Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə3/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   2   3   4   5   6   7   8   9   ...   195

 

Keçən  əsrdə  ondan  artıq  orta  əsr  şəhəri  arxeoloji  qazıntılarla  öyrənilmiş,  şəhərtipli  iri 



yaşayış yerlərinin arxeoloji tədqiqinə  başlanmışdır. Məhz, arxeoloji tədqiqatların nəticəsi 

olaraq  yazılı  qaynaqlarda  adı  çəkilən  bir  çox  şəhərlərin    yerləşdiyi  məkan 

müəyyənləşdirilmiş,  adları  yazılı  mənbələrdə  çəkilməyən  bəzi  şəhərlərin  xarabalıqları 

aşkarlanmışdır.  Arxeoloji  tədqiqatlar  Azərbaycanın  orta  əsr  şəhərlərinin    Şərqin  digər 

müsəlman  şəhərlərinə oxşarlığını təsdiqləməklə onların topoqrafiyası, görünüşü haqqında 

təsəvvürlərimizi  genişləndirmişdir.  Arxeoloji  axtarış  və  qazıntılar  şəhərlərin  müdafiə 

sisteminə  dair  zəngin  faktik  materiallar  verməklə,  həm  də  istehkam  tikililərinin  etibarlı 

olduğunu,  dövrün  hərb  sənətinin  tələblərinə  cavab  verdiyini  göstərmişdir.  Arxeoloji 

qazıntılar  şəhərlərin  istehsal,  mədəni  və  intellektual  potensialın  cəmləşdiyi,  cəmiyyətin 

sosial-iqtisadi və  mədəni  inkişafına  müsbət təsir göstərdiyi  mühüm    mərkəzlər  olduğunu 

faktik  materiallarla təsdiqləmişdir.  Kənd  tipli  yaşayış  yerləri nisbətən   zəif öyrənilmişdir. 

Lakin son onillikdə  aparılan arxeoloji tədqiqatlar bu  sahədəki boşluğu aradan qaldırmağa 

imkan  vermiş,  Azərbaycan  orta  əsr  kəndinin  səciyyəvi  əlamətlərini  müəyyənləşdirmək 

üçün maddi  dəlillər əldə olunmuşdur. 

Azərbaycanın  orta  əsrlər  dövrü  iqtisadiyyatının  öyrənilməsi  sahəsində  də 

arxeologiyanın    əhəmiyyəti böyükdür. Maddi  məxəzlərin  hərtərəfli  təhlili  əsasında  kənd 

təsərrüfatı, sənətkarlıq və ticarətin inkişafının başlıca aspektlərini aydınlaşdırmaq mümkün 

olmuşdur.  Çoxsaylı  faktik  materiallar  kənd    təsərrüfatında    əkinçilik  və  heyvandarlığın 

aparıcı sahələr olduğunu təsdiqləmişdir. 

Sənətkarlığın  inkişaf  səviyyəsini,  sənətdaxili  ixtisaslaşmanı,  ayrı-ayrı  sənət 

sahələrinin  durumunu  səciyyələndirmək  nöqteyi-nəzərindən  arxeologiyanın  nailiyyətləri 

böyükdür.  Orta  əsr  abidələrində  aparılan  arxeoloji  qazıntılar  nəticəsində  üzə  çıxarılmış 

emalatxana  qalıqları,  istehsal  tullantıları,  zəngin  sənətkarlıq  məmulatı  sənət  istehsalını 

bütövlükdə, eləcə də onun ayrı-ayrı sahələrini, o cümlədən metallişləmə, dulusçuluq, şüşə 

istehsalı və s. səciyyələndirməyə,  inkişaf dinamikasını  izləməyə  imkan vermişdir. Maddi 

mə xəzlərin  təhlili  Azərbaycan  sənətkarlığının  geri  qalmadığını,  bəzi  sahələrdə  hətta 

qabaqcıl ölkələri geri qoyduğunu göstərir. 

Arxeoloji tədqiqatlar şəhərlər ətrafında kənd nahiyyələrinin mövcudluğu və onların 

qarşılıqlı əlaqələri haqqında tutarlı fikirlər söyləməyə imkan vermişdir. 

Arxeoloji  materiallar  və  numizmatik  dəlillərlə  orta  əsrlərin  ticarət  əlaqələrinin 

mü xtəlif  mərhələlərində  istiqamətləri,  xarakteri,  başlıca  və  idxal 

malları 


müəyyənləşdirilmişdir. 

Arxeoloji  qazıntılar nəticəsində şəhər və  kənd  məişətinin  öyrənilməsi üçün  xeyli 

faktik materiallar əldə olunmuşdur. 

Arxeoloji qazıntılar həm də Azərbaycanın orta əsr mənəvi mədəniyyətinin bir çox 

aspektlərini  işıqlandıran  dəlillər  vermişdir.  Müsəlman  dünyasının  şimalında,  xristian  və 



 

bütpərəst sivilizasiyalarla təmas məkanında yerləşən  Azərbaycan islam dininin, müsəlman 



mədəniyyətinin  Qafqazda  yayılmasında və  inkişafında önəmli  rol  oynamışdır. Arxeoloji 

materiallar Azərbaycan incəsənətinin, xüsusilə dekorativ tətbiqi sənətlərin ümummüsəlman 

incəsənəti  üçün  səciyyəvi    əlamətləri  daşımaqla  yanaşı,  həm  də  sırf  yerli,  məhəlli 

xüsusiyyətlərə malik olduğunu göstərmişdir. 

Aparılan  arxeoloji  qazıntılar  əsasında  Azərbaycanın  IX-XVII  əsrlər  maddi 

mədəniyyət abidələrinin kompleks şəklində öyrənərək, yazılı qaynaqlarda əksini tapmış bir 

çox  tarixi  faktlar  üzə  çıxarmaq,  ümumiləşdirmələr  aparmaq,  orta  əsr    arxeologiyasının 

inkişaf  yollarını  göstərmək,  arxeologiya  elminin  tutduğu  mövqeyi  aydınlaşdırmaq  və 

mümkün perspektivləri şərh etmək bu kitabda qarşıya məqsəd qoyulmuşdur. Qısa şəkildə 

həmin dövr abidələrinin arxeoloji tədqiqindən, qazıntı aparılmış şəhər, kənd, qala və digər 

yaşayış  yerlərindən, qəbir  abidələrindən bəhs  olunur, onların   arxeoloji  səciyyəsi verilir. 

Müdafiə  istehkamları,  şəhər  və  kənd  tikintiləri,    inşiaat    texnikası  və  memarlığı  əhatə 

olunur.  Kitabda sənətkarlıq və  ticarətə,  əmək  alətlərinə, silah və  döyüş  ləvazimatlarına, 

saxsı məmulatına, məişət əşyalarına, bəzəklərə, qəbir abidələrinə, dini tikintilərə, incəsənət 

əşyalarına, sikkələrə, epiqrafik  abidələrə, bir sözlə,  arxeoloji  qazıntılarda  aşkara çıxarılan 

zəngin maddi mədəniyyətin bütün  növlərinə diqqət yetirilir. 

Müasir  sərhədlər  Azərbaycanın  tarixi  ərazisinin  bir  neçə  dövlətin  tərkibinə 

qatılmasını  şərtləndirdiyindən  Azərbaycanın  orta  əsr  arxeoloji  abidələri  həm  də  qonşu 

dövlətlərin ərazisində yerləşir. Azərbaycanın Dərbənd şəhəri Rusiya Federasiyasının,  bir 

sıra  abidələr  Ermənistan və  Gürcüstan  Respublikasının,  Cənubi Azərbaycan abidələri  isə 

İran  İslam  Respublikasının  sərhədləri  daxilindədir.  Azərbaycanın  orta  əsr  tarix    və 

arxeologiyasının dolğun  mənzərəsini yaratmaq üçün Azərbaycan  Respublikası ərazisində 

arxeoloji komplekslərlə yanaşı, müəyyən  dərəcədə qonşu dövlətlərin sərhədləri daxilində 

qalan Azərbaycanın orta əsr abidələri də tədqiqata cəlb edilmişdir. 

Kitabın iki hissəyə bölünməsi və I hissə üçün IX-XIII əsrin əvvəlləri, II hissə üçün 

XIII əsrin ikinci yarısının – XVII əsrin xronoloji çərçivəsinin müəyyənləşdirilməsi feodal  

cəmiyyətində  baş vermiş keyfiyyət dəyişiklikləri  ilə bağlı olub, sosial-iqtisadi və mədəni 

həyatda cərəyan  edən proseslərin arxeoloji abidələrdə öz əksini qabarıq şəkildə tapması ilə 

müəyyənləşdirilmişdir.  Bu  prinsip  yalnız  “Azərbaycanın  orta  əsr  abidələrinin  arxeoloji 

öyrənilməsi  tarixi”  adlanan  birinci  fəsildə    pozulmuşdur.  I  hissədə  yerləşdirilmiş  həmin 

fəsildə IX-XIII əsrin  əvvəllərində aid arxeoloji abidələrlə yanaşı, həm də XII əsrin ikinci 

yarısı - XVII əsr abidələrinin öyrənilməsi tarixindən də bəhs olunmuşdur. Belə ki, arxeoloji 

qazıntılar aparılmış orta əsr abidələrinin böyük əksəriyyətində həm IX-XIII əsrin  əvvəlləri, 

həm də XIII əsrin ikinci yarısı – XVII əsr təbəqələri tədqiq  edilmişdir. Sırf son orta əsr 

arxeoloji abidələrində isə hələlik geniş arxeoloji qazıntılar aparılmamışdır. 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə