Ardnf haqqinda



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə37/53
tarix17.09.2018
ölçüsü2,31 Mb.
#69061
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

illik HesAbAt 2017

111

110


Rəhbərlik elan edilmiş bazar qiymətləri mövcud olmadıqda, faiz 

dərəcələri, dəyişkənlik, mübadilə məzənnələri, partnyorun kre-

dit reytinqi və qiymətləndirmə düzəlişləri ilə bağlı öz bilik və ba-

carıqlarından, eləcə də Fondun qəyyumlarından (əsasən bank 

of New york mellon) və bloomberg agentliyindən əldə edilmiş 

məlumatlara əsasən müxtəlif fərziyyələrdən istifadə edir.



İnvestisiya mülkiyyətinin və əmlak və avadanlıqların (bina) 

ədalətli  dəyərinin  ölçülməsi.  investisiya  mülkiyyətinin,  eləcə 

də  əmlak  və  avadanlıqların  (binanın)  ədalətli  dəyəri  müstəqil 

peşəkar  qiymətləndiricilər  tərəfindən  müəyyən  edilir.  ədalətli 

dəyər daxili kapitalizasiya metodu (diskont edilmiş gələcək pul 

vəsaitlərinin hərəkəti metodu) və satışların müqayisə edilməsi 

metodunun qarışığı və ən yüksək və ən yaxşı istifadə metodun-

dan istifadə edərək müəyyən edilir.

İşçi  heyəti  üzrə  xərclər  və  müvafiq  ayırmalar.  əmək  haqla-

rı,  Azərbaycan  Respublikası  Dövlət  sosial  müdafiə  Fonduna 

ödənişlər, məzuniyyət və xəstəlik vərəqələri üzrə illik ödənişlər, 

mükafatlar  və  pul  şəklində  olmayan  imtiyazlar  Fondun  işçiləri 

tərəfindən müvafiq xidmətlər göstərildikdə hesablanır. Fondun 

yerli qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş haqlar üzrə 

Dövlət sosial müdafiə Fonduna ödənişlərdən başqa pensiya və 

analoji ödənişləri həyata keçirmək üçün hər hansı hüquqi və ya 

işgüzar praktikadan yaranan öhdəliyi yoxdur.

4. uçOT SİYASƏTİNİN TƏTBİQİ zAMANI ƏHƏMİYYƏTLİ

EHTİMALLAR VƏ MüLAHİzƏLƏR

Fond növbəti maliyyə ili ərzində konsolidasiya edilmiş maliyyə 

hesabatlarında tanınan məbləğlərə və aktiv və öhdəliklərin ba-

lans dəyərinə təsir göstərən ehtimallar və mülahizələr irəli sü-

rür. həmin ehtimallar və mülahizələr müntəzəm olaraq rəhbər-

liyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə 

mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr 

üzrə təxminlərə əsasən təhlil edilir. uçot siyasətinin tətbiqi za-

manı rəhbərlik, həmçinin peşəkar ehtimallar və təxminlər irəli 

sürür.  konsolidasiya  edilmiş  maliyyə  hesabatlarında  əks  etdi-

rilən  məbləğlərə  daha  çox  təsir  göstərən  peşəkar  mülahizələr 

və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyə-

rinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə 

aşağıdakılar daxildir:

Fond  nəzarət  etmədiyi  strukturlaşdırılmış  müəssisələri  konso-

lidasiya  etmir.  Fondun  strukturlaşdırılmış  müəssisələr  üzərində 

nəzarətini  müəyyən  etmək  bəzən  mürəkkəb  olduğuna  görə 

rəhbərlik belə müəssisələr ilə bağlı risk və faydalar, eləcə də on-

ların fəaliyyətinə dair qərarların qəbul edilməsi imkanları ilə bağlı 

öz  mülahizələrini  irəli  sürür.  bir  çox  hallarda  ayrıca  baxıldıqda, 

belə  strukturlaşdırılmış  müəssisələr  üzərində  nəzarətin  möv-

cud  olub-olmamadığını  görmək  olar,  lakin  ümumi  baxıldıqda, 

tam  nəticə  əldə  etmək  asan  olmur.  Nəzarətin  mövcudluğuna 

dair daha çox arqumentlərin olduğu hallarda, strukturlaşdırılmış 

müəssisə konsolidasiya edilir. Fondun strukturlaşdırılmış müəs-

sisəsi haqqında əlavə məlumat üçün 26-cı qeydə baxın.



5. YENİ VƏ YA YENİDƏN İŞLƏNMİŞ STANDARTLARIN

VƏ ONLARA DAİR ŞƏRHLƏRİN TƏTBİQİ

Aşağıdakı yenidən işlənmiş standartlar və onlara dair şərhlər 1 

yanvar 2017-ci il tarixindən Fondun fəaliyyəti üçün məcburi xa-

rakter daşımışdır:



“Məlumatların  açıqlanması”  –  MUBS  7-yə  dəyişikliklər,  Pul 

vəsaitlərinin hərəkəti (29 yanvar 2016-cı ildə dərc olunub və 1 

yanvar 2017-ci il və ya bu tarixdən sonra başlayan illik dövr-

lər üçün qüvvəyə minir). yenidən işlənmiş mubs 7 maliyyə fəa-

liyyətindən  yaranan  öhdəliklərdəki  hərəkətlərin  üzləşdirilməsi 

ilə bağlı məlumatın açıqlanmasını tələb edir ki, bu da maliyyə 

hesabatlarının  istifadəçilərinə  maliyyə  fəaliyyətindən  yaranan 

öhdəliklərdəki dəyişiklikləri, o cümlədən pul və qeyri-pul dəyi-

şikliklərini qiymətləndirməyə kömək edir.



“Reallaşdırılmamış  zərərlər  üzrə  təxirə  salınmış  vergi  aktiv-

lərinin tanınması” – MUBS 12-yə dəyişikliklər, Mənfəət vergisi 

(19 yanvar 2016-cı ildə dərc olunub və 1 yanvar 2017-ci il və ya 

bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). 

bu standarta edilmiş dəyişikliklər borc alətləri ilə bağlı reallaşdı-

rılmamış zərərlər üzrə təxirə salınmış vergi aktivlərinin tanınması 

tələblərinə aydınlıq gətirir. müəssisələr pul vəsaitlərinin diskont-

laşdırılması nəticəsində borc alətləri ilə bağlı yaranan reallaşdı-

rılmamış zərərlər üzrə təxirə salınmış vergi aktivlərini bazar faiz 

dərəcələri  ilə  tanımalıdır  (həmin  borc  alətinin  hətta  ödəniş  ta-

rixinədək saxlanılması və vergilərin əsas borcların qaytarılmasın-

dan sonra ödənilməsi təxmin edilərsə). təxirə salınmış vergi ak-

tivi ilə bağlı iqtisadi səmərə həmin gəlirlər üzrə vergi ödəmədən 

borc alətinin sahibinin gələcəkdə mənfəət əldə etməsi (diskont-

laşdırmanın təsirini nəzərə almaqla) imkanından yaranır.



2014-2016-cı illərdə dərc edilmiş MHBS-lərin illik təkmilləşdi-

rilməsinə daxil olan MHBS 12-yə dəyişikliklər (8 dekabr 2016-

cı  ildə  dərc  olunub  və  1  yanvar  2017-ci  il  və  ya  bu  tarixdən 

sonra  başlayan  illik  dövrlər  üçün  qüvvəyə  minir).  mhbs  12 

“Digər müəssisələrdə iştirak paylarının açıqlanması” standartın-

da göstərilir ki, müəssisə törəmə, asılı və ya birgə müəssisələr-

də satış üçün nəzərdə tutulan aktivlər kimi təsnifləşdirilən (və 

ya  silinmə  qrupuna  daxil  edilən)  iştirak  payları  haqqında  qısa 

maliyyə məlumatı təqdim etməməlidir. bu dəyişikliklər mhbs 

12-nin belə müəssisələr üçün məlumatların açıqlanması tələbi 

ilə bağlı yeganə istisna olduğunu izah edir.



6. YENİ uçOT QAYDALARI

1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər 

üçün  məcburi  xarakter  daşıyan  və  ya  Fond  tərəfindən  vaxtın-

dan əvvəl tətbiq edilməyən bəzi yeni standartlar və onlara dair 

şərhlər dərc olunmuşdur.

MHBS  9  “Maliyyə  Alətləri:  Təsnifləşdirmə  və  Qiymətləndir-

mə”  (2014-cü  ilin  iyul  ayında  dəyişiklik  olunub  və  1  yanvar 

2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün 

qüvvəyə minir). yeni standartın əsas fərqləri aşağıda göstərilir:

• maliyyə aktivləri üç qiymətləndirmə kateqoriyasına təsnifləşdi-

rilməlidir: ilkin tanınmadan sonra amortizasiya edilmiş dəyərdə 

qiymətləndirilən  aktivlər,  ilkin  tanınmadan  sonra  sair  məcmu 

gəlirlərin  tərkibində  ədalətli  dəyərdə  qiymətləndirilən  aktivlər 

(Fvocı)  və  mənfəət  və  ya  zərərin  tərkibində  ədalətli  dəyərdə 

qiymətləndirilən (Fvtpl) aktivlər.

• təsnifləşdirmə maliyyə aktivlərinin idarə edilməsi üzrə müəs-

sisənin  biznes  modelindən  və  müqavilədə  nəzərdə  tutulan 

nağd pul axınlarının yalnız əsas məbləğ və faiz ödənişlərindən 

ibarət olubolmamasından asılıdır. əgər borc aləti müvafiq və-

saitin əldə edilməsi üçün saxlanılırsa və yalnız əsas məbləğin 

və  faizlərin  ödənilməsi  tələbinə  də  uyğun  gəlirsə,  amortizasi-

ya edilmiş dəyərdə qeydə alına bilər. yalnız əsas məbləğin və 

faizlərin  ödənilməsi  tələbinə  uyğun  gələn  borc  alətləri  həm 

nağd pul axınlarının əldə edilməsi, həm də satış üçün nəzərdə 

tutulan  aktivlərdən  ibarət  portfelin  tərkibindədirsə,  o  zaman 

həmin alətlər sair məcmu gəlirlərin tərkibində ədalətli dəyər-

lə qiymətləndirilən aktivlər kimi təsnifləşdirilə bilər. tərkibində 

nağd pul axınları olmayan və yalnız əsas məbləğin və faizlərin 

ödənilməsi tələbinə uyğun gələn maliyyə aktivləri mənfəət və 

ya  zərərin  tərkibində  ədalətli  dəyərdə  qiymətləndirilməlidir 

(məsələn, törəmə maliyyə alətləri). qeyri-törəmə alətlərin tər-

kibində  olan  törəmə  maliyyə  alətləri  müvafiq  maliyyə  aktiv-

lərində  ayrıca  göstərilmir  və  yalnız  əsas  məbləğin  və  faizlərin 

ödənilməsi  tələbinin  şərtlərinə  uyğunluq  qiymətləndirilərkən 

nəzərə alınır.

•  pay  alətlərinə  investisiyalar  hər  zaman  ədalətli  dəyərdə  qiy-

mətləndirilir. lakin pay aləti satış üçün nəzərdə tutulmadıqda, 

rəhbərlik ədalətli dəyərdəki dəyişiklikləri sair məcmu gəlirlərin 

tərkibində  göstərilməsi  ilə  bağlı  dəyişilməz  qərar  qəbul  edə 

bilər. əgər pay aləti satış üçün nəzərdə tutulursa, ədalətli dəyər-

dəki dəyişikliklər mənfəət və ya zərərdə göstərilməlidir.

• maliyyə öhdəliklərinin təsnifləşdirilməsi və qiymətləndirilməsi 

ilə bağlı mubs 39-un əksər tələbləri dəyişdirilmədən mhbs 9-a 

köçürülmüşdür. əsas fərq ondan ibarətdir ki, müəssisə mənfəət 

və ya zərərdə ədalətli dəyərlə qeydə alınan maliyyə öhdəlikləri-

nin kredit risklərindəki dəyişiklikləri effektini sair məcmu gəlir-

lərin tərkibində açıqlamalıdır.

•  mhbs  9  dəyərsizləşmə  üzrə  zərərlərin  tanınması  üçün  yeni 

model təqdim edir: gözlənilən kredit zərərləri (gkz) modeli. bu 

model maliyyə aktivlərinin ilkin tanınmasından etibarən kredit 

keyfiyyətindəki  dəyişikliklərə  əsaslanan  “üç  mərhələli”  yanaş-

manı  nəzərdə  tutur.  yeni  qaydaya  əsasən  dəyərsizləşməmiş 

maliyyə  aktivlərinin  ilkin  tanınması  zamanı  müəssisə  12  aylıq 

gkz-yə (ticarət debitor borcları üçün isə qüvvədə olduğu bütün 

dövr ərzində gkz-yə) bərabər olan zərərləri birbaşa tanımalıdır. 

kredit riski əhəmiyyətli dərəcədə artarsa, dəyərsizləşmə 12 aylıq 

gkz deyil, kreditin qüvvədə olduğu bütöv müddətə uyğun gkz 

əsasında qiymətləndirilir. bu modelə lizinq və debitor borcları 

üzrə dəyərsizləşmənin qiymətləndirilməsi üçün sadələşdirilmiş 

təlimatlar da daxildir.

• hecinq uçotunu risklərin idarə edilməsi ilə daha sıx əlaqələn-

dirmək  üçün  uçot  ilə  bağlı  tələblərə  dəyişikliklər  edilmişdir. 

hazırda standart makrohecinq hallarının uçotunu nəzərdə tut-

madığına görə, o, şirkətlərə mhbs 9-da təsvir edilən hecinqin 

uçotu  tələblərini  tətbiq  etmək  və  mubs  39-un  bütün  heclərə 

tətbiqini davam etdirmək kimi uçot siyasəti arasında seçim im-

kanı verir.

Aşağıdakı cədvəldə maliyyə aktivlərinin balans dəyərinin mubs 

39-a uyğun olaraq qiymətləndirilmə kateqoriyaları ilə 1 yanvar 

2018-ci il tarixindən qüvvəyə minən mhbs 9-a uyğun yeni qiy-

mətləndirilmə kateqoriyalarının üzləşdirilməsi göstərilir.

ARDNF-NİN KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARI



Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə