Ardnf haqqinda



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə52/53
tarix17.09.2018
ölçüsü2,31 Mb.
#69061
1   ...   45   46   47   48   49   50   51   52   53

AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

142


26. STRuKTuRLAŞDIRILMIŞ MüƏSSİSƏLƏRDƏ İŞTİRAK pAYI

Konsolidasiya  edilmiş  strukturlaşdırılmış  müəssisələr.  tokumei 

kumiai (“tk”) sazişi çərçivəsində bir və ya daha çox mühüm idarəet-

mə  səlahiyyətinə  malik  olmayan  investor  (“tk  investor”)  yaponiya 

əməliyyat şirkətinə (“tk operator”) həmin şirkət tərəfindən həyata 

keçirilən biznesdə (“tk biznes”) mənfəət/zərər müqabilində investi-

siya yatırır. tk-nın vergi statusuna uyğun olaraq, yaponiya rezident 

şirkəti tk biznesində müstəqil paya sahib olmalıdır. tk-gk qayda-

larına  uyğunluq  məqsədilə  ARDNF  və  “mitsubishi  uFJ  trust  and 

banking  (“mutb”)”  şirkəti  “kirarito  ginza”nın  əldə  edilməsinə  dair 

tk sazişi imzalamışdır. həmin sazişə əsasən “mutb” yaponiya rezi-

dent şirkəti qismində çıxış edir və tk biznesi (tk operator tərəfin-

dən əmlakın əldə edilməsi) üçün tələb olunan investisiya məbləği-

nin 2%-i həcmində, yəni 1,100 milyon yapon yeni (9,643 min AzN) 

məbləğində sərmayə yatırmışdır. tk-da nəzərdə tutulan mənfəətin 

ARDNF-ə ötürülməsi məqsədilə yaponiya ilə keçmiş sovet ittifaqı 

arasında  bağlanmış  vergi  sazişinə  əsasən  0%  dərəcə  ilə  ödəmə 

mənbəyində tutulan tk-gk vergi strukturu seçilmişdir. həmin saziş 

üzrə ARDNF-nin ümumi investisiya qoyuluşu 51,989 milyon yapon 

yeni (455,736 min AzN) təşkil etmişdir. müvafiq olaraq, ARDNF və 

“mutb” tk biznesindəki mənfəət və ya zərərdə proporsional paya 

sahib olmuşdur. 2016-cı ildə mutb onun iştirak payını əldə edən və 

aktivlərin idarəedilməsi meneceri vəzifəsini tutan “pgım Foreign ın-

vestment ınc” tərəfindən əvəzlənmişdir. “pgım Foreign ınvestment 

ınc”-nin Aktivlərin idarəedilməsi menecerləri adından pgım Real es-

tate (yaponiya) şirkəti çıxış edir.

tk operator investorlardan əldə etdiyi vəsait hesabına tokio şəhəri-

nin ginza rayonunda yerləşən ticarət kompleksi üçün 52,300 milyon 

yapon yeni məbləğində (458,462 min AzN) sərmayə yatırmışdır. Da-

şınmaz əmlak mubs 40-da nəzərdə tutulan investisiya mülkiyyəti 

anlayışına cavab verir. ARDNF tk operator ilə investisiya mülkiyyə-

tinin inkişafı və idarə edilməsinə dair strateji planı özündə əks et-

dirən saziş imzalamışdır. tk operator həmin sazişə və strateji plana 

uyğun olaraq şirkəti idarə edir.

tk sazişi investisiya mülkiyyətinin idarə edilməsi və inkişafı ilə əlaqa-

dar Fondun hüquqlarını məhdudlaşdırır. buna görə, mhbs 12-nin 

tələbinə əsasən tk operator konsolidasiya edilməmiş strukturlaşdı-

rılmış müəssisələr kateqoriyasına aid edilir. mhbs 12-yə uyğun ola-

raq, strukturlaşdırılmış müəssisə elə müəssisədir ki, onun idarə edil-

məsi və üzərində nəzarət həyata keçirilərkən səsvermə və ya bənzər 

hüquqlar  üstünlük  təşkil  edən  amil  olmur.  bu  struktura  əsasən 

yalnız inzibati məsələlərlə bağlı səsvermə hüquqları və Şirkətin əhə-

miyyətli fəaliyyəti müqavilə vasitəsilə idarə olunur.

tk  sazişinin  spesifik  xüsusiyyətlərinə  əsaslanaraq  rəhbərlik  hesab 

edir ki, ARDNF və tk operator arasında rəhbər/agent münasibətləri 

mövcuddur. mhbs 10-a uyğun olaraq investor agentə həvalə edilən 

qərarın qəbul edilməsi səlahiyyətlərini rəhbər/investorun özü tərə-

findən saxlanılan səlahiyyətlər kimi hesab edir. Rəhbərlik mhbs 10-

nun b60-cı bəndini və Aktivlərin idarəedilməsi menecerlərinin payı-

na düşən məhdudlaşdırılmış 2% investisiyasını nəzərə alaraq hesab 

edir ki, tk operator ARDNF-nin agentidir və buna görə də ARDNF 

investisiya obyektini konsolidasiya etməlidir.

27. HESABAT DÖVRüNDƏN SONRA BAŞ VERMİŞ

HADİSƏLƏR

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi 

haqqında” Azərbaycan Respublikası prezidentinin 28 dekabr 2017-ci 

il tarixli Fərmanına uyğun oalraq, Fondun 2018-ci il büdcəsinin gə-

lirləri və xərcləri müvafiq olaraq 11,559,956 min AzN və 9,730,221 min 

AzN məbləğində təsdiq edilmişdir.

Fondun  2018-ci  il  büdcəsinin  əsas  xərcləri  aşağıdakı  məqsədlərə 

yönəldilir:

• Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə transfertin 

yuxarı həddi – 9,216,000 min AzN;

•  qaçqınların  və  məcburi  köçkünlərin  sosial-məişət  məsələləri  ilə 

bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi – 200,000 min AzN;

• bakı-tbilisi-qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi – 

176,128 min AzN;

• samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin 

maliyyələşdirilməsi – 90,000 min AzN;

• 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili 

üzrə Dövlət proqramının maliyyələşdirilməsi – 16,218 min AzN;

• Fondun idarə edilməsi ilə bağlı xərclər – 31,876 min AzN.

illik HesAbAt 2017

143

əlaVə

suvereN foNDlar 

“saNtyaQo PriNsiPləri”

ümumi Qəbul oluNmuŞ PriNsiP və Normalar (üQPN) üzrə QiymətləNDirmə

aPrel, 2018



İLLİK HESABAT 2017

145


ƏLAVƏ

prinsiplər/Alt-prinsiplər

Cavablar

a.

 hüquqi əsaslar, məqsədlər və makroiqtisadi 



siyasətlə əlaqələndirmə

prinsip 1.

sF-in hüquqi əsasları möhkəm olmalı, onun effektiv 

fəaliyyətini  və məqsədlərinə nail olmasını dəstək-

ləməlidir. 

Alt-prinsip  1.1.  

sF-in hüquqi əsasları sF-in və onun əməliyyatlarının 

hüquqi cəhətdən möhkəmliyini təmin etməlidir.

Alt-prinsip  1.2.  

sF-in hüquqi bazasının və strukturunun, eləcə də sF  

ilə digər dövlət orqanları arasında hüquqi əlaqələrin 

əsas xüsusiyyətləri ictimaiyyətə açıqlanmalıdır.

ARDNF-nin hüquqi əsasları Azərbaycan Respublikası prezidentinin 

fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondu 

haqqında əsasnamə”də (bundan sonra “ARDNF-nin əsasnaməsi”) aydın 

şəkildə təyin olunmuşdur.

ARDNF büdcədənkənar dövlət təsisatı, hüquqi şəxsdir və onun fəaliyyə-

tində Azərbaycan Respublikasının konstitusiyası və qanunları, preziden-

tin fərman və sərəncamları və “ARDNF-nin əsasnaməsi” rəhbər tutulur.

ARDNF-nin hüquqi əsasları, strukturu və digər dövlət qurumları ilə 

əlaqələrinə dair bütün hüquqi sənədlər ictimaiyyətə açıqlanır və Fon-

dun rəsmi internet səhifəsindən əldə oluna bilər.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25

prinsip 2. 

sF-in fəaliyyətinin məqsədi aydın şəkildə müəyyən 

olunmalı və ictimaiyyətə açıqlanmalıdır.

ARDNF-nin yaradılmasının əsas məqsədi neft və qaz sazişlərinin icra-

sından əldə olunan gəlirlərin toplanmasını və səmərəli idarə olunmasını 

təmin etməkdir.

ARDNF-nin əsas vəzifələri ölkədə makroiqtisadi stabilliyin (valyuta 

daxilolmalarının mənfi təsirlərinin neytrallaşdırılması) qorunması və 

vəsaitlərin indiki və gələcək nəsillər üçün toplanıb artırılmasıdır.

yuxarıda qeyd edilən ARDNF-nin yaradılmasının əsas məqsədi, həm-

çinin  ARDNF-nin əsas vəzifələri  Fondun rəsmi internet səhifəsinə 

yerləşdirilmişdir.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/9

http://www.oilfund.az/az/content/3

prinsip 3. 

sF-in fəaliyyətinin ölkədə birbaşa makroiqtisadi 

təsirləri olarsa, bu fəaliyyətin ümumi makroiqtisadi 

siyasətin tərkib hissəsi olmasını təmin etmək məqsədi 

ilə, o, yerli maliyyə və pul-kredit orqanları ilə yaxından 

əlaqələndirilməlidir.

ARDNF-nin qanunvericiliyinə əsasən Fondun vəsaitləri Azərbaycan Res-

publikası daxilində investisiya edilə bilməz. Fondun xərcləri milli məclis 

tərəfindən təsdiq olunan icmal büdcənin tərkib hissəsidir.

büdcə sistemi haqqında qanuna əsasən icmal büdcə müvafiq dövlət 

qurumları ilə (maliyyə Nazirliyi,  iqtisadiyyat Nazirliyi və s.) məsləhətləş-

mələr və ARDNF-nin iştirakı ilə hazırlanır.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

http://www.oilfund.az/az/content/25/156

http://www.oilfund.az/uploads/Budget_system-1_AZ.pdf

AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

144

prinsiplər/Alt-prinsiplər

Cavablar

prinsip 4. 

sF-in maliyyələşmə və vəsaitlərinin xərclənməsinə 

dair ümumi yanaşmaya uyğun olaraq dəqiq və 

ictimaiy yət üçün açıq olan siyasət, qaydalar,

prosedurlar və ya mexanizmləri olmalıdır.

Alt-prinsip 4.1.

sF-in maliyyələşmə mənbələri ictimaiyyətə açıqlan-

malıdır.

Alt-prinsip 4.2.

sF-in vəsaitlərinin xərclənməsinə aid ümumi yanaşma 

ictimaiyyət üçün açıq olmalıdır.

Fondun maliyyələşmə və vəsaitlərinin xərclənməsinə dair prosedur 

qaydalar “ARDNF-nin əsasnaməsi” və “Azərbaycan Respublikası Dövlət 

Neft Fondunun (büdcə) gəlir və xərclər proqramının tərtibi və icrası qay-

daları”nda (bundan sonra “ARDNF-nin büdcəsinə dair qaydalar”) aydın 

şəkildə müəyyən olunmuşdur. bu qaydalar ARDNF-nin rəsmi internet 

səhifəsində yerləşdirilmişdir.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

http://www.oilfund.az/az/content/25/156

http://www.oilfund.az/uploads/Budget_system-1_AZ.pdf

prinsip 5. 

sF-ə aid müvafiq statistik məlumatlar Fondun ali 

idarəedici orqanına və ya lazım olan hallarda makro-

iqtisadi məlumatlar sisteminə daxil edilməsi məqsə-

di ilə digər lazımi orqanlara vaxtlı-vaxtında təqdim 

olunmalıdır.

ARDNF-yə aid statistik məlumatlar aylıq əsasda prezident Administrasi-

yasına və maliyyə Nazirliyinə, həmçinin rüblük və illik əsasda Dövlət sta-

tistika komitəsinə göndərilir. Fond həmçinin özünün gəlir və xərcləri ilə 

bağlı məlumatları hesablama palatasına və digər müvafiq məlumatları 

vergilər Nazirliyinə, Dövlət sosial müdafiə Fonduna və digər əlaqəli döv-

lət orqanlarına təqdim edir. əlavə olaraq, ARDNF öz fəaliyyəti ilə bağlı 

müvafiq məlumatları müntəzəm olaraq Dünya bankına və beynəlxalq 

valyuta Fonduna təqdim edir. 

ARDNF-nin fəaliyyəti ilə bağlı bütün məlumatlar (audit olunmuş illik 

hesabatlar, rüblük hesabatlar və s.) Fondun rəsmi internet səhifəsi va-

sitəsilə ictimaiyyətə çatdırılır.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

http://www.oilfund.az/az/content/25/156  

http://www.oilfund.az/uploads/Budget_system-1_AZ.pdf

b.

 institusional əsaslar və idarəetmə strukturu 



prinsip 6.

sF güclü idarəetmə strukturuna malik olmalı və bu 

idarəetmə strukturu Fondun məqsədlərini həyata 

keçirmək üçün hesabatlılıq və əməliyyat müstəqilliyini 

dəstəkləyən rol və öhdəliklərin aydın və effektiv bölgü-

sünü təmin etməlidir. 

ARDNF-nin üç-pilləli idarəetmə strukturu var və ölkə prezidenti ali 

idarəetmə səlahiyyətlərinə malikdir.

ARDNF-nin fəaliyyətinə nəzarəti baş nazirin sədrlik etdiyi müşahidə 

Şurası həyata keçirir. müşahidə Şurasının digər üzvləri milli məclis səd-

rinin müavini, maliyyə naziri, iqtisadiyyat naziri, mərkəzi bankın sədri və 

prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisidir. 

ARDNF-nin əməliyyat idarəetməsi icraçı direktora həvalə olunmuşdur. 

Azərbaycan Respublikası prezidenti, müşahidə Şurası və icraçı direk-

torun hüquq və vəzifələri “ARDNF-nin əsasnaməsi”ndə aydın şəkildə 

göstərilmişdir.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154




Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə