Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə3/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   2   3   4   5   6   7   8   9   ...   150

 

onun  fərdiliyinin  yaranmasına  əngəl  olur.  Fərd  özünəməxsusluğu, 



bənzərsizliyi cəmiyyətdə yox olur. Cəmiyyət Xalq anlamına yüksəl-

məlidir – kamil fərdlərin birliyi demək olmalıdır. 

Ailə adlanan hadisə cəmiyyətdə öz mənasına yetmir. Ailə cəmiy-

yət  üçün  övlad  böyüdür  sanki,  xalq  üçün  böyütmür.  Ata  haqsızdır, 

çünkü  cəmiyyət  haqlıdır.  Ana  haqsızdır,  çünkü  cəmiyyət  haqlıdır, 

övlad haqsızdır, çünkü cəmiyyət haqlıdır. Cəmiyyət ölçüsü hakimdir 

düşüncələrə. Adamları belə tərbiyə edir cəmiyyət. 

 

 



 

Heç birimizin valideyni Ocağa gəldiyimiz üçün uğurlamadı bizi. 

Tərsinə,  millətin  dərdi  sənəmi  qalıb  dedi.  Çünkü  hamı  elə  fikirləşir 

ki, umacaqsız, minimal məişətlə, var-dövlət yığmadan, vəzifə ehtira-

sı, ehtiyacı olmadan yaşamaq – yaşamamaqdır. Bizə görə isə Amal-

sız yaşamaq yaşamamaqdır. 

“Fərdi xüsusiyyətlərini itirmiş insan  – insan deyil, əşyadır, əşya-

ların  məcmuu  isə  insani  cəmiyyət  yaratmağa  qadir  deyil…  İnsani-

ləşən  cəmiyyət  –  müstəqilləşən  Fərd,  yaranan  xalq,  mülkiyyətləşən 

əməkçi və mütləqləşən başçı deməkdir” (Asif Ata). 

Fərd özümləşməsə, müstəqilləşməsə hamının içində itər. 

Xalq özümləşməsə, müstəqilləşməsə dünyanın içində itər. 

Özümləşmək  –  öz  ruhani  varlığını,  inamını,  idrakını,  mənəviy-

yatını, iradəsini yaratmaqdır. 

Özümlü fərddən məhrum olan xalq xalq deyil, sürüdür. 

Özümlü xalqlardan məhrum olan bəşər bəşər deyil, sürüdür. 




 

10 


 

xxx 

Həyat adamın istəkləri qarşısında məhdudluğunu aşkarlayır. Var-

dövlət hədsizliyində var-dövlət əsirliyi var. 

Şöhrətdə  şöhrət  əsirliyi  var,  vəzifədə  vəzifə  əsirliyi  var.  Azad 

olmur adam, mühitin, şəraitin, zamanın əsirinə, məhkumuna çevrilir 

elə mühitdə, zamanda qalır. 

Həyatı  Ali  həyata  yetirməklə  həyatın  mənasının  sonsuzluğu 

aşkarlanır.  İnsanın  özünə  ruhani  münasibətlərinin  heyrətli,  fərəhli, 

işıqlı  üfüqləri  açılır.  Ruhani  azadlıq  fərəhinə  yetir  insan.  Mühitin, 

şəraitin, zamanın, cəmiyyətin fövqünə qalxır, ölümsüzləşir. 



 

xxx 

Biz  dünyanın  hər  üzünü  görürük,  ancaq  yeni  dünya,  yeni  həyat 

yaratmaq  ideyamızdan,  nikbinliyimizdən,  inamımızdan  çəkinmirik. 

Ata deyirdi ki, qaranlıq artdıqca işığa ehtiyac da artır. 



 

xxx 

Nəylə  qarşılaşıramsa  qarşılaşım,  mənim  yolum,  yönüm,  ölçüm, 

üzüm bəllidir. Bu inamın özü artıq nikbinliyimə çevrilir. 

Adam dünyaya gəlir, həyatlaşır, dünyalaşır. İnsan özünü yaradır, 

həyatı  insanlaşdırır,  dünyanı  insanlaşdırır.  Adam  həyata  uyğunlaşır, 

həyatla vəhdəti yaranmır. İnsan həyatı mənasına yetirir, həyatın mə-

nasına qovuşur. 

xxx 

Bəzən təbiilik hərcayiliklə qarışdırılır. Adama elə gəlir ki, içindən 

necə gəlirsə, davranırsa, bu, təbiilikdir. Təbiilik – İnsanlığa dayanan 

əsillikdir. Əsil davranış, insani davranış təbiilikdir. 



 

xxx 

Ata fikri: Bəşər eyniləşə-eyniləşə – özgələşir; fərdiləşə-fərdiləşə – 

birləşir. 

xxx 

Dövlətin beynəlxalq konfranslarda, birliklərdə, görüşlərdə qatqısı, 

çıxışı  ona verilən yeri və yönətimi haqq edib-etməməsinə əsaslanır. 

Çünkü dövlət xalqı təmsil etmir, hakimiyyəti təmsil edir. 

Dış siyasət – qəyyumların inamını doğrultmaq. 

İç siyasət – qəyyumların siyasətini doğrultmaqdır. 

Gələcək – qəyyumların planını həyata keçirməkdir. 



 

11 


xxx 

Özünə  inamsız  olanda  hər  şeydən  asılı  olursan.  Özünə  inam 

insanı  mənasız  asılılıqlardan  azad  olmaq  iradəsinə  yetirir.  Yalnız 

həqiqətdən asılı olmaq, ədalətdən asılı olmaq İnsanı ruhani azadlığa 

yetirir. 

xxx 

Bu  gün  bizim  xalqın  içinə  nə  gəlirsə,  onun  mahiyyətinə  qarşı 

gəlir. Çünkü gedişat milliliyə, bəşəriliyə söykənmir. 

 

xxx 

Yaz  elə  gəlir  ki,  adamın  içini  bürüyür.  Yazın  coşğunluğu,  aşıb-

daşması, işığı, ümidi adamın halına heç bir zor göstərmədən girir. 

Yaz haqqında düşünəndə fikirləşdim ki, mənim də halım yaz kimi 

olmalıdır. İnamı verəndə yaz kimi verməliyəm. Necə ki, yaz gəlir və 

sevgisi,  şəfqəti,  işığı,  istisi  mühit  yaradır.  Mən  də  adamlarla  ünsiy-

yətdə  elə  bir  mühit  yaratmalıyam.  Gərək  onlar,  İnamın  gəlişini 

ürəyinə yazın gəlişi kimi hiss eləsinlər. Atamız Var olsun! 

 

 



 

Göylü Atalı Ataya səcdə ilə sözünə başladı: Səhhətimlə bağlı Ailə 

hesabatına  hazırlaşa  bilmədim.  Əslində  tədbirə  hazır  gəlmək  nə 

deməkdir? Ya ruhani yaşamışam, ya da yaşamamışam. Yaşamışam-

sa,  deməyə  sözüm  olur,  ömrüm  də  qurulur.  Yaşamamışamsa,  söz 

yoxdur.  Bu  gün  əslində  “Ulufərəh”  Ailəsi  iki  ayın  hesabatını 

verməlidir, – həm bu ayın, həm də keçən ayın. İki aya göz yetirəndə 




 

12 


utanc  hissi  keçirdim,  doğrudanmı  vaxtım  ciddi  şəkildə  yaşama 

çevrilməyib  ki,  gəlib  tədbirdə  hesabat  verəm.  Ayrı-ayrı  əməllərim 

olubdur. “Uluyurd  Aqibəti”  haqqında film  hazırladım.  Atanın rusca 

kitabını  bilgisayara  köçürürəm.  Saytla  bağlı  işlərim  olur.  Nurtəkin 

bacım demiş, elə bir gün olmur ki, əməllərim Ocaqsız olsun.  

Hər  gün  nəsə  bir  əməl  var  ortada.  Ancaq  mən  görürəm  ki,  bu, 

məni qane eləmir. 

Yetərsizlik var. O yetərsizlik də hardan qaynaqlanır? Yaradıcılıq 

çox  azdır.  Məsələ  çoxda,  azda  da  deyil.  Yaşamaqdadır  hər  şey. 

Ruhani  yaşamaq  davamlı  olmalıdır.  Əgər  mənim  fərəhim  nəinki 

başqasına,  öz  ömrümə  işıq  sala  bilmirsə,  deməli,  mən  ruhani  yetər-

sizliyimi düşünməliyəm. 

Bu günlərdə Soylu Atalı ilə söhbət elədik. Hünər və qüdrət tutuş-

durması  apardı  o.  Mən  anladım  ki,  ömrümdə  hünərə  layiq  əməllər 

çoxdur. Özündənkeçmə, umacaqsızlıq var əməllərimdə. Ancaq fərə-

him  bütöv  deyil.  Bu  da  ordan  qaynaqlanır  ki,  içimin  ruhani qüdrəti 

hələ bütöv deyil. Mənəviyyatla bilik bir-birinə tən deyil. Fərəhsizlik 

ordan  qaynaqlanır.  Bu  yöndə  Soylu  Atalını  özümə  örnək  görmək-

dəyəm.  Onun  ömrünü  izləyən  hər  kəs  görər  ki,  bu  insanın  əhvalsız 

vaxtı  yoxdur, sözsüz,  köksüz  vaxtı  yoxdur.  Düşünü-rəm  ki,  hər  kəs 

belə  yaşaya  bilərmi,  yaşamalıdırmı?  Bəli,  Ata  bizdən  bunu  istəyir. 

Özünə  qarşı tələb  olmayanda  insan  kökdən  düşür. Kökdən  düşəndə 

həyat gözdən düşür. 

Fikirdən artq söz demək istəmirəm.  İçimizdə Mütləq olmaq ola-

naqları var. Ata bizə ona yetmək ortamı yaradıb. Yetməyimiz gərək-

dir.  


Atamız Var olsun! 

 

Üstün Atalı Ataya səcdə ilə sözünə başladı: Bu ayımız “Yeni İl” 

mərasimi ilə başladı. Mərasim halı hələ də mənim içimdədir. Mərasi-

min gedişat yazısında belə bir qonu qoyulmuşdu: Evlad öz içini açıb 

göstərməlidir hansı keyfiyyətləri var. Onu oxuyanda həyəcan keçir-

dim  ki,  mən  özümü  necə  aça  bilərəm?  Özünü  açıb  göstərmək  üçün 

buna hazır olmaq gərəkdir. Mən mərasimə gərgin əhvalla gəlmişdim. 

Mərasimin  halı,  Yeni  il  əhvalı  içimə  axdı.  Ocaq  Yükümlüsünün, 

Günev  qardaşımızın  və  bütün  Ocaqçıların  halı  yenilənmə  gətirdi 

ömrümə. 


Atanın səfərlə bağlı fikrini qeyd etmək istəyirəm: Səfərin iki yönü 

var.  Birinci  özüylədöyüş,  bir  də  imtahan.  Sənin  orda  qarşılaşdığın 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə