Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə7/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   2   3   4   5   6   7   8   9   10   ...   195

16 

 

bütün respublika miqyasında genişləndirilməsi, tarixi keçmişin yeni abidələrini aşkarlamaq, 



qeydə almaq, öyrənmək üçün ekspedisiyaların təşkili haqqında qərar qəbul etdi. 

20-ci  illərin ortalarında və ikinci yarısında orta əsr şəhər və qalalarının arxeoloji 

öyrənilməsi  geniş  vüsət  aldı.  Bakı,  Şamaxı,  Qəbələ,  Bərdə,  Beyləqan,  Xaraba-Gilan 

şəhər  xarabalıqlarının,  Gülüstan,  Buğurt,  Bəllabur,  Əlincə,  Abşeron  qalalarının, 

Pirsaatçay  yaxınlığında  və  Əlincəçay  üzərindəki  xanəgah  xarabalıqlarının  arxeoloji 

tədqiqinə  səy  göstərildi.  Diqqətəlayiq  haldır  ki,  Xaraba-Gilanda  1926-1928-ci  illərdə 

arxeoloji  qazıntılar  Azərbaycanın  Arxeoloji  Komitəsinin  icazəsi  ilə  iki  mərkəz  - 

Azərbaycanı  Tədqiq  və  Tətəbbö  Cəmiyyəti  və  Qafqaz  Tarix-Arxeologiya  İnstitutu 

tərəfindən  aparılmış  və  Azərbaycanı  Tədqiq  və  Tətəbbö  Cəmiyyətinin  Naxçıvan  şöbəsi 

qazıntılar  zamanı  aşkarlanmış  artefaktların  elmi  tədqiqindən sonra  Naxçıvan  muzeyinə 

təhvil  verilməsi  haqqında  məsələ qaldırmışdı  (A.Quluzadə,  R.Quliyev,  2006).  1920-ci 

ildə Bakıda Şirvanşahlar saray kompleksində aparılan təmizlənmə və təmir işləri arxeoloji 

qazıntılarla müşayiət olunurdu (E.A.Пахомов, 1924, cтp. 105-110; B.H.JIeвиатов, 1944). 

Arxeoloji  tədqiqat  işləri  1924-1925-ci  illərdə  də  davam  etdirilmiş,  çöl  tədqiqatlarının 

yekunu haqqında Y.A.Paxo mov məlumat vermişdir (C.Гусейнова, 1992).  Qız qalasının da 

arxeoloji  tədqiqinə  keçən  əsrin  20-c i  illərinin  əvvəllərində  başlanılmışdır.  Professor 

Zummerin  rəhbərliyi  altında bir qrup tələbə Qız qalasında arxeoloji qazıntılar aparmışdır 

(C.Гусейнова  1992,  cтp.  119).  Orta  əsr  Bakı  şəhərinin  ilk  tədqiqatçıları  arasında 

S.B.Aşurbəyli də vardı. Onun Bakı üzrə ilk elmi araşdırmaları bu dövrə təsadüf edir. O, 

Bakının  memarlıq  abidələrinin  araşdırıldığı  ilk  məqaləsini  yazmışdır  (S.B.Aşurbeyli, 

1930,  səh.  49-52).  Qəbələ  şəhərin in  xa rabalıq larının  tədqiqinə  dair  D.Şərifovun 

(Д.Шарифов,

 

1927),  Şamaxı  şəhəri  və  onun  ətrafındakı  qalaların  ilkin  tədqiqi 



haqqında  C.Aleksandroviç-Nasıfinin  (Дж.Александрович-Насыфи,  1926),  Bərdə 

şəhərinin  tarixi  ilə  bağlı  V.M .Sısoyevin  (B.M.Сысоев,  1926),  Xaraba-Gilan  şəhər 

xarabalıqların ın tədqiqi ü zrə  V.M.Sısoyevin (B.M ,  Сысоев,    1928,  1929), S.V.Ter-

Avetisyanın  (C.B.Tep-Aветисян,  1927;  1928),  T.Əzimbəyovun  (И.А

ЗИМБЕКОВ

,

 



1929),  Əlincə qalasının tədqiqinə dair M ir Heydərzadənin (M ir Heydərzadə,  1930), 

Lənkə ran diyarında Bəllabur qalası haqqında İ.Əzimbəyovun (И.А

ЗИМБЕКОВ

,

 



1926), 

qədim  Gəncə  şəhəri  və  Niza mi  Gəncəvin in  qəbrinə  dair  C.Ale ksandroviç-Nasıfinin  

(Дж.Александрович-Насыфи, 

1926a), 


Pir 

Hüseyn 


xanəgahı 

haqqında 

V.M.Sısoyevin 

(B.M.Cысоев, 

1925) 

məqalələ ri 



çap  olunur.  Akademik 

İ.İ.Meşşaninov xüsusi bir məqaləsində keçən əsrin 20-ci illərində aparılmış arxeo loji 

tədqiqatların  yekunlarını  təhlil  edərə k  ü mu miləşdirmiş,  orta  əsr  abidələrin in, 

xüsusilə  şəhərgahların   öyrənilməsindəki  nailiyyətləri  də  qeyd  etmişdir 

(И.И.Мещанинов, 1929). 



17 

 

Diqqəti  çə kən  cəhətlərdən  biri  abidələ rin  qeydə  alın ması,  tədqiqi  və  



mühafizəsi  işində  yerli  diyarşünasların  yaxından  iştirak  etməsidir.  Bu  baxımdan  

Azərbaycanı  Tədqiq  və  Tətəbbö  Cəmiyyətinin  Na xç ıvan  şöbəsi  daha  fəal  görünür. 

Şöbə  arxeoloji  abidələrin  qeydə  alınması,  tədqiqində  fəallıq  göstərməklə  bərabər, 

abidələrin  bərpası  və  qorunmasını  da  diqqət  mərkə zində  saxlayırdı.  Na xçıvan  

şöbəsinin 20-ci illərdə ard ıcıl olaraq Mö münə  xatın türbəsinin təmirinə dair  məsələ 

qaldırması qeyd olunanları təsdiqləyir (A.Qulu zadə, R.Quliyev, 2006). 

1929-cu  ilin  oktyabrında  Azə rbaycan  SSR  MİK  qərarı  ilə   Azərbaycanı 

Tədqiq və Tətəbbö Cə miyyəti yenidən qurularaq Azə rbaycan Dövlət Elmi-Tədqiqat  

İnstitutuna çevrildi. Cəmiyyətin bütün vəsaiti, kitab xanası, nəşriyyat və elmi kadrları 

İnstituta verildi (T.Kepимовa, 2005, cтp. 136). 

1930-cu  ildə  Azərbaycan  Dövlət  Elmi-Tədqiqat  İnstitutunun  nəzdindəki 

Azərbaycanı  Öyrənən  Cə miyyətin  məsul  təlimatçısı  A.Klimov  Salyan-Muğan 

dairəsinə  elmi  səfəri  za manı  bir  neçə  orta  əsr  abidəsini  qeydə  alır.  Onun 

İlanlıdağdakı  o rta  əsr  yaşayış  yeri,  Qırxçıraq,  Bəndovan  şəhər  yerləri,  Salyan  

rayonunun  Xələc  kəndindəki  Qızıl  məscid  adlanan yaşayış yeri  haqqında  məlu mat ı 

diqqətəlayiqdir. A.Klimov  Qırxç ıraq şəhərgahında 2 saat ərzində istehsal tullantıları 

arasından  50-dən  artıq  sikkə  toplamışdı.  O,  burada  həm  də  Govurarxın  qalıqların ı 

qeydə alır, Qa ra  Ça la deyilən sahədə zərb xananın yerləşdiyini bildirir  (A.K

ЛИМОВ

,

 



1930). 

XX əsrin 30-cu  illərində orta əsr şəhərlərinin arxeolo ji tədqiqinə diqqət daha 

da  artırılır.  1932-1934-cü  illərdə  Azərbaycanın  qədim  abidələrin in  mühafizəsi 

mə rkə zi  Ba kıda  Şirvanşahlar  sarayının  tə mir  və  bərpa  işləri  ilə  ə laqədar  saray 

ko mple ksinin  həyətində  arxeo loji  qazıntı  işləri  aparır.  Qa zıntılar  nəticəsində  bəlli 

olur  ki,  sarayın  mərkəzi  və  ona  cənubi-şərqdən  birləşən  otaqları  daha  erkən  dövrə 

aid tikili qalıqları ü zərində ucaldılmışdır. Aparılan tədqiqatlar əsasında Şirvanşahlar 

sarayının  plan  və  kompozisiya  quruluşuna  dair  maraqlı  muşahidələr  edilir  

(B.H.Левиатов,  1944).  Təmir  və  bərpa  işlərindən  sonra  Şirvanşahlar  saray  komp-leksi 

SSRİ EA Azərbaycan filialının Azərbaycan Tarixi Muzeyinə verilir. 

1933-cü ildə akademik İ.İ.Meşşaninovun rəhbərliyi altında Mil düzündə orta əsr 

Beyləqan  şəhərinin  xarabalıqları  olan  Örənqala  şəhərgahında  arxeoloji  qazıntılar 

aparılır.  Qazıntı işləri üç sahədə - kiçik şəhərin mərkəzində, onun şimal-şərq divarında 

və kiçik şəhərdən böyük şəhərə keçiddə görülür. Qazıntıların nəticələrini təhlil edən, əldə 

olunmuş  faktiki  materialları  şərh  edən  İ.İ.Meşşaninov  bəzi  səhvlərə  yol  versə  də, 

abidənin xronoloji çərçivəsi, şəhərin meydana gəlib inkişaf etməsində Govurarxın mühüm 

rol oynaması haqqında diqqətəlayiq fikirlər söyləmişdir (И.И.Мещанинов, 1936). 1936-cı 

ildə isə Örənqalada Ə.K.Ələkbərovun başçılığı ilə  kəşfiyyat  xarakterli qazıntı  işləri aparılır 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə