Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə35/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   ...   31   32   33   34   35   36   37   38   ...   150

 

104 


yorar.  Çünkü  əqidə  qulluqsuz  qalar.  Çıxış  yolu  tapmaq  gərəkdir 

deyir. Vicdanı ağrıya alışdırmaq məsələsi var… 

Mən özüm vicdansız deyiləm, ancaq bu və ya bənzəri məsələlərdə 

axıra qədər vicdana boyun əymək çətindir. 

 

 

 



Bu  kitabda  vurğu  eləyir  ki,  borcda  umacaq  var.  Ona görə  hesab 

eləyirəm, onu mənəvi borcuna görə də eləmir. Başqa bir yerdə Ocaq 

Yükümlüsü  deyir  ki,  vətən  və  ana  mühakimə  olunmur.  Deməli,  bu 

sözdən onun zəhmətini anlamaq olar. 

Bir  də  gedişatda  qoyulan  “Mənəviyyatın  tələbləri  ömrümə  nə 

dərəcədə hakimdir” qonusu. Kitabda gərginlik məsələsinə toxunulur. 

Ocaq  Yükümlüsü  deyir  ki,  ruhani  tələblər  asudə  yaşayanın  ömrünə 

gərginlik gətirir. 

Mənim  ömrümdə  yaranan  gərginliyin  səbəbləri  anlaşılandır,  an-

caq  əsil  gərginliklə  tutuşduranda  bəsit  gərginlikdir.  Mənəviyyatın 

tələblərinin  ömrümə  tam  hakim  olmamasından  irəli  gəlir.  Ruhaniy-

yatın tələbləri, sorumluluq ömrə – özü olmaq gərginliyi gətirir. Ger-

çəkliyin tələbləri ömrə – ona bərabər olmaq gərginliyi verir. 

Axtarışlar etmək gərəkdir, ortaya sonuc çıxartmaq şərti ilə.  

Atamız Var olsun! 

 

Göylü  Atalı: Soylu  Atalının  fikrini  Türkel  burda  dedi  –  Ruhani 

tələblər asudə yaşayana gərginlik gətirir. Şəxsən mən özümdən danı-

şıram. Nə vaxt ki, dolu yaşamışam, onda tədbirə uça-uça gəlirəm. O 



 

105 


sorumluluğun yaratdığı hal gərginlik olsa da, onu yüngül keçirirəm. 

Ancaq nə vaxt ki, boş yaşayıram, onda basqı altında gəlirəm tədbirə. 

 

 

 



Ağşın Ağkəmərli: Çox sağ olun mənə söz verdiyinizə görə. Mən 

istəyərdim bunlar danışsınlar (uşaqları göstərir). Öncə məcazi məna-

da olsa da, taleyə minnətdaram ki, mənim üçün, Ocaq kimi, belə bir 

ortam yarandı, bir araya gələ bildik. 

Burda  gedən  söhbətlərdən  bir  məqam  məni  özünə  çəkdi.  O 

məqam  ki,  xalq  içində  bir növ  ümidsizlik,  həyatın  boşuna  getməyi, 

inamı itirmək var. Mən fikirləşirəm ki, bu doğal bir məqamdır. Yəni 

qarşı tərəfə haqq vermək gərəkdir. Ona görə ki, ən azından bizi kimi 

bir araya gəlmək ortamları yoxdur. Bizim xoşbəxtliyimiz ondadır ki, 

biz  bir  araya  gələ  bilirik,  sevincimizi,  kədərimizi  paylaşa  bilirik. 

Bəlkə də bu mühitimiz olmasaydı, özümüzdə də inam olmayacaqdı.  

Onların  bir  fərdi  kimi  olacaqdıq.  Xoşbəxtliyimiz  odur  ki,  Ocaq 

var  və  o,  bizi  bir  araya  gətirir.  Bir araya  gətirərək  bizi  düşündürür. 

Başqasını  düşünə  bilirik.  Üstəgəl  mühitimizi,  dünyamızı  düşünə 

bilirik.  Bu  gözəl  bir  şeydir.  Çünkü  yaranan  bu  birliyin  təməlində 

Ocağın  məfkurəsi,  düşüncəsi,  Asif  Atanın  fəlsəfəsi,  dünyabaxışı 

durur.  Bizə  bir  sistem  verib.  Elə  eləyək  hamını  özümüzlə  aparaq. 

Çox sağ olun ki, məni dinlədiniz. 



 


 

106 


Soylu Atalı: Yaxşı məsələyə toxundu. Ocaq sənə elə bir göz verir 

ki,  təkcə  sən  özünə  baxmırsan,  öz  bioloji  həyatına  baxmırsan. 

Dünyanın mənəvi halına baxırsan. Çox ciddi məsələdir. 

 

 



 

Ayaz Şıxalıoğlu: Bir az gurultulu çıxmasın, mən özümü anadan-

gəlmə  Ocaqçı  sayıram.  Ağlım  kəsəndən.  Çünkü  bağımsız  düşünə 

bilmişəm və dünyanın rəngləri məni çaşdırmayıb. Asif Ataya da ona 

görə bağlanmışam. 

Asif Ata ömrünü yaşayıb. O ömür  ki, bəşəriyyət necə olmalıdır, 

insan necə olmalıdır, onu göstərir. İnsan özü-özünü, öz ayağını, əlini 

bağlayıb. Həmin zəncirləri Asif Ata açmaqla uğraşır. Sadəcə insanlar 

gərək  başa  düşsünlər  bu  fəlakəti,  özlərinin  düşüncəsində.  Bundan 

qurtulmaq gərəkdir.  

Onda dünya da gözəlləşəcək, yaşamaq da, insanın qiyməti də ola-

caq. Həyatın ən ağır məqamlarında mən heç vaxt ruhdan düşmürəm, 

çünkü  məndən  betər  zindanlarda  olan  insanlar  var.  Ancaq  onlar 

insanlığın  böyüklüyünə  inanırlar.  Həqiqətin  böyüklüyünə,  haqqın 

qələbəsinə,  gecədən  sonra  səhərin  açılmasına  inanırlar.  Var  olsun 

belə bir düşüncə. Asif Ata bizə bunu deyir. 

Bu arada mütaliələr çox eləyirəm. Toğrul Nərimanbəyovun əsər-

lərinin  hamısını  götürüb oxudum.  Mən  o şəkilləri  oxuyuram.  Səttar 

Bəhlulzadənin  çəkdiyinin  içində  vətən  var.  Başqa  rəssamlarda  gör-

mürəm.  Əməkçi  insan,  filan  yaradırlar.  Halbuki,  Bakı  neftçisiylə 

Rusiya neftçisi arasında heç bir fərq yoxdur.  




 

107 


Baxıram  ki,  bunlar  boş  söhbətlərdir.  Sovet  ideologiyasıdır,  orda 

insan yoxdur. Ancaq Toğrulun, Səttarın çəkdiyi rəsmlərin içində və-

tən var. Bütün inanclarımız, nağıllarımız var orda. Bizim müqəddəs 

saydığımız bütün şeylər, ruhumuz var, yəni hər adam başa düşə bil-

mir onu.  

Hətta  rəssamlığı  qurtaran  bir  adamla  söhbətim  oldu.  O  deyir  ki, 

bu abstrakt şeylər çəkir. Halbuki orda abstrakt heç nə yoxdur.  

Sadəcə bu millətin tarixini, keçdiyi yolu bilmirlər. Balaca bir tab-

loda  bütün  inancların  hamısını  verə  bilir.  Asif  Ata  Ocağı  bu  düşün-

cədə olan insanları özünə çəkən bir yerdir. Nə yaxşı ki, bu yer var. 

 

İlham bəy: Deyiləsi sözlərin hamısı həryönlü vurğulandı. 

 

 



 

Toplum  yalnız  çalışır,  axşam  yatım,  səhər  qaçım.  Dünən  Soylu 

Atalı  ilə  söhbət  elədim.  Elə  bir  sistem,  rejim  yaradılıb  ki,  ancaq 

pulçuluğa  doğru  hərəkət  olsun.  Ancaq  xalqlaşmaq,  insanlaşmaq  uğ-

runda  adamlar,  ümumiyyətlə,  fikirləşmir.  O  dərəcədə  zəka  geriliyi 

var. Toplumda bizim başımıza gələn bəlaların hamısı insanın haqqını 

tələb  edə  bilməməsindən  irəli  gəlir.  Milli  kimliyə  qarşı  yadlaşma 

gedir. Asif Ata bizi çağırır – “İnsanlaşın – İnsanlaşdırın!  

Çox  arzu  eləyərdim  ki,  toplum  eşitsin,  qurtulsun  özünə  yadlaş-

maqdan,  başqa  fəlakətlər  gəlməsin.  Ağşın  bəy  dedi,  yaxşı  ki,  bura 

var, bura toplanırıq. 

 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə