Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə5/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   2   3   4   5   6   7   8   9   ...   150

 

16 


Mütləqə yetəndən sonra Atanı da anlayacaqsan, özünü də. Mütləqin 

ölçüsü  birdir.  Bu  ölçüyə  yetəndə  biləcəksən  ki,  necə  davranmaq 

gərəkdir”. 

Həyatda  min  ölçü  var.  Hərənin  bir  ölçüsü,  baxışı  var.  Mütəqə 

yetəndən  sonra  insan  hadisəyə  münasibətini  bildirərkən  qırağa 

çıxmaları olmur. 

Xalqlaşma ilə bağlı yeni əməllərim yoxdur. 

Qonu ilə bağlı: İnsan doğulur, bağçaya gedir, oxula gedir. Ancaq 

özündən  qırağa  çıxmır.  İşdə  mənimlə  ünsiyyətdə  hər  təbəqənin 

adamları  olur.  Nazirlikdən  gələnlər  olur,  aydınlardan,  başqa  yönün 

adamlarından  qarşılaşdıqlarım  olur.  Hamısı  cəmiyyətdən  şikayət 

edir. Vaxt var idi, mən də elə idim. Mən də deyirdim ki, bu həyatdan, 

bu insandan heç nə çıxmaz. Özüm özümə sual vermirdim ki, özüm-

dən nə çıxar. Mən insanam axı. Özüm  İnsanlığın, Mütləqin tələblə-

rinə  cavab  verə  bilirəmmi?  Nə  qədər  xeyirliyəm,  ədalətliyəm,  vic-

danlıyam. Nə dərəcədə mən  cəmiyyətdən üstünəm?! 

Mən  də  bir  vaxtlar  elə  idim.  Hamı  elə  bilir  özü  düz  yaşayır, 

başqaları yanlış. Ata da deyir ki, zamandan asılı olmadığın dərəcədə 

azadsan.  Mühitdən  asılı  olmadığın  dərəcədə  azadsan.  İçindəki 

balacalıqdan azad olmalısan. 

Mən  demirəm  ki,  cəmiyyətdə  hamı  pisdir.  Tərbiyəli  insanlar  da 

var, ancaq təbiətdən gələn xarakterlə yaşamaq azdır. Çünkü istənilən 

halda, həmin insan yalan yaşamaq imkanı gəzdirir özündə. Cəmiyyət 

fərdi keyfiyyətlərini itirmiş insanların məcmuudur. Cəmiyyət adam-

lıq halını ifadə edir. İnsan olub cəmiyyət içində qalmaq çox çətindir. 

Bəzən  əsəbləşirəm  və  deyirəm  ki,  mən  də  həyatdan  biri  ola-

cam.  Çünkü bu gün cəmiyyətdən ayrılıb insan kimi yaşamaq sorun-

larla üzləşməkdir. Çünkü şər xeyiri öldürməyə yönəlib. Cəmiyyət də 

özündə  şəri  yaşadır.  Ona  görə  cəmiyyət  mütləq  ruhaniləşməlidir. 

Gedişat  sübut  edir  ki,  Ocaq  ideyalarından  qıraqda  insani  qurallar 

yaratmaq mümkün deyil. 

Atamız Var olsun! 



 

Nurtəkin Atalı: Bir neçə ay bundan qabaq, İnamlı ilə mən “Ailə 

Günü”ndə bir-birinə münasibətdə öz yanlışlarımızı boynumuza aldıq. 

O da özündən çıxmışdı, mən də. İkimiz də bunu öz yanlışımız kimi 

qiymətləndirdik.  Məsələ  burasındadır  ki,  boynuna  almada  dayanıb 

qalmamalıyıq, çıxmalıyıq. Atanı oxumaq bizi düşündürür, ağlımız nə 

dərəcədə  işıqlanır,  yetkinləşir,  bunu  ömrümüzə  çevirmək  gərəkdir. 




 

17 


Yəni  sən  deyirsən  ki,  dünyanın  dünyalıq  adlı  mənası  var,  insanın 

insanlıq adlı mənası var, bunu dərk eləmək çətindir. Bax, bilməyimiz 

gərəkən anlam odur ki, gərək halımızda özünü göstərən aqressiya ilə 

döyüşək, onda biz dünyalıq adlı mənaya, insanlıq adlı mənaya çata-

cağıq.  Hər  zaman  özünə  nəzarət  gərəkdir,  hər  zaman  özüylədöyüş 

gərəkdir. Hər zaman özünü görmək gərəkdir ki, ruhani halından en-

məyəsən. 

Mənim  işlədiyim  yerlərdə,  işimdə  səhv  ola  bilirdi,  ancaq  xarak-

terimdə, münasibətimdə qüsur yox idi. Təbii  ki, işdə hamımız səhv 

edə  bilərik,  ancaq  bizim  xarakterimizi  qurmaq  bizi  öz  mühitmizi 

yaratmağa gətirib çıxarır ki, başqa bir hal ora təsir eləməsin. 

Məsələ  ondadır  ki,  hər  bir  yanlışımızın  özü  də  bizim  üçün  bir 

təkandır.  Bəzən  çətinliyə  düşə  bilərik,  ancaq  yanlışın  aşkarlanması 

belə  önəmlidir.  Qoy  qıraqdakı  desin  ki,  səndə  kobudluq  var. 

Çatışmayan  cəhətlərin  aşkarlanması  belə  bizim  özümüzə  inamımızı 

azaltmamalıdır. 

Mənim tənqid daha yaxşı yadımda qalır, tərif yadımda qalmır. O 

da  hər  kəs  tərəfindən  yox.  Əsasən  Ocaq  Yükümlüsü  tərəfindən 

yanlışlarıma görə düzəldilməyim mənim indiyə qədər yadımda qalıb. 

Onunla  hər  bir  şeyi  bölüşürəm  ki,  o  mənə  desin  ki,  nədə  səhv 

etmişəm. Ola bilər mən onu görə bilmirəm. Buna mənim ehtiyacım 

olur ki, bu Soylu Atalı tərəfindən deyilsin.  

 “Evlad  Günü”   mərasimində  Soylu  Atalı  dedi  ki,  özüylədöyüş 

gündəliyi  yazılmalıdır,  təqdim  olunmalıdır.  Məsələn,  özüylədöyüş 

dəftərlərinə  mən  ayrı-ayrı  epizodlar  yazıram.  Təbii,  o,  özüylədöyüş 

deyil,  dəftərləri  təqdim  eləmək  gərəkdir  ki,  Ocaq  Yükümlüsü  bizi 

özümüzə  göstərə  bilsin.  Əgər  mən  o  cəhətdən  çıxmaq  istəyirəmsə, 

özümü  ifadə  eləməliyəm,  döyüşməliyəm,  bu  hər  zaman  mənim 

diqqətimdə  olmalıdır.  Əgər  mən  bunu  bir  daha  təkrarlamaq  istəmi-

rəmsə,  deməli,  mən  oxumalıyam,  düşünməliyəm,  yazmalıyam,  öz 

üzərimdə işləməliyəm və bunu da bölüşməkdən çəkinməməliyəm. 

 

Göylü  Atalı: Nurtəkin  deyir,  tənqid  daha  çox  yadımda  qalır. 

Tənqid  məsələsi  belədir,  bir  var  özünə  qarşı,  bir  də  var  başqasına 

qarşı.  Məsələn,  Mövlananın  belə  bir  sözü  var  ki,  qüsuru  görmək 

mənlik  deyil,  qüsuru  örtmək  mənlikdir.  Bu  da  baxır  nədə.  Özünün 

qüsuruna qarşı kobudluq, əlbəttə, bu doğru deyil, ancaq qüsuru üzünə 

deməklə  onu  daha  da  qırır.  Ona  görə  bu  məsələdə  maksimum 



 

18 


diqqətli olmaq. Harda kor olmaq, harda göstərmək və kimin göstər-

məyi. Hər iki tərəf buna haqq eləməlidir. 

 

Nurtəkin  Atalı: Aşağılamaq  yönündə  deyil,  böyütmək  yönündə 

gərəklidir tənqid. 



 

Göylü  Atalı: Ümumiyyətlə,  gözəl  şeyləri  qabartmaq  insana  daha 

yaxşı  təsir  edir,  nəinki  pis  tərəfini  qabartmaq.  Bunu  mən  səndən 

öyrəndim ki, ilk qarşılaşdığın adamda gördüyün, birinci ağlına gələn 

yaxşı  şeydirmi,  pis  şeydirmi?  Onu  mən  özümdə  qüsur  görürəm  ki, 

fərdə  məhz  tənqid  gözüylə  baxıram.  Birinci  yaxşı  keyfiyyətlərini 

görüb üzə çıxarmaq yaxşı olar. 

 

Güntay  Atalı Ataya  səcdə  ilə  sözünə  başladı:  Mənim  elə  dolğun 

çıxışım yoxdu. Atanı hər gün oxuyuram, halıma çatan, ancaq ağlıma 

çatmayan  məqamlar  olur.  Müəyyən  mərhələlərlə  özümə  aydınlaş-

dırmağa çalışıram. Ancaq bir dəfə oxumaqla içimə çevrilmir. 

Kamilləşməmdə  mənə  elə  gəlir  ki,  hansısa  uğurlara  yetməkdə-

yəm. 


 

 

 



Hər  insan  özü  özünü  daha  yaxşı  tanıyır.  Mən  ömrümü  tutuş-

dururam,  nələrisə  qazandığımı  görürəm.  O  sarıdan  deyirəm  ki, 

mənim kamilləşmə yönündə müəyyən uğurlarım var. 

Xalqlaşma işim. Ayrıca məqsədli olaraq xalq içinə çıxmamışam. 

Evdə,  iş  yerimdə,  ailə  mühitimizdə  söhbətlərim  olub.  Amalımızla 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə