İLLİK HESABAT 2017
53
İNVESTİSİYALAR
5.1. iNvestisiya strateGiyası
ARDNF-nin investisiya strategiyasının əsasını irihəcmli itkilərin
minimuma endirilməsi şərti ilə münasib gəlirliliyin əldə edilmə-
si təşkil edir.
portfelin maliyyə alətləri və ölkələr üzrə geniş diversifikasiyası-
nın təmin edilməsi, eləcə də makroiqtisadi mühitin daimi təhlili
bu məqsədə nail olmağa xidmət edən amillərdəndir.
ARDNF-nin investisiya fəaliyyətinin hüquqi bazasını təyin et-
mək və yüksək şəffaflığın təmin edilməsi məqsədilə dövlət
tərəfindən ARDNF-nin vəsaitlərinin idarə edilməsinin əsas
prinsip və istiqamətləri müəyyənləşdirilmişdir. ARDNF-nin
vəsaitləri Azərbaycan Respublikası prezidentinin 19 iyun 2001-
ci il tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxla-
nılması, yerləşdirilməsi və idarə edilməsi haqqında qaydalar”a
(investisiya qaydaları) və Azərbaycan Respublikası prezidenti-
nin sərəncamları ilə illik əsasda təsdiq olunan “Azərbaycan Res-
publikası Dövlət Neft Fondunun investisiya siyasəti”nə əsasən
idarə olunur.
investisiya qaydaları ARDNF-nin vəsaitlərinin idarə edilməsinin
ümumi prinsiplərini müəyyən edir. belə ki, qeyd olunan investi-
siya qaydaları vəsaitlərin maliyyə alətlərinə və valyutalara görə
bölgüsünü, investisiya alətləri üzrə məhdudiyyətləri, xarici me-
necerlərə qarşı olan tələbləri, eləcə də ARDNF-nin tərəf müqa-
billəri (kastodial banklar, müxbir banklar və s.) ola biləcək qu-
rumların minimal kredit reytinq dərəcələrini müəyyənləşdirir.
investisiya siyasəti ARDNF-nin investisiya portfelinin hədəfləri-
ni, proqnozlaşdırılan həcmini, valyuta tərkibini, vəsaitlərin stra-
teji bölgüsünü, hədəf gəlirliliyi (bençmark) və bir sıra risk həd-
lərini müəyyən edir.
ARDNF-nin uzunmüddətli hədəflərinə uyğun olaraq, portfelin
investisiya alətlərinə görə bölgüsü illik əsasda nəzərdən keçirilir
və təsdiqlənir. 2017-ci il investisiya siyasətinə əsasən investisiya
portfeli aşağıdakı alt portfellərə bölünmüşdür:
• 60% - borc öhdəlikləri və pul bazarları alətləri;
• 25% - səhm;
• 10% - daşınmaz əmlak;
• 5% - qızıl.
2017-ci ilin dekabr ayına olan vəsaitlərin strateji bölgüsünə
əsasən ARDNF-nin investisiya portfelinin 76,3%-i sabit gəlirli
qiymətli kağızlar və pul bazarı alətlərindən, 14,9%, 3,5%, 5,3%-i
isə müvafiq olaraq səhmlər, qızıl və daşınmaz əmlak investisi-
yalarından ibarət olmuşdur.
sabit gəlirli qiymətli kağızlar və pul bazarları alətləri üçün seçilmiş hədəf gəlirliliyi 6 aylıq liboR faiz dərəcəsi (avroda ifadə olunan
aktivlər üçün 6 aylıq euRiboR faiz dərəcəsi), cari səhm portfelinin hədəf gəlirliliyi isə “mscı World” indeksi olaraq müəyyən edil-
mişdir.
cədvəl 5.1.2. ARDNF-nin investisiya fəaliyyətinin cari istiqamətlərini cəmləşdirir.
5. İnVEstİsİYalar
CəDvəl 5.1.1.
vəsAitlərin HəDəf bölgüsü
portfel
31.12.2016
Sabit gəlirli qiymətli
kağızlar 80,0%
Səhmlər 12,2%
Daşınmaz əmlak 4,4%
Qızıl 3,4%
portfel
31.12.2017
Sabit gəlirli qiymətli
kağızlar 76,3%
Səhmlər 14,9%
Daşınmaz əmlak 5,3%
Qızıl 3,5%
Hədəf portfeli
31.12.2017
Sabit gəlirli qiymətli
kağızlar 60%
Səhmlər 25%
Daşınmaz əmlak 10%
Qızıl 5%
CəDvəl 5.1.2.
investisiyA istiqAmətləri
Qlobal aktiv növləri
portfelə daxil olan
aktiv növləri
Həyata keçirilən
strategiya
Həyata keçirilmə metodları
ənənəvi
səhmlər
qlobal səhm bazar-
larına investisiya
“mscı World”, “mscı europe ex uk”, “s&p 100” indeksləri,
vtb bankda strateji səhm payı;
sabit gəlirli qiymətli
kağızlar
istiqrazlara və pul
bazarları alətlərinə
investisiya
Dövlət, beynəlxalq təşkilatlar, agentlik və korporativ investi-
siya dərəcəli sabit gəlirli qiymətli kağızların və pul bazarları
alətlərinin alınması
Alternativ
özəl səhmlər
özəl səhm
fondlarına
investi siya
beynəlxalq maliyyə korporasiyası Aktivlərin idarə edilməsi
Şirkəti tərəfindən idarə olunan fondlara, Avropa yenidənqur-
ma və inkişaf bankı tərəfindən idarə olunan “epF” fonduna,
“carlyle partners vıı”, “blackstone core equity partners”, “bc
european partners x”, “Apollo Fund ıx” və “Fsı mid-market
growth Fund” fondlarına investisiya;
“Neuberger berman” şirkəti ilə birgə qurulmuş Ayrıca idarə
olunan özəl səhm mandatı;
xəzər dənizində yeni müasir üzən qazma qurğusunun
tikinti layihəsində Azərbaycan Respublikasının iştirak payının
maliyyələşdirilməsi (AzRiqs)
Daşınmaz əmlak
kommersiya
təyinatlı daşınmaz
əmlakın alınması,
müştərək və daşın-
maz əmlak fondları-
na investisiyalar
moskva, london, paris, seul, tokio və milan şəhərlərində yer-
ləşən ofis binalarına investisiya;
Almaniya, yaponiya, Çin, AbŞ və sinqapurda yerləşən ofis
və kommersiya tipli daşınmaz əmlaka yatırılan müştərək
investisiyalar;
Asiya və sakit okean hövzəsi, Avropa və AbŞ-da kommersiya,
həmçinin yaponiyada logistika təyinatlı daşınmaz əmlaka
yatırım edən fondlara investisiyalar
qızıl
Fiziki qızıla
investisiya
qızıl külçələrinə investisiya
illik HesAbAt 2017
52
AzərbAycAn respublikAsı
Dövlət neft fonDu