Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə4/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   2   3   4   5   6   7   8   9   ...   150

 

13 


halların  hər  biri  sənin  üçün  imtahandır,  hər  biri  sənin  içində  bir 

imkanı aşkarlayır. Səfərdə qorxunu ötürsən, şərin üstünə yeriyirsən. 

Göylü  bacımız  düz  deyir,  biz  əslində  bu  gün  iki  ayın  hesabatını 

verməliydik. Burda da Atanın sözü doğrulur ki, hər şeyi öz vaxtnda 

eləmək gərəkdir. Artmayan, doğrudan da, azalır. Keçən aykı tədbirin 

olmaması  mənim  halımda  azalmaya  səbəb  oldu.  Ocağa,  Ocaq 

söhbətlərinə hər zaman ehtiyac var. 

 

Nurtəkin  Atalı: Biz  Ocaqda  intizamlıyıq.  Tədbirlərimiz  eyni 

vaxtda  başlayır.  Əgər  bir  dəfə  vaxtında  başlamasaq,  qırılır  sistem. 

Yaxud  tədbirlərin  ardıcıllığı  pozularsa,  sistem  qırılır.  Davamlılığı 

qorumaq gərəkdir ki, hal bütövlüyü də qorunsun. Ona görə də Ailə 

Günlərinin davamlı olması gərəklidir. 

Mən bir məqamı da  vurğulamaq istəyirəm. Bizim tədbirə hədiy-

yəmiz  var.  Göylü  bacımızın  hazırladığı  “Uluyurd  Aqibəti” ilə  bağlı 

film.  Biz  öncələrdə  də  özümüzü  ifadə  edə  bilmirdik.  İndi  də  tam 

özümüzü ifadə edə bilmirik. Həmişə Soylu Atalı yaxşı cəhətimizi də, 

çatışmayan  cəhətimizi  də  özümüzə  göstərir.  Bizi  bizdən  daha  yaxşı 

görür.  Mən  Göylüyə  gətirirəm  sözümü.  Göylünün  hünərinə  həmişə 

heyrət  eləmişəm.  Mən  “Uluyurd  Aqibəti”  görüntüsünə  baxdım. 

Yarım saatlıq görüntüdə hər bir fikir, şəkil necə incəliklə, dəqiqliklə 

seçilib,  düşünülüb.  Çox  böyük  vaxtdır,  əməkdir.  Atanın  fikirlərinin 

seçilməsi və Uluyurd Hərəkatı ilə  bağlı şəkillər. Burada o əməlin ne-

cə  başa  gəlməsini  ifadə  eləmək  olar.  Sadəcə  əməli  ifadə  eləməkdə 

çətinliyimiz var. Bəlkə bu barədə ciddi düşünək. Göylü filmi təqdim 

edir sakitcə. Ancaq necə başladı, necə sona yetdi, onu ifadə eləməyin 

özü həm Göylünü özünə, həm də bizə göstərər. Biz həmişə sonuc gö-

rürük.  Göylü  danışanda  da  deyir  ki,  yaşamadım.  Bəs  onda  bunlar 

nədir?!  Bir  şeylə  razıyam  ki,  düşüncədə  də  yetkinləşmək  gərəkdir. 

Ancaq onun gördüyü əməllər gerçək olaraq Ocağı göstərir. 



 

Türkel Atalı Ataya səcdə ilə sözünə başladı: Qeydlərimi yığcam-

laşdırıb, ixitsarlaşdırıb yazmışam. Bir neçə gündür yanında işlədiyim 

oğlanla (həm də başqa işlə məşğul olur, məndən yaşda xeyli böyük, 

mədəniyyətli,  özünə  görə  müəyyən  savadı,  dünyagörüşü  olan  birisi 

ilə)  geniş  söhbətlərimiz  oldu.  Din  məsələsi  başda  olmaqla  bir  çox 

yöndən. Söhbətlər də təsadüfdən alınmır. Mən şərait yaradıram. 

Ancaq  onu  deməliyəm  ki,  bu  cür  işləmək  və  həyatın  bir  sıra 

qayğıları məni xeyli dərəcədə gərginləşdirir. Əsəbi halımın artdığını 




 

14 


hiss  edirəm.  İçimdə  narazılıq  əhvalı  çoxalıb.  Bu  narazılıqlar  əsasən 

gerçəkliklə bağlıdır. 

“Atagün” Ailəsinin Ailə günlərinin bir neçəsini kitabdan oxudum. 

Belə  qərara  gəldim  ki,  bu  əhvalsızlıqlarımı  ya  içimdə  həll  eləmə-

liyəm, ya da Amaldaşlarımla (doğmalaşma yönündə) bölüşməliyəm. 

Ömrümün  müəyyən  məqamında  düşüncəmə,  içimə  hakim  kəsilən 

əhvalsızlıqlar hesabatıma girib yaşamımı ifadə eləməməlidir. 

 

 



 

Son  vaxtlar  xalqlaşma  yönündə  apardığım  söhbətlər  əhvalımı 

balanslaşdırıb sanki. Ayrı-ayrı adamlarla elədiyim söhbətlərdə ömrü-

mün  hansı  yola  həsr  olunduğu,  dini  nəyə  görə  qəbul  etmədiyimi 

qətiyyətlə  ifadə  eləmişəm.  Bu  söhbətlərdən  sonra  elə  bil  fərəhlə 

doluram. Demək olar ki, 15 gündür evdə işləyirəm. Onun 10 gününü 

xalqlaşma  əməlimdə  özümü  ifadə  elədiyimi  düşünüb  yenilənirəm. 

İnsanların  bəsit  düşüncələri  ilə  tanış  olduqca,  həqiqətdən  nə  qədər 

uzaq  olduq-larını  gördükcə  özümə  güvənmək  istəyirəm.  İnsanların 

həqiqətdən  bu  qədər  uzaq  olmaları,  özlərinə  yadlaşmaları,  onlarla 

daha çox söhbətlər etməyə ehtiyac yaradır. Atanın Amalından soraq 

vermək gərəkdir, insanları ayıltmaq gərəkdir. 



 

İnamlı  Atalı Ataya  səcdə  ilə  sözünə  başladı:  Atanı  oxumadığım 

günüm yoxdur. Hazırda Atanın “Özüllər Özülü” Bitiyini oxuyuram. 

Nurtəkinin sözüylə desək, düşünə-düşünə oxuyuram, qaça-qaça oxu-

muram. 



 

15 


Sabir  Yanardağın  “İstibdad  və  istila”  əsərini  oxuyandan  sonra 

kiçik  bir  yazı  yazmışdım.  Orda  ən  doğru  sözlər  özümə  aid  idi.  Biz 

çox  vaxt  söz  deyəndə  çətinlik  çəkirik,  əsasən  “Ailə  Günü”  tədbir-

lərində. Mən S.Yanardağın orda təhlil elədiyi əsərlərdən çox şey bəh-

rələndim.  Ancaq  orda  elə  ziddiyyətli  məqamlar  var  ki,  mən  özümü 

onun yerinə qoydum. İnsan ziddiyyətli olanda hadisələrə həqiqi qiy-

mət  verə  bilmir.  Ziddiyyətin  içindən  çıxa  bilmədiyinə  görə  ziddiy-

yətli qiymət verir. Mən düşünürəm ki, yazı yazmaqdır, söz deməkdir, 

bunun  hamısı  insan  özünü  qurandan  sonra  baş  verir.  Ömrümün 

yaranması vacibdir ki, səhvimə, elə adicə iş yerimdə olan haqsızlığa 

qiymət verə bilim. 

İş yerimdə yanlışlara yol verirəm, onlarla ünsiyyətdə məni ittiham 

edirlər.  Mən  qarşılıqlı  münasibət  bildirəndə  özümü  itirirəm,  onlara 

aqressiv cavab verdiyim üçün uduzuram. Deməli, özümü hələ yetir-

məmişəm. Yetirsəydim, həyatda qarşılaşdığım hadisələrdə səhvə yol 

verməzdim. Atanı oxuyuram, hər şey sadədir, başa düşdüm, keçirəm 

ikinci  səhifəyə,  birinci  səhifədəki  sözü  təkrarlayıb  cavabını  verə 

bilmirəm. Belə baxanda çox sadədir. Ata orda deyir ki, dünya özündə 

Mütləqə  çatmaq  imkanı  daşımır,  həyat  özündə  Mütləqə  çat-maq 

imkanı daşımır. Ancaq insan özündəki mənaya çatmaq imkanı daşı-

yır. Belə baxanda sadədir, gəl indi onu aç. 

 

 



 

Bir gün mən Soylu Atalıya sual verdim ki, Asif Atanın məişətiylə 

bağlı davranışlarını “Ata səcdəsində” kitabından oxuyub öyrənirəm. 

Dedi  ki,  “sən  ordan  öyrənmə.  Kiminsə  ömrünü  əzbərləməzlər.  Sən 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə