Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə14/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   10   11   12   13   14   15   16   17   ...   195

30 

 

orta  əsr  sənətkarlığının  ayrı-ayrı  sahələrinin,  o  cümlədən  metalişləmə,  dulusçuluq 



sənətlərinin  araşdırılmasına  həsr  edilmiş 

monoqrafiyalar  (F.Ə.İbrahimov,  1995; 

Р.Дж.А хмедов  1992;  A.İ.Novruzlu  1993;  Q.C.Cəbiyev,  2004)  işıq  üzü  gördü.  Əziz 

Novruzlu  arxeoloji  materiallar  əsasında  son  orta  əsr  Azərbaycan  sənətkarlığının 

araşdırıldığı  monoqrafiyasını  çap  etdirdi  (Ə.İ.Novruzlu,  1997).  Arxeoloji  materiallar 

əsasında orta əsr şəhərlərinin su təchizatı məsələləri Etibar Qasımovun monoqrafiyasında 

hərtərəfli  araşdırıldı,  yerli  hidromühəndislərin  yüksək  peşəkarlığı  çoxsaylı  dəlillərlə  

təsdiqləndi (E.Qasımov, 2002). Orta  əsr silahlarına dair S.Əh mədov və E.Cəfərovanın 

birgə  tədqiqatları  son  illərin  uğurlu  tədqiqatı  hesab  oluna  bilər.  Müəlliflər  arxeoloji 

qazıntılardan  tapılmış  silah  nümunələrini  toplayaraq  sistemləşdirmiş,  onların  tipoloji 

təsnifatını vermişdir (S.Əhmədov, E.Cəfərova, 2005). B.Ə.Rəcəbovanın monoqrafiyasında 

isə  arxeoloji  qazıntılardan  əldə  olunmuş  orta  əsr  bəzəkləri  sistemləşdirilərək  tipoloji 

təsnifatı verilmiş, onların hazırlanma texnologiyasından bəhs edilmişdir (B.Ə.Rəcəbova, 

2000). Təbiət elmlərində tətbiq olunan metodlardan istifadə metallurgiya və şüşə istehsalı 

texnologiyasının  öyrənilməsində  əhəmiyyətli  olmuşdur.  Orta  əsr  abidələrindən 

aşkarlanmış  metal  məmulatın  spektral-kimyəvi  analiz  metodlarla  tədqiqi  yerli 

metallurgiyanın  bir  çox  səciyyəvi  xüsusiyyətlərini  üzə  çıxarmağa  imkan  vermişdir 

(M.Рагимова,  Л.Алиева,  2003).  Şabran,  Qəbələ  şəhərlərinin,  Sandıqtəpə yaşayış yerinin 

şüşə  məmulatının  miqdarı  spektral  analizi  şüşə  istehsalı  texnologiyasının  başlıca 

cəhətlərinə 

aydınlıq 

gətirmiş, 

yerli 

sənətkarların 



tətbiq 

etdiyi 


resept 

müəyyənləşdirilmişdir (T.M.Достиев, 1994; T.M.Dostiyev, Q.Ə.Hacıyev, 2000). 

Müstəqillik 

illərində 

numizmatik 

materialların  sistemləşdirilməsi 

və 

ümumiləşdirilməsi  üzrə  aparılan  araşdırmalar  uğurla  nəticələnmiş,  bir  neçə 



ümumiləşdirici  əsər  çap  olunmuşdur  (A.M.Paджабли,  1997;  Г.А.Пиркулиева,  2001; 

M.A.Сейфеддини,

 

A.Гулиев,  2002).  Ayrıca  orta  əsr  şəhərindən  tapılmış  sikkələrin 



araşdırıldığı monoqrafiya işıq üzü görmüşdür (M.A.Сейфеддини. 2000). 

Şübhəsiz  ki,  yığcam  bir  icmalda  orta  əsrlər  arxeologiyası  üzrə  tədqiqatları 

hərtərəfli  və  xırdalıqları  ilə  təhlil  etmək  imkan  xaricindədir.  Bununla belə, bu  icmalda 

aparılmış  tədqiqatların  başlıca  istiqamət  və  nəticələrini  göstərməyə,  XXI  əsrin 

başlanğıcında  Azərbaycanın  orta  əsrlər  arxeologiyasında  həllini  tapmış  və  həllini 

gözləyən problemləri müəyyənləşdirməyə cəhd etmişik. 




31 

 

 



II FƏSİL 

 

YAŞAYIŞ YERLƏRİ 

 

Arxeoloji  abidələr  arasında  yaşayış  məskənlərinin  xarabalıqları  özlərində  daha 



zəngin  və  tarixi  əhəmiyyətli  informasiyanı  cəmləşdirməsi  ilə  digər  kateqoriyalara 

nisbətən öndə  durur  (Древняя  Русь,  1985,  стp.  30).  Bu  səbəbdən  Azərbaycanın  feodal 

cəmiyyətinin öyrənilməsində orta  əsr yaşayış yerlərinin  arxeoloji  tədqiqinin  əhəmiyyəti 

əvəzsizdir. Bəllidir ki, hər bir yaşayış məskəni özündə bir sıra iqtisadi, sosial-mədəni və 

siyasi qanunauyğunluqları təcəssüm etdirir. Şəhər və kənd yaşayış məskənlərinə diqqət 

yetirdikdə dörd aspekt xüsusilə qabarıq nəzərə çarpır.  Birincisi, bu yaşayış məskənləri 

əməyin mü xtəlif növlərini özlərində təmsil edir. İkincisi, topoqrafik baxımdan şəhər və 

kənd yaşayış məskənləri ciddi fərqlənir. Üçüncüsü, şəhər və kənd yaşayış məskənlərinin 

hər  biri  üçün  özünəməxsus sosial  qrupların  məskunlaşması  səciyyəvidir  (M.И.Межевич, 

1979, стp. 48). Dördüncüsü, üç əvvəlki əla mət bu fərqli yaşayış məskənlərində mədəni 

həyat səviyyəsinin mü xtəlifliyin i şərtləndirmişdir. 

Yaşayış  məskənlərinin  daşıdıqları  funksiyalar  arxeoloji  baxımdan  abidələrin 

ölçüsündə,  daxili  strukturunda  və  tapıntıların  tərkibində  özünü  əks  etdirir.  Buna 

müvafiq  olaraq,  yaşayış  yerinin  bu  və  ya  digər  tipə  aid  edilməsi  abidədə  bir  sıra 

arxeoloji  əla mətlərin  varlığına  əsaslanır.  Yaşayış  yerinin  sahəsi,  istehkamın  olub-

olmaması,  tikililərin  xarakteri,  saray  və  ictimai-dini  tipli  monumental  binaların varlığı, 

istehsal komplekslərinin, ticarətlə əlaqəli tikili və ləvazimatın, abadlıqla bağlı qurğuların 

mövcudluğu,  ev  avadanlığı  və  zinət  əşyalarının  xarakteri  və  s.  belə  əlamətlərdəndir 

(T.M.Dostiyev, 2001, s əh. 34). 

Yazılı  mənbələrin  məlu matı  və  arxeoloji  tədqiqatların  nəticələri  Azərbaycanda 

IX-X  əsrlə rdə  şəhər  həyatının  canlanması,  XI-XII  əsrlə rdə  isə  şəhərlərin  sürətli 

inkişafını  sənədləşdirir.  Məlumdur  ki,  urbanizasiya  və  onunla  bağlı  proseslər  müsəlman 

sivilizasiyasının  mühüm  fenomeni  idi.  Müsəlman  Şərqində  urbanizasiya  prosesinin 

sürətlənməsi  öz  təcəssümünü  şəhərsalma  fəaliyyətinin  genişlənməsində,  şəhər  həyat 

tərzinin  möhkəmlənməsində, sosial-psixoloji  kontekstin dəyişməsində, yeni  tip şəhərin 

formalaşmasında  tapdı.  Müsəlman  dünyasının  tərkibində  olan  Azərbaycan  bu 

proseslərdən kənarda qala bilmə zd i. 

Yaşayış  məskənlərinin  mürəkkəb  sistemində  şəhərlər  istehsal,  mədəni  və 

intellektual  potensialı  cəmləşdirməsi,  hərbi-inzibati,  sənətkarlıq,  ticarət,  dini-mədəni 

mərkəz  olması,  kənd  nahiyəsinə  münasibətdə  idarəedici  funksiya  daşıması  ilə  aparıcı 

mövqeyə  malik  idi  (B.M.Maccoн,  1999,  стp.  4).  Yazılı  mənbələrin  təhlili  və  arxeoloji 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə