Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə31/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   ...   27   28   29   30   31   32   33   34   ...   150

 

92 


Çünkü  ulusal  mədəniyyət  yoxdur.  Ulusal  şüur  olsaydı,  adam  ayıb 

edərdi. Ayıb etmək üçün sənin üzərində tələb olur – ayıbdır dedirdən. 

Mədəniyyət  böyük  söhbətdir.  Mən  bir  misal  çəkim,  Atadan 

soruşdular  ki,  qaraçı  niyə  sırtıq  olur.  Ata  dedi  ki,  vətəni  yoxdur. 

Vətəndə yaranır mədəniyyət, vətəndə yaranır qutsallıq, vətəndə yara-

nır  ulusal  şüur.  Vətəni  yoxdur,  yəni  ulusal  gələcəyi  yoxdur,  ulusal 

şüuru yoxdur. Bax, bu o deməkdir. 

Elçin  bəyin  dediyi  döyüşdə,  mübarizədə  davamlı  olmaq,  çox 

yaxşı  məsələdir.  Bütün  gedişat  bizi  çökdürməyə,  gözdən  salmağa 

köklənib.  Biz  həqiqətin  işığını  tapmalıyıq  və  o  həqiqətin  işığında 

davamlı  olaraq  yol  getməliyik,  döyüşməliyik,  addımı  dala  qoyma-

malıyıq. Nə qədər deyirsən de, qüdrətli olmaq məsələsi sadə məsələ 

deyil.  10-15  il  Asif  Atanın  Ocağında  olan  adam  bu  gün  içində 

fəlakətlərin yaşadığını hesabat verir. Bu onu göstərir ki, insanlaşmaq, 

kamilləşmək  asan  məsələ  deyil.  Onunla  ciddi  uğraşmaq  gərəkdir, 

davamlı uğraşmaq gərəkdir. Tədbirdən tədbirə söz deməklə o məsələ 

həll olmaz. Onu yaşamaq gərəkdir. 

Türkel deyir, anası ona deyir ki, kimimiz var. İşin pis cəhəti odur 

ki,  Türkel  anasından  öyrənir,  atasından  yox.  Atası  ayrı  şey  deyir. 

Ananın  dediyi  ayrı  şeyləri  öyrənmək  olar,  ancaq  yaşamda  addım-

lamaq  üçün  ananın  sözlərinə  dayanmaq  mümkün  deyil.  Mən 

demirəm,  ananın  dediyinin  tərsi  o  deyil  ki,  sən  yumruq  meydanına 

çıxmalısan.  Həyasızlıq  meydanını  açmalısan.  Asif  Ata  deyir  –  Ol! 

Olmaq  çox  çətindr.  Semitlərdə  Allah  dünyaya  dedi  “ol”.  Çox  asan 

oldu.  Asif  Ata  insana  dedi  “ol”,  çox  çətin  oldu.  Çünkü  Asif  Atanın 

dediyi  ilə,  dininin  dediyi  bir  deyil.  Atanın  “ol”  dediyi  gerçəkdir, 

dinin dediyi fantaziyadır. Onun fantaziyası asan olur. 

“Olmaq” gərəkdir! 

–  Başqa  bir  məsələ.  İnsanı  biz  nəylə  tanıyırıq,  nəylə  görürük  – 

hallarla.  İnsanın  halı  nədirsə,  onun  varlığını  halına  dayanıb  bəlli 

etmək olur. Bir var mahiyyətin yaratdığı hallar, bir var xarakterin ya-

ratdığı  hallar.  Mahiyyətin  yaratdığı  hallar  müdrik,  cəsarətli,  döyüş-

kən,  dönməz,  yenilməz  olur.  Xarakterin  yaratdığı  hallar  isə  çox 

dəyişkən, enişli, qalxışlıdır. O dəyişkənliyin əsasında dəyişkən danı-

şırsan. Bu gün nikbin olursan, sabah bədbin olursan. Bu gün vüqarlı 

olursan,  sabah  vüqarsız  olursan.  Yadınıza  gəlirmi,  bizim  tədbiri-

mizdə bir nəfər iştirak edirdi, deyirdi ki, mütləq heç nə yoxdur, hər 

şey nisbidir. Mən məcbur oldum ona sual verməyə ki, xahiş edirəm, 

mənim sözümü təhqir kimi qəbul etməyin, sadəcə sualıma yanıt verin 



 

93 


görüm,  siz  özünüzü  qeyrətlimi  sayırsınız,  qeyrətsizmi?  Təbii  ki, 

cavabım müsbətdir dedi, çaşdı. 

Yaxşı  nədən  bilim  qeyrətlisən?  Qeyrət  nisbidir  səndə.  Bu  gün 

qeyrətdir, sabah qeyrətsizlik. Birisi gün yenə qeyrətdi, daha biri gün 

qeyrətsizlik. Mən necə bilim ki, sən qeyrətlisən, ya qeyrətsizsən. Nis-

bi  sənin  xarakterindədir,  davranışındadır,  Mütləq  sənin  mahiyyətin-

dədir.  Ordan  gəlir  dəyişməzlik.  İnsanilikdən  gəlir.  Qeyrətliyəmsə, 

qeyrətliyəm, nikbinəmsə, nikbinəm. Bir adam barmağını qatlasın, de-

sin ki, Soylu nə vaxtsa bədbin olub. Mən bu nikbinliyimi uydururam-

mı? Mən döyüş adamıyam. 

Hallarda  belə  bir  şey  var.  Mahiyyətin  yaratdığı  hal  var,  bizim 

əməlimizdə, içimizdə, davranışımızda. Xarakter ziddiyyətlidirsə, bə-

sitdirsə, cılızdırsa, o xarakterin yaratdığı hal məni özündən qovacaq. 

O hal mənə örnək olmayacaq. 

Bir  də  var  xəstəliyin  yaratdığı  hal.  Baxın,  insan  nə  qədər  dərin 

mənalar daşıyır. Xəstə insan əgər müdrik insandırsa, onda xəstəliyin 

yaratdığı hal kədərli, duyğusal olur. Əgər müdrik deyil, bəsit, cılız-

dırsa,  xəstəliyin  onda  yaratdığı  hal  nə  olur,  –  zarıma,  başqalarının 

zəhləsini  tökmə.  İnsanı  hal  bəlli  edir,  bu  halı  nə  yaradır?  Bu  halı 

inam yaradır. 

Mənim  gözümün  qabağında  binanın  uçması  fəlakətdir.  Ağlımın 

arxasında bir həqiqət var ki, bu bina uçur, ancaq dünya uçmur, dünya 

yerindədir.  Asif  Ata  ondan  yanaşır.  Dünyanın  mənası  Əzəlidir, 

Əbədidir,  Sonsuzdur,  Kamildir  deyir.  Nə  qədər  böyük  nikbinlikdir. 

Din  deyir  ki,  dünya  fanidir.  Dünyanı  haqqsız  dünyaya  və  haqq 

dünyaya  bölür.  Haqq  dünyası  Allahın  yaşadığıdır,  haqqsız  dünya 

bizim yaşadığımızdır. Dünya haqqsız dünyadırsa, ölüdürsə, insandan 

heç  nə  gözləmə.  Burda  axtarmaq  gərəkdir  Səbəbi.  Din  sənin  belini 

qırıb,  qoymur  ədalət  yaransın.  Qoymur  vicdan  yaransın,  qoymur 

həqiqət  yaşasın.  Günahkar  dünyada  yaşayırsan  deyir.  Burda  axtar 

səbəbini,  içində  burdan  çıx,  mübarizəyə  gir.  İnsanın  ağlında  min  il 

mübarizə  apar,  insanın  ağlından  bunu  sil.  Bu  tipləri  siləndən  sonra 

görəcəksən  ki,  dünya  gözəl  imiş.  Ədalət  var  imiş,  gözəl  imiş.  Asif 

Ataya üz tutmaq Dünyanın mənasına üz tutmaq deməkdir. Nikbinlik 

var  burda.  Dünya  məhv  olan  deyil,  çünkü  dünya  hardasa  sıfırdan 

yaranmayıb.  “Ol”nan  yaranmayıb  dünya,  dünya  həmişə  olub. 

Yaşamla  bağlı  deyir:  Yaşamda  nə  qədər  adiliklər  olursa  olsun,  nə 

qədər  keçiciliklər  olursa  olsun,  yaşamın  anlamında  gözəlliklər  var. 

İnsan  bundan  xalidir,  onu  tapmayıb.  Yaşam  mənaca  Əzəlidir,  Əbə-



 

94 


didir, Kamildir, Sonsuzdur. İnsan mənaca Əzəlidir, Əbədidir, Kamil-

dir, Sonsuzdur. Onun adı İnsanlıqdır. O İnsanlığa – Əzəliliyə, Əbədi-

liyə,  Kamilliyə,  Sonsuzluğa  yetməmisən.  Ona  görə  ədalət  yoxdur. 

Ona görə dünya əyridir. Yet. Yetsən görəcəksən ki, dünya əyri deyil, 

sənin için əyridir, baxışın əyridir, gözün əyridir. Dünya ilahi sirdir. O 

sirrə  vaqif  olanda,  o  sirrə  üzünü  tutanda,  göylərə  ucalırsan,  onda 

Məcnun olursan. Sənin ayağın yerdə gəzir, sənin varlığın o mənada, 

o sirdədir. O əsrarla bir olursan, O əsrar mücərrəd deyil. O hal insan-

da  əsrarəngiz  hal  yaradır,  insanı  məftun  edir.  İnsanı  vurğunlayır, 

burda mücərrəd bir şey yoxdur. Necə fantaziyadır ki, dəli edir ada-

mın içini. Fantaziya adamın ağlını söndürər. İdrakı qanadlandırmaz. 

Duyğuları göyləşdirməz. Asif Atanın çağırışına üz tutmaq gərəkdir. 

Asif Atanın dediyi hələ öyrənilməyib. Heç onun Ocağı Asif Atanın 

özünü  düz  əməlli  öyrənməyib.  Ya  cəhd  eləməyib  öyrənməyib,  ya 

gücü çatmayıb öyrənməyib. Asif Atanın dediyi, əl-çatmaz, ünyetməz 

bir şey deyil ki, yaşadan bir şeydir. Onunla yaşadıqca görəcəksən ki, 

ünyetməz  bir  şey  deyil.  Hardasa  bağlı  qapı  arxasında  olan  bir  sirr 

deyil. Yetmədiyin sirdir içində. 

 

Ayaz  Şıxalıoğlu:  Soylu, Asif  Atanı  oxumaqla  başa gəlmir,  Asif 

Atanı yaşamaq gərəkdir. 

 

Soylu Atalı: Asif Atanı – 1. Eşitmək. 

2. Asif Atanın dediyinə inanmaq. 

3. Asif Atanın dediyini yaşamaq. 

4. Asif Atanın dediyin bilmək. 

Bunlar  hamısı  birlik  əmələ  gətirir.  Bunların  biri  olmayanda  ol-

mur. Asif Atanın dediyini bilməlisən, bu, dünyanın mənasına, yaşa-

mın mənasına, insanın mənasına bağlı bir bilikdir. O biliyə yetməsən

onda  inanmayacaqsan.  Mən  danışacam,  görəcəksən  ki,  qarşında  bir 

Soylu çırpınır, sənin halına təsir edəcək, ancaq burdan ayrılıb gedən-

dən  sonra  fikirləşəcəksən  ki,  niyə  o  özünü  çırpırdı.  Asif  Atanın 

dediyini bilirsənsə, vəcdə gəlirsən, onda deyirsən ki, Soylunun içini 

dağıdan nə imiş. Bildikcə inamın möhkəmlənir. İnamın möhkəmlən-

dikcə yaşamaq istəyirsən. Yaşadıqca dərk edirsən. Bütün bunlar bir-

lik yaradır. Bu da bizim axtaracağımız əlçatmaz bir şey deyil ki, Asif 

Ata bizim ömrümüzdən dışarı heç bir şey demir. Adama elə gəlir ki, 

əlçatmaz bir fəlsəfədir. Əlçatmaz bir fəlsəfə deyil. Əlçatandır. 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə