Ardnf haqqinda



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə33/53
tarix17.09.2018
ölçüsü2,31 Mb.
#69061
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

illik HesAbAt 2017

103

102


hər  bir  qrup  müəssisəsinin  əməliyyat  nəticəsi  və  maliyyə  və-

ziyyəti  (bu  müəssisələrdən  heç  birinin  funksional  valyutası  hi-

perinflyasiya  iqtisadiyyatlı  ölkələrin  valyutası  deyil)  aşağıdakı 

şəkildə təqdimat valyutasına çevrilir:



(i)

 təqdim edilmiş hər bir maliyyə vəziyyəti haqqında hesabat 

üzrə  aktiv  və  öhdəliklər,  müvafiq  hesabat  dövrünün  sonunda 

qüvvədə olan məzənnə ilə çevrilir;



(ii)

  gəlir  və  xərclər  orta  məzənnə  ilə  yenidən  qiymətləndirilir 

(həmin orta məzənnə əməliyyat tarixinə məzənnələrin məcmu 

təsirinə əsaslı şəkildə yaxın olmadığı halda, gəlir və xərclər əmə-

liyyat tarixinə qüvvədə olan məzənnə ilə çevrilir);

(iii)

 kapitalın komponentləri ilkin dəyərlə çevrilir; və



(iv)

 bütün məzənnə fərqləri sair məcmu gəlirlərdə əks etdirilir.

xarici müəssisə və ya Fondun funksional və təqdimat valyuta-

sından fərqli valyutadan istifadə edən törəmə müəssisə üzərin-

də  nəzarət  itirildikdə,  əvvəlki  dövrlərdə  sair  məcmu  gəlirlərdə 

tanınmış məzənnə fərqləri silinmədən yaranan gəlir və ya zərə-

rin bir hissəsi kimi il üzrə mənfəət və ya zərərə yenidən təsnif-

ləşdirilir.  törəmə  müəssisə  üzərindəki  nəzarəti  itirmədən  onu 

qismən satdıqda, yığılmış məzənnə fərqlərinin müvafiq hissəsi 

kapitalda qeyri-nəzarət payına yenidən təsnifləşdirilir.

xarici  müəssisənin  alınması  nəticəsində  yaranan  qudvil  və 

ədalətli dəyər üzrə düzəlişlər xarici müəssisənin aktiv və öhdəli-

yi kimi tanınır və ilin sonuna olan məzənnə ilə çevrilir. bu zaman 

yaranan məzənnə fərqləri sair məcmu gəlirlərdə tanınır.

31  dekabr  2017-ci  il  tarixinə  xarici  valyuta  qalıqlarının  çevril-

məsində  istifadə  olunan  rəsmi  valyuta  məzənnələri  aşağıdakı 

kimi olmuşdur: 1 AbŞ dolları = 1.7001 AzN; 1 Avro = 2.0307 AzN; 

100  cənubi  koreya  vonu  =  0.1591  AzN;  1  ingilis  funt  sterlinqi  = 

2.2881 AzN; 100 yapon yeni = 1.5079 AzN; 1 Rus rublu = 0.0295 

AzN (2016: 1 AbŞ dolları = 1.7707 AzN; 1 Avro = 1.8644 AzN; 100 

cənubi koreya vonu = 0.1468 AzN; 1 ingilis funt sterlinqi = 2.1745 

AzN; 100 yapon yeni = 1.5168 AzN; 1 Rus rublu = 0.0293 AzN). 31 

dekabr 2017-ci il tarixinə gəlir və xərclərin çevrilməsində istifadə 

olunan  rəsmi  orta  valyuta  məzənnələri  aşağıdakı  kimi  olmuş-

dur: 1 AbŞ dolları = 1.7205 AzN; 1 Avro = 1.9464 AzN; 100 cənubi 

koreya vonu = 0.1523 AzN; 1 ingilis funt sterlinqi = 2.2196 AzN; 100 

yapon yeni = 1.5347 AzN; 1 Rus rublu = 0.0295 AzN (2016: 1 AbŞ 

dolları = 1.5973 AzN; 1 Avro = 1.7659 AzN; 100 cənubi koreya vonu 

= 0.1378 AzN; 1 ingilis funt sterlinqi = 2.1565 AzN; 100 yapon yeni 

= 1.4728 AzN; 1 Rus rublu = 0.0240 AzN).



İnvestisiya mülkiyyəti. investisiya mülkiyyəti icarə gəlirləri əldə et-

mək və ya gələcəkdə daha yüksək qiymətə satılmaq yaxud hər iki 

məqsədlə icarəyə verilmiş və Fondun istifadəsində olmayan mül-

kiyyətdir. investisiya mülkiyyətinə gələcəkdə investisiya mülkiyyəti 

kimi istifadə edilmək üçün başa çatdırılmamış tikililər daxildir.

investisiya mülkiyyəti ilkin olaraq əməliyyat xərcləri də daxil ol-

maqla ilkin dəyərdə uçota alınır və sonradan hesabat dövrünün 

sonuna mövcud olan bazar şərtlərini əks etdirmək üçün yeni-

dən nəzərdən keçirilmiş ədalətli dəyərlə yenidən qiymətləndiri-

lir. investsiya mülkiyyətinin ədalətli dəyəri adi əməliyyat zamanı 

əməliyyat xərcləri çıxılmadan belə mülkiyyətin satışından əldə 

ediləcək dəyərdir. ədalətli dəyərin ən yaxşı sübutu eyni məkan-

da yerləşən və analoji vəziyyətdə olan mülkiyyət üçün fəal ba-

zarda mövcud olan qiymətlərdir.

Analoji mülkiyyət üçün fəal bazarda cari qiymətlər mövcud ol-

madıqda Fond müxtəlif mənbələrdən əldə edilmiş məlumatla-

ra əsaslanır, o cümlədən:

(a)

  fərqli  xarakter,  vəziyyət  və  ya  əraziyə  malik  olan  mülkiyyət 

üzrə  fəal  bazardakı  cari  qiymətlər  (həmin  fərqlər  nəzərə  alın-

maqla);


(b)

 daha az fəal bazarlarda analoji mülkiyyət üçün eyni qiymət-

lərlə  əməliyyatların  həyata  keçirildiyi  tarixdən  sonra  iqtisadi 

şərtlərdəki hər hansı dəyişikliyi əks etdirmək üçün dəyişdirilmiş 

son qiymətlər; və

(c)

  mövcud  lizinq  müqavilələri  və  digər  müqavilələrin  şərtlə-

rinə uyğun olaraq hesablanmış gələcək nağd pul axınları üzrə 

etibarlı  təxminlərə  əsaslanan  və  (mümkün  olduqda)  kənar 

mənbələrin  məlumatları  (məsələn,  analoji  ərazidə  və  şəraitdə 

yerləşən bənzər kateqoriyadan olan mülkiyyət üçün cari bazar 

qiymətləri, eləcə də nağd pul axınlarının məbləği və müddəti 

ilə bağlı qeyri-müəyyənlik üzrə cari bazar qiymətləndirmələrini 

əks etdirən diskont dərəcələri) ilə təsdiqlənən diskontlaşdırılmış 

gələcək nağd pul axınları üzrə proqnozlar.

Fondun investisiya mülkiyyətinin bazar dəyəri bu sahədə tanın-

mış və peşəkar səriştə qazanmış, habelə analoji ərazidə yerləşən 

və bənzər kateqoriyadan olan mülkiyyətin qiymətləndirilməsin-

də  ən  son  təcrübəyə  malik  olan  müstəqil  qiymətləndiricilərin 

tərtib etdikləri hesabatlara əsasən müəyyən edilir.

investisiya mülkiyyəti üzrə qazanılmış icarə gəlirləri il üzrə mən-

fəət və ya zərərdə icarə gəlirləri kimi göstərilir. investisiya mül-

kiyyətinin ədalətli dəyərinin dəyişməsi nəticəsində yaranan gə-

lir və zərər il üzrə mənfəət və ya zərərdə ayrıca əks etdirilir.

mülkiyyət  üzrə  sonrakı  xərclər  Fondun  həmin  xərclər  ilə  bağlı 

gələcəkdə  iqtisadi  səmərə  əldə  edəcəyi  ehtimalı  olduqda  və 

onun dəyəri etibarlı şəkildə qiymətləndirildikdə aktivin balans 

dəyərində kapitallaşdırılır. bütün digər təmir və texniki xidmət 

xərcləri çəkildiyi zaman xərcə silinir.



Maliyyə  aktivlərinin  təsnifləşdirilməsi.  maliyyə  aktivləri  aşa-

ğıdakı kateqoriyalar üzrə təsnifləşdirilir: (a) kreditlər və debitor 

borcları; (b) satıla bilən maliyyə aktivləri; (c) ödəniş tarixinədək 

saxlanılan maliyyə aktivləri və (d) mənfəət və ya zərər vasitəsilə 

ədalətli  dəyərlə  əks  etdirilən  maliyyə  aktivləri.  mənfəət  və  ya 

zərər vasitəsilə ədalətli dəyərlə əks etdirilən maliyyə aktivləri iki 

alt-kateqoriyaya bölünür: (i) ilkin tanınma zamanı bu kateqori-

yaya aid edilmiş aktivlər və (ii) ticarət üçün maliyyə aktivləri.



Kreditlər və debitor borcları

 Fondun yaxın dövrdə satmaq niy-

yəti olduğu aktivlərdən başqa, müəyyən edilmiş və ya müəyyən 

edilə  bilən  tarixlərdə  ödənilmək  şərtilə  sərbəst  surətdə  alınıb 

satıla bilməyən qeyri-derivativ maliyyə aktivləridir. Fondun kre-

ditləri  və  debitor  borclarına  maliyyə  vəziyyəti  haqqında  hesa-

batda götərilən “pul vəsaitləri və onların ekvivalentləri” daxildir.

Ödəniş  tarixinədək  saxlanılan  aktivlərə

  Fondun  ödəniş  ta-

rixinədək saxlamaq niyyəti və imkanı olan, müəyyən edilmiş və 

ya müəyyən edilə bilən ödənişlərə və ödəmə müddətinə malik 

olan  kotirovka  edilmiş  qeyri-törəmə  maliyyə  aktivləri  daxildir. 

Rəhbərlik ödəniş tarixinədək saxlanılan investisiya qiymətli ka-

ğızlarını  ilkin  tanınma  zamanı  təsnifləşdirir  və  bu  təsnifləşdir-

mənin uyğunluğunu hər bir hesabat dövrünün sonunda yeni-

dən nəzərdən keçirir.

Ticarət üçün investisiyalar

 ticarət üçün qiymətli kağızlar qiymət-

lər  və  ya  ticarət  marjasındakı  qısamüddətli  dəyişikliklərə  görə 

qazanc əldə etmək məqsədilə alınmış maliyyə aktivləri və yaxud 

qısa müddət dövriyyədə olan qiymətli kağızlar portfelinin bir his-

sədir. Fond qiymətli kağızları aldıqdan sonra onları qısa müddət 

ərzində  (yəni,  3-6  ay  ərzində)  satmaq  niyyətində  olarsa,  həmin 

qiymətli  kağızları  ticarət  üçün  investisiyalar  kimi  təsnifləşdirir. 

Fondun ticarət üçün aktivlərinə ‘ticarət qiymətli kağızları daxildir.

Fond ticarət üçün qeyri-derivativ maliyyə aktivini yaxın dövrdə 

satmaq məqsədilə saxlamadıqda, həmin aktivi mənfəət və ya 

zərər vasitəsilə ədalətli dəyərdə qiymətləndirilən maliyyə aktiv-

ləri  kateqoriyasından  yenidən  təsnifləşdirə  bilər.  verilmiş  kre-

ditlər  və  debitor  borcları  kateqoriyasına  aid  olmayan  maliyyə 

aktivləri  yalnız  qeyri-adi  xarakter  daşıyan  və  yaxın  gələcəkdə 

təkrarlanması  az  ehtimal  olunan  hadisənin  baş  verdiyi  nadir 

hallarda mənfəət və ya zərərdə əks olunan ədalətli dəyərlə he-

sablanmış maliyyə aktivləri kateqoriyasından yenidən təsnifləş-

dirilə bilər. Fond verilmiş kreditlər və debitor borcları anlayışına 

cavab verən maliyyə aktivlərini yaxın gələcəkdə və ya ödəniş ta-

rixinədək saxlamaq niyyətində olduqda, həmin aktivlər yenidən 

təsnifləşdirilə bilər.

Digər maliyyə alətlərindəki bəzi törəmə alətlər ilə bağlı risklər 

və iqtisadi xüsusiyyətlər əsas müqavilədə nəzərdə tutulan risk-

lər və iqtisadi xüsusiyyətlərlə sıx əlaqəli olmadıqda, onlar ayrıca 

törəmə alətlər kimi uçota alınır.



Mənfəət  və  ya  zərərdə  əks  olunan  ədalətli  dəyərlə  hesablan-

mış  digər  maliyyə  aktivlərinə

  ilkin  tanınma  zamanı  geri  çağı-

rılmayan qaydada bu kateqoriyaya aid edilmiş maliyyə aktivləri 

daxildir.  Rəhbərlik  qiymətli  kağızları  yalnız  aşağıdakı  hallarda 

bu kateqoriyaya təsnifləşdirir: (a) bu cür təsnifləşdirmə müxtəlif 

metodlardan istifadə etməklə aktiv və öhdəliklərin qiymətlən-

dirilməsi və ya müvafiq gəlir və xərclərin tanınmasından yarana 

biləcək uçot uyğunsuzluğunu kənarlaşdırarsa və ya əhəmiyyətli 

dərəcədə  azaldarsa;  və  ya  (b)  maliyyə  aktivləri,  maliyyə  öhdə-

likləri qrupu və ya hər ikisinin idarə edilməsi, eləcə də onların 

effektivliyinin  qiymətləndirilməsi  risklərin  idarə  edilməsi  və  ya 

investisiya  strategiyalarına  uyğun  olaraq  ədalətli  dəyər  prinsi-

pinə əsasən həyata keçirilərsə və bu prinsipə uyğun hazırlanmış 

məlumat  müntəzəm  olaraq  Fondun  əsas  idarəedici  heyətinə 

təqdim edilərsə və onun tərəfindən təhlil edilərsə. bu kateqori-

yadan olan maliyyə aktivlərinin tanınması və qiymətləndirilmə-

si ticarət üçün investisiyalar ilə bağlı yuxarıdakı uçot siyasətinə 

uyğundur.



Ticarət üçün investisiyalar. ticarət üçün investisiyalar ədalətli 

dəyərdə qeydə alınır. ticarət üçün investisiyalar üzrə effektiv faiz 

metodu ilə hesablanan faizlər il üzrə mənfəət və ya zərərdə faiz 

gəliri kimi tanınır. Fondun dividend ödənişlərini almaq hüququ 

müəyyən edildikdə və dividendlərin əldə edilməsi ehtimalı yük-

sək olduqda, dividendlər maliyyə gəlirlərinin tərkibində göstə-

rilir.  ədalətli  dəyərdəki  dəyişikliklərin  bütün  digər  elementləri 

və tanınmanın dayandırılması zamanı yaranan gəlir və ya zərər 

yarandığı dövrdə ticarət üçün investisiyalar üzrə zərər çıxılmaq-

la gəlir kimi il üzrə mənfəət və ya zərərdə tanınır.



Debitor borcları. Debitor borcları ilkin olaraq ədalətli dəyərdə, 

sonradan isə effektiv faiz metodundan istifadə etməklə amorti-

zasiya edilmiş dəyərdə tanınır.

Amortizasiya  edilmiş  dəyərlə  tanınan  maliyyə  aktivlərinin 

dəyərsizləşməsi. Dəyərsizləşmə üzrə zərərlər maliyyə aktivinin 

ilkin tanınmasından sonra baş vermiş bir və ya bir neçə hadisə 

(“zərər  hadisəsi”)  nəticəsində  yarandıqda  və  bu  zərər  hadisəsi 

maliyyə  aktivi  və  ya  maliyyə  aktivləri  qrupu  üzrə  daxil  olacaq 

pul  vəsaitləri  hərəkətinin  məbləğinə  və  vaxtına  etibarlı  şəkil-

də təxmin edilə bilən təsir göstərdikdə mənfəət və ya zərərdə 

tanınır. Fond əhəmiyyətli olub-olmamasından asılı olmayaraq, 

fərdi şəkildə qiymətləndirilən maliyyə aktivinin dəyərsizləşmə-

sinə dair obyektiv sübutun olmadığı qənaətinə gələrsə, həmin 

aktivi analoji kredit riski xüsusiyyətlərinə malik olan maliyyə ak-

tivləri qrupuna daxil edir və onların dəyərsizləşməsini məcmu 

şəkildə təhlil edir. maliyyə aktivinin dəyərsizləşməsini müəyyən 

edərkən Fondun nəzərə aldığı əsas amillər həmin aktivin vaxtı 

keçməsi statusu və hər hansı girov təminatının realizasiya oluna 

bilməsidir.  Dəyərsizləşmə  üzrə  zərərin  baş  verməsinə  dair  ob-

yektiv  əlamətlərin  mövcud  olmasını  müəyyən  edən  əsas  me-

yarlar aşağıda göstərilir:

•  qarşı  tərəfin  əhəmiyyətli  maliyyə  çətinlikləri  ilə  üzləşməsi  və 

bunun  Fodnun  qarşı  tərəf  haqqında  maliyyə  məlumatları  ilə 

təsdiqlənməsi;

• qarşı tərəfin müflisləşməsi və ya onun maliyyə strukturunun 

yenidən təşkil edilməsi riskinə məruz qalması;

• qarşı tərəfə təsir göstərən milli və ya yerli iqtisadi şəraitin dəyiş-

məsi nəticəsində onun ödəniş statusunda mənfi dəyişikliklərin 

baş verməsi; və ya

•  girovun  dəyərinin  bazar  şərtlərinin  pisləşməsi  nəticəsində 

əhəmiyyətli dərəcədə aşağı düşməsi.

ARDNF-NİN KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARI



Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə