Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə15/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   ...   11   12   13   14   15   16   17   18   ...   150

 

42 


gedir,  mədəni  qatlarda  gedir.  Bəli,  ərəb  qafası  ilə  yaşayaraq,  ərəb 

psixologiyasının etkisi altında çabalayaraq heç vaxt ulusal qalxınma 

tarixini  (milli  inkişaf  tarixini)  özümləşdirə  və  dirçəldə 

bilməyəcəksən.  Ərəbçilik  sənin  ruhuna  doğma  deyil,  yaddır,  səni 

qorumur,  mənimsəyir.  Səni  ayağa  salır,  sənə  deyir  mənim  ümmə-

timsən, millət deyilsən. Millət deyilsənsə sənin mədəniyyətin, tarixin 

və  bunları  ifadə  eləyən  dilin  sənə  yar  olmayacaq.  Deməli,  Dünya-

baxış  olayı  çox  önəmli  məsələdir.  Asif  Atanın  Ocağı  Dünyabaxış 

üzərində  quruculuqla  uğraşır.  Elə-belə  qınaqlarla  uğraşmır,  –  filan 

şey  pisdir,  filan  şey  olmamalıdır,  biz  millət  kimi  geridə  qalmışıq, 

yaxud  biz  türküz,  hamıdan  yaxşıyıq.  Ocaq  belə  üzdəkiliklə  (zahiri-

liklə) özünü aldatmır.  

Deyir İnam gərəkdir, inanmaq gərəkdir. Nəyə inanmaq?! – Milli 

kimliyin  özülündə  duran  incilərə  inanmaq  gərək,  onu  görə  bilmək, 

sevə  bilmək  və  yaşatmaq  gərəkdir.  Bunun  üzərində  dirçəlmək,  içini 

ortaya  qoymaq  –  Olmaq  gərəkdir!  Onda  ulusal  kimliyini  təsdiq 

edərsən,  bəşər  səviyyəsinə  qalxarsan.  Bunu  heç  bir  fəlsəfə,  heç  bir 

din,  dünyabaxış  deməyib.  Ən  yaxşı  halda  deyib  arı-duru  ol,  ancaq 

bunu deməyib. Bunu Asif Ata deyir. 

 

 



 

Deyir  ki,  bu  qoşullar  (şərtlər)  içrə  sən  milli  qüvvəyə  çevrilə-

cəksən.  Milli  qüvvəyə  çevriləndən  sonra  xalqın  başında  duran  sən 

olacaqsan.  O  zaman  sən  xalqa  qarşı  yağı  olmayacaqsan.  Yiyə  ola-

caqsan. Yiyəlik başlayacaq ondan sonra. Bəli, ondan sonra gözləmə-

yəcəksən  ki,  görək  Azərbaycanda  9  milyon  insan  nə  vaxt  kamil-




 

43 


ləşəcək. Heç vaxt xalq kütləvi şəkildə birdən-birə kamil olmayacaq. 

Hər kəs yaşamında doğulduğu çağdan ölənədək özü öz ömrünü ka-

milləşdirə  bilər. Kimsə  kamilləşdirəcək,  kimsə  kamilləşdirməyəcək. 

Ancaq  Sistem  yaranmalıdır.  Milli  strategiya  deyirlər  onun  adına.  O 

strategiya olmalıdır. Milli strategiyanı nə yaradır? Milli şüuru ayaqda 

saxlayan,  milli  şüuru  dirçəldən  və  qabağa  aparan  özül  prinsiplər 

yaradır onu. O da Asif Atanın yaratdığı dünyabaxışdır. Biz ona görə 

deyirik  qurtuluş  Asif  Atadadır.  Ona  görə  deyirik  ki,  əsil  döyüş,  əsil 

mübarizə Asif Atadadır. Demirik ki, mübarizələr yoxdur. Var. Ancaq 

deyirik  ki,  əsil  mübarizə,  əsil,  həqiqi,  dərin  milli  özünüqoruma 

sisteminin yaranması bağlıdır Asif Atanın yaratdığı dünyabaxışa. 

Sonra, mən qayıdıram söhbətimin öncəsinə. Günevin dediyi Soy-

luya münasibət məsələsində bir məqamla bağlı etiraz elədim. Adama 

deyərlər  ki,  sizin  hədəfiniz  insan  deyilmi?  İnsana  münasibətin  niyə 

döşündən  itələyirsiniz?  Yox,  biz  insana  münasibətin  döşündən 

itələmirik.  Hətta  deyirik  ki,  insanın  insana  münasibəti  layiq  olduğu 

dərəcədə yalnız səcdəli münasibət olmalıdır. Səcdə münasibəti yox, 

səcdəli  münasibət.  Səcdə  münasibəti  tək-tək  olaydır.  Niyə?  Mən 

burda təvazökarlıq elədimmi? Təvazökarlıq eləmədim. Burada bizim 

başladığımız  bir  iş  var,  bir  məsələ  var.  O  məsələyə  hər  hansı  bir 

səviyyədə  kölgə  düşməməlidir.  Paralellik  yaratmaq  olmaz.  Biz 

peyğəmbər  veririk,  onunla  paralellik  yaratmaq  özünüuydurma  olar. 

Söz yox, biz Peyğəmbərin kölgəsi deyilik. Onun davamçılarıyıq. Biz 

onun işinin, təliminin, yolunun öyrətmənləriyik. Balaca söhbət deyil 

bu.  Evlad  sözü  öyrətmən  deməkdir.  Nəyi  öyrədir?  Milli  ruhu,  milli 

kimliyi,  insani  kimliyi,  insani  gələcəyi  və i.a.  Bu  gün  biz  Azərbay-

cana  peyğəmbər  verdiyimiz  üçün,  peyğəmbərlik  hadisəsi  yaratdı-

ğımız üçün bizim əsasən səcdə münasibətimiz bir anlamlı olaraq Asif 

Atanın  üzərində  dayanır.  Ona  dayanıb  biz  Peyğəmbəri  verməliyik 

axıra qədər. Çünkü qurtuluş peyğəmbərdədir. Çünkü bizim içimizdə 

yad  dünyabaxış  peyğəmbəri  ilə  oturur.  Bizim  içimizdə  xalqımızın 

onu əyən peyğəmbərə münasibəti Göyə münasibət kimidir. Mən onu 

qısqanmıram,  əgər  o  bizi  qurtarıcı  olsaydı,  mən  də  ona  səcdə 

eləyərdim. Mən də ona o cür münasibət bəsləyərdim. Mən ona o cür 

münasibət  bəsləyə  bilmirəm,  çünkü  o  bizi  qurtarmır.  O  (yəni 

Məhəmməd)  istəyərəkdən,  istəməyərəkdən  bizi  endirib.  Bizim  milli 

özünüqoruma sistemimizi dağıdıb. Öz yaratdığıyla, öz ümmətçiliyiy-

lə, öz daha nələriylə, öz yalanlarıyla bizim özünüqoruma sistemimizi 

dağıdıb. Onun yurdumuzdan çıxmasını istəyirsənmi? Onun etkisinin 



 

44 


sənin xalqının ürəyindən çəkilməsini istəyirsənmi? Onda sənin Asif 

Ataya münasibətinin bir anlamı var – xalqın gələcəyinə münasibət. 

İndi  qayıdıram  belə  bir  məsələyə.  Bəzən  görürsən  vurğu  edirlər, 

anlamırlar.  Çünkü  heç  bir  məsələni  axıra  qədər  düşünmür,  uğraş-

mırlar. Elə ağına, bozuna baxmadan nə gəldi danışırlar. “Şəxsiyyətə 

pərəstiş” sözü atıblar ortaya. Sən demə, biz də Asif Ataya Şəxsiyyətə 

pərəstiş  səviyyəsində  münasibət  bəsləyirikmiş.  Anlamırlar  ki,  Şəx-

siyyət  ayrı  şeydir.  Şəxsiyyətə  sevgi  olmalıdır  də.  Sən  niyə  ağaya 

münasibətlə  Şəxsiyyətə  münasibəti  qarışdırırsan.  Məgər  Asif  Ata 

ağadır? Niyə sən Stalinə, Xomeyniyə, lap elə Teymura münasibətlə 

Asif  Ataya  münasibəti  qarışdırırsan?!  Onlara  sevgili  münasibət 

əyilmədir, bu münasibətdə sevgi anlamını itirir. Asif Ataya isə səcdə-

li  münasibət  yüksəlmədir.  Səcdə  ürəyin  gücüdür,  ürəyin  böyüklü-

yüdür. Səcdə eləyən ürək çox möhtəşəm ürəkdir. Xudbin ürək deyil, 

balaca ürək deyil. Balaca ürəyin səcdəsi olmur. Böyük ürəyin səcdəsi 

olur.  Çünkü  böyük  ürək  böyük  həqiqəti  içinə  ala  bilir.  Anlaya  bilir, 

dərk edə bilir. Qurtarıcılıq həqiqətini dərk edir. Mənim qurtarıcımdır. 

Onda yaranır o hal, onda yaranır o səcdə. Onda yaranır o sevgi. Şəx-

siyyətə  sevgi  olmalıdır.  Şəxsiyyətdir  bu!  Stalin  şəxsiyyət  idimi?  Si-

yasi anlamda da şəxsiyyət ifadəsi işlədirlər. Ruhani-mənəvi anlamda 

o şəxsiyyət deyil. Məni zəlil günə qoyan necə Şəxsiyyət ola bilər?! 

Qarışdırmayın, ağlınız olsun! Asif Ata məni qurtarmağa gəlib. İmtina 

edə-edə,  qurban  verə-verə,  hər  şeyindən  imtina  elədi,  gəldi  məni 

qurtarmağa. Çiynini verib mənim ayağımın altına ki, yüksəlim, xalq 

olum, sən də deyirsən şəxsiyyətə pərəstiş. Mənim ağlımı elə işıqlan-

dırır,  mənim  ürəyimi  elə  qüvvətləndirir,  məni  elə  heyərtləndirir,  o 

heyrətin qabağında mən ona ayrı cür münasibət bəsləyə bilmərəm. 

Bir də görürsən sənin körpə uşağın elə naz edir, elə cilvələnir ki, 

az qala yemək istəyirsən. O  münasibətdir ey o. Orda bəyəm şəxsiy-

yətə pərəstiş var?! Orda uydurmaq var? İnsan duyğularına qarşı çıxıb 

niyə  bu  duyğuları  öldürürsünüz?  İnsanın  içində  sevmək,  səcdə 

eləmək eşqi, hərarəti var. Niyə öldürürsən onu. Niyə xudbinləşirsən. 

Nəyin  var  sənin?  Haqq  edənə  münasibət  bəsləyərlər.  “Çörəyi  ver 

çörəkçiyə, birini də üstəlik”. 

Baxın, Asif Ataya münasibət məsələsiylə bağlı çox qısqanclıqlar, 

paxıllıqlar qaynayır  Azərbaycanda.  Bu  qısqanclıq  təkcə  onun  yaşıd-

ları  içində  qaynamır,  ondan  sonrakı  nəslin  içində  də  qaynayır.  O 

səviyyədə  qaynayır  ki,  durub  Asif  Ata  haqqında  müsahibə  götürür. 

Hansısa  keçmişdə  Ocaqdan  çıxmışın  birindən.  O  nə  qanır  Asif  Ata 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə