Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə10/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   6   7   8   9   10   11   12   13   ...   195

22 

 

kəşfiyyat xarakterli a xtarışlarla  uzlaşdırılırdı. Nəticədə yazılı mənbələrdən adı bizə bəlli 



olmayan  orta  əsr  şəhərlərinin  xarabalıqları  aşkarlanır,  onların  lokallaşdırılmasına dair 

mülahizələr  irəli  sürülürdü.  Belə  abidələrdən  Kürdəmir  rayonunda  qeydə  alınmış 

Şəhərgah yaşayış yeri (Г.А.Джидди, 1980; Ф.Л.Османов

  И ДР


., 1984, стp. 65-67) və 

Dəvəçi  rayonunda  Dibrar ş əhər yeri  (Г.Д.А гаев,  1974,  стp.  20-21)  daha  çox  maraq  

doğurur. 

Qəbələ,  Şabran,  Gəncə,  Şəmkir,  Xaraba-Gilan  şəhər  xarabalıqlarından  fərqli 

olaraq Şamaxı,  Bakı, Dərbənd şəhərlərində həyat fasiləsiz bu günədək davam etdiyindən 

bu abidələrdə aparılan arxeoloji qazıntıları  müasir şəhərsalma ilə əlaqələndirmək  lazım 

gəlirdi. Belə bir şəraitdə tamamilə düzgün olaraq şəhərin müxtəlif hissələrində qazıntılar 

aparmaqla  ümumi  mənzərəni  və  inkişaf  dinamikasını  müəyyənləşdirmək  qərara 

alın mışdır.  Şamaxı  şəhərində səkkiz  sahədə,  Bakıda  iyirmi  beş,  Dərbənddə  isə  ondan 

artıq  sahədə  arxeoloji  qazıntılar  aparılmışdır.  İçərişəhərin  bərpası  və  abadlaşdırılması 

haqqında  hökumət qərarı  (29.04.1969,  №  l78)  ilə  əlaqədar  Bakıda  arxeoloji  qazıntılar 

gücləndirilmiş,  keçən  əsrin son  rübündə  və  XXI  əsrin  əvvəllərində  qazıntı sahələrinin 

sayı  2-dən  31-ə  çatdırılmışdır.  I  Bəndovan  və  II  Bəndovan  şəhər  xarabalıqlarının 

arxeoloji  tədqiqinin  özəlliyi  ondadır  ki,  bu  abidələrdə  sahilkənarı  ərazidəki  qazıntılar 

sualtı  axtarışlarla  əlaqəli  şəkildə  aparılırdı.  Şabran  şəhər  xarabalıqlarında  isə  qazıntı 

sahələrinin  seçiminə  Mozdok-Qazımə mməd  qaz  boru  kəmərinin  inşası  öz  təsirini 

göstərmiş,  kəmərin  inşaatı  ilə  bağlı  olaraq qazıntılar  Şahnəzərli  kəndi  ilə  Bakı-Xaçmaz 

şosesi arasında beş sahədə aparılmışdır. 

Araz  çayı  üzərində  SES-in  inşası  ilə  bağlı  60-cı  illərin  sonu  -  70-ci  illərdə 

birtəbəqəli  son  orta  əsr  şəhərgahlarında,  o  cümlədən  Xarabaşəhər,  Astabad,  Şərifan 

abidələrində aparılmış arxeoloji qazmt ılar XIII-XVII əsrlər Azərbaycan şəhərlərinin və 

şəhər mədəniyyətinin səciyyəsi baxımından əhəmiyyətli olmuşdur. Arxeoloji qazıntılara 

Astabad  şəhər  yerində  O.H.Həbibullayev,  Xarabaşəhərdə  A.B.Nuriyev,  Şərifan  şəhər 

yerində  əvvəlcə  R.B.Göyüşov,  sonra  is ə  Q.M.Əhmədov  rəhbərlik  etmişlər.  Bu  çöl 

tədqiqatları,  eyni  zamanda Azərbaycanın son orta  əsr  arxeologiyasının  ayrıca  bir  sahə 

kimi formalaşmasına təkan vermişdir. 

Şəmkir  rayonunda,  Kürün  sağ  sahilində  arxeoloji  qazıntılarla  öyrənilmiş 

Muncuqlutəpə  yerli  əhəmiyyətə  malik  kiçik  şəhərləri  səciyyələndirmək  ba xımından 

böyük maraq doğurur. Yenikənd HES  inşası ilə əlaqədar 1985-1988-cı  illərdə abidənin 

Narınqala  hissəsində  arxeoloji  qazıntılar  aparılmış,  zəngin  maddi  mədəniyyət  qalıqları 

üzə çıxarılmışdır (A.A.Aлиев, 1987; 1988; 1988a). 

Azərbaycanın  orta  əsr  şəhərlərinin  xarabalıqlarında  və  şəhərtipli  yaşayış 

yerlərində  aparılmış  arxeoloji  qazıntıların  nəticələri  haqqında  ekspedisiya  rəhbərləri, 

üzvləri mütəmadi olaraq respublika və ittifaq elmi, elmi-kütləvi orqanlarında, xüsusilə də 




23 

 

"Arxeoloji  kəşflər",  "Azərbaycanda  arxeoloji  və  etnoqrafik  axtarışlar",  "Azərbaycanın 



maddi  mədəniyyəti"  məcmuələrində  məlumat  vermişlər.  Azərbaycanın  maddi 

mədəniyyət məcmuəsinin bir cildi 1959-1960-ci  illərdə Qəbələdə aparılmış qazıntıların  

nəticələrinə həsr olunmuşdur (AMM, 1964). 

Toplanmış  faktiki  materiallar  tədqiqatçılara  yazılı  mənbə  məlumatını  cəlb 

etməklə  ü mumiləşdirmələr  aparmağa,  şəhərlərin  sosial-iqtisadi  və  mədəni  inkişafının 

mü xtəlif  istiqamətlərini  səciyyələndirən  sanballı  monoqrafik  tədqiqat  əsərlərini 

yazmasına  imkan  verdi.  1964-cü  ildə  Sara  Aşurbəylinin  Bakı  şəhərinin  orta  əsrlər 

tarixinə  həsr  olunmuş  kitabının  nəşr  olunması  Şirvanın  orta  əsr  şəhərlərinin 

öyrənilməsində mühüm bir hadisə oldu. Bu əsərdə yazılı mənbələrlə yanaşı, İçərişəhərdə 

aparılmış  arxeoloji  qazıntıların  materiallarından  geniş  istifadə  olunmuşdur 

(С.Б.Ашурбейли, 1964). 1979-cu ildə Qara Əhmədovun yazılı qaynaqların məlumatı cəlb 

olunmaqla,  arxeoloji  qazıntılardan  əldə  edilmiş  faktik  materialların  təhlili  əsasında 

yazdığı  "Orta  əsr  Beyləqan şəhəri"  adlı  monoqrafiyası  işıq  üzü  gördü  və bu sanballı 

tədqiqat  əsəri  orta  əsr  Azərbaycan  şəhərinin  öyrənilməsində  arxeologiyanın 

əhəmiyyətini əyani nü mayiş etdird i. 

80-ci  illərin  əvvəllə ri  Şirvanın  orta  əsr  şəhərlərinə  həsr  olunmuş  bir  neçə 

monoqrafiyanın çap olunması ilə əlamətdar oldu. Şirvanın paytaxt ş əhəri Şamaxıda 1979-

cu  ilədək  aparılan  arxeoloji  qazıntıların  nəticələri  H.Ə.Ciddinin  1981-ci  ildə  nəşr 

olunmuş  monoqrafiyasında  ümumiləşdirilərək  yazılı  qaynaqları  cəlb  etməklə  təhlil 

olunmuşdur.  Bu  əsərdə şəhərin,  bütövlükdə  isə  Şirvanşahlar  dövlətinin sosial-iqtisadi, 

siyasi və mədəni inkişafına dair mühüm nəticələr irəli sürülmüşdür (Г.А.Джидди, 1981). 

Elə  həmin  ildə  İ.A.Babayev  və  Q.M.Əhmədovun  Qəbələ  şəhərinin  tarixi-arxeoloji 

tədqiqinə  həsr  etdikləri  kitab  işıq  üzü  gördü  (İ.A.Babayev,  Q.M.Əhmədov,  1981). 

Dərbənddə aparılmış arxeoloji qazıntıların yekunu olaraq A.A.Kudryavtsevin 1982-ci ildə 

iki  monoqrafiyası  nəşr olundu.  Moskvada  çap  olunan  monoqrafiyada  Dərbəndin qədim 

dövrdən başlamış  ta  X  əsrə  qədərki  tarix  və  mədəniyyətinin  məsələləri  araşdırılmışdır 

(A.A.Kyдрявцев,  1982)  Mahaçqalada  çap  olunmuş  monoqrafiyada  isə  şəhərin  əsasən 

islam  dövrü,  monqol  işğalına  qədərki  dövrü  öz  əksini  tapmışdır  (A.A.  Kyдрявцев, 

1982a). 

A.A.Kudryavtsevin  Dərbənd  limanı,  Dərbəndin  ticarət  əlaqələri  üzrə  apardığı 

tədqiqatlar da uğurlu olmuşdur. O, sualtı arxeoloji tədqiqatlarla bu limanın X əsrdə Xəzər 

dənizinin ən böyük limanı olduğunu, həmin vaxtda şəhərin beynəlxalq ticarətdə vasitəçi  rol 

oynadığını sübuta yetirmişdir (A.A. Kyдрявцев 1980; 1987 б; 1988 

В

). 



Yu xarıda  qeyd  olunan  bu  və digər  tədqiqatlar  Azərbaycanın orta  əsr şəhərləri 

haqqında  təsəvvürləri  xeyli  genişləndirdi.  Şəhərlərin  topoqrafiyası,  plan  quruluşuna 

aydınlıq  gətirildi,  şəhər  tikililərinin  xarakteri  müəyyənləşdirildi,  onların  kifayət  qədər 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə