Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə5/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   2   3   4   5   6   7   8   9   ...   195

12 

 

(A.A.Bakıxanov,  1951).  Bərdə,  Gəncə,  Şəmkir,  Beyləqan,  Şabran,  Qəbələ  şəhər 



xarabalıqları,  Bayıl  qəsri  onu  daha  çox  maraqlandırmışdır.  O,  Bakı  ilə  Salyan  

arasında,  sahildən  50  verst  aralıda  Xəzərin  suları  altında  şəhər  xarabalıq larının  

olduğunu  xəbər  vermiş,  hətta  iki  ye lkən li  qayıq  ica rəyə  götürərək  həmin  abidəni 

tədqiq etməyə cəhd göstərmişdir (Q.İsmay ılzadə, 1999; B.A.Kвачидзе , 2001). 

XIX əsrin o rtalarında və ikinci yarısında N.V.Xanıkov,  B.A.Dorn, X.D.Fren  

kimi  görkəmli  şərqşünaslar  Azərbaycanın  orta  əsr  abidələri  ilə  maraqlan mışlar. 

B.A.Dornun Şirvanın, N.V.Xan ıkovun Naxçıvan abidələri ü zrə tədqiqatları  xüsusilə 

diqqətəlayiqdir. 

1852-ci 

ildə 


N.V.Xan ıkov  Xaraba-Gilanda  olmuş,  şəhər 

xarabalıqların ı  nəzərdən  keçirmiş,  üzərində  hicri  712-ci  il  tarixi  göstərilmiş  daş 

kitabə tapmış, ilkin tədqiqatlar əsasında belə qənaətə gəlmişdir ki, artıq hic ri 712-c i 

ildə  əha li  şəhəri  tərk  et miş,  o  xa rabalığa  çevrilmişdi  (A.Quliyeva,  1997,  s əh.  84). 

N.E.Enge lqart,  İ.Şopen,  S.P.Ze linski,  K.A.Nikitinin  əsərlərində  də  Na xçıvan  

diyarının  orta  əsr  abidələrinin  təsvirinə  rast  gəlirik  (H.Э .Энгелгарт,  1851; 

C.П.Зелинкий ,  1880;  K.A.H

ИКИТ ИН


,

 

1882).  Pir  Hüseyn  xanəgahının  ilkin  tədqiqi 



də  bu  dövrə  təsadüf  edir.  1858-c i  ildə  şərqşünas  alim,  nu mizmat  İ.Ba rtole mey  

xanəgaha səfər etmiş, abidə,  xüsusilə də onun kaşı bəzəyi tədqiqatçıda böyük maraq  

doğurmuşdur (B.A.Kpaчковская, 1946). 

1871-c i ildə Tiflisdə yaradılan Qafqa z Arxeo loji Ko mitəsi regionun arxeoloji 

tədqiqini  qarşıya  məqsəd  qoysa  da,  bu sahədə  dönüş  yarada  bilmə mişdir.  1873-cü  

ildə  təşkil  edilmiş,  Qafqazın  məşhur  abidələrini  dağılmaq   və  qarətdən  qorumaq, 

qədim  ab idələri  tədqiq  etmə klə  arxeolo ji  materia llar  topla maq  kimi  bir  missiyanı 

qarşısına  məqsəd  qoyan  Qafqaz  Arxeologiyasının  Həvəskarları  Cəmiyyətinin  də 

Azərbaycanın  arxeoloji  irsinə  münasibəti  təəssüf  hissi  doğurur.  Cə miyyətin  

açılışında  çıxış  edən sədrin  köməkçisi  Berje  bild irir  ki,  "Lənkəran,  Gəncə  və  Nuxa 

qəzala rı  arxeoloji  ba xımdan  maraq  doğurmur"  (A д.Берже,  1875,  cтp.10).  1881-c i 

ildə  Tiflisdə  keçirilmiş  V  a rxeo loji  qurultaya  hazırlıqla  ə laqədar  bu  işdə  müəyyən 

canlanma olmuşdur. 1879-cu ildə İ.S.Po lyakov Na xç ıvanda, N.O.Se losani isə Bərdə  

şəhəri  xarabalıqları  və  onun  ətraf  ərazilərində  arxeoloji  tədqiqat  işləri  aparmışdır 

(T.Ə.Bünyadov, 1960, səh. 9). 

XIX  əsrin   sonunda,  1896-c ı  ildə  arxeoloq  Dü mbe rq  Xa raba-Gilan  şəhər 

xarabalıqlarında  olmuş  və  üzərində  ərəb  əlifbası  ilə  kitabə  həkk  edilmiş  iki  daş 

lövhəni  Tiflisə  apararaq  Qafqaz  muzeyinə  təhvil  vermişdir  (Б.И.Ибрагимов,  2000, 

стp. 17). 

Cənubi  Azərbaycanın  orta  əsr  abidələrin in  kəşfiyyat  səciyyəli  ilk  arxeo loji 

tədqiqi də XIX əsrə təsadüf edir. 1819-cu ildə ser Robert Ker Porter Təxt i Süley man  

şəhərgahında  olmuş  və  ilk  dəfə  onun  təsvirini  elmi  dövriyyəyə  daxil  etmişdir.  XIX 




13 

 

əsrin ilk qərinəsində Muğan düzünü və Xəzər dənizin in cənub sahillərini tədqiq edən 



U.Monteiz  Ultan  qalasına  səfər  etmiş,  bu  abidəni  qeydə  almışdır  (W.Monteith, 

1833). 


XX əsrin  ilk on illiklərində Azərbaycanın bəzi orta əsr abidə lərində kəşfiyyat 

xara kterli  tədqiqatlar  aparılmış,  orta  əsr  şəhərləri  və  yaşayış  yerləri  haqqında  bir 

neçə  əsər  işıq  üzü  görmüşdür.  Keçən  əsrin  ilk  illərində  Xaraba-Gilan  şəhər  yerinə 

səfər  edən  Y.Lalayan  burada  kəşfiyyat  xara kterli  tədqiqat  aparıb  ş əhər 

xarabalıqların ın  təsvirlərindən  ibarət  albom  tərtib  etmişdir  (Б.И.Ибрагимов,  2000,. 

стp.17). 1913-cü  ilin dekabrında Moskva Arxeoloji  Cəmiyyətinin  Qafqaz şöbəsinin 

üzvü S.V.Ter-Avetisyan Xaraba-Gilan şəhər xarabalıq larında ilk arxeolo ji qazıntıları 

aparmışdır.  Abidənin  topoqrafiyasını  müşahidə  edən  S.V.Ter  Avetisyan  onun 

təxmin i plan ını tərt ib etmiş, şəhər yerinin səkkiz sahəsində kiçik qazıntılar aparmış, 

əldə etdiyi materialları, eləcə də üzərində ərəb əlifbası ilə  kitabə həkk edilmiş, çəkisi 

80  pud  (1280  kq)  olan  ağ  mərmərdən  iki  məzar  daşını  Qafqaz  mu zeyinə  təhvil 

vermişdir (C.B.Tep Aветисян, 1927, стp. 169). Bir neçə gün ərzində tələsik aparılan  

qazıntıların  metodik  və  elmi  səviyyəsi  tənqidə  dözmür.  Belə  ki,  qazıntı  sahələrinin  

heç  birində  mədəni  təbəqə  xam  torpağa  qədər  qazılmamış,  təbəqə  yatımının  

stratiqrafiyası  müəyyənləşdirilmə miş,  qazıntının  nəticələri  elmi  ba xımdan  yetərincə 

şərh  edilməmişdi  (Б.И.Ибрагимов,  2000,  cтp.  18).  1914-cü  ilin  mayında  Moskva 

Arxeoloji  Cə miyyətinin  Qafqa z  bölməsində  S.V.Ter-Avetisyan  Xaraba-Gilan  şəhər 

xarabalıqlarında  aparılmış  qazıntıların  nəticələri  haqqında  məruzə  etmişdir  (И

ЗВ

.

 



KOMAO, 1915). 

S.V.Ter-Avetisyan 1907-ci  ildə Pir  Hüseyn xanəgahında da tədqiqat aparmış, 

onun  fəaliyyətinin  nəticəsi  olaraq  abidənin  kaşı  bəzəklə rinin  bir  ço xu  yoxa  

çıxmışdır. 

1902-c i  ildə Mil dü zünün ş əhərgah və kurqanları haqqında İ.A.Mayevskinin  

məqa ləsi  çap  olunmuş  və  həmin  məqalədə  bir  sıra  orta  əsr  abidəsinin  də  təsviri 

verilmişdir  (И.А.Маевский,  1902,  c тp.  57-68).  1903-cü  ildə  A.V.Vilyam  Cekson, 

1907-c i  ildə  isə Ştaal Tə xt i-Süley man şəhərgahı ilə  ma raqlanaraq buraya elmi s əfər 

edirlə r. 

1904-cü  ildə  Ba kıda  aşkarlan mış  arxeolo ji  obyekti  tədqiq  etmə k  üçün 

akademik  V.V.Bartold  Ba kıya  e za m  olun muş,  abidəyə  baxış  keçirən,  ə ldə  edilmiş  

maddi  mədəniyyət  nümunələ rin i  təhlil  edən  şərqşünas  alim  İmperiya  Arxeo loji 

Ko missiyasının  Xəbərlərində  elmi  səfərin  nəticə ləri  haqqında  hesabatını  dərc  

etdirmişdir  (B.B.Бap толд,  1905).  1906-cı  ildə  çar  məmu ru  Y.İ.Ko zubskinin  

"Dərbənd  şəhərinin  tarixi"  ad lı  kitabı  nəşr  olunur.  La kin  müəllif  hə min  əsərdə 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə