Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı


Asif Atanın – İnam Atanın



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə20/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   ...   16   17   18   19   20   21   22   23   ...   150

 

58 


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

“Atagün” və “Uluyol-Hünər” Ailələrinin 



birgə “Ailə Günü” toplantısında deyilmiş fikirlər 

 

 

 

Ocaq  Günsırası  ilə  24  Çiçək  Ayı,  37-ci  ildə  (aprel,  2015)  İnam 



Evində “Atagün” və “Uluyol-Hünər” Ailələrinin birgə “Ailə Günü” 

toplantısı keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə 

Günü” başladı. 

  “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin  Atalı Ataya səcdə 

ilə söz dedi. O, tədbirə yeni qatılanlar üçün Ocaq tədbirlərinin ümu-

mi  məzmunu  haqqında  qısa  bilgi  verdi.  “Ailə  Günü”  toplantısının 

tələblərinə  uyğun  olaraq,  öz  hesabatına  başladı: “Bu  ay,  keçən  ayla 

tutuşduranda Amallaşmaya vaxt ayırmışam. Atanın “Mütləqləşmək – 

Var olmaq” kitabını oxuyuram. Bu ay başqa Ocaq əməllərim də çox 

olub: Keçən ayın “Ailə Günü” tədbirini kitablaşdırmışam, Ata Bitiq-

lərini  çap  üçün  yenidən  hazırlamışam.  Atanın  rusca  “Mütləqilik” 

kitabını  (Göylü  bilgisayarda  yazıb)  düzəldib  quruluşunu  işləmişəm. 

Bu işlərin hər biri mənə fərəh gətirib. 

Xalqlaşma  işimdə  bir  addım  irəliləmişəm.  Bu  ayda  4  oxula 

getdim.  İki  oxul  direktoru  görüş  keçirməyə  razılıq  vermədi.  Bir 

direktor  görüş  üçün  gələn  aya  söz  verdi.  Kollecin  direktorunun  isə 

özəl qarşılama günləri var, onda getməliyəm. Direktor yardımçısı ilə 

söhbət elədim. Asif Atadan sorağı var idi, Ocağın çalışmalarının bu 

gün də davam etdiyini eşidəndə sevindi. 



 

59 


Çox  istəyərdim  ki,  özüm  də  görüş  keçirəm,  Ocaq  Yükümlüsü 

üçün də görüş təşkil edəm. Evdən çıxmağımın özü məni etkiləndirdi. 

Bundan başqa Ocaq Yükümlüsü ilə birlikdə Ata kitablarının və Ocaq 

Evladlarının  kitablarını  kitab  evlərinə  verdik.  Mən  evdə  də  Ocaq 

işləri  görürəm.  Ancaq  evdən  çıxmaq,  söhbətlər  aparmaq  –  içimdə 

həsrət var buna. Bir yerdə söhbət edəndən sonra başqa yerdə yenə də 

söhbət eləmək istəyirəm. 

“Ailə  Günü”nün  “gedişat”ında  qonumuz  var:  qarşımda  hansı 

aşamaları görürəm?! 

O aşamaları görürəm ki, Xalqlaşma işlərimi artırım. 

Bəzi yazılarımı oxuyacam. 

xxx 

Mən öz yaxamdan yapışıram, özümdən əl çəkmirəm, özümdən əl 

çəkmədikcə boyum ucalır. Özümdən əl çəkdikcə yaşam, məişət mən-

dən  sallanıb  boyumu  balacalaşdırır.  Özümü  ayaqda  saxlamaq,  ba-

ğımsız saxlamaq, həm yaratmaq, həm qorumaq sorumluluğu daşıyı-

ram. 


Uçuruma düşənin bir yolu var, ondan çıxmaq. Yana da getsən, yarıda 

da qalsan uçurumda sayılırsan. Yalnız çıxmaq özgürlük sayılır. Çıx-

mağın adı özünü yaratmaqdır. Ancaq və ancaq Mütləq tələblə özümü 

yaratmalıyam. 



xxx 

Atanı  ardıcıl  oxumaq,  “Rica”ları  demək  –  özümə  münasibətimi 

formalaşdırır.  Adam  öz  ağlıyla  uğraşmayanda,  ağlı  gərəkli  düşün-

cələrə yönəltməyəndə nə gəldi düşünür. Ağlı, beyni qıraqdan mühit 

yönəldir. Adam özünün varlığını duymur. 

Ancaq  ağlı  ruhani  axtarışlara,  həqiqətlərə  yönəldəndə  ruhani  hal 

yaranır.  İnsanın  özünə  münasibəti formalaşır,  varlığını  – ruhani  var 

olmağını sağlayır və duyur. 



xxx 

Var aktiv çalışma, var doğru çalışma. Bəzi örgütlərin, partiyaların 

çalışmaları  aktivdir,  ancaq  doğru  deyil.  Özlərinin  məqsədləri  üçün 

çalışmaqdadırlar, xalq üçün yox. Bizim çalışmamız doğru çalışmadır. 

Özünü yarada-yarada çalışmaq – ruhaniyyat yolu getməkdir. İçindəki 

qorxu  ilə  yol  gedə  bilməzsən,  içindəki  qısqanclıqla,  kinlə  yol  gedə 

bilməzsən,  dayanarsan.  Ona  görə  də  bizim  yol  getməmiz  yavaşdır, 

çətindir, ancaq fərəhlidir. 

İçdəki  qüsur  –  əməli  bütövləşməyə  qoymur,  sabahlaşmağa  qoy-

mur. Arıldıqca, adamlıq yükündən özgür olduqca yerimək – çətin və 




 

60 


gərgin döyüş istəyir. Özünə qarşı həm amansızlıq, həm sevgi istəyir. 

Özünə həm inam, həm şübhə istəyir. Şübhənin sınırı hardadır, inamın 

sınırı  harda  –  sorulara  cavab  axtara-axtara,  tapa-tapa  yol  getmək  – 

bunlarla  yaşamaq  vaxt  istəyir.  Gərgin  əmək  istəyir.  Ciddi  özüylə 

döyüş istəyir. 

xxx 

Adam  sürülükdən  çıxıb  toplum  yaratdı  və  toplumda  sürüləşdi. 

Özünə inanmamaq, öz iradəsiylə hərəkət etməmək, toplum ölçüsü ilə 

yaşamaq – sürüləşməkdir. 



xxx 

Qaralama  əsəri  heç  kim  oxumur.  Oxucu  yazarın  minbir  əziyyə-

tindən  sonra,  artıq  şeylərdən  ayırdığı,  arıtladığı,  yetirdiyi,  yetkin-

ləşdirdiyi  və  özünə  inanaraq  işıq  üzünə  çıxardığı  ağlama  əsərini 

oxuyur.  İnsanın  özünü  yaratması  da  ağlama  əsər  kimidir.  Onu 

sunursan, çünkü arıldıb, duruldub, yetirib, yaşayıb yaratmısan. 



 

xxx 

Hər bir olaya on il sonranın gözüylə bax. Onda görəcəksən əyər-

əskiyi. Onda biləcəksən nəyi demək olar, nəyi olmaz, nə solacaq, nə 

qalacaq. On il öncənin və ya gələcəyin gözüylə baxanda balaca duy-

ğuların balacalığını da görmək olur, böyük duyğuların böyüklüyünü 

də. 


xxx 

Hər  bir  tarixi  hərəkatın  görünən  və  görünməyən  üzü  var.  Bir 

çağlar qəhrəman sayılan inqilabçıların indi əsil üzü ortaya çıxır. İndi 

çoxsaylı  sənədli  filmlər,  araşdırmalar  ortaya  çıxarırlar,  ələşdirirlər. 

Ocağı,  Ocaqçıların  ömürlərini  isə  hansı  yandan  öyrənsələr,  yalnız 

heyrətlənəcəklər. 



xxx 

Yaşamağın özündə sirr var, cəzb var. Yaşamı dəyərləndirən onun 

məqsədidir.  Nə  üçün  yaşamaq?  Bu  sorunun  doğru  yanıtına  hər  kəs 

çatmır.  Çünkü  doğru  araşdırmır.  Çatmadığı  üçün,  ömrünü  doğru 

məqsədə həsr etmədiyi üçün ömrü öz soyundan qırağa çıxmır. 

Ailə  və  xalq  anlamı  birdir.  Ailənin  məqsədi  xalqı  yalnız  soy 

artımı  ilə  sabaha  çatdırmaq  deyil.  Fərdin  yaşam  tərzi  ailəni  də 

yönləndirir,  bütövləşdirir  və  ailə  xalqla  birləşir.  Fərdin  sabahı  – 

ailənin sabahı və xalqın sabahı yüksək məqsədlə qurulur. 

 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə