Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı


Asif Atanın – İnam Atanın



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə2/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   2   3   4   5   6   7   8   9   ...   150

 



Asif Atanın – İnam Atanın  



Mütləqə İnam Ocağı 

 

“Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin 



37-ci ildə I “Ailə Günü”ndə deyilmiş fikirlər 

 

 

 

 Ocaq  Günsırası  ilə  23  Günəş  Ayı,  37-ci  ildə  (mart,  2015) 



“Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin I “Aİlə Günü” toplantısı 

keçirildi.  

Ocaq  quralları  yerinə  yetirildikdən  sonra  “Uluyol-Hünər” 

Ailəsinin yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı:  

Amallaşmamın  oxu  (mütaliə)  yönü  az  olub,  Ocaq  işlərim  çox 

olub. 

36-cı  ilin  Tədbirlər  Kitabını  hazırlamışam.  Ailə  Günü,  Mərasim 



və  Bayramlar  kitabı  çap  üçün  hazırdır,  yəqin  ki  gələcək  mərasim-

lərdə  onu  hədiyyə  edəcəyik.  Atanı  az  oxumuşam,  ancaq  oxuduğum 

zamanlar  bəhrəli  olub, – həm  düşüncə,  həm  də  düşüncələrimi  yaz-

maq  anlamında. Mən  son  ildə  ancaq  evdə  oluram.  Atanı  oxuduqca 

isə elə bil evdən çıxıram. Evin içi məni nə qədər məişətə bağlayırsa, 

Atanı  oxuyanda  duyğularımda,  düşüncələrimdə  durulma  yaranır, 

fərəhlənirəm. 

Kamilləşmə  yönündə  özümü  ələşdirmə  haqqında  bir  şey  deyə 

bilməyəcəm. Günümü elə kökləyirəm ki, vaxtım olanda ya oxuyum, 

ya da nəsə iş görüm. Hər gün az və ya çox Ocaq işi görürəm. Artıq 




 

elə bir hal yaranıb ki, iş görməyim, ya da oxumağım günümün qiy-



məti, dəyəri olur. Bunu edə bilməyəndə sanki gün gözümdən düşür. 

Ona görə də oxumaq, ya nəsə iş görmək, ya da Ocaq Yükümlüsü-

nün saytla bağlı tapşırıqlarına əməl etmək. Bir çatışmazlığım həmişə 

özünü  göstərir:  hansı  işlərə  ki,  mən  özüm  diqqət  eləməliyəm,  onu 

mənə  Ocaq  Yükümlüsü  deyir,  edirəm.  Bununla  belə,  Ocaqla  bağlı 

gördüyüm  bütün  işlər  mənə  fərəh  gətirir.  Mənim  üçün  bu  nizam 

hava-su kimi gərəkdir. 

Xalqlaşmamın görüşlər səviyyəsini yetirə bilmirəm. Uşağa qayğı, 

diqqət məni bu işdən hələ ki ayırır. Buna görə də, yetdiyim düşüncə-

ni, fikri insanlarla bölüşməyəndə həm özümün səviyyəmi görə bilmi-

rəm,  həm  bölüşmək  fərəhini  ala  bilmirəm.  Bu  mənada  əskikliyim 

var. Yaxın gələcəkdə bu əskikliyi aradan qaldıracam. 

İndi bəzi yazılarımı oxumaq istəyirəm: 

 

xxx 

Həyatla hər bir görüşdə Amalın üstünlüyünü daha dərindən anla-

yıram. Bu anlam məni həyatın bəsitliyindən nə qədər uzaqlaşdırırsa, 

Amala o qədər doğmalaşdırır. 



 

xxx 

Fərəh  yeni  fərəh  yaradır,  əməl  yeni  əmələ  çağırır,  insanın  içini 

irəliyə aparır. Bu ardıcıllıq yola çevrilir. 

 

xxx 

Bizim  bütün  yazılarımızda,  düşüncələrimizdə  insana  münasibət, 

dünyaya  münasibət, özümüzə  münasibət görünür, bilinir. Bu müna-

sibət həm də bizim özümüzə münasibət yaradır. 

Biz özümüzdə hansısa düşüncəyə yetirik, onu təqdim edirik. Onu 

sevgiylə  təqdim  eləməyin  özü  sevgi  yaradır,  acıqla  təqdim  eləmək 

əks təsir yaradar. 

 xxx 

İki doğma insanın münasibəti bir-birinə mühit ola bilir. Ona görə 

mühit ola bilir ki, yol doğmalığı var. Adamlar bir-biri ilə görüşürlər, 

danışırlar, hər kəsin danışığı ya məişətə bağlıdır, ya da özgəsinə. Ona 

görə  də  o  söhbətdən  heç  nə  qalmır.  Mühit  odur  ki,  bitir  insanın 

içində. Duyğuları, düşüncələri bölüşdükcə daha da aydınlaşır, yetkin-

ləşir, çiçəkləyir, bəhrə verir. Heyrətli, şəfqətli, sevgili, qayğılı, sayğı-

lı dünya yaranır. 



 

Bunu nədə hiss eləmişəm. Soylu Atalı ilə telefon söhbətlərində o, 



elə fikirlər söyləyir ki, mən onun idrakının mühitinə düşürəm. Onun 

dediyi,  düşündüyü  məni  də  düşündürür,  mən  görürəm  ki,  o  mənim 

üçün  ruhani  mühit  olur.  Mən  bundan  bəhrələnirəm.  Doğrudan  da, 

belə ünsiyyət bir-birinə dünya ola bilmək mənası daşıyır özündə. Elə 

bir  mühit  yaranır  ki,  onun   özünə  inamının  halı,  idrakının  dərinliyi 

mənim idrakımı da tərpədir, düşündürür, – mənim üçün mühit yara-

nır. Həmin gün mən o halla nəsə oxuyanda görürəm ki, əvvəlki söh-

bətin etkisidir, məndə yeni bir düşüncə yaradır, halım yüksək olur. 



 

xxx 

Hər başlanğıc asan başlamır. Əngəllərlə döyüşməli, dəf etməlisən 

ki, başlanğıca yetəsən. 

İnamsızlığın sonu – İnamın başlamasıdır. Ömrün yenilənmsi yeni 

aşamaya qədəm qoymasıdır. Sona yetdikcə başlanır, başlandıqca da-

vam edir yol. 

Mənim inamımı artırmağım inamsızlığımla döyüşümdür. Mən nə 

qədər inamımı artırıramsa, inamsızlığımla o dərəcədə döyüşürəm. Nə 

qədər  düşünürəmsə,  həyatdan,  məişətdən  ayrılıramsa,  o  elə  idrak-

sızlığımla döyüşümdür. 



xxx 

Cəmiyyət insanı itirib təbəqələrdə.   Biz cəmiyyət deyəndə gözü-

müzün  qarşısına  təbəqə  gəlir.  Əgər  aşağı-yuxarı  təbəqə  varsa,  orda 

heç  cür  insanı  tapmaq  mümkün  deyil.  Adamların  bir-birinə  yadlaş-

ması  cəmiyyəti  yaşadıb,  bir-biriylə  yarışması,  bir-birinə  düşmən 

kəsilməsi, aldatması, satması cəmiyyəti yaşadıb. Cəmiyyət adamları 

bu dairəyə salıb və çıxmağa qoymayıb. Onlar da həyatın anlamını elə 

burada  axtarıblar.  Birinin  varı  artır,  o  birinin  həsədi  artır.  Birinin 

zoru  artır,  o  birinin  qorxusu.  Birinin  vəzifəsi  artır,  o  birinin  kini. 

Ömür  adiliyə  həsr  olunduqca  münasibətlər  adiliklər  doğurur.  Biz 

adətən örnək gətirəndə Soylu Atalıdan deyirik. Soylu Atalının mənən 

artması  məndə  heyrət  doğurur.  Həm  də  mənə  örnək  olur  ki,  özünə 

inamın yaranması nə deməkdir. Ruhani münasibətdə aliliyin artması 

alilik yaradır və  stimul olur, örnək olur. Cəmiyyət münasibətlərinin 

artımında  insan  uçuruma,  boşluğa,  həm  də  faciəyə  gedir.  Ruhani 

münasibətlərin artımında insan ucalığa, sonsuzluğa gedir. 

Cəmiyyətə  qarşı  çıxanlar  seçilib,  qorxu  yaradıb.  Ona  görə  də 

təklənib, dışlanıb. Cəmiyyət fərqlənənlərin, cəmiyyətlə döyüşənlərin 

axırı  pisdir  deyə  qorxudub  adamları.  Cəmiyyət  adama  sahib  olur, 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə