Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə28/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   ...   24   25   26   27   28   29   30   31   ...   150

 

83 


addım  atmır.  Mən inandığım  halda  addım  atmıram.  Deməli,  nədəni 

olursa olsun, mən daha çox ikiüzlüyəm bu məsələdə. 

Xalqlaşmam  yoxdur,  çünkü  yörəmi  yalan  sarıb.  Mən  susuram. 

Çünkü  özüm  də  yalan  danışıram.  Yalanımın  aşkarlanacağından  ra-

hatsız  oluram.  Yalanın  varlığı  ruhumu  sarsıtmır,  çünkü  hamı  kimi 

alışmışam. 

Xalqlaşmam  yoxdur,  çünkü  ədalətsizlik  görürəm,  susuram. 

Biganəlik görürəm, susuram. 

Dünən işdə xadimənin halı birdən-birə pisləşdi. Başqa bir yolda-

şım  bu  ərəfədə  çay  içirdi.  Heç  nə  olmamış  kimi  halını,  tövrünü 

pozmadı.  Bu  anda  qızı  ona  yaxınlaşdı.  Qızın  da  7-8  yaşı  var. 

Yaxınlaşıb dedi: Ana, sən necə insansan? Orda insan ölür, sən burda 

çay içirsən. Əslində bu, uşağın həssaslığı və insansızlığa etirazı idi. 

Bu hal, təəssüf ki, hər yerdə var. Bütün toplumun halına yeriyib. 

Mərasimdə Türkel ötəri bir məqama toxundu. İnsanların üzündəki 

fərəhsizlik.  Bunu  əsasən  maddiyyatsızlıqla  bağladı,  ümumiyyətlə, 

toplumun  ruhsuzluğuyla.  Doğrudan  da,  birbaşa  baxanda  görünən 

odur  ki,  heç  kimin  üzü  gülmür.  Hamının  üzü  fərəhsizdir,  yəni 

bədbinlik  var  hər  kəsin  halında.  Hər  kəs  işsizlik  basqısı  altındadır. 

Hər kəs ruzunu necə tapım, hardan tapım. Haramlığa getmək istəmir, 

ancaq  gediş,  həyat  ona  sürükləyir.  Məsələnin  kökü  yenə  də  gəlir 

dirənir  mənəviyyat  məsələsinə.  Yəni  mənəviyyat  yoxdur  ki,  bütün 

bunlar baş verir. Deyirlər, ellə gələn bayramdır. Bu əslində el məsə-

ləsi  də  deyil.  Yəni  fərdi  məsələdir  daha  çox.  Fərdlərdən  başlayır. 

Çıxış yolu da fərdlərdən başlayır… 

Atamız Var olsun! 



 

Üstün  Atalı (Ataya  səcdə  edib,  bayrağı  öpür  –  T.A.):  Ay  içində 

Ocaq üçün elədiyim əməl hansısa tədbiri köçürmək olub. Elçin bəyin 

“Beşikbaşı”  Mərasiminə  qatılmışam.  Bacardığımı  eləməyə  çalışmı-

şam.  Şabran  rayonunda  Ocağa  yaxın  birinin  qız  övladının  toyunda 

söz dedim. Əslində mən orda heç kimi tanımırdım. Söz demək üçün 

gözləməli  oldum.  Söz  deyəndən  sonra  o  mühitdə  sıxıldım.  Çətindir 

söz  demək,  həm  də  sözün  sanbalını  yaratmaq,  dediyini  həm  də 

yaşamaq.  Qarışmamaq,  qoşulmamaq.  Bir  şeyə  əmin  oldum  ki,  biz 

Beşikbaşı  Mərasimində  sözümüzü  deyib  çıxırıq.  Bu  tam  mənada 

ağlıma çatdı. 




 

84 


 

 

Yəni  qaldıqca  həm  söz  adiləşir,  həm  özün  adiləşirsən.  Dediyin 



fikirlər hardasa sehrini itirir. 

Ümumi  bu  aykı  halım  gərgin  olub.  O  gərginliyi  ağlımda  özüm-

özümlə  vuruşmalarla,  içimdəkilərlə  yaşayıram.  Bir  şeyi  anladım  ki, 

əgər  halım  o  hal  deyilsə,  əgər  ağlımın  gücü  çatmayan  şeylər  varsa, 

onda  o  ağlı  yetirmək  gərəkdir.  Yetirmək  necə  olar?  Ancaq  Ocağı 

öyrənməklə. Tam olaraq öyrənməklə, özünü yaratmaqla. Əgər nəyisə 

anlamırsansa,  hansısa  münasibəti  anlamırsansa,  deməli,  o  səviyyəni 

yaratmaq gərəkdir. Bu gərginlikdən çıxmaq üçün “Ata Səsi” kitabını 

oxudum.  Bizə  mərasimdə  onları  təqdim  eləmişdilər.  Mən  onun 

demək olar 50-60 səhifəsini oxumuşam. Hələ ki, özümdə onu vərdiş 

elətdirə bilməmişm. Görürsən oxuyub gedirəm, tamam məni düşün-

cədən alır, qayıdıb bir də oxuyuram. Tam fikrimi ora toplaya bilmi-

rəm. Oxuduqca düşünürəm ki, Ata orda sözləri deyir və kimə ümid 

eləyir. Əslində Ata özü öz çatdığına inanıb deyir. Bilir ki, o çatıb, sən 

də  çata  bilərsən.  Məğz  bu  idi.  Adam  bəzən  hər  hansı  bir  şey 

oxuyanda görürsən ki, orda deyilən söz, keçirdiyin duyğular sənə də 

aiddir.  Ata  orda  belə  bir  şey  deyir:  “İstəyimiz  odur  ki,  insan  Müt-

ləqləşsin. Ona mane olan özüdür”. Bax bu fikrin altından özüm üçün 

bir xətt çəkdim ki, insana mane olan nədir? Ancaq özü. Özü özünə 

həm  dostdur,  həm  də  düşməndir.  Ucalmaqdan,  kamillikdən  özü 

özünü qırağa çəkir. Başqa heç kim ona heç nə eləmir. Nə toplum, nə 

mühit insana mane ola bilməz. Ən böyük maneə içdədir. Əgər içimə 

adilik axırsa, onu ifadə etməyə çalışıram. Çünkü heç nə gizli qalmır. 



 

85 


Müqəddəslik,  sevgi  halı  mənim  içimə  giribsə,  onu  istəyirəm  ifadə 

eləyim.  Yayda  səfərlərə  gedəndə  Atanı  fikirləşirdim.  İçimə  dolurdu 

və başlayırdım bir-bir Ocaqçılara zəng eləməyə. Əslində bu yaxşı bir 

hal idi. Yəni içimə dolur o sevgi, Ocağa qarşı olan münasibət. İstə-

yirdim  onu  paylaşam.  Eyni  zamanda  əgər  içimə  adilik  axırsa,  mən 

istəsəm  də,  istəməsəm  də,  o  mənim  sözümdə,  hərəkətimdə  özünü 

göstərir. Yəni gizli heç nə qalmır. Ata orda bir fikir deyir: “Hamımız 

toplumun içində murdar oluruq. Hamımız qapını açıb içəri girəndə, 

müəssisələşəndə murdar oluruq”. Belə baxanda adama qəribə görsə-

nir.  Yəni  müəssisələşəndə  murdar  olmaq.  Ancaq  oturub  öz  işində, 

yörəndə,  yörənin  keçirdiyi  iclasları  görəndə  nəyinsə,  kiminsə  xati-

rinə,  nə  üçünsə  yığışdığını  biləndə,  doğrudanda  adam  murdarlıq 

görür.  İş  yerimdə  keçirdiyimiz  oxul  iclasları  yalan  və  yorucu  olur. 

Artıq hamı bilir ki, nə saxtadır, nə doğrudur. Hər bir şey formaldır. 

Əslində ona qoşulmaq, o murdarlığa qoşulmaq kimi bir şeydir. İcla-

sın məqsədi maraqları qorumaq, qanunlara tabe etməkdir. Tabeçilik 

altında murdarlaşır insan. Ata orda deyir, “mən qəti əminəm ki, insan 

dünyaya sığmır, ancaq vətənə sığır”. Muğam haqqında Atadan müsa-

hibə  alanda  Ata  o  fikri  deyir.  Bir  vaxtlar  mən  düşünürdüm  Ocağı 

xalqa vermək üçün dış ölkəyə getmək daha yaxşı olar. Orda daha tez 

qəbul  olunar.  Ancaq  Atanın  muğam  haqqındakı  fikri  onun  tərsini 

dedi.  Yəni  çağdaş  muğam  ifaçılarının dış  ölkələrə  üz  tutması,  bunu 

əsas  iş  bilməsi  yanlışdır.  Vətəndə  muğamı  necə  sevdirə  bilmişik. 

Məsələn, mənim öz evimdə, öz içimdə bu sevgini yarada bilmişəm-

mi? İçimdə muğama sevgi dərk səviyyəsində deyil, sayğı səviyyəsin-

dədir.  Yəni  Atanın  və  zaman-zaman  Soylu  Atalının  dilin-dən  eşit-

diyim  bilgilərdir. Tam  olaraq  mən  muğama  başdan-ayağa  qulaq as-

mamışam, vaxt ayırmamışam. Əslində bu bir suçdur. Onu mən dəyər 

kimi xalqa sunuram, ancaq özüm o dəyərdən bəhrələn-mirəm. Dedi-

yimlə əməlim üst-üstə düşmür. Bunu yetirmək gərəkdir. Ata orda söz 

deyir:  “Muğam  ona  görə  fəlsəfədir  ki,  insan  pillə-pillə,  hal-hal 

dəyişir, kamilləşir, ilahiləşir və son məqamda içində rüşeym halında 

olan,  tam,  bütöv  şəkildə  üzə  çıxan,  yerə-göyə  sığmayan  Allahla 

(yeri-göyü yaradan Allahla yox, kamillik rəmzi olan Allahla) üzləşir, 

ona  qovuşur”.  Bu,  elə  bil,  mənim  üçün  muğamın  tərifi  oldu,  bunu 

bəlkə 20 dəfə oxudum. Belə düşündüm ki, əslində buna qulaq asa-asa 

da insan içdən arına bilər. 

Oxuduqca ağlıma çatır ki, gör mən özümü nələrdən ayırmışam. O 

düşüncələrdən,  ona  yetmək  diləyindən.  Halım  getdikcə  durğunlaşır. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə