Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə15/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   11   12   13   14   15   16   17   18   ...   195

32 

 

qazıntıların  nəticələri  feodal  şəhərlərinin  üç  tipini  ayırmağa  imkan  verir.  İstehkamlı 



sahəsi 100 hektara yaxın və daha artıq olan iri ş əhərlər ayrı-ayrı dövrlərdə Azərbaycan 

feodal  dövlətlərinin  paytaxtı  və  ya  mühüm  mərkəzi  olmuşdur.  Onların  iqtisadiyyatı 

sənətkarlıq  və  ticarətə  əsaslanırdı.  Bu  şəhərlər  ölkənin  intellektual  potensialının 

cəmləşdiyi  başlıca  mərkəzlər  idi.  Bərdə,  Gəncə,  Dəbil,  Naxçıvan,  Təbriz,  Ərdəbil, 

Marağa,  Şamaxı,  Dərbənd belə şəhərlərdən  idi.  Həmin  şəhərlərin  əhalisinin  sayı  100 

minə ya xın və ya daha ço x idi. 

İstehkamlı  sahəsi  20-60  hektara  qədər  ərazini  əhatə  edən,  əsasən  vilayət 

mərkə zləri  olmuş  orta dərəcəli  şəhərlər sırasına  Beyləqan,  Əhər,  Zəncan,  Bakı,  Qəbələ, 

Şabran, Şəmkir və başqalarını aid etmək olar. 

Ümumi  sahəsi  20  hektardan  çox  olmayan,  yerli  əhəmiyyətə  malik  mahal 

mərkəzlərindən  ibarət  kiçik  şəhərlər  sırasında  Cəlilabad  rayonunda  qeydə  alınmış 

Bəcrəvan şəhərinin  xarabalıqların ı,  Xunan ş əhəri  ilə  eyniləşdirilən  Torpaqqala ş əhər 

yerini, Gilgilçay sahilində yerləşən Şəhərgahı və başqalarını göstərmək olar. Buraya həm 

də şəhərtipli iri yaşayış yerlərini aid etmək olar. Şəhərlərin belə arxeoloji tipoloji bölgüsü 

yazılı  qaynaqlardakı  müsəlman  şəhərlərinin  təsnifatına  uyğun  gəlir.  Belə  ki,  yazılı 

qaynaqlarda  paytaxt  şəhərlər  "misr",  vilayət  mərkəzləri  "qəsəbə",  mahal  mərkəzləri 

"mədinə"  adlandırılır  (Əl-Müqəddəsi,  1967).  Lakin  bunu  da  xatırladaq  ki,  orta  çağ 

müəlliflərinin şəhərin statusuna dair təsəvvürləri konkret deyildi. Ərəb coğrafiyaşünası əl-

Müqəddəsi üçün başlıca meyar yaşayış məntəqəsində Came məscidinin olması vacib şərt 

idi.  Və  yaxud,  XIII  əsrin  əvvəllərində  Azərbaycanda  olmuş  Yaqut  Həməvi  Ərdəbil, 

Dərbənd  kimi  böyük  və  əhəmiyyətli  şəhərləri  mədinə  adlandırır  (N.Əliyeva,  1999, 

səh. 68). 

Yazılı  qaynaqların  məlumatı  və  arxeoloji  tədqiqatların  nəticələrini  müqayisəli 

təhlil  edən  tədqiqatçılar  inkişaf  etmiş  orta  əsrlərdə  Azərbaycanda  70-ə  yaxın  şəhərin 

fəaliyyətdə olduğunu müəyyənləşdirmişlər. 

Ümumiyyətlə, Azərbaycanın IX-XII əsr yaşayış məskənləri arxeoloji baxımdan 

şəhər  xarabalıqları,  qala  və  qəsr  qalıqları,  kənd  tipli  yaşayış  yerləri  ilə  təmsil 

olunmuşdur. 



Şəhərlər 

 

Bir  halda  ki,  arxeoloji  qazıntılar  əsasən  orta  əsr  şəhərlərinin  xarabalıqlarında 



aparılmışdır, əvvəlcə qısa da olsa onların üzərində dayanaq. IX-XIII əsrin şəhərlərindən 

Şimali  Azərbaycan ərazisində ən  məşhur olanları  Gəncə,  Beyləqan,  Naxçıvan,  Şabran, 

Şamaxı,  Şəmkir,  Dərbənd,  Bakı,  Dəbil,  Qəbələ,  Bərdə,  Şəki  idi.  Bunlardan  bəziləri  - 

Bakı, Şamaxı,  Naxçıvan, Dərbənd öz köhnə adlarını saxlamış və indi də bu şəhərlərdə 

həyat  davam  etməkdədir.  Tarix  səhnəsindən  silindikdən  sonra  öz  adını  yaxın  yaşayış 



33 

 

məskəninə vermiş şəhərlərin də tarixi yerlərini aydınlaşdırmaq asandır. Belələrinə aiddir: 



Bərdə (indiki Bərdə rayon mərkəzi),  Gəncə (indiki yeni Gəncə), Şəmkir (indiki  Şə mkir 

şəhəri), Qəbələ (indiki Çu xur Qəbələ kəndi). Beyləqan şəhərinin yeri məsələsində böyük 

mübahisə  ortaya  çıxmışdır.  Hazırda  bu şəhərin  xarabalıqlarının  Örənqala  olduğu sübut 

edilmişdir  (Q.M.Əhmədov,  1979).  Şəki  şəhərinin  yeri  haqqında  da  mü xtəlif  fikirlər 

söylənmişdir. 

 



34 

 

 



 


35 

 

Bu  günə  qədər  Şirvan,  Abxaz  və  bir  sıra  başqa  şəhərlərin  tarixi  yeri  tam 



aydınlaşdırılmamışdır. Adı təkcə ilk  mənbələrdən bizə məlum olan, məsələn, Balasacan, 

Bərcic, Bərzənd, Zeym (Zayam), Ka lkatus, Kərkərə, Yunan və s. kimi şəhərlərin yerləri 

arxeoloji cəhətdən müəyyən olunmamış və ya dəqiqləşdirilmə mişdir. Bir sıra şəhər və 

qala  yerlərinin  (Bəndovan,  Qızılburun,  Qalaca  və  başqaları)  tarixi  adları  indi  də  

mə lu m deyildir. 

Tarixi  mənbələrin  araşdırılması  və  arxeoloji  a xtarışların  nəticəsi  göstərir  ki, 

Azərbaycanın  IX-XIII  əsrlərə  aid  şəhərlərinin  əksəriyyəti  ölkənin  iqtisadi  cəhətdən 

daha  inkişaf  etmiş  və  əhali  ilə  sıx  məskunlaşmış,  həmçinin,  magistral  ticarət  yolları 

keçən  strateji  cəhətdən  əhəmiyyətli  olan  ərazilərində  yerləşmişdir.  Başqa  Şərq 

ölkələrində  olduğu  kimi,  Azərbaycanda  da şəhərlər  sənətkarlıq  və  ticarət  mərkəzləri 

kimi  əsasən  IX-X  əsrlərdə  formalaşmış,  sonrakı  iki  əsrdə,  XI-XII  əsrlərdə  çiçəklənmə 

çağını keçirmişdir. Azərbaycan tarixinə bu dövr inkişaf etmiş orta əsrlər dövrü kimi daxil 

olmuşdur.  Söz  yox  ki,  bu  şəhərlərin  formalaşması  və  inkişafında  ilk  orta  əsrlərdə  və 

ondan qabaqkı  dövrlərdə yaranmış bazanın  mühüm  rolu  olmuşdur.  Hər  halda arxeoloji 

qazıntılar  zamanı  müəyyən  olunmuşdur  ki,  inkişaf  etmiş  orta  əsrlərdə  şəhərlərin  - 

Qəbələ,  Gəncə, Beyləqan, Dərbənd, Şabran, Bakı və s. ərazisi ilk orta əsrlərə nisbətən 

daha  sıx  məskunlaşmış  və  daha  geniş  sahəni  əhatə  etmişdir.  Gəncənin  yalnız  qala 

divarlarının  içərisindəki  sahəsi  250  hektara  bərabər  idi.  Yazılı  mənbələrin  verdiyi 

məlu mata  əsasən,  Bərdənin  təkcə  Həftəbazar  meydanı  50  hektar  ərazini  əhatə  edirdi. 

Beyləqanın qala divarlarından içəridəki sahə 40 hektara ya xın, Şə mkirdə isə 28 he ktar 

idi. 

Şərqin  digər  müsəlman  ölkələrində  olduğu  kimi,  Azərbaycanın  da  orta  əsr 



şəhərləri  əsasən üç sosial-iqtisadi  topoqrafik  hissədən  -  narınqala  (iç  qala),  şəhristan 

(içərişəhər)  və  rabaddan  (bayır  şəhər)  ibarət  idi.  Şəhərlərin  belə  quruluşu  feodal 

cəmiyyətində baş verən sosial-iqtisadi proseslərlə bağlı idi. Bu üç s əciyyəvi topoqrafik 

hissənin hər birinin forma laşması öz növbəsində bir sıra sosial-iqtisadi və hərbi-siyasi 

amillərlə bağlı idi. Şəhərin siyasi və inzibati mərkəz funksiyasını yerinə yetirməsi onun 

ərazisində  ən  əlverişli  yerdə  narınqalanın  və  hökmdar  sarayının  meydana  gəlməsini 

şərtləndirmişdi.  Ölkənin,  vilayətin,  mahalın  idarəsi  buradan  həyata  keçirilir,  burada 

qanunlar və fərmanlar hazırlanır, ölkədə və ya vilayətdə baş verən hadisələr mü zakirə  

olunur, toplanan vergilər buradakı xə zinəyə daxil o lurdu. 

Şəhərin  hərbi-inzibati  və  mədəni-ideoloji  mərkəz  rolunu  oynaması  dövlət 

idarəçiliyində  və  mədəni-dini  sahədə  fəal  iştirak  edən  feodal  sinfinin  şəhristanda 

yerləşməsini,  şəhərin  bu  hissəsində  monumental  ictimai-dini  binaların,  ticarət 

obyektlərinin,  imarətlərin  və  çoxotaqlı,  yaraşıqlı  evlərin  inşa  olunmasını,  abadlıq 

tədbirlərinin  daha  ciddi  həyata  keçirilməsini  şərtləndirmişdi.  Sənətkarlıq  və  ticarətin 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə