Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə16/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   12   13   14   15   16   17   18   19   ...   195

36 

 

inkişafı  nəticəsində  yeni  topoqrafik  hissə  -  sənətkar  məhəllə lərinin  cəmləşdiyi  rabad 



formalaşmışdır. Dövrün mühüm fərqləndirici cəhətlərindən biri qaynar iqtisadi həyatın 

rabada  keçməsində  və  bu  hissənin  genişlənməsi  hesabına  şəhərlərin  sürətlə  inkişaf 

etməsindədir  (T.M.Dostiyev,  1999,  s əh.  30).  Bununla belə üçpilləli  plan quruluşu heç 

də  daim  ciddi  gözlənilmə miş,  bəzən  bu  və  ya  digər  topoqrafik  hissə  müəyyən 

səbəblərdən mövcud olma mışdır. 

Şəhərlərin  salınmasında  orta  əsr  memarları  təbii  landşaft  və  iqlim  amillərini 

nəzərə  almış,  şəhərlər  ərazinin  topoqrafik  xüsusiyyətlərinə  uyğunlaşdırılmışdır.  Sərbəst 

fəaliyyətə imkan verən düzən ərazilərdə şəhərlərin plan quruluşunun əsasında bir qayda 

olaraq  kvadrat  və  ya  düzbucaq durduğu  halda,  dağətəyi  və  dağlıq  ərazilərdə  salınmış 

şəhərlərin plan quruluşu ərazinin relyefindən asılı idi. 

Şəhər  əhalisinin  əksəriyyətini sənətkar və tacirlər təşkil  edirdi.  Onlar  həm  daxili, 

həm  də  xarici  bazarın  tələbatını  ödəmək  üçün  mal  istehsal  edir,  onun  satışına  nail 

olurdular. İri şəhərlərdə istehsalda standartlaşma və mədəni inteqrasiya prosesləri özünü 

daha qabarıq büruzə verirdi. 

Yaşayış  məskənləri  sistemində  şəhərtipli  iri  yaşayış  məntəqələri  də 

özünəməxsus yer tuturdu. Mürəkkəb müdafiə istehkamlarına malik olmayan bu yaşayış 

məskənlərinin  iqtisadi  həyatında  əkinçilik  təsərrüfatı  mühüm  rol  oynayırdı.  Bu  tip 

abidələrə  orta  əsr  Mingəçevir  yaşayış  yerini,  Torpaqqalanı  (Qax  rayonu),  Şəmkir 

rayonunda  Muncuqlutəpəni  və  digərlərini  misal  gətirmək  olar.  Həmin  şəhərlərin  və 

şəhərtipli  yaşayış  məskənlərinin  çoxu  hələ  erkən  orta  əsrlərdə  və  daha  qədimdən 

mövcud olmuşdur. 

IX-XIII  əsrin  əvvəllərində  ölkədə  müdafiə sisteminin  etibarlılığını  yüks əltmək 

məqsədilə  yeni  qala,  qəsr  və  qüllə  tikintisi  vüsət  almışdı.  Bunlardan  bəziləri  feodal 

qəsrləri  olub  ayrı-ayrı  hökmdarların  yay  iqamətgahı  rolunu  oynamış  (Gülüstan, 

Əlincəqala,  Ruin-dej  və  s.),  bəziləri  dağ  keçidlərini  qorumaq  məqsədi  güdmüş 

(İsmayıllı və Gədəbəy rayonlarındakı Qız qalaları, Şəkidə Eşik qalası, Astara rayonunda 

Şindan qalası), bəziləri gözətçi məntəqəsi kimi istifadə edilmişdir (Muxas, Aydınbulaq, 

Mərdəkan  qüllələri).  Əlbəttə,  bu  ixt isaslaşmaya  baxmayaraq,  onlardan  eyni  vaxtda 

mü xtəlif  məqsədlər üçün də istifadə olunurdu. Bu abidələrdə aparılan arxeoloji tədqiqat 

işləri  zamanı  orta  əsrlərə  aid  xeyli  maddi  mədəniyyət  qalıqları,  xüsusilə  saxsı 

mə mu latı  ə ldə  edilmişdir.  Hə min  faktik  materiallar  göstərilən  qalaların  inşa tarixini 

dəqiq  müəyyən  etməyə  imkan  verməsə  də,  onların  dövrünü  ümumi  şəkildə  

aydınlaşdırmaq mü mkün olmuşdur. 

Şəhər,  qala-şəhər, şəhərtipli  iri  yaşayış yerləri  və  kənd tipli  yaşayış yerlərində 

aşkara  çıxarılmış  arxeoloji  materialı  s əciyyələndirmə  və  ümumiləşdirmədən  əvvəl 



37 

 

Şamaxı. Narınqalanın bərpa layihəsi. 

onların  hər  birində  aparılmış  arxeoloji  qazıntılar  haqqında,  orta  çağda  Azərbaycanda 

mövcud olmuş tarixi-coğrafi bölgələr üzrə, qısa da olsa, bəhs etmək məqsədəuyğundur. 

Şamaxı  şəhəri  beynəlxalq  ticarət  yolunun  üzərində salınmış,  Şirvanın  paytaxt 

şəhəri  olmuşdur.  Dağın  yaxşı  günəş  tutan  cənub  və  şərq  yamaclarında  salınmış  bu 

şəhərin plan quruluşuna təbii-coğrafi şərait öz təsirini göstərmişdir. Onun qala divarları ilə 

əhatə  olunan  sahəsi  91  hektara  bərabərdir  (tablo  1,  şək.  1).  Hakim  relyef  şəraitində 

yerləşən  Narınqala altıkünclü plan quruluşuna  malik  olub,  7 hektara yaxın  sahəni  əhatə 

edirdi  (Г.А.Джидди,1981,  стp.  44).  Şəhərin  qala  d ivarlarından  bayırda  cənuba  və 

şərqə tərəf sənətkar məhəllələri - rabad yerləşirdi (Г.А.Джидди, 1981, стp. 43). 

Şamaxı  şəhərinin  ərazisində  əsasən  8  sahədə:  şəhərin  mərkəzi  (II  sahə), 

cənub  (I,  V,  VI,  VIII  sahələr),  şima l-şərq  (I,  V  sahə)  və  şərq  (III,  VII  sahələr) 

hissələrində arxeolo ji qazıntılar aparılmışdır. 

Şəhər yeri  müasir tikililərlə örtülü olduğu üçün arxeo loji qazıntı işləri başlıca 

olaraq,  kiçik  sahələrdə  (15-300  kv.m)  görülmüşdür.  Buna  baxmayaraq,  şəhərin  orta 

əsr  maddi  mədəniyyətinin  mü xtəlif  sahələrin i  öyrən mək  üçün  xeyli  imkan lar  əldə 

edilmişdir.  İlk  növbədə,  şəhərin  orta  çağ  mədəni  təbəqə  yatımının  xarakteri  və 

qalınlığı  müəyyənləşdirilmişdir.  İç  qalada  (narınqalada)  3-4  m,  şəhristanda  4-5  m, 

şəhərin  kənarlarında  -  rabadda  isə  2-2,5  m  qalınlıqda  mədəni  təbəqə  yatımı  olduğu 

aydınlaşdırılmışdır.  Mədəni  təbəqə  yatımında  üç,  biri  d igərin i  ardıcıl  əvəz  edən 

inşaat qatı aşkara çıxarılmışdır (Г.А.Джидди1974a, стp. 50). 

Mədəni  təbəqə  yatımının  alt  qatları  VIII-IX  yüzilliklərə  aid  olmaq la  erkən  

şirli  saxsı  məmulatla  səciyyələnir.  Burada  çaydaşılarından  adi  palçıqla  hörü lmüş 

yaşayış  evlərinin  bünövrələri,  ocaq  qalıq ları,  təsərrüfat  və  su  quyuları  ü zə 

çıxarılmışdır. 




38 

 

X-XII əsrlə rin  mədəni təbəqə yatımı daha qalın və tapıntılarla  zəngindir.  İlk 



növbədə,  yaxşı  yonulmuş  daşdan,  əhəngli  məhlulla  hörü lmüş  içqala  və  şəhər  qala 

divarların ın  qalıq ları  böyük  maraq  doğurur.  Bundan  başqa,  h əmin  inşaat  qatında 

küçə  qalığ ı,  yaşayış  evlərinin,  ictimai  və  dini  b inaların  bünövrələri,  təsərrüfat 

quyuları,  tünglərdən  quraşdırılmış  su  kəmə ri,  kana lizasiya  xətti  ü zə  çıxa rılmışdır. 

Sənətkarla r  məhə lləsində dulusçu emalat xanası, də mirçixana aşkarlan mış,  istehsalla  

bağlı kürələrin qalıq ları, əmək alətləri, istehsal çıxarları və tullantılar üzə çıxarılmış, 

çoxlu  tapıntılar  əldə olunmuşdur  (Г.А.Джидди  1981;  1990).  Diqqəti  cəlb  edən  tikili 

qalıqları  arasında  sənətkarlar  məhəlləsində  aşkarlan mış  XI-XII  əsrlərə  aid  anbar 

otağın  qalıqları  da  vardır.  Anbarda  bir-b irinin  yanında,  çiyninə  qədər  torpağa 

basdırılmış  beş  iri  təsərrüfat  küpü  aşkarlan mışdır.  Küplərdən  ikisində  qatılaşmış 

neft,  digər  ikisində  əhəng  məhlu lu  var  id i.  Beşinci  küpdə  isə  su  saxlanılmışdı 

(Г.А.Джидди,  1981  a ,  c тp.  419).  Anbardan  altda  is ə  VIII-IX  əsrlərin  dulusçu 

ema lat xanası yerləşirdi. 

Şamaxıda tədqiq olunan diqqətəlayiq tikililərdən biri də  1983-1985-ci  illərdə 

Ca me  məscidinin  həyətində  mədrəsə  tipli  ko mple ksin  üzə  ç ıxa rılması  və  arxeo loji 

qazıntılarla öyrənilməsid ir (H.Cidd i, N.Musayev, 1991, s.24-31). 

İnkişaf  etmiş  orta  əsrlərdə  Şirvanın  ən  böyük  şəhərlərindən  olan,  ərəb  

müəlliflərin in "Bab əl-Əbvab" adlandırdıqları  Dərbənd şəhəri IX-X əsrlərdə özünün 

çiçəklən mə  çağını  yaşamışdır.  Xəzər  dənizin in  qərb  sahilində  ən  böyük  limana 

malik  bu  şəhər  mühüm  hərbi-strateji,  ticarət  və  sənətkarlıq  mərkəzi  id i.  VIII-X 

əsrlərdə  şəhərin  sıçrayışlı  yüksəlişi  şəhristanda  monumental  ictimai  və  din i 

binaların,  yaşayış  evlərinin  inşasının  geniş  vüsət  alması  ilə  müşayiət  olunurdu. 

Hə min  çağda  şəhərin  qala  divarları  a rasında  olan  150  he ktardan  artıq  əra zisi  sıx 

məskunlaş mışdı (А.А.Кудрявцев, 1982, стp. 143). 

1972-c i  ildən  aparılan  arxeoloji  qa zıntılar  ş əhərin  topoqrafiyasına  aydınlıq  

gətirmiş, onun iki h iss ədən: narınqala və şəhristandan ibarət olduğunu göstərmişdir 

(tablo 1, şək. 4).  Dərbəndin  müdafiə sistemində  xüsusi yer tutan Narınqalada saray, 

qarnizon  üçün  kazarma,  in zibati  binalar,  təsərrüfat  tikintiləri  və  su  anbarı  var  idi. 

VIII-IX  əsrlərdə  Na rınqalan ın  şərqində  ucaldılmış  saray  kompleksi  600  k v.m-dən  

artıq  sahəsi  olub,  ço xotaqlı  plan  quruluşuna  malik  id i.  Qalınlığı  1-1,5  m  olan  

divarları  daşdan  əhəng  məhlulu  ilə  hörülmüşdü.  X  əsrin  sonu  -  XI  əsrdə  saray 

ko mpleksi  Narınqalanın  şimal-qərbinə  köçürülmüşdü.  Burada  düzbucaqlı  plan  

quruluşuna  ma lik  saray  ko mple ksi  ucald ılmışdı  (А.А.Кудрявцев,  1982,  c тp.  148-

149;  1982a,  стp.  43-52).  Arxeoloji  qa zıntıla r  nəticəsində  IX-X  əsrlərin  mədəni 

təbəqəsi  şəhərin  şəhristan  hiss əsinin  demə k  o lar  ki,  bütün  ərazisində  qeydə 

alın mışdır.  Şəhristanın  dənizkənarı  h issəsində  mədəni  təbəqənin  IX-X  əsrlərə 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə