Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə18/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   ...   14   15   16   17   18   19   20   21   ...   150

 

51 


həqiqəti  görmüşəm.  Mən  işığa  doğru  yön  götürmüşəm.  Çox  nik-

binəm,  çox  sevinirəm  Atanı,  Ocağı  tapdığıma  görə,  Ataya  Evlad 

olduğuma görə. Atamız Var olsun! 

Günev  Atalı: Bax,  hər  birimizin  üzünə  qayğı  çöküb.  Hər  birimi-

zin  danışığından,  münasibətindən  sonra  şərqin,  bəşərin,  dünyanın 

hansı  durumda  olduğu  göz  qabağına  gəlir.  Ancaq  bununla  belə,  bu 

cür  qayğılarla  yüklənmiş  ürəklərin  fərəhi  də  heç  yanda  yoxdur.  Bu 

boyda  yükü  çəkmək  fərəhi  ki,  bizim  içimizdədir,  inanın  ki,  özümü 

həmişə  göylərdə  hiss  edirəm.  Bu  cür  fərəh,  bu  cür  yaşamaq  eşqi 

qaynayır mənim içimdə. 

Bir  dəfə  Soylu  zarafatla  dedi  ki,  qardaş  hələ  ən  azı  20  il 

yaşamalısan.  Dedim  mən  40  il  yaşamalıyam.  Bu  gözəlliyi,  bu 

mübarizəni qoyub hara gedirəm. Adam burda ölərmi?! 

 

Soylu Atalı: Onda xahiş edirəm xəstələnmə. (Zarafatla - G.A.) 

 

Günev Atalı: Baş üstə. 

İndi qardaşlar buyursun. Asif bəy. 



 

Asif  Ozan: Təşəkkür  edirəm.  Hamınızı  qutlayıram  ürəkdən. 

Günaydın!  Günev  bəyə  balaca  bir  şərh  verim  ki,  Ocağı  tanıdığım 

gündən (90-cı illərdən) mən Ocaq təlimini, Ocaqçılığı daşıyan insan-

larla ünsiyyətdəyəm. Bunun çox ciddi səbəbləri var. Yəqin ki, danı-

şanda o səbəbləri də açıqlayacam. Bu gün mən Azərbaycanın gözəl 

torpaqlarından  biri  Beyləqandayam.  Beyləqana  gəlişim  birinci  səfə-

rimdir. Atagün Ailəsində və Atagün Elindəyəm. Mən bayaq da qeyd 

elədim  ki,  sizin  Soylu  bəylə  və  bütövlükdə  Ocaqla  bir  yerdə  İnam 

bağını yaratmağınız Örənqalanı – Beyləqanı, Azərbaycanın bu guşə-

sini  gələcəyimiz  üçün  qutsallaşdırır.  Bu  yolda  uğurlar  arzulayıram. 

Mən ideoloji yönümə görə Ocaqçı deyiləm.  

Ancaq  başqa  bir  məsələ  də  var.  Ocağı  mənə  doğmalaşdıran 

səbəblər  var.  Bilirsiz,  elə  bir  həqiqət  var  ki,  ona  hər  bir  adam  ayrı 

yolla gedə bilər. Ola bilər Ocaqçılardan fərqli yolla gedirəm, ancaq 

həqiqət  bizi  doğmalaşdırır.  Mən  eyni  həqiqətə  doğru  getdiyimizi 

bildiyimdən  sizlərlə  bir  yerdəyəm.  Daha  doğrusu,  doğmalığın, 

yaxınlığın kökündə bu dayanır. 

Mən burda hər bir kəsə təşəkkür edirəm. Elana xanıma təşəkkür 

edirəm.  

 



 

52 


Burda hər kəs uzun, ya qısa danışmağından asılı olmayaraq dərin, 

məzmunlu çıxış etdi. Bu çıxışların hamısının arxasında bir ürək var, 

bir ruh var.  

Deməli, Günev bəy, mən məsələyə həmişə bir aspektdən yanaşı-

ram  ki,  dünyada  hal-hazırda  yeni  bir  keyfiyyət,  sivilizasiya  yaran-

maqdadır.  Bu  informasiya  sivilizasiyasıdır.  Artıq  dünya  silahlarla, 

siyasi və hərbi güclə yox, informasiya ilə idarə olunur. 

Bu  proses  çoxdan  başlayıbdır.  Azərbaycanda  SSRİ  dağılandan 

sonra  yaranan  ideoloji  boşluqda.  Nəzərə  alaq  ki,  Sovet  dövründə 

sovet  ideologiyası  beyinləri  qapsamışdı.  Ancaq  Sovetlər  dağılandan 

sonra  yaranan boşluqdan Batı  və  başqa  ilginc qüvvələr  böyük  usta-

lıqla qullanıb həmin ideoloji boşluğu doldurmağa çalışdılar. Nə yaxşı 

ki, həmin dövrdə Azərbaycan xalqının ruhani dünyasında bu boşluğu 

doldura  biləcək  bir  ideoloji  xətt,  bir  təfəkkür,  bir  milli  fəlsəfə 

mövcud  idi.  Bunu  Asif  Ata  yaratmışdı.  Bu  gün  dünyada  ideoloji 

sferada  döyüş  gedir.  Biz  bu  gün  Qarabağın  bir  bölgəsindəyik  və 

bizdən yaxın arada düşmənlərlə bir cəbhə xətti keçir. Bu cəbhə xətti 

bizim üçün o qədər qorxulu deyil. Çünkü bizim içimizdə bir əminlik 

var.  Mən  də  əminəm  ki,  gec-tez  biz  o  cəbhədə  qalib  olacağıq, 

olmalıyıq. Ancaq bu cəbhədən qat-qat qorxulu bir cəbhə var dünya-

da.  Bu  ideoloji  cəbhədir.  Bu  gün  dünyada  qloballaşma  adı  altında 

vahid  bir  dünyagörüş,  düşüncə  tərzi,  vahid  stereotiplər  və  təfəkkür 

modelləri  başqa  xalqlara  sırınmaqdadır.  Bu  tədricən  başqa  xalqları 

əritməyə, tarix səhnəsindən onun milli kimliyini silməyə qulluq edir.  

Əgər  bu  milli  cəbhədə  bizim  döyüşmək  üçün  milli  silahımız 

olmayacaqsa, milli əsgərimiz olmayacaqsa, deməli, biz gec-tez məh-

və  məhkum  olunmuş  bir  xalqıq.  Ancaq  nə  yaxşı  ki,  bu  gün  Ocaq-

çıların simasında bizim milli ruhumuza, dəyərlərimizə, milli gələnək-

lərimizə  söykənən,  ondan  doğan  bir  fəlsəfi  düşüncəmiz,  bir  ideya-

mız,  bir  mübarizə  cəbhəmiz  mövcuddur.  Bunun  yaradıcısı  təbii  ki, 

Asif  Atadır.  Bu  milli  cəbhənin  bu  gün  döyüşçüləri  Soylu  Atalı,  bu 

gün  Günev  bəy,  Güntay  bəy,  Üstün  xanım,  Elana  xanım  və  bunlar 

kimi onlarla insanlar gerçəkdən də, Üstün xanım dediyi kimi, cəmiy-

yətin özülüdür, təməlidir. Cəmiyyət bəzən bir insanın hesabına xilas 

ola  bilir.  Biz  nəzərə  alsaq  ki,  tarixdə  belə  faktlar  bəs  qədərdir. 

Türkiyənin  məğlubiyyət  qarşısında  olduğu  bir  dönəmdə  Atatürkün 

ortaya  çıxması  bütöv  türk  dünyasını  qurtardı.  Mən  qəti  əminəm  ki, 

bu gün sizin arxasında durduğunuz, milli kökə, milli ruha söykənən 




 

53 


bu  ideya  bizim  milli  ruhumuzun  gələcəkdə  qurtarması  üçün  bir  zə-

min hazırlayır. 

Məni  tanımayan  bəzi  adamlar  düşünə  bilərlər  ki,  Asif  müəllim 

özü Ocaqçı olmadığı halda nəyə görə bu təlimə bu qədər isti yanaşır.  

Bayaq  milli  özünüqoruma  sistemi  haqqında  danışdıq.  Milli 

özünüqoruma  sistemi  milli  ideala  söykənməlidir.  Yəni  sənin  söykə-

nəcəyin bir milli təməl olmalıdır. 

 

 



 

 

 



Bu  gün  bu  milli  təməl,  özül  mövcuddursa  və  bu  milli  ruhun 

özündən doğubsa, biz bunun dəyərini və qədrini bilməliyik.  




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə