Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə27/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   ...   23   24   25   26   27   28   29   30   ...   150

 

79 


dövrə  gəlib  çıxıram.  Mənə  müsbət  etki  göstərir.  Nurtəkinə,  başqa 

əziyyət  çəkənlərə  minnətdarlığımı  bildirirəm.  Soylunun  adını  çək-

mək  istəmirəm.  Soylu  bütün  əməllərin  Yükümlüsüdür.  Yükümlü 

sözü onun adına, taleyinə yazılıb. 

Atalığı,  Evladlığı  sübut  eləmək  üçün,  bizim  yaşamımızı, 

varlığımızı sübut eləmək üçün, bu varlığın mahiyyətini açmaq üçün, 

xalqa çatdırmaq üçün, xalqla bir olmaq üçün, insan hansı duyğularla 

yaşayır  ki,  xalq  ola  bilir. Bu  duyğular  yazılarda  öz  əksini  tapır.  Bu 

mənim yaşadığım ömürdür. 

 

“Ailə  Günü”ndə  iştirak  edən  Ocaqçılar  və  qonaqlar  Ulusəs 



Atalını kitabla bağlı qutlayıb ona uğurlar dilədilər. 

 

“Ata Ruhunu Ürəyimizdə aparırıq!” səcdəsilə “Ailə Günü” sona 

yetdi. 

 

İşıq Ayı, 37-ci il. Atakənd. 

(may, 2015. Bakı.) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

80 


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

Ata-Ocaq İlsırasının 37- ili 



“Ulufərəh” Ailəsinin II Aylıq Törəninin 

GEDİŞ YAZISI 

 

Yer: İnam Evi; Tarix: 29 Çiçək Ayı, Dözüm Günü



Başlanır: saat 18.30 

 

Oda  Törənin  Ruhuna  uyğun  hazırlanır.  Təşkilatca  sorumlu 



Göylü Atalıdır. 

Tədbir “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə başlayır. 



 

Törən qonuları: 

1. Amallaşma, kamilləşmə, xalqlaşma hesabatı; 

2.  Xarakterimdə  hansı  boşluqlar  var,  bu  boşluqlardan  çıxmaq 

üçün hansı addımı atıram? 

 

Qutsal Oxuma: “Təməl” Kitabından bir hissə oxunur. 

  “Ataya  Axşam  Ricası”nı  və  “Dünyadakı  Mütləqlə  Axşam 



Təması”nı – Üstün deyir. 

“Ata Ruhunu ürəyimizdə aparırıq!”, 

“Atamız Var olsun!” səcdəsiylə Gün başa çatır. 

 

Gün’ün Carı: 

“Ulufərəh”im – ulu sevdalı, gələcəkli Ömür yolum! 

Dünya boyda, Yaşam boyda, İnsan boyda Amal dünyam! 

– Sənə bağlıyam, Sənə güvənirəm! 



 

Gediş Yazısını yazdı: Göylü Atalı 

17 Çiçək Ayı, 37-il. Atakənd. 

 

Qəbul olunur. 



                                          Soylu Atalı 

Mütləqə İnam Ocağının Yükümlüsü 

 

   17 Çiçək Ayı, 37-ci il. Saray-Soylu. 


 

81 


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

“Ulufərəh” Ailəsinin 



“Ailə Günü” toplantısında deyilmiş fikirlər 

 

 

 

Ocaq  Günsırası  ilə  29  Çiçək  Ayı,  37-ci  ildə  (aprel,  2015)  İnam 



Evin-də “Ulufərəh” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. “Ata 

Ruhuna  pənah  gətirmişik!”  səcdəsilə  “Ailə  Günü”  başladı.  “Ulufə-

rəh” Ailəsinin Yükümlüsü Göylü Atalı Ataya səcdə ilə sözünə başla-

dı: “Bu  gün  Ocağın  “Ulufərəh”  Ailəsinin  37-ci  ildə  2-ci  aylıq 

toplantısıdır.  Hamınıza  “xoş  gəlmisiniz”  deyirəm. Birinci  qonumuz 

gələnəksəl  olaraq  Amallaşma,  Kamilləşmə,  Xalqlaşma  hesabatıdır. 

İkinci  “Ailə  Günü”  qonusu  –  “Xarakterimdə  hansı  boşluqlar  var?” 

Bu  yöndə  söz  deməliyik.  Eləcə  də  gələn  qonaqlar  istər  bu  yöndə, 

istər  başqa  yöndə  söz  deyərlər.  Hələlik  özüm  hesabat  vermək  istə-

yirəm. Mənim son ilki Ocaqçılığım biryanlıdır. Amallaşmam hardasa 

dağınıq  gedir.  Düşünəndə  və  davamlı  olaraq  özümə  göz  yetirəndə 

sonuc da ortaya gəlir. 

Xalqlaşma da arada olur. Ancaq davamlı bir gediş yoxdur. 

Əməli  olaraq  Atanın  Bitiqlərini  çap  eləmişəm.  Mərasimdə  də 

ruhani  hədiyyə  kimi  sunuldu.  8  Bitiyi  latın  abesiylə,  3  Bitiyi  türk 

abesiylə  hazırladım.  Sonra  TAQ-ın  tədbirini  işləmişəm.  Ara-sıra 

Nurtəkinlə növbələşərək sayta yazılar qoymuşam. Bəlli hazırlıqlar da 




 

82 


var,  səfir-liklərlə  bağlı  –  Atanın  rus  dilində  bir  kitabını  yazıb  başa 

çatdırdım. Növbəti iki kitabı da yazıram. 

Halımla bağlı bir şey oxumaq istəyirəm. 

Çelişkili,  ikili  yaşam  sürürəm.  Bir  yanım  Amala  bağlıdır,  bir 

yanım yaşamın tələbinə. Mən Amala bağlıyam. Buna heç çağ şübhə 

duymadım. Ancaq xarakterimdəki bir az tələskənlik, bir az lovğalıq, 

bir az şöhrət, bir az tamah, bir az zamanla ayaqlaşmaq həvəsi. Bir az, 

bir az yığılıb əngələ çevrilib. Sorunun gerçək tərəfini aşacam. Aşmaq 

zorundayam. Başqa cür ruhaniyyatçı olmaram. İşin pis cəhəti də odur 

ki,  bu  sorunlar  məni  xaraktersizliyə  itələyir  –  özümü  öz  gözümdən 

salacaq qədər. Hər şeyin fərqindəyəm. Yanlışlar özümə bəllidir, so-

nucu  da.  Qalır  doğru  yol  tapıb  ömrü  qurmaq,  qurulmaq.  Mən  öm-

rümün qədrini bilmirəm. Əslində bütöv baxanda bütün yanlışlarımın 

nədəni xoşbəxt olmaq istəyidir. Sadəcə bu xoşbəxtliyi yanlış yerlər-

də,  yanlış  şeylərdə  arayıram.  Həyatın  eyniyyətindən  bezib  mən  də 

evimə aldığım kiçik bir şeydən “xoşbəxt oluram”, filankəs xanım da. 

Bu  xoşbəxtliyin  ömrü  cəmi  3-5  saat,  3-5  gün  olur.  Sonra  yeni  bir 

həvəs, yeni bir dilək. Görəsən, mənimlə filankəs xanımın fərqi nədir 

onda? Ocaq dünya nemətlərindən imtinaya çağırmır. Ev-eşiyə diqqət 

ayırmaq günah deyil. Həsr olunmaq, sevgini ora yönəltməkdir günah. 

Dolayısıyla Ocağa xəyanətdir. Adama deyərlər, həyatı yaşamaq istə-

yirsən,  həyatını  yaşa.  Niyə  zorlanırsan?  İş  burasındadır,  əminəm  ki, 

mən  yalnız  Amalda  özümü  tapıram.  Bu  gün  dilədiyim  həyata  əlim 

çatsa  da,  Amala  yad  olsam,  heç  bir  şeyin  anlamı  qalmaz.  Dünya 

gözümdən  düşər.  Uşağın  nəyə  əli  çatmırsa,  ona  can  atır.  Uşaqlıq 

edirəm. Uşaqlığın naşılığını saxlayıb sorumluluğunu itirməklə. Özü-

mə  acığım  tutmur.  Qınamıram  da,  qırılıram.  Mənim  əlimdə  olan 

maddi  və  ruhani  olanaq,  çağ  kimdə  olsaydı  nələrə  yetməzdi?!  Mən 

isə  nə  ömrümə,  nə  Ocağa  layiq  ola  bilirəm.  Maddi  gərginliklərin 

yaratdığı  fərəhsizliklə  mənəvi  gərginlikdən  ayrı  qalıram.  Ömrümün 

gərəkliliyini, yüksək mənasını gözardı edirəm. 

Xalqlaşmam  olmayıb.  Yanımda  biri  Batını  yamsılayır,  bununla 

öyünür,  bunu  çağdaşlıq,  qabaqcıllıq  sayır,  susuram.  Çünkü  özümün 

ondan ciddi fərqim yoxdur. Ən yaxşı halda mən düşüncədə məsələni 

həll eləmişəm, o yox. 

Xalqlaşmam  olmayub.  Çünkü  Batılı  qiyafəsində  Doğunu  təbliğ 

edə  bilmirəm.  Mən  vətəni  sevirəm,  xalqıma  inanıram.  Qarşımdakı 

adam  vətəni  sevdiyini  deyir,  xalqa  inanmır.  İnanmadığı  üçün  də 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə