Ardnf haqqinda



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə35/53
tarix17.09.2018
ölçüsü2,31 Mb.
#69061
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

illik HesAbAt 2017

107

106


müvafiq pul vəsaiti yaradan vahid silinərkən qudvilin hesablan-

mış məbləği silinmə üzrə mənfəət və ya zərərin müəyyənləşdi-

rilməsində nəzərə alınır.

Fondun asılı və ya birgə müəssisələrinin alınması zamanı yara-

nan qudvil ilə bağlı siyasəti aşağıda təqdim edilmişdir.

Maliyyə  alətləri  -  əsas  qiymətləndirmə  üsulları. təsnifat for-

malarından  asılı  olaraq  maliyyə  alətləri  ədalətli  dəyərdə  və  ya 

amortizasiya edilmiş dəyərdə qeydə alınır. həmin qiymətləndir-

mə üsulları aşağıda əks etdirilir.



Ədalətli  dəyər

  qiymətləndirmə  tarixində  bazar  iştirakçıları  ara-

sında könüllü şəkildə əməliyyat həyata keçirilərkən aktivi satmaq 

üçün alınacaq və öhdəliyi ötürərkən ödəniləcək dəyərdir. ədalətli 

dəyər  ən  yaxşı  olaraq  fəal  bazarda  alınıb  satıla  bilən  qiymət  ilə 

təsdiqlənir. Fəal bazar qiymətlər haqqında davamlı olaraq məlu-

mat əldə etmək üçün aktiv və öhdəliklər üzrə əməliyyatların ki-

fayət qədər tez müddətdə və həcmdə həyata keçirildiyi bazardır.

Fəal bazarda alınıb satılan maliyyə alətlərinin ədalətli dəyəri ay-

rı-ayrı aktiv və ya öhdəliklərin bazar qiymətinin müəssisənin is-

tifadəsində olan aktiv və ya öhdəliklərin miqdarına hasili nəticə-

sində alınan məbləğ kimi ölçülür. bu hal hətta bazarın normal 

gündəlik ticarət dövriyyəsi müəssisənin istifadəsində olan aktiv 

və öhdəliklərin qarşılanması üçün kifayət qədər olmadıqda və 

bir əməliyyat üzrə mövqelərin satılması üçün sifarişlərin yerləş-

dirilməsi bazar qiymətinə təsir etdikdə baş verir.

əməliyyatın qiyməti haqqında bazar məlumatı olmayan maliy-

yə alətlərinin ədalətli dəyərini müəyyən etmək üçün pul axınları-

nın diskontlaşdırılması yanaşmasından, həmçinin bazar şərtləri 

ilə həyata keçirilən analoji əməliyyatlar haqqında məlumatlara 

və ya investisiya olunan müəssisələrin cari dəyərinə əsaslanan 

yanaşmalardan  istifadə  edilir.  ədalətli  dəyərin  qiymətləndiril-

məsi nəticələri aşağıda göstərildiyi kimi ədalətli dəyər iyerarxi-

yasının səviyələrinə görə təhlil edilir: (i) 1-ci səviyyəyə oxşar ak-

tivlər  və  ya  öhdəliklər  üçün  aktiv  bazarlarda  kotirovka  olunan 

(düzəliş  edilməyən)  qiymətlər  ilə  qiymətləndirmələr  aiddir,  (ii) 

2-ci səviyyəyə aktiv və ya öhdəlik üçün birbaşa (yəni, qiymətlər) 

və ya dolayısı ilə (yəni, qiymətlər əsasında hesablananlar) müşa-

hidə edilə bilən əhəmiyyətli ilkin məlumatların istifadə edildiyi 

qiymətləndirmə  üsulları  ilə  qiymətləndirmələr  aiddir  (iii)  3-cü 

səviyyəyə  aid  olan  qiymətləndirmələr  yalnız  müşahidə  oluna 

bilən  bazar  məlumatlarına  əsaslanmır  (yəni,  qiymətləndirmə 

üçün əhəmiyyətli həcmdə müşahidə oluna bilməyən ilkin mə-

lumatlar  tələb  edilir).  ədalətli  dəyər  iyerarxiyasının  səviyyələri 

arasında  köçürmələr  hesabat  dövrünün  sonunda  baş  vermiş 

hesab edilir. 22-ci qeydə baxın.



Əməliyyat  xərcləri

  əlavə  xərcləri  əks  etdirir  və  birbaşa  olaraq 

maliyyə alətinin alışı, buraxılması və ya satışı ilə əlaqəlidir. əlavə 

xərc əməliyyat həyata keçirilmədiyi təqdirdə yaranmayan xərc-

lərdir. əməliyyat xərclərinə agentlərə (satış üzrə agentlər kimi 

fəaliyyət  göstərən  işçilər  daxil  olmaqla),  məsləhətçilərə,  bro-

kerlərə  və  dilerlərə  ödənilmiş  haqq  və  komissiyalar,  tənzimlə-

yici  orqanlar  və  fond  birjalarına  ödəmələr,  eləcə  də  mülkiyyət 

hüququnun  köçürülməsi  üzrə  vergilər  və  rüsumlar  daxildir. 

əməliyyat  xərclərinə  borc  öhdəlikləri  üzrə  mükafat  və  ya  dis-

kontlar,  maliyyələşdirmə  xərcləri,  daxili  inzibati  və  ya  saxlama 

xərcləri daxil edilmir.



Amortizasiya  edilmiş  dəyər

  əsas  məbləğin  ödənilməsi  çıxıl-

maqla,  lakin  hesablanmış  faizləri  daxil  etməklə,  maliyyə  aktiv-

ləri  üçün  isə  dəyərsizləşmə  zərərləri  üzrə  hər  hansı  silinməni 

çıxmaqla  aktivlərin  ilkin  dəyərini  əks  etdirir.  hesablanmış  faiz-

lərə  ilkin  uçot  zamanı  təxirə  salınmış  əməliyyat  xərclərinin  və 

effektiv faiz metodundan istifadə etməklə ödəniş məbləği üzrə 

hər hansı mükafat və ya diskontun amortizasiyası daxildir. he-

sablanmış faiz gəlirləri və faiz xərcləri, o cümlədən hesablanmış 

kupon  gəlirləri  və  amortizasiya  edilmiş  diskont  və  ya  mükafat 

(verilmə zamanı təxirə salınmış komissiyalar daxil olmaqla, əgər 

varsa) ayrıca göstərilmir və maliyyə vəziyyəti haqqında hesabat-

da müvafiq maddələrin balans dəyərinə daxil edilir.

Effektiv  faiz  metodu

  maliyyə  alətinin  balans  dəyəri  üzrə  sabit 

faiz dərəcəsinin (effektiv faiz dərəcəsi) təmin edilməsi üçün faiz 

gəlirləri  və  ya  xərclərinin  müvafiq  dövr  ərzində  uçota  alınma-

sı metodudur. effektiv faiz dərəcəsi, təxmin edilən gələcək pul 

ödənişlərini və ya daxilolmaları (kreditlər üzrə gələcək zərərlər 

istisna  olmaqla)  maliyyə  alətinin  gözlənilən  fəaliyyət  müddəti 

ərzində və ya müvafiq hallarda daha qısa müddət ərzində ma-

liyyə alətinin xalis balans dəyərinə diskontlaşdıran dəqiq dərə-

cədir. effektiv faiz dərəcəsi maliyyə aləti üçün nəzərdə tutulan 

dəyişkən  faiz  dərəcəsi  üzrə  kredit  spredini  əks  etdirən  müka-

fatlar və ya diskont və yaxud bazar qiymətlərindən asılı olaraq 

müəyyən edilməyən digər dəyişkən amillər istisna olmaqla, faiz 

dərəcələrinin növbəti dəyişdirilmə tarixinə qədər dəyişkən faizli 

alətlər üzrə pul vəsaitlərinin hərəkətini diskont etmək üçün is-

tifadə edilir. bu cür mükafatlar və ya diskontlar maliyyə alətinin 

gözlənilən tədavül müddəti ərzində amortizasiya edilir. Diskont 

dəyərinin  hesablanmasına  müqavilə  tərəfləri  arasında  ödənil-

miş və ya alınmış effektiv faiz dərəcəsinin tərkib hissəsini təşkil 

edən bütün komissiyalar daxildir.



Maliyyə  alətlərinin  ilkin  tanınması.  ticarət  qiymətli  kağızları 

və mənfəət və zərərdə əks olunan ədalətli dəyərlə hesablanmış 

digər  maliyyə  alətləri  ilkin  olaraq  ədalətli  dəyərdə  tanınır.  bü-

tün digər maliyyə alətləri əməliyyat məsrəfləri də daxil olmaq-

la  ədalətli  dəyərdə  qeydə  alınır.  ilkin  tanınma  zamanı  ədalətli 

dəyər ən yaxşı olaraq əməliyyat qiyməti ilə sübut edilir. ilkin ta-

nınma zamanı yalnız ədalətli dəyər ilə əməliyyat qiyməti arasın-

da fərq olduqda yaranan gəlir və ya zərər qeydə alınır. ədalətli 

dəyər eyni maliyyə aləti ilə aparılan digər cari bazar əməliyyatla-

rının müşahidəsi və yaxud həmin bazarlardan əldə edilən məlu-

matlara əsaslanan qiymətləndirmə üsulu ilə sübut edilir.

qanunvericilik və ya mövcud bazar qaydaları ilə müəyyən edil-

miş  vaxt  çərçivəsində  alınıb-satılması  nəzərdə  tutulan  maliy-

yə aktivləri (“standart şərtlərlə həyata keçirilən” alış və satışlar) 

Fondun maliyyə aktivini almaq və ya satmaq öhdəliyini qəbul 

etdiyi  əməliyyat  tarixində  qeydə  alınır.  Alış  üzrə  bütün  digər 

əməliyyatlar  müəssisənin  həmin  maliyyə  aləti  üzrə  müqavilə 

tərəfi olduqda tanınır.

Fəal bazarda alınıb satılmayan investisiyaların ədalətli dəyərini 

müəyyən  etmək  üçün  Fond  nağd  pul  axınlarının  diskontlaş-

dırılması  yanaşmasından  istifadə  edir.  ilkin  tanınma  zamanı 

sövdələşmənin qiymətinə bərabər hesab edilən ədalətli dəyər 

ilə 3-cü səviyyəyə aid məlumatlara əsaslanan qiymətləndirmə 

metodundan istifadə etməklə müəyyən edilmiş məbləğ arasın-

da fərqlər yarana bilər. belə fərqlər ilkin olaraq aktiv və ya öhdə-

liklər kimi tanınır və sonradan investisiyaların müddəti ərzində 

düz xətt metodu ilə amortizasiya olunur. 1-ci və ya 2-ci səviyyəyə 

aid məlumatların istifadəsi zamanı yaranan fərqlər dərhal mən-

fəət və ya zərərdə tanınır.

Maliyyə  aktivlərinin  tanınmasının  dayandırılması.  Fond 

aşağıdakı  hallarda  maliyyə  aktivlərinin  tanınmasını  dayandı-

rır:  (a)  aktivlər  geri  alındıqda  və  ya  bu  aktivlərlə  əlaqədar  pul 

vəsaitlərinin hərəkəti üzrə hüquqların müddəti başa çatdıqda 

və  ya  (b)  Fond  maliyyə  aktivlərindən  daxil  olan  pul  vəsaitləri-

nin axını üzrə mülkiyyət hüququnu ötürdükdə və ya ötürülmə 

haqqında müqavilə bağladıqda və bu zaman (i) həmin aktivlə-

rin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas 

etibarilə başqa tərəfə ötürdükdə və ya (ii) bu aktivlərin mülkiy-

yət  hüququ  ilə  əlaqədar  bütün  risk  və  faydaları  əsas  etibarilə 

ötürmədikdə  və  ya  saxlamadıqda,  lakin,  həmin  aktivlər  üzrə 

nəzarət hüququnu özündə saxlamadıqda. Nəzarət qarşı tərə-

fin satışa məhdudiyyətlər qoymadan aktivi tam olaraq əlaqəli 

olmayan üçüncü tərəfə satmaq imkanına malik olmadığı hal-

larda saxlanılır.

Maliyyə öhdəliklərinin tanınmasının dayandırılması. maliyyə 

öhdəliyi müvafiq öhdəlik icra edildikdə, ləğv edildikdə və ya vax-

tı başa çatdıqda tanınması dayandırılır.

Pul vəsaitləri və onların ekvivalentləri. pul vəsaitləri və onla-

rın  ekvivalentləri  kassada  olan  pul  vəsaitlərindən,  ilkin  ödəmə 

müddəti  üç  aya  bərabər  olan  depozitlərdən,  eləcə  də  ödəmə 

müddəti üç ay və ya daha az olan, müəyyən pul məbləğinə çev-

rilə bilən və dəyərinin dəyişməsi riski cüzi olan qısamüddətli və 

yüksək likvidli investisiyalardan ibarətdir. kassada və banklarda 

olan  pul  vəsaitləri  və  depozitlər  hər  hansı  faizi  əlavə  etməklə 

amortizasiya olunmuş dəyərdə əks etdirilir.



Qızıl külçələr. Fond tərəfindən qızıl külçələrin satın alınmasın-

da  məqsəd,  həmin  qızılın  gələcəkdə  satıla  bilməsi  imkanı  ilə 

ümumi  investisiya  portfelinin  diversifikasiyası  olmuşdur.  qızıl 

külçələr  ilkin  olaraq  ədalətli  dəyərdə  qeydə  alınır  və  sonradan 

müvafiq gəlir və ya zərəri mənfəət və ya zərərdə göstərməklə 

ədalətli dəyərdə qiymətləndirilir.



Əmlak və avadanlıqlar. Fondun əmlak və avadanlığı əsasən in-

zibati məqsədlər üçün saxlanılan, təxmin edilən faydalı istifadə 

müddəti bir hesabat dövründən çox olan maddi aktivlərdir. əm-

lak  və  avadanlıqlar  yığılmış  amortizasiya  və  ehtiyac  yaranarsa 

dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla, ilkin dəyərdə uçota alınır.

binaların yenidən qiymətləndirilməsi balans dəyərinin hesabat 

dövrünün  sonunda  ədalətli  dəyərdən  istifadə  etməklə  müəy-

yən  edilə  biləcək  balans  dəyərindən  əhəmiyyətli  dərəcədə 

fərqlənməməsi üçün kifayət qədər müntəzəm qaydada həya-

ta  keçirilməlidir.  yenidən  qiymətləndirmə  nəticəsində  balans 

dəyərinin artması sair məcmu gəlirlərdə və kapitalda “yenidən 

qiymətləndirmə üzrə artım” kimi göstərilir. eyni aktivin balans 

dəyəri üzrə əvvəlki artımları əvəzləşdirən azalmalar sair məcmu 

gəlirlərdə  göstərilir  və  əvvəlki  illərdə  kapitalda  tanınmış  “yeni-

dən  qiymətləndirmə  üzrə  artımı”  azaldır;  bütün  digər  azalma 

halları il üzrə mənfəət və ya zərərdə əks etdirilir. Aktivin silinmə-

si  və  ya  satılması  zamanı  yenidən  qiymətləndirmə  üzrə  artım 

realizasiya  olunduqda,  kapitalda  göstərilən  binalar  üzrə  yeni-

dən qiymətləndirmə ehtiyatı birbaşa olaraq bölüşdürülməmiş 

mənfəətə köçürülür. ədalətli dəyər haqqında bazar məlumatı 

olmadıqda,  ədalətli  dəyər  gəlir  yanaşması  əsasında  müəyyən 

edilir.


kiçik həcmli təmir və gündəlik xidmət xərcləri çəkildiyi dövrdə 

xərcə silinir. əmlak və avadanlıqların əsas hissələrinin əvəz edil-

məsi xərcləri kapitallaşdırılır və əvəz edilmiş hissələr balansdan 

silinir.


Rəhbərlik hər bir hesabat dövrünün sonunda əmlak və avadan-

lıqlar üzrə dəyərsizləşmə əlamətlərinin mövcudluğunu qiymət-

ləndirir. əgər bu cür əlamətlər mövcud olarsa, rəhbərlik bərpa 

edilə bilən dəyəri təxmin edir. Aktivin bərpa edilə bilən dəyəri 

onun satış üzrə məsrəfləri çıxılmaqla ədalətli dəyəri və istifadə 

dəyərindən  daha  yüksək  olan  dəyəridir.  Aktivin  balans  dəyə-

ri  onun  bərpa  edilə  bilən  dəyərinə  qədər  azaldılır  və  dəyərsiz-

ləşmə zərəri il üzrə mənfəət və ya zərərdə kapitalda göstərilən 

əvvəlki  ilin  yenidən  qiymətləndirmə  ehtiyatından  artıq  olan 

hissəsi  qədər  tanınır.  Aktivin  istifadə  dəyərini  və  ya  satış  üzrə 

məsrəflər çıxılmaqla ədalətli dəyərini müəyyən etmək üçün isti-

fadə edilmiş təxminlərdə dəyişiklik baş verdiyi təqdirdə, əvvəlki 

illərdə tanınmış dəyərsizləşmə zərəri bərpa edilir.

Aktivlərin  silinməsindən  yaranan  mənfəət  və  ya  zərər  gəlirin 

məbləği  ilə  balans  dəyəri  arasındakı  fərq  kimi  müəyyən  edilir 

və il üzrə mənfəət və ya zərərdə (sair əməliyyat gəliri və ya xərci) 

kimi tanınır.

Amortizasiya.  torpaq  üçün  amortizasiya  hesablanmır.  əmlak 

və avadanlıqlar üzrə amortizasiya düz xətt metoduna, yəni əm-



ARDNF-NİN KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARI


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə