Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə6/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   2   3   4   5   6   7   8   9   ...   195

14 

 

üzərinə düşən vəzifən in öhdəsindən layiqincə gələ b ilməmiş, şəhərin tarixi ilə bağlı 



bir ço x məsələləri düzgün işıqlandırmamışdır (E.И.K

OЗУБСКИЙ


,

 

1906). 



1915-c i  ildə  Y.La layan  Qəbələ  şəhər  xarabalıqla rında  kəşfiyyat  xarakte rli 

ilkin  tədqiqatlar  aparmış,  Səlb irin  Sirxab  ş əhərinin  xa rabalıqları  olması  fikrin i  irə li 

sürmüşdür. 

Be ləliklə,  1918-c i  ilə,  A zərbaycan  Cü mhuriyyətinin  qurulmasına  qədər 

Azərbaycanın  arxeoloji  abidələ rin in  tədqiqi  ardıcıl  xara kter  daşıma mış,  arxeo loji 

mənbələ r  Azə rbaycan  tarixin in  ümdə  proble mlə rin in  həlli  üçün  mühü m  mənbəyə 

çevrilməmiş,  A.A.Bakıxanov  istisna  olmaqla,  bu  heç  vəzifə  kimi  qarşıya 

qoyulmamışdır.  Bəzi  müəlliflər  hətta  Azərbaycanın  səciyyəvi  orta  əsr  arxeo loji 

abidələrinin 

ö zgəninkiləşdirməsinə  cəhdlər  etmişlər  (Y.Lalayan,  S.V.Ter-

Avetisyan).  Çöl  arxeoloji  tədqiqatları  nəticəsində  əldə  o lunan  maddi  mədəniyyət 

nümunələri  isə  Azərbaycandan  kənara  daşınırdı,  bir  sözlə,  xalq ın  mədəni  irsi  qarət 

olunurdu. 

Azərbaycan  Cü mhuriyyətinin  mədəni  quruculuğunda  vətən  tarixinin,  onun 

mədəni  irsinin  öyrənilməsi  mühüm  əhə miyyət  kəsb  edirdi.  1918-c i  ildə  

Azərbaycanın  mü xtəlif  tip li  arxeoloji  ab idələrin i  öyrən mək,  xa lqın  mədəni 

sərvətinin  talan  edilib  xaricə  aparılmasının  qarşısını  a lmaq  məqsədi  ilə  Bakıda  

Arxeologiya  Cə miyyəti  təşkil  olundu.  1919-cu  ildə  Azərbaycanın  tarixi  irsin i 

toplamaq və qorumaq üçün yerli diyarşünaslar və şərqşünaslar Şərqin arxeologiyası 

və tarixinin həvəskarları dərnəyini təşkil etdilər.  Hə min ilin dekabrında is ə dərnəyin 

üzvləri Bakı  Universiteti nəzd ində Müsəlman  Şərqin i öyrənən Cəmiyyəti yaratdılar 

(T.Keримова,  2005,  cтp.  46).  Müsəlman  Şərqin i  öyrənən  Cəmiyyət  Cənubi 

Qafqazın  arxeolo ji  öyrənilməsini,  Şabran  şəhərinin  xarabalıqların ın  axtarılmasını, 

Niza mi  Gəncəvinin qəbirüstü abidəsinin tədqiqini,  Bakı ətra fındakı tarixi ab idələrin  

öyrənilməsini  ön  plana  çəkmişdi.  Cəmiyyət  orta  əsr  şəhərlərin in  tədqiqinə  xüsusi 

əhəmiyyət  verirdi  (T.Keримова,  2005,  стp.  119).  A zərbaycan  xalqının  maddi 

mədəniyyət  tarixin in  öyrənilməsi  nöqteyi-nəzə rindən  mühüm  hadis ələrdən  biri 

1919-cu  il  dekabrın  7-də  Azə rbaycan  Parla mentin in  ildönümü  günü  İstiqlal 

mu zeyin in təsis edilməsi idi. A zərbaycan Parla mentinin b inasında açılan bu mu zeyin  

eksponatların ın mühüm bir hiss əsini arxeolo ji materia lla r təşkil edirdi. 

1920-c i  ilin  aprelindəki  mə lu m siyasi hadis ələr A zərbaycan Cü mhuriyyətinə 

qarşıya qoyduğu vəzifələri gerçəkləşdirməyə imkan vermədi. 

Sovet  hakimiyyətinin  ilk  illərindən  arxeo loji  abidələrin  tədqiqi,  qeydə 

alın ması  və  qorunmasını  həyata  keçirən  elmi  quru mlar  təşkil  olunur.  1920-ci  ildə 

"İstiqlal"  muzeyi  bazasında  Azərbaycan  Dövlət  Muzey i  yaradıldı.  1922-ci  ildə  isə 

Şərqşünaslıq  və  Sosial  Elmlər  İnstitutu nəzdində  Azərbaycan  Arxeoloji  Cəmiyyəti 




15 

 

təsis  edildi.  Azərbaycan  Dövlət  Muzeyində  isə  qədim  abidələrin  mühafizəsi 



ko missiyası  fəaliyyət  göstərirdi.  1923-cü  ildə  bu  təşkilat ların  birləş məsi  əsasında 

Xalq  Ko missarları  nəzd ində  Azərbaycan  Arxeoloji  Ko mitəsi  yaradıldı.  Ko mitə 

abidələri qeydə almalı,  mühafizə et mə li və elmi baxımdan öyrənmə li  idi.  Hə min ildə  

yaradılan  Azə rbaycanı  Tədqiq  və  Tətəbbö  Cəmiyyəti  20-ci  illə rdə  respublikada  

arxeolo ji  və  etnoqrafik  tədqiqatların  başlıca  mərkə zinə  çevrilir  (Р.М.Ваидов, 

И.Г.Нариманов  1967,  стp .  48).  Diqqətəlayiq  haldır  ki,  həmin  illərdə  Azərbaycanı 

Tədqiq  və  Tətəbbö  Cəmiyyəti,  Azərbaycan  Arxeo loji  Ko mitəsi  və  Azərbaycan 

Dövlət  Muzeyi  sıx  əməkdaşlıq  edir,  fəaliyyətlərini  əlaqələndirird ilər.  Cəmiyyət 

başlıca  elmi-tədqiqat  müəssisəsi  olmaqla  arxeoloji  qazıntılar  və  axtarışlar  aparır, 

aşkar  edilən  maddi  mədəniyyət  nümunələri  Arxeolo ji  Ko mitə  tərəfindən  qeydə 

alınaraq Dövlət Muzey inə təhvil verilirdi (T.Kepимова, 2005, стp. 85). 

Bu dövrdə arxeo loji abidələrin qeydə alın ması, öyrənilməsi və  mühafizəsinin  

hüquqi əsasların ın yaradılmasına başlanıldı. Arxeolo ji abidələrin qeydiyyatı, tədqiqi 

və  qorunmasında  Azərbaycan  SSR  Xalq  Ko missarları  Şurasın ın  4  ma rt  1924-cü  il 

tarixli,  20  saylı  Dekretinin  əhəmiyyəti  böyük  oldu.  Həmin  Dekretlə  respublika 

ərazisindəki  arxeolo ji  abidələrin  qeydiyyatı  və  tədqiqinə  nəzarət  Azərbaycan 

Arxeoloji  Ko mitəsinə  tapşırıldı  (K 

ИСТ ОРИИ


,

 

1925,  стp.  94).  1927-ci  ildə  həmin  



ko mitə  Azərbaycan  Asari-ətiqə,  İncəsənət və  Təbiəti  Mühafizə  Komitəsinə  çevrildi  və 

bu adla 1930-cu ilədək fəaliyyət göstərdi. 

Azərbaycan  Arxeoloji  Komitəsinin çar  Rusiyası tərəfindən Azərbaycan  xanlıqları 

işğal olunarkən talan edilərək Gürcüstan, Moskva və Leninqrad muzeylərinə aparılmış maddi 

mədəniyyət  nümunələrinin  geri  qaytarılması  sahəsindəki  səyləri  də  təqdirəlayiqdir. 

Azərbaycan Mərkəzi İcraiyyə  Komitəsi  Böyük  Rəyasət  Heyətinin  7  iyun  1924-cü il tarixli 

iclasında  Arxeoloji  Komitənin  sədri  Tağı  Şahbazinin  təşəbbüsü  ilə  "Keçmişin  abidələri 

haqqında"  məsələ  müzakirə  olunmuşdu.  Bu  müzakirədə  Azərbaycan  Mərkəzi  İcraiyyə 

Komitəsi  SSRİ-nin  muzeylərində  mühafizə  olunan,  Bakı,  Şamaxı,  Gəncə  və  digər 

xanlıqların  işğalı  zamanı  talanaraq  aparılmış  maddi  mədəniyyət  nümunələrinin  geri 

qaytarılması  barədə sərəncam  verilməsi  üçün  Zaqafqaziya  və  SSRİ  Mərkəzi  İcraiyyə 

Komitələri  qarşısında  məsələ  qaldırmağı  qərara  almışdı.  O  cümlədən,  Arxeoloji 

Komitəyə və Azərbaycan Dövlət Tarix Muzeyinə müttəfiq respublikaların muzeylərində 

yerləşən və Azərbaycana məxsus qədim abidələrin siyahısının hazırlanması işi tapşırılmışdır 

(E.Məhərrəmov, 1999, səh. 77-78). 

Azərbaycanın orta əsr arxeoloji abidələrinin tədqiqata cəlb olunması baxımından 

1924-cü  ildə  Bakıda  keçirilən  Ümu mazərbaycan diyarşünaslıq  qurultayının  əhəmiyyəti 

böyük oldu. Qurultay arxeoloji tədqiqatların əhəmiyyətini diqqətə çəkərək bu sahədə işlərin 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə