Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə12/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   ...   8   9   10   11   12   13   14   15   ...   150

 

36 


çətinliklə  işləyirdik,  hətta  azarlamağımla  sonuclanan  bir  çalışma 

oldu. İndi sağlıq durumumu qaytarmışam, böyük istilər düşməmiş işi 

önəmli bir aşamaya gətirib çatdıracam. Bu mənim xalqlaşma işimin 

bir  hissəsidir.  Orada  gedən  iş,  danışıqsız  hər  kəsə  söz  deyir. 

Bunlardan başqa tək-tək fərdi görüşlərim də davam edir. 

Dünən bir nəfərlə, 20 il sonra görüşdüm və ciddi söhbət elədim. 

Ocaq haqqında elə igiləndi ki, Bakıda keçirilən tədbirlərimizə qatıl-

maq  istəyini  bildirdi.  Bakıya  dönməsəydi,  bu  gün  Ailə  Günü”müzə 

qatılacaqdı.  Mən  ona  Ocaq  ədəbiyyatları  bağışladım.  Danışdıq  ki, 

telefon bağlantısı quraq, gəlsin-getsin. 

Fikirlərim bu qədər. Atamız Var olsun! 

İndi  qardaşımız  Soylu  Atalını  dinləyək.  İstəyərdim,  öncə  Elana 

danışsın, ancaq nədənsə o, Soyludan sonra danışmaq istəyir. Şəxsən 

mən  Soylunun  çıxışından  sonra  söz  deməyə  çətinlik  çəkirəm.  Soy-

lunun o cür yanğılı, heyrətli çıxışından sonra söz demək asan deyil. 

 

Soylu  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 

Ataya  –  İnam  Ataya  ali  səcdə  ilə!  Ocaq  ilsırasının  37-ci  ilində 

Atagün  Ailəsinin  1-ci  aylıq  toplantısına  hesabat  verməzdən  öncə 

Bayrağımızı öpür və Ataya səcdə qılıram. 

Öncə  bir  neçə  məsələyə  aydınlıq  gətirmək  istəyirəm.  Sonra  dü-

şündüyüm,  sonuca  vardığım  fikirlərimi  bölüşəcəm.  Birinci  deyə-

cəyim  məsələ,  biz  bir  sıra  hallarda  nələrisə  izah  eləməklə  giriş 

veririk, sonra Atanın adı ilə sözümüzə davam edirik. Bu cür gələnəyi 

aradan qaldırmaq gərəkdir. Birbaşa Atanın adı ilə sözə başlamaq, hər 

şeyi  bundan  sonra  demək  doğrudur.  Öncələr  mənim  özümdə  də  bu 

hallar olub. Biz hesab etmişik ki, ilkin olaraq nələrisə izah etməliyik, 

bu  izahlar  da  sanki  yardımçı  sözlərdir,  sonra  əsas  sözə  başlayanda 

Atanın adı ilə başlamalıyıq. Əslində bu doğru deyil, sözmüz yardım-

çı  və  əsas  olmaqla  bölünmür,  birbaşa  Atanın  adı  ilə  başlamalıyıq. 

Sonra, qardaşımızın “izin versəydi Soyluya səcdə eləyərdim” demə-

si.  Belə  ifadə  işlətdi.  Bu  gərək  deyil.  Bunu  oluşdurmaq  zərərdir. 

Niyə? Biz Azərbaycanda peyğəmbərlik olayı yaradırıq. Uzun yüzil-

lərdir xalqın həyatında sıradan çıxarılmış “özünü qoruma sistemi”ni 

bərpa edirik.  Başqa  sözlə  onu  yenidən  yaradırıq.  Nə  ilə  yaradırıq  – 

peyğəmbərlik  olayı  ilə.  Azərbaycanda  “Özünü  qoruma  sistemi” 

Babəkin yenilməsindən sonra başlayıb. O vaxtdan biz özümüzə gələ 

bilməmişik.  Biz  çox  passionar  xalqıq.  İçimizdə  güclü  enerji  var  və 

çox gözəl ulusal olanaqlar var. Onu ayrı-ayrı çağlarda aşkarlaya bili-



 

37 


rik. Onu biz Babəkdə aşkarladıq, Nəsimidə aşkarladıq, indi də Asif 

Atada  aşkarladıq.  Hər  birinin  arasında,  aşağı-yuxarı  yarımminillik 

zaman  olub.  Mən  başqa  olayların  adını  çəkmirəm,  deyək  ki,  Asif 

Atanın “Azərbaycanımız-Azərbaycanlığımız” dəyər sistemində adla-

rını  çəkdiyi  olayların.  Mən  vurğu  edirəm  ideoloji-ruhani  faktları-

mızın  adlarını.  Babək  ruhaniyyat  olayıdır,  özündən  min  beş  yüz  il 

öncəki  Zərdüştlükdən  qaynaqlanan  bir  dünyagörüş.  O  Zərdüştçülük 

ki,  onun  da  özülündə  Tanrıçılıq  dururdu.  Deməli,  Xürrəmdinlik 

türkün  öz  içində  daşıdığı  ruhani  olanaqları  idi  ki,  bu  da  Babəkdə 

özünü aşkarladı. Babəkdən yarımminnillik sonra bu olanaqlar Nəimi-

də, Nəsimidə özünü göstərdi. Baxmayaraq ki, Hürufilikdən öncə də 

böyük  olaylar  vardı  –  Sufilik  vardı.  Sufilik  də  bir  təriqət  idi, 

Hürufilik də. Ancaq Sufilik milli özünüqoruma sistemi deyildi. Hü-

rufilik  isə,  daşıdığı  məna  gücündən  asılı  olmayaraq,  milli  özünü-

qoruma sistemi idi. Məna gücü dedim, biz onu Asif Atanın Mütləqə 

İnam  Dünyabaxışı  ilə  tutuşduranda  üstünlüyü  Asif  Ataya  veririk. 

Ancaq bunu ona görə eləmirik ki, biz Asif Atanın Yolunda-yıq, onun 

davamçılarıyıq. Asif Ata bizim olduğu qədər Hürufilər də bizimdir. 

Məsələ  Hürufilərin  təriqət,  Asif  Atanın  isə  bütöv  bir  Dün-yabaxış 

olmasındadır. Bax, biz onları bu məsələ ilə fərqləndiririk. Hürufilər 

bir  təriqət  olaraq  İslam  dünyabaxışının  içindən  ayrılıb  ortaya  çıxdı. 

Bir  az  da  İslamın  ayrı-ayrı  atributlarını  özlərində  göstərmək  xətti 

(indiki  dilnən  desək,  taktikası)  tutdular.  Yəni  ayrıca  bir  dünyabaxış 

kimi  çıxmadılar  ortaya.  Dünyabaxış  daha  geniş,  daha  sistemli  bir 

olaydır.  Bu  Olayın  etkisi  də  geniş  və  sistemli  olur.  Təriqət  isə, 

dediyimiz  kimi,  yanlışları  qırağa  qoyaraq  içindən  çıxdığı  Baxış 

Sisteminin üzərində qurulan qalxınma (inkişaf) tendensiyasıdır. 

Qayıdıram  milli  özünüqoruma  sistemi  məsələsinə.  Hürufilərdən 

yarımminil  sonra  Asif  Ata  Olayı  ortaya  gəldi.  Özündən  öncəkilərin 

üstünlüklərindən  yararlanaraq  yeni  bir  dünyabaxış  araya  gəldi.  Bu 

dünyabaxış qədimliyin üstün milli-insani özəlliklərini içinə almaqla, 

onu  xalqa  qaytarmağa  başladı.  Eyni  halda,  özünün  yaratdığı  yeni 

ruhaniyyat  olayı  ilə  dağılmaqda  olan  milli-bəşəri  sivilizasiyanın 

yönünü dəyişmək işinə girişdi. Bu, çox incə, ancaq həm də, çox ciddi 

məsələdir. 

Yeri gəlmişkən, burda başqa bir məsələyə də aydınlıq gətirmək istə-

yirəm. Dedik ki, Asif Ata dünyabaxış sistemidir, Hürufilik təriqətdir. 

Min ildən  bir  az  artıq  vaxtda  bizim  xalqımızın  içində  gedən  ruhani 

proses,  bu  məsələyə  dayanmaqla,  ciddi  öyrənilməli,  araşdırılmalı 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə