Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə13/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   9   10   11   12   13   14   15   16   ...   195

28 

 

topoqrafiyası, istehkamları, tikililəri, abadlığı, sakinlərin istehsal və ev məişəti, mədəni 



səviyyəsini  səciyyələndirməyə  imkan  verən  çox  qiymətli  fa ktik  materiallar  əldə  

olunmuş,  ciddi  araşdırmalar,  təhlil  və  ümumiləşdirmələr  əsasında  sanballı  tədqiqat 

əsərləri yazılmışdır. 

Müstəqil  Azərbaycan  Respublikası  xalqımızın  arxeoloji  irsinin  qorunması  və 

tədqiqini  diqqət  mərkə zində  saxlayaraq  arxeologiya  elminin  inkişafı  üçün  zəruri 

tədbirləri  həyata  keçirir.  1993-cü  ildə  Azərbaycan  EA  Tarix  İnstitutu  nəzdindəki 

Arxeologiya və Etnoqrafiya Sektoru əsasında müstəqil institut yaradıldı. Keçid döv-rünün 

çətinliklərinə baxmayaraq, məhdud miqyasda olsa da, çöl tədqiqatları davam etdirilir. 

Keçən əsrin son onilliyində  təsərrüfat  və  inşaat  işləri  ilə  əlaqədar  bəzi  orta  əsr 

abidələrində arxeoloji qazıntılar aparmaq mü mkün oldu. Belə tədqiqatlara 1995-1996-c ı 

illərdə Bilgəhdə, birləşmiş xəstəxananın həyətində aparılmış arxeoloji qazıntıları, eləcə  

də  1997-1998-ci  illərdə  İçərişəhərdə  aparılmış  qazıntıları  misal  göstərmək  olar. 

İçərişəhərdə  Qız  qalasının  ətrafında  aparılan  qazıntı  zamanı  Bakının  qədim  memarlıq  

abidələrindən  biri,  X  əsrə  aid  edilən  məscidin  qalıqları  üzə  çıxarılmışdır 

(F.Ə.İbrahimov, 1999a). 

XXI  əsrin  ilk  illəri  sistemli  çöl  arxeoloji  tədqiqatlarının  bərpası,  Azorbaycanın 

ayrı-ayrı  rayonlarında orta əsr şəhər və kənd tipli yaşayış yerlərində arxeolo ji qazıntı 

işlərinin  aparılmasına  başlanılması  ilə  əlamətdar  oldu.  2001-2007-ci  illərdə  Qırxçıraq, 

Bakı, Şabran, Dərbənd, Şəmkir orta əsr şəhər xarabalıqlarında, Rolutəpə, Nəhəcir kimi 

yaşayış  yerlərində  qazıntılar  aparılmışdır.  Kəşfiyyat  xarakterli  çöl  tədqiqatları 

nəticəsində Astara rayonunda bir neçə orta əsr yaşayış yeri aşkarlanıb qeydə alınmışdır. 

Şəmkir şəhər yerində Regionların İnkişafı İctimai Birliyinin maliyyə yardımı ilə 2007-ci 

ildə geniş sahəli arxeoloji qazıntıların aparılması və çöl  tədqiqatlarının yekunlarına  həsr 

olunmuş elmi-praktik konfransın keçirilməsi təqdirəlayiq hal olub, arxeoloji  irsə qayğı 

və diqqətin artdığının təzahürüdür. 

Bakı-Tbilisi-Ceyhan neft və  Cənubi  Qafqaz  qaz  boru  kəmərlərinin  tikintisi  ilə 

bağlı  kəmər  dəhlizində  Azərbaycan  MEA  Arxeologiya  və  Etnoqrafiya  İnstitutunun 

arxeolo ji  ekspedisiyası  2003-2005-ci  illərdə  geniş  qazıntılar  aparmış,  mü xtəlif 

dövrlərə, o cümlədən orta əsrlərə aid yaşayış yerlərini tədqiq etmişdir. Kəmər dəhlizində 

Goranboy  rayonunda  Faxralı,  Samu x  rayonu ərazisində  III  Hacıalılı,  Şəmkir  rayonunda 

Daşbulaq,  Ağstafa  rayonunda  Qıraq  Kəsəmən  orta  əsr  yaşayış  yerlərində  arxeoloji 

qazıntılar  aparılmışdır.  Sonuncu  abidədə  bir  neçə  şurf  (yoxlama)  qazıntısı  və  dörd 

sahədə  geniş  qazıntı  aparılmışdır.  Göstərilən  orta  əsr  abidələrində  aparılmış  arxeoloji 

qazıntıların  nəticəsində  əldə olunmuş  zəngin  faktiki  materiallar  ilk  dəfə  olaraq  Gəncə-

Qazax  bölgəsinin  orta  əsr  kənd tipli  yaşayış  məskənlərinin  səciyyəvi  xüsusiyyətlərini 

üzə çıxarmağa imkan vermiş və bu sahədəki boşluğu aradan qaldırmışdır. 




29 

 

Samur-Abşeron  kanalının  yardımçı  xəttinin  inşası  ilə  əlaqədar  Xanarx 



ekspedisiyası təşkil olunmuş və ekspedisiya 2003-2004-cü illərdə Şabran şəhər yerində 

yoxlama  qazıntılar  aparmış,  tikili  qalıqları,  təndir  və  ocaqlar  üzə  çıxarılmış,  mü xtəlif 

təyinatlı metal, saxsı, şüşə məmulatı nümunələri tapılmışdır. Yo xla ma qazıntılar həm də 

Şabran  şəhər  yerinin  ucqarlarında  mədəni  təbəqənin  qalınlığının  mərkəz  sahələrə 

nisbətən az olduğunu göstərmişdir (Ə.Ə.Əliyev, F.X.Xəlilli, 2005). 

Son illərdə Dərbəndin arxeoloji tədqiqinin maraqlı nəticələrindən biri Azərbaycan 

epiqrafikasını ən erkən ərəb qrafikalı kitabə ilə zənginləşdirməsidir (M.C.Гаджиев и др., 

2002).  Yeni əsrin ilk onilliyində Cənubi Azərbaycanda da orta əsr arxeoloji  abidələrində 

çöl tədqiqatları aparılmışdır. 2004-cü ilin fevral-mart və oktyabr-noyabr aylarında Ultan 

qalasının  ərazisində  altı  yoxlama  qazıntısı  qoyulmuş,  aparılan  arxeoloji  qazıntıların  

nəticələri uğurlu olmuş, əldə edilən faktiki materiallar bu abidəni yazılı qaynaqlarda adı 

çəkilən  Varsan şəhəri  ilə  eyniləşdirməyə  imkan  vermişdir  (K.Alizadeh,  2007).  Ərdəbil 

şəhərinin  tarixini,  şəhərin  ayrı-ayrı  inkişaf  mərhələlərini  müəyyənləşdirmək,  onun 

maddi  mədəniyyətini  səciyyələndirmək  ba xımından  Came  məscidinin  və  Şeyx  Səfi 

dini-xatirə kompleksinin ərazisində 2005-2006-cı  illə rdə aparılan arxeolo ji tədqiqatlar 

da əhəmiyyətli olmuşdur (H.Ş.Şiran, 1385). 2004-cü ildə Lalə Ruhəngizin rəhbərliyi ilə  

Təbriz  şəhərində  Rəbi  Rəşidinin  xarabalıqlarında  ardıcıl,  sistemli  arxeoloji  qazıntılara 

başlanılmışdır (L.Rouhangiz, 1384). 

XX  əsrin  son  onilliyində  və  XXI  əsrin  ilk  illə rində  mütə xəssislər  əvvəllər 

aparılmış  çöl  tədqiqatlarının  nəticəsində  toplanmış  arxeoloji  materialların  təhlili  və 

ümumiləşdirilməsinə  diqqəti  artırdılar.  Bunun  yekunu  olaraq  bir  neçə  monoqrafik 

tədqiqat əsəri  işıq üzü  gördü.  İlk  növbədə  Naxçıvan  Muxtar  Respublikasının  ayrı-ayrı 

rayonlarının  arxeoloji  abidələrinin  külliyyatının  tərtib  olunub  çap  edilməsi 

təqdirəlayiqdir  (Ə.İ.Novruzlu,  V.B.Ba xş əliyev,  1992;  1993;  1993a;  A.Q.Seyidov  və 

başqaları,  1995).  Azərbaycan  Respublikasının  ayrı-ayrı  bölgələrinin  orta  əsr  arxeoloji 

abidələrinə  həsr  olunmuş  monoqrafik  əsərlər  yazıldı  (T.Достиев,  1999;  T.M.Dostiyev, 

2001;  A.Məmmədov,  2000).  XX  yüzillikdə  ayrı-ayrı  şəhərlərin  arxeoloji  qazıntılarından 

toplanmış materialların sistemləşdirilməsi, yazılı mənbə cəlb edilməklə, çoxplanlı tədqiqinin 

nəticəsi  olaraq  bir  neçə  tarixi-arxeoloji  monoqrafik  tədqiqat  əsəri  işıq  üzü  gördü. 

B.İ.İbrahimovun  Kiran  şəhərinə  (Б.И.Ибрагимов,  2000),  A.B.Nuriyev  və  Ə.H.Babayevin, 

Q.Ə.Hacıyevin  Bərdə  şəhərinə  (A.Nuriyev,  Ə.Babayev,  2001;  Q.Ə.Hacıyev,  2000), 

F.Ə.Abbasovanın  Şabran şəhərinə  (F.Abbasova,  2002),  K.F.İbrahimovun  Bakı  şəhərinə 

(K.Fərhadoğlu;  2006),  Kudryavtsevin  Dərbənd  şəhərinə  (A.A.Кудрявцев,  1994)  həsr 

olunmuş monoqrafiyaları nəşr edildi. Ərdəbil şəhərində aparılmış qazıntıların nəticələrini 

H.Ş.Şiran  (H.Ş.Şiran,  1385),  Ultan  qalasında  aparılan  tədqiqatların  hesabatını 

K.Əlizadə kitab şəklində (K.Alizadeh, 2007) çap etdirdi. Arxeoloji  materiallar əsasında 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə