Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə12/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   8   9   10   11   12   13   14   15   ...   195

26 

 

dinamikası,  sənət  istehsalının  orta  əsr  şəhərinin  iqtisadiyyatında  tutduğu  yer  və  s. 



məsələlər  araşdırılmışdır.  Q.M.Əhmədov  Beyləqan  materialları  əsasında  Azərbaycanın 

orta əsr dulusçuluq sənətinin bir sahəsini, şirsiz saxsı məmulat istehsalını tədqiqat obyekti 

seçmişdir. O bu sahədə mövcud olmuş istehsal prosesini təsvir etmiş, ilk dəfə olaraq IX-

XIII əsrlərin şirsiz saxsı məmulatının geniş tipoloji  təsnifatını vermişdir  (Q.M.Əhmədov, 

1959).  Qeyd  edək  ki,  saxsı  məmulatı  arxeoloji  qazıntılar  zamanı  aşkarlanan  kütləvi 

material  olduğundan,  çeşidli  saxsı  məmulatının  əhalinin  məişətində  mühüm  yer 

tutduğundan  dulusçuluğun  ayrı-ayrı  məsələlərinin  araşdırılmasına  daha  çox  diqqət 

yetirilmiş, 

çoxsaylı 

məqalə 


və 

ümumiləşdirici  monoqrafiyalar  yazılmışdır 

(H.H.Наджафова, 1964; О.Ш.Исмизаде, Ф.А.Ибрагимов, 1983). Metalişləmə sənəti ilə 

bağlı  ayrı-ayrı  məqalələr  və  ilk  ü mumiləşdirici  monoqrafiya  işıq  üzü  görmüşdür 

(F.Ə.İbrahimov,  1988).  Metalişləmə  sənətində  tətbiq  edilən  istehsal  texnologiyasının 

öyrənilməsində  təbiət  və  dəqiq  elmlərin  imkanlarından  istifadə  olunması  maraqlı 

nəticələr  vermişdir.  Əlvan  metalların  spektral və  qara  metalın  metalloqrafik  analizləri 

istehsal  texnologiyasının  bir  çox  tərəflərinə  aydınlıq  gətirmişdir.  Bu  sahədə 

İ.R.Səlimxanov  və  onun  ardıcılları  M.N.Rəhimova,  Ə.M.Həsənovanın  tədqiqatları 

əhəmiyyətli olmuşdur. 

Bu illərdə şüşə istehsalının öyrənilməsində mühüm irəliləyişlər qeydə alınmışdır. 

Orta  əsr  Beyləqan,  Qəbələ,  Dərbənd  şəhərlərinin  şüşə  məmulatının  araşdırıldığı 

ümu miləşdirici  məqalələr  yazılmışdır  (Г.М.А хмедов,В.П.Фоменко,

 

1987;  



В.П.Фоменко, 1962; 1965a; 1976; A.A.Kyдрявцев, 1988; 1988a). Kimyəvi və miqdarı 

spektral  analizlərin  tətbiqi  ilə  Beyləqan,  Qəbələ ,  Şabran   kimi  şəhərlə rdə  istehsal 

olunmuş şüşələrin tərkibi, onların səciyyəvi  xüsusiyyətləri ü zə çıxarılmışdır. Ayrıca 

bir  şəhərin,  Şabran  şəhərinin  şüşə  istehsalı  tədqiqat  obyekti  seçilərək  həmin  

monoqrafik  tədqiqat  işi  elmlə r  na mizəd i  dissertasiyası  kimi  müdafiə  olun muşdur 

(Г.А.Гаджиев, 1990). 

50-80-ci  illərdə  respublika   əra zisində  aparılmış  arxeolo ji  qazıntılar 

nəticəsində  üzə  çıxarılan  tikili  qalıqla rı  orta  əsr  Azərbaycan  me ma rlığ ının  

öyrənilməsi  üçün  mühüm  mənbə  olmuş,  arxeoloji  materiallar  əsasında  yazılmış, 

qədim  və  orta  əsr  me ma rlığ ına  həsr  olunmuş  tədqiqat  əsərləri  işıq  üzü  görmüşdür. 

Bu qəbildən olan əsərlə r arasında K.M.Mə mməd zadənin uzun  illər ərzində apardığı 

tədqiqatları 

ü mu miləşdirən 

sanballı 

monoqrafiyası 

diqqətəlayiqdir 

(K.M .Мамедза де, 1983). 

Orta əsrlər arxeologiyasının tədqiq etdiyi məsələlə r arasında ticarət yolları və 

ticarət  əlaqələrin in  öyrənilməsi  də  özünə mə xsus  yer  tutur.  Bu  məsələyə  ayrı-ayrı 

məqa lələ r həsr olun muş, monoqrafiyalarda ayrıca paraqra f və ya bənd ayrılmışdır. 




27 

 

50-80-ci  illə rdə  Azərbaycanın  orta  əsr  abidələrin in  arxeo loji  qazıntılarından 



xeyli  sikkə  tapıntıları  və  dəfinələr  əldə  edilmişdir.  On lar  Y.A.Pa xo mov, 

A.V.Rəhimov,  Ə.M.Rəcəbli,  M.Ə.Seyfəddini,  L.Əzimova  tərəfindən  öyrənilmiş, 

sikkə  zərbi və pul dövriyyəsi üzrə aparılan tədqiqatlar intensivləşmiş, bu istiqamətdə 

çoxsaylı  məqalələr, bir neçə  monoqrafiya nəşr olun muşdur. Müəyyən edilmişdir  ki, 

IX-XIII  əsrin  əvvəllərində  Azərbaycanda  yerli  ş əhərlərdə  və  Xilafətin  başqa 

şəhərlərində  zərb  olunmuş  Abbasi  sikkələri,  Azərbaycan  feodal  hökmdarların ın  - 

Sacilər,  Şəddadilə r,  Şirvanşahlar,  Eldənizlə r  və  Dərbənd  məliklə rin in  sikkə ləri 

dövriyyədə  olmuşdur.  Böyük  Səlcuq  sultanlarının,  Kiçik  Asiya  Səlcuq  

hökmdarların ın, Bizans imperatorlarının, gürcü çarlarının zərb etdird ikləri pullara da 

rast gəlinir.  XIII-XV əsrlərdə Azərbaycanda Hülakülə rin,  Cə lairilə rin, Tey murilərin, 

Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarının dirhəm və təngələri, XVI-XVII əsrlərdə  

isə  Səfəvilə rin  zərb  etdikləri  pullarla  yanaşı,  şahı,  əşrəfi,  məhə mməd i,  abbasilər 

dövriyyədə hakim olmuşdur. 

Orta  əsrlərə  a id  epiqrafik  ab idələrə  əsasən,  ictimai  və  din i  binala rda,  mə zar 

daşlarında, mədəni-məişət əşyaları üzərində rast gəlinir. Arxeolo ji qazıntılar aparılan  

şəhər  xarabalıqların ın  əksəriyyətində  epiqrafik  abidələr  ü zə  çıxarılmışdır. 

Azərbaycanın arxeolo ji epiq rafikası M.S.Ne mətova, A.M.Rəhimov, S.Kə rimzadə və 

L.T.Gö zəlyan tərəfindən tədqiq edilmişdir. 

Keçən  əsrin  80-ci  illərinin  sonu  -  90-cı  illərin  əvvəllərində  məlu m  siyasi, 

hərbi,  iqtisadi  və  ictima i  hadisələr  A zərbaycan  Respublikasında  bütün  elm 

sahələrində  olduğu  kimi,  arxeologiya  elmin in  də  inkişafına  öz  təsirini  göstərdi, 

ma liyyə çətinliklə rindən çöl arxeo loji tədqiqatların ın  miqyası  məhdudlaşdı. Bununla 

belə,  1990-1991-c i  illərdə  bəzi  orta  əsr şəhər  xarabalıqlarında  və  kənd  tipli  yaşayış 

yerlərində  məhdud  qazıntılar  aparıldı.  Ba kıda  İçə rişəhərdə  aparılan  qa zıntıların  

nəticələri  daha  maraq lı  o lmuşdur.  Bakı  xanlarının  evin in  cənubunda  aparılan  

qazıntıda üst  mədəni təbəqədə intensiv şəhər həyatını əks etdirən sıx tikili qalıqları, o  

cümlədən  9,5  m  uzunluqda  kürəbənd,  hamam  otağı  qalıqları,  ovdan  qalığı,  dulus 

kürəsinin qalıqları diqqəti cəlb edir. (F.Ə.İbrahimov və b., 1991, səh. 26-27). Qız qalası 

ətrafında  aparılan  qazıntılar  zamanı  üzə  çıxarılmış  monumental  binanın  zirzəmisinin 

tədqiqi  də  maraqlı  tapıntılardan olub, şəhər  memarlığının  bəzi  mübahisəli  məsələlərinə 

aydınlıq gətirmək üçün mühüm elmi əhəmiyyət kəsb edir (K.Fərhadoğlu, 2006, səh. 60). 

Xaçmaz  rayonunun  Seyidli  və  Salmanbulağı  yaşayış  yerlərində  aparılmış  arxeoloji 

qazıntılar son orta  əsr yaşayış  məskənlərinin tədqiqi  baxımından  əhəmiyyətli  olmuş,  ilk 

dəfə olaraq son orta əsr kəndinə dair maraqlı faktiki materiallar üzə çıxarılmışdır. 

Ümumiyyətlə,  nəzərdən  keçirdiyimiz  üçüncü  mərhələ  orta  əsrlər 

arxeologiyasının  inkişafında  böyük  uğurlarla  əlamətdar  olmuş,  orta  əsr  şəhərlərinin 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə