “xarici valyuta əməliyyatları” 

standartının  tətbiqi  zamanı  əməliyyat  tarixinin  müəyyən  edil-

məsi  məsələsini  aydınlaşdırır.  həmin  Şərh  müəssisənin  xarici 

valyutada müqavilələr üzrə qabaqcadan ödənişlər etdiyi və ya 

qəbul etdiyi halda tətbiq edilir. Şərhdə qeyd olunur ki, əməliy-

yat tarixi ilkin ödənişin həyata keçirilməsi və ya qəbul edilməsi 

zamanı yaranan qeyri-monetar aktivin və ya öhdəliyin müəssisə 

tərəfindən ilkin tanınma tarixidir. qabaqcadan bir neçə ödəniş 

və ya daxilolma həyata keçirilərsə, müəssisə qabaqcadan həya-

ta keçirilmiş hər bir ödəniş və ya daxilolmanın tarixini müəyyən 

etməlidir.  hazırda  Fond  bu  şərhin  onun  konsolidasiya  edilmiş 

maliyyə hesabatlarına təsirini qiymətləndirir.

qəbul edildikdən sonra aşağıdakı digər yeni uçot qaydalarının 

Fondun  konsolidasiya  edilmiş  maliyyə  hesabatlarına  əhəmiy-

yətli təsiri gözlənilmir:

•  səhm  əsasında  ödənişlər,  mhbs  2-yə  dəyişikliklər  (20  iyun 

2016-cı ildə dərc olunub və 1 yanvar 2018- ci il və ya bu tarixdən 

sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

•  “maliyyə  alətləri”  mhbs  9-un  tətbiqi  və  mhbs  4  “sığorta 

müqavilələri” - mhbs 4-ə dəyişikliklər (12 sentyabr 2016-cı ildə 

dərc olunub və yanaşmadan asılı olaraq: müvəqqəti azadolma 

metodunu seçən müəssisələr üçün 1 yanvar 2018-ci il və ya bu 

tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir; birgə 

tətbiq yanaşmasını seçən müəssiələr üçün müəssisə mhbs 9-u 

ilk dəfə tətbiq etdiyi ildən qüvvəyə minir).

•  2014-2016-cı  illər  üzrə  mhbs-lərin  illik  təkmilləşdirilməsi  – 

mhbs 1 və mubs 28-ə dəyişikliklər (8 dekabr 2016-cı ildə dərc 

olunub və 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan 

illik dövrlər üçün qüvvəyə minir).

• mənfi kompensasiyanı nəzərdə tutan vaxtından əvvəl həyata 

keçirilmiş ödənişlərin xüsusiyyətləri – mhbs 9-a dəyişikliklər (12 

oktyabr 2017-ci ildə dərc olunub və 1 yanvar 2019-cu il və ya bu 

tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

• bmhŞk 23 “mənfəət vergisinin uçotundan yaranan qeyri-müəy-

yənlik” (7 iyun 2017-ci ildə dərc olunub və 1 yanvar 2019-cu il və 

ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

•  investor  tərəfindən  aktivlərin  asılı  və  ya  birgə  müəssisələrə 

satılması və ya ötürülməsi - mhbs 10 və mubs 28-ə dəyişiklik-

lər (11 sentyabr 2014-cü ildə dərc olunub və bmusŞ tərəfindən 

müəyyən ediləcək tarixdə və ya bu tarixdən sonra başlayan illik 

dövrlər üçün qüvvəyə minir).

ARDNF-NİN KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARI



Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə