Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə9/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   5   6   7   8   9   10   11   12   ...   195

20 

 

isə  1944-1946-c ı  illərdə  V.N.Leviatov  (B.И.Левиа тов,  1945,  1946a ,  1948,  1948a ) 



arxeolo ji  qazıntılar  aparırlar.  Y.A.Paxo mov  Xızı  rayonunun  Yu xarı  Fındıqan  

kəndində  1943-cü  ildə  torpaq  sürüşməsi  nəticəsində  üzə  ç ıxmış  orta   əsr  yaşayış 

yerində  kəşfiyyat  xarakte rli  tədqiqat  işləri  aparmış,  son  orta  əsrlərdə  burada 

monu mental  din i  tikiliyə  ma lik  iri  yaşayış  məskəninin  mövcud  olması  fikrini  irə li 

sürmüşdür (E.A.Пахомов 1946, стp. 20-27). 

Be ləliklə, orta əsr abidələrin in arxeolo ji tədqiqinin ikinci  mərhə ləsi yerli elmi 

təşkilat  və  müəssisələrin  təşkil  edilməsi,  ilk  azə rbaycanlı  elmi  kadrların  - 

arxeoloqla rın  fəaliyyətə  başlaması,  orta  əsr  şəhər  və  qala  xarabalıqla rında  

məqsədyonlü  çöl  tədqiqatlarının  aparılması,  a raşdırmala rın  nəticələrinin  hesabat  və 

elmi nəşrlərdə ö z ə ksini tap ması ilə səciyyələnir. 

1945-c i ildə Azərbaycan Elmlə r A kademiyasının təşkili digər elm sahələrində 

olduğu  kimi,  arxeoloji  tədqiqatlarda  da  müsbət  dönüşə  səbəb  oldu,  orta  əsr 

abidələrinin arxeoloji tədqiqində yeni mə rhələni açdı. 1946-cı  ildə Mingəçevir SES-

in  inşaatı  ilə  əlaqədar  su  altında  qalmaq  təhlükəsi  olan  abidələrin  arxeo loji  tədqiqi 

üçün stasionar  ekspedisiya  təşkil  olundu,  erkən  tunc  dövründən  başlamış  son  orta 

əsrlərədək  mü xtəlif  dövrlərə  aid  yaşayış  yerləri,  qəbir  abidələri,  din i  tikililər 

aşkarlanıb tədqiq edildi, kü llü  miqdarda  maddi  mədəniyyət nümunələri əldə olundu. 

Tədqiq edilən abidələr arasında 2 və 3 saylı yaşayış yerləri orta əsrlərə aid olub, orta 

çağ yaşayış məskənlərinin öyrənilməsi baxımından maraqlı faktik materiallar verdi. 

1946-c ı ildə İ.M.Cəfərzadənin rəhbərliyi və Ö.Ş.İs mizadənin iştira kı ilə Bayıl 

qəsrində  aparılan  arxeoloji  tədqiqatla r  diqqətəlayiq  fa ktik  materiallarla  ə la mətdar 

oldu.  Qazıntılar  nəticəsində  üzə  çıxarılmış  daş  lövhələr  üzərindəki  kitabələrdən  

birində  qəsri  tikən  sənətkarın  -  Ziyəddin  bin  Əbu  Rəşid  Şirvaninin  ad ı 

müəyyənləşdirildi (И.М.Джафарзаде, 1947, cтp.l0). 

XX əsrin 50-80-c i illə rində Azərbaycanın orta əsr şəhər xaraba lıq larının, qala  

və kənd tipli yaşayış yerlərin in arxeo loji öyrənilməsi genişlənir, aparılan tədqiqatlar 

bu  sahədə  kəmiyyət  və  keyfiyyət  etibarilə  əsaslı  dönüşü  əks  etdirir.  Bu  dövr  çöl 

tədqiqatlarının  miqyasının  genişlənməsi,  ard ıcıl  və  məqsədyönlü  xara kter  daşıması, 

əldə  edilən  faktik  materialların  tarixi  mənbəyə  çevrilməsi,  orta  əsr  maddi 

mədəniyyətinin  ayrı-ayrı  məsələ lərinə  dair  çoxsaylı  elmi  məqalə lərin,  bir  sıra  

ümu miləşdirici  sanballı  monoqrafik  tədqiqat  əsərlərin in  yazılıb  çap  olunması  ilə 

əlamətdar olmuşdur. 

50-ci  illə rdə aparılmış çöl tədqiqatlarının səciyyəsinə Beyləqan qazıntıları ilə  

başlamaq  məqsədəuyğundur.  1951-ci  ildə  İ.M.Cəfərzadənin  rəhbərliyi  ilə  Bey ləqan 

şəhər  xarabalıqlarında  -  Örənqalada  aparılan  arxeoloji  qazıntı  uğurlu  olmuş, qazıntı 



21 

 

nəticəsində  Kiçik  şəhərin  Böyük  şəhərdən  sonra  inşa  edilməsi  faktı  təsdiqlənmişdir 



(И.М .Джафарзаде, 1954). 

1953-cü  ildə  SSRİ  EA  Arxeologiya  İnstitutunun  Leninqrad  bölməsi  ilə 

Azərbaycan  SSR  EA  Tarix  İnstitutunun  birgə  təşkil  etdikləri  Azərbaycan  (Örənqala) 

ekspedisiyası  görkəmli  qafqazşünas  arxeoloq  A.A.İessenin  rəhbərliyi  altında  Beyləqan 

şəhərinin  xarabalıqlarında  çöl  tədqiqatlarına  başlanmış,  1953-1958-ci  illərdə 

Örənqalada dörd sahədə - Kiçik şəhərin ərazisində (I sahə), Böyük şəhərin şimal-şərq 

qala  divarında  (II  sahə),  şəhərin  sənətkarlar  məhəlləsində  (III  və  IV  sahələr) 

genişmiqyaslı  qazıntılar  aparılmışdır.  1953-1956-cı  illərdə  aparılmış  çöl tədqiqatları  öz 

əksini  nəşr  olunmuş  heыabatlarda  (MИA,  1959)  və  A.A.İessenin  məlu matında 

(A.A.Иecceн,  1957)  tapmışdır.  1956-1958-ci  illərdə  aparılmış  arxeoloji  qazıntıların 

nəticələri haqqında A.A.İessenin  məlumatları  (A.A.Иecceн,  1959;  1960)  və  hesabatları 

çap olunmuşdur (MИA, 1965). 

Birgə  Azərbaycan  (Örənqala)  ekspedisiyasının  işlərini  1959-1968-c i  illərdə 

Azərbaycan  SSR  EA  Tarix  İnstitutunun  Örənqala  ekspedisiyası  Q.M.Əhmədovun 

rəhbərliyi  ilə  davam  etdirmişdir.  Ekspedisiya  I  və  IV  sahələrdə  qazıntını 

genişləndirməklə  yanaşı,  həm  də  Böyük  şəhərin  daxilində  (V  sahə)  və  onun şimal-

qərb  qala  darvaza  yerində  (VI  sahə)  yeni  sahələrdə  qazıntılar  aparmışdır.  Qazıntılar 

haqqında  Q.M.Əhmədov,  F.Ə.İbrahimov  və  N.V.Minkeviç-Mustafayeva,  V.P.Fomenko 

geniş hesabatlar yazmışlar,  lakin həmin hesabatlar çap olunmamışdır  (Q.M.Əhmədov, 1979, 

səh. 13). 

Bütövlükdə,  Örənqala  ekspedisiyasının  qazıntıları  Azərbaycan  arxeologiyasında 

orta əsrlər arxeologiyasının ayrıca bir sahə kimi formalaşmasına imkan verdi. Həmin sahə 

üzrə  ixtisaslaşmış  aparıcı  mütəxəssislər  Q.M.Əhmədov,  N.V.M inkeviç-Mustafayeva, 

Ö.Ş.İs mizadə və F.Ə.İbrahimov formalaşdı. Arxeoloji qazıntılar  zamanı üzə çıxarılmış 

maddi  mədəniyyət  qalıqları,  çoxsaylı  faktik  materiallar  Azərbaycanın  orta  əsr  şəhəri 

haqqında təsəvvürləri genişləndirdi və feodal şəhərinin öyrənilməsində arxeologiyanın 

perspektivliyini əyani nümayiş etdirdi. 

60-80-ci  illərdə  orta əsr şəhərlərinin  arxeoloji  tədqiqinə diqqət daha da  artırıldı, 

şəhər yerlərində arxeoloji qazıntılar intensivləşdi, qazıntılar sistemli və ardıcıl xarakter aldı. 

Bakıda  Ö.Ş.İsmizadə  və  F.Ə.İbrahimovun,  Şamaxıda  H.Ə.Ciddinin,  Dərbənddə 

A.A.Kudryavtsevin, Şabranda R.B.Göyüşovun, Qəbələdə S.M.Qazıyev, Q.M.Əhmədov, 

F.V.Qədirov  və  Q.C.Cəbiyevin,  Xaraba-Gilanda  Q.M.Aslanov  və  B.İ.İbrahimovun, 

Gəncədə  C.Ə.Xəlilov  və  R.C.Əhmədovun,  Bərdədə  A.B.Nuriyevin  rəhbərliyi  altında 

arxeoloji  qazıntılar  aparıldı.  1969-cu  ildən  V.A.Kvaçidzenin  rəhbərliyi  ilə  fəaliyyətə 

başlayan  Sualtı  arxeoloji  ekspedisiya  Xəzərsahili  ərazidə  I  Bəndovan,  II  Bəndovan 

kimi  şəhər  yerlərini  aşkarlayıb  bu  abidələri  tədqiq  etdi.  Stasionar  arxeoloji  qazıntılar 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə