Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə11/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   ...   7   8   9   10   11   12   13   14   ...   150

 

33 


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

“Atagün” Ailəsinin I aylıq törənində 

deyilmiş fikirlər 

 

 



 

“Ailə  Günü”nün  quralları  yerinə  yetirildikdən  sonra  Ailənin 

Yükümlüsü Günev  Atalı Ataya  səcdə  ilə  sözə  başladı:  “Gedişat” 

yazımızda  bir  tələb  var  –  “Ata  Sözü”ndən  seçib  oxumaq.  Bilirsiniz 

ki,  bu  günlərdə  xalqımızın  ulusal  dəyərlərindən  biri  olan  Novruz 

bayramı  keçirildi.  Bu  bayram  anlamına  görə  hiss  olunmadı,  ancaq 

süfrə bəzəkləri göstərildi. Ona görə mən bu gün oxumaq üçün Atanın 

“Novruzluğumuz” yazısını seçdim. 



(Günev Atalı adı vurğulanan yazını oxudu – S.A.) 

İndi  mən  əsas  qonumuza  keçirəm,  Amallaşma,  Kamilləşmə, 

Xalqlaşma  hesabatı  verirəm.  Amallaşma  ilə  bağlı  Asif  Atanın 

Mütləqə  İnam  bitiyindən  özümləşdirib  yazdığım  hissələri  oxumaq 

istəyirəm. 

(Burada  Günev  “Mütləqə  İnam”dan  ümumiləşdirdiyi  parçaları 

oxudu – S.A.) 

Kamilləşmə əməli ilə bağlı deyə bilərəm ki, Amallaşdığım dərə-

cədə  artıram,  mənəvi  durumum  yerində  saymır,  irəliləyir.  Son  ay 

ciddi  düşündüm:  həyatımda  nə  yenilik  və  nə  gerilik  var  deyə. 

Anladım  ki,  əslində  bundan  sonra  mənim  həyatımda  gerilikdən  söz 

gedə  bilməz.  Bəs  irəlilik  varmı,  nədə  özünü  göstərir?!  –  Yaşantıla-

rımı, düşündüklərimi ümumiləşdirib desəm, bu soruya necəsə cavab 



 

34 


vermiş olaram. Bu gün Yurdumuzda çoxlu sayda çalışqan qurumlar 

yaranıb  ortaya  çıxır,  ancaq  gedişatın  əyilməsinə  qarşı  dirəniş 

göstərən  bir  qüvvə  var,  o  da  Asif  Ata  Ocağıdır.  Bir  neçə  gün  öncə 

İbrahim  Elxasgilin  köyündə  söhbət  edirdik.  Dünyanın  gözü  qaba-

ğında  hər  cür  dağıdıcılıq  edən  İŞİD  adlı  qüvvədən  söz  düşdü. 

İbrahim  Elxas  söz  açıb  dedi  ki,  mənim  dərin  bilgilərim  olmasa  da, 

fəhm  edirəm  ki,  əgər  Asif  Ata  Ocağı  öz  gücünü  yeni  bir  aşamaya 

çıxarmasa, yenidən sürətini artırmasa, bu xalqın gələcəyi sual altına 

düşəcək.  Çünkü  İŞİD  və  bu  kimi  başqa  faktlar  Azərbaycandan  çox 

aralı deyil, başqa sözlə, Azərbaycan izlədiyimiz bu təhlükələrin heç 

birindən  sığortalanmayıb.  21-ci  yüzildə  Allahu-əkbər  bağırıb  insanı 

yandırır, bir ucdan doğrayırlarsa, buna qarşı hansı ideya ilə, qüvvə ilə 

dayanmaq  olar,  toplumu  dirənişə  qaldırmaq  olar?!  Ona  görə  biz 

deyəndə ki, Asif Atanın Baxışı Qurtarıcı Olaydır, heç də bəlağətə yol 

vermirik.  Baxın,  İŞİD-çilərə  qoşulmaq  üçün  Türkiyədə  bir  qrup 

haqqında bu günlərdə televiziyadan eşitdim. Sonra öz-özümə düşün-

düm ki, görəsən onlar oraya nə üçün getmək istəyirlər?! Əslində bu 

gün dini gedişlər insanların ağlını, ürəyini heç eləyir, onların qutsal-

lığa yetmək olanaqlarını aradan qaldırır. Bununla da insanların içində 

heyvanlıq  baş  qaldırır,  heyvanlıq  yırtıcı  əməllər  ortaya  gətirir.  Baş 

kəsmək,  qan  tökmək,  maddi  nələrsə  əldə  etmək  istəyi  özünün  də 

həyatını təhlükəyə atır, ailəsinin də, vətəninin də, millətinin də. Ərəb 

belə  acınacaqlı  əməllərə  sarılır,  bizim  insanlar  da  onlara  qoşulur. 

Soylu  demiş,  bu  elə  Məhəmmədin  davamıdır.  Bu  necə  Allahın 

böyüklüyünü təsdiq eləməkdir ki, “onun şah əsəri olan” insanı diri-

diri  yandırır,  heyvan  kimi  başını  kəsirsən?!  Mən  özüm  burada 

insanlığın  gələcəyi  ilə  bağlı  qorxuya  düşürəm.  Bəs  kim  bunun 

qarşısını alacaqdır?! Ona görə biz deyirik ki, Asif Atanın Ocağı söz-

ideya-əməl  ortaya  qoymaqla  ulusal  və  hətta  bəşəri  dirəniş  yetirir. 

Bundan başqa  qüvvə  yoxdur  bu  yöndə  çaba  göstərən.  Varsa,  kimsə 

mənə  göstərsin,  mən  də  bilim.  Dünya  əyilib,  bütün  çalışmalar, 

əməklər  də  onu  daha  da  əyməyə  yönəlib.  İzləyənlər,  seyr  eləyənlər 

də öz başının hayına qalıb. Hamı özünün bugününü düşünür… 

Xalqlaşma yönündə də bir neçə kəlmə deyim: Bu əməlimin birin-

ci çaları “İnamlı İllərimin Harayı” kitabımın işıq üzü görməsidir.  

Mən özüm onu bir daha oxudum və ürəkləndim, çünkü Ocağımızı 

tanıtmaq  baxımından  uğurlu  bir  bitikdir.  Təbii  ki,  bu  bitiyi  araya 

gətirdiyi üçün mən Soyluya səcdəli minnətdarlıq edirəm. Onun üzə-

rində  Soylu  böyük  əmək  qoyub,  bilirəm  ki,  asan  deyil,  onun  bil-



 

35 


gisayarda  yazılması,  redaktə  olunması,  dönə-dönə  yoxlanılması, 

tərtib  olunması  ağır  zəhmət  istəyir.  Soylu  bu  zəhmətlərin  altına hər 

zaman ürəklə girir. Soylu hər birimizin əlindən Asif Ata kimi tutub 

qaldırır,  böyüdür.  Hər  zaman  vurğu  edirəm  ki,  Soylu  Atalı  mənim 

üçün Asif Atadan sonra bənzərsiz qurucu,  qayğıkeş, özündən keçən 

bir  şəxsiyyətdir.  Ona  mənim  münasibətim  ancaq  səcdəli  münasi-

bətdir. O öz ömrü, ərdəmliyi ilə bunu qazandı. Baxmayaraq ki, mən-

dən bir il sonra Ocağa gəlib, cismani yaşı da 10 il məndən kiçikdir. 

Ancaq mən onu özümün ağsaqqalım, böyüyüm sayıram, Asif Ataya 

layiq  bir  pillədə  durur.  Bu  gün  bizim  üçün,  Asif  Atanın  cismani 

yoxluğundan yaranan boşluğu doldura bilir. Soylu Asif Ataya layiq 

olduğu  dərəcədə  səcdə  olunası  ləyaqət  göstərir.  Bütün  bu addımları 

özü üçün atmadı, Asif Atanı davam eləmək üçün atdı. 

 

 



 

Sonra,  Soylunun  yaratdığı  maraqdan  Tolstoyun  “Etiraflarım” 

əsərini  oxudum.  Bundan  başqa  “Anna  Karenina”  əsərini  oxudum. 

Doğrusu  o  kitabın  həcmi  məni  yordu.  Baxmayaraq  ki,  rus  kübar 

toplumunun həyatını dolğunluğu ilə təsvir edir, ondan bəhrələnmək, 

öyrənmək  üçün  bu  həcm  yormayacaq  dərəcədə  az  da  ola  bilərdi. 

Bununla belə, Tolstoyun böyüklüyünə heç bir şübhəm yoxdur, Soylu 

demiş,  “Tolstoy,  həyatın  anlamını  olayların  üzərinə  qaldıran  sənət 

dahisidir!”. 

Sonrakı  əməli  işim  İnam  Məbədinin  tikintisi  ilə  bağlı  olub. 

Bütünlükdə ikicə gün işləsəm də, uzun zamandır maddi sorunlardan 

yana  ara  verdiyim  tikinti  işini  qabağa  apardım.  Bərk  yel  vardı, 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə