Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə11/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   7   8   9   10   11   12   13   14   ...   195

24 

 

abad  olduğu,  küçə  və  meydanların,  həyətlərin  döşəndiyi,  mükəmməl  su  təchizatı 



sisteminin,  sanitariya-gigiyena  qurğularının  mövcudluğu  təsdiqləndi.  Bəlli  oldu  ki, 

şəhərlərin  iqtisadi  əsasını sənətkarlıq  və ticarət təşkil  etmişdir.  Sənətdaxili  ixtisaslaşma 

kifayət  qədər  dərinləşmişdir.  Şəhərlər  ö lkənin  başlıca  mədəni-dini  mərkə zləri 

olmuşdur. 

Nəzərdən  keçirilən  illərdə  Azərbaycanın  orta  əsr  qəsr  və  qalalarının 

öyrənilməsində də əməli işlər görülmüşdür. Gülüstan qalasında, Bayıl qəsrində qazıntılar 

aparılmış,  Qəbələ  bölgəsinin  istehkam  tikililəri  tədqiqata  cəlb olunmuş,  Əlincəqalada, 

Cənubi Azərbaycanın bir sıra qəsr və qalalarında kəşfiyyat xarakterli ilkin tədqiqat işləri 

görülmüşdür. Xınıslı arxeoloji ekspedisiyasının C.Ə.Xəlilovun rəhbərliyi, H.Ə.Ciddinin  

fəal iştirakı ilə  1958-c i ildən Gülüstan qalasında başladığı arxeo loji qa zıntıla r 1961-c i 

ilə   qədər  ardıc ıl  davam  etdirilmişdir.  Şirvanşahlar  dövlətinin  müdafiə   sistemində  

mühü m  ro l  oynamış  bu  qalanın  memarlığı  və  tarixilə  bağlı  bir  ço x  məsələlərə 

aydınlıq  gətirən  xeyli  fakt ik  materia lla r  əldə  olunmuşdur.  Qazıntıların  gedişatı  və 

nəticələri  haqqında  H.Ə.Ciddi  məqalələ r  yazmış  (H.Ə.Ciddi,  1960,  1961,  1961  a), 

qalanın tarixi-arxeolo ji tədqiqinə həsr olunmuş dissertasiyanı uğurla  müdafiə etmiş, 

bir qədər sonra onu monoqrafiya şəklində çap etdirmişdir (H.Ə.Ciddi, 1967).  

Şirvanın maraqlı abidələrindən hesab olunan Bayıl qəsrində 1962 və 1969-cu  

illərdə  Ö.Ş.İsmizadə  arxeolo ji  tədqiqatlar  aparmış,  qazıntıla rın  nəticələri  haqqında 

ittifaq  və  respublika  elmi  o rqanlarında  məqalə lər  çap  etdirmiş,  onun  Qız  qa lası  ilə  

əlaqəli  olduğunu  qeyd  etməklə,  Bakı  şəhərini  dənizdən  müdafiə  etmək  üçün 

tikild iyin i  bildirmişdir.  Müəllif  eyni  za manda  bu  arxeoloji  ko mple ksin  va xtilə  

gömrükxana  kimi  istifadə  olun ması  ehtimalını  da  istisna  etməmişdir 

(О.Ш.Исмизаде ,  1966;  1971).  Təəssüf  ki,  Azə rbaycanın  digər  orta  əsr  qəsr  və 

qalalarında  belə  əsaslı  arxeolo ji  qazıntılar  aparılmamış,  əksər  hallarda  onların  

arxeolo ji tədqiqi yo xla ma qa zıntıla rla  məhdudlaşmışdır. 

Misal  olaraq  Qəbələ  bölgəsini  göstərmək  ola r.  60-70-c i  illərdə  Qəbələ  

bölgəsinin  istehkam  tikililərin in  -  qüllə,  qəsr  və  qalalarının  tədqiqi  sahəsində  xeyli 

işlər  görülmüş,  arxeo loji  tədqiqatların  nəticələri  F.V.Qədirovun  monoqrafiyasında 

ümu miləşdirilmişdir (F.V.Qədirov, 1984). 

Keçən  əsrin  80-ci  illərində  Azərbaycan  arxeolog iyasının  mühüm 

nailiyyətlərindən  biri  orta  əsr  məskənlə rinin  əksəriyyətini  təşkil  edən  kənd  tipli 

yaşayış  yerlərinin  genişsahəli  arxeolo ji  qazıntılarla  öyrənilməsinə  başlanılmasıdır. 

80-ci  illə rə qədər bu qəbildən olan abidələrdə, Dərə zarat və Qaratəpə yaşayış yerləri 

istisna olmaqla,  əsasən  kəşfiyyat  xara kterli  ilkin  çöl  tədqiqatları  aparılmışdı.  1983-

1989-cu  illə rdə  Quba-Xaç ma z  arxeo loji  ekspedisiyası  Xaçma z  rayonunda, Ağçayın 

sahilində  Sərkə rtəpə  və  Quba  şəhərinin  kənarında  Sandıqtəpə  yaşayış  yerlərində  




25 

 

geniş arxeolo ji qazıntılar aparmışdır. İlk dəfə olaraq Azərbaycanın orta əsr kəndinin 



həyat mənzərəsin i təsəvvür etməyə imkan verən fa ktiki mate ria llar ü zə ç ıxa rılmışdır. 

Azərbaycanın 

orta 

əsr 


abidələrinin 

öyrənilməsində 

və 

onların  



xəritələşdirilməsində 

"Azərbaycanın 

arxeoloji 

abidələrin in 

külliyyatı" 

ekspedisiyasının  fəaliyyəti  məhsuldar  olmuşdur.  C.Ə.Xəlilovun  rəhbərlik  etdiy i 

ekspedisiya  1976-1980-c i  illərdə  Şimal-Şə rqi  Azərbaycanda  digər  dövrlərlə  yanaşı, 

orta əsrlərə a id 30-dan artıq abidə - şəhərgah, qala qalıqla rı, kənd tipli yaşayış yerləri 

qeydə  almışdır.  Ekspedisiya,  həmçin in,  onların  ölçülə rini  müəyyənləşdirmiş, 

topoplanını və fotosunu çəkmiş, stratiqrafik xarakterli yo xlama qazıntı işləri görmüş, 

abidələrin  təsvirini  vermiş,  xronoloji  çə rçivəsini  təyin  et miş  və  xə ritəsini  tərtib  

etmişdir.  Aparılan  tədqiqatlar  barədə  mütəmad i  olaraq  respublika  və  İttifaq  elmi 

orqanlarında  məlu matlar  çap  olunmuşdur.  Bir  qədər  sonra,  1991-ci  ildə  isə 

ekspedisiyanın  tədqiq  etdiyi  abidələrin  külliyyatı  nəşr  edilmişdir  (Дж.А.Халилов, 

К.О.Кошкарлы, Р.Б.Аразова,1991). 

Q.O.Qoşqarlının  rəhbərlik  etdiyi  "Talış-Muğan  arxeoloji  ekspedisiyası"  isə 

1985-1990-cı  illərdə Azərbaycan Respublikasının cənub-şərq bölgəsində eyni tədqiqat 

işlərini  apararaq  müxtəlif  dövrlərə,  o  cümlədən orta əsrlərə  aid  onlarla  abidəni  qeydə 

alaraq  onlarda  ilkin  çöl  tədqiqatlarını  aparmış,  bölgənin  arxeoloji  xəritəsini  tərtib  

etmişdir. 

Cənubi  Azərbaycanın  orta  əsr  abidələrinin  aşkarlanıb  xəritələşdirilməsində 

1968-1978-ci  illərdə  İranda  fəaliyyət  göstərmiş  alman  arxeoloji  ekspedisiyasının 

axtarış  və  tədqiqatları  məhsuldar  olmuşdur.  V.Klaysın  Şərqi  və  Qərbi  Azərbaycan 

əyalətlərində  apardığı  çöl  tədqiqatlarının  hesabatları  ardıcıl  olaraq  çap  edilmişdir 

(W.Kleiss,  1969,  1971,  1973).  1975-ci  ildə  Ə.Kargərsərfərazın  rəhbərliyi  altında 

Ərdəbil  şəhərində  aparılmış  tədqiqatlar  da  əhəmiyyətli  olmuş,  Came  məscidin  

tarixi ilə bağlı faktik materiallar üzə çıxarılmışdır. 

 

Azərbaycanın  orta  əsr  abidələrinin  təbliğ i  nöqteyi-nəzərindən  1985-1986-c ı 



illərdə  Azərbaycanın  maddi  mədəniyyəti  seriyası  ilə  ayrı-ayrı  arxeoloji  abidələrə  dair 

kitabçaların nəşr edilməsini də əhəmiyyətli hadisə kimi qiymətləndirmək olar. 

50-80-c i  illərdə  Azərbaycanın  orta  əsr  arxeologiyasının  mühüm  uğurlarından 

biri  sənətkarlığın  mü xtəlif  sahələrinə  dair  zəngin  faktiki  materialların  toplanması  və 

ayrı-ayrı  sənət  sahələrinin  tədqiqinə  başlanması,  bu  problem  üzrə  ilk  ümumiləşdirici 

əsərlərin  yazılmasıdır.  Bu  mənada  N.V.Minkeviç-Mustafayevanın  orta  əsr  Beyləqan 

şəhərinin sənətkarlığına həsr olunmuş  çoxsaylı  məqalələri  (H.B.Минкевич-Мустафаева, 

1958;  1958a,  1959,  1959a,  1965,  1965a,  1968,  1969)  əhəmiyyətli  olmuşdur.  Onun 

tərəfindən  arxeoloji  qazıntıların  işığında  sənətkar  məhəllələrinin  səciyyəsi,  buradakı 

emalatxanaların  xüsusiyyətləri,  ayrı-ayrı  sənət  sahələrinin  durumu  və  inkişaf 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə