Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə39/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   ...   35   36   37   38   39   40   41   42   ...   150

 

117 


yi,  ruhun  bildiyi?!  Yaddaşın  bildiyi  adamın  eşitdiyi,  öyrəndiyidir, 

oxuduğudur.  Ruhun  bildiyi  insanın  yetdiyidir.  İnsan  o  biliyə  yetir, 

yaşayır. O bilik üçün yaddaş ikincidir. İnsan bütünlüklə yetir, yetməli 

olduğunu  da  yaşayır.  Ona  görə  ruhun  bildiyi  anlamı  var,  bir  də  ki 

yaddaşın bildiyi anlamı var. Bizim üçün ruhani bilik bir şey verir – 

biz  qutsallığı  yaşada  bilirik.  İnsan  bilməyəndə  qutsallığı  xurafatlaş-

dırır, yaşatmır. Bu baxımdan bəzən insan bilməyərəkdən, istəməyə-

rəkdən qaranlıq yayır. Qutsallıq insanın ömrünə gələ bilməlidir. İnsa-

nın ömründə özünə yer eləyə bilməlidir. Əgər yer edə bilmirsə, müt-

ləq o, ağılda xurafata çevriləcək. Bu qaçılmazdır. Baxın, dünyabaxış-

ların daşıyıcıları sayılanlar, ona sayğı duyanlar qutsallığı xurafatlaş-

dırırlar.  Məsələn,  müsəlman  qutsallığı  yaşaya  bilmir.  Çünkü  bilmir 

qutsal  olan  nədir.  İnsan  elə  düşünür  bilir.  Ancaq  bilmir.  Niyə  elə 

düşünür  bilir?  Çünkü  bu  söz  onun  qulağına  yatıb,  eşidib.  Anadan 

doğulan  gündən  bu  çağadək  o  sözü  eşidir,  bilir  nəsə  yaxşı  şeydir. 

Ancaq  onun  yönü  nədir,  tələbi  nədir,  onu  bilmir.  Baxın,  məsələn, 

müsəlman elə bilir allaha yalvaranda o qutsal iş tutur. Elə düşünür, 

bununla o allahın yanında, onun dünyasında olacaq. Bizim insanları-

mızın bu cür ruhani biliksizliyiylə bağlı bir bəladır, dünya qutsallıq-

dan  ayrılır.  Demək  olar  bu  gözəl,  işıqlı  dünyada  mənəvi  qaranlıq 

hökm  sürür.  Ötənlərdə  mən  dedim,  insana  elə  bir  inamsızlıq  hökm 

sürür,  dünyanın  özünə  qarşı  elə  bir  inamsızlıq  hökm  sürür,  bu  cür 

gözəl, işıqlı, gələcəkli dünyaya haqsız (nahaqq) dünya deyirlər. Bu, 

ruhani biliksizlikdən irəli gəlir. Guya biz haqsız dünyada yaşayırıq. 

Haqq olan dünyaya öləndən sonra gedirsən. Çox böyük ziddiyyətdir, 

çox böyük vicdansızlıqdır belə münasibət yaratmaq. Dünyanı haqsız 

elan eləmək vicdansızlıqdır. Ona görədir dünya qaranlığa qərq olur. 

Mənəvi işığını itirir. Onu necə düşünərsən, necə görərsən, necə ifadə 

edərsən, necə yaşadarsan, dünya odur.  

Ruhani  biliksizlik  Ocaqda  aradan  qalxır.  Tələbində  qalxır.  İndi 

Ocaqçı  ona  tam  yetir,  yetmir,  o  ayrı  məsələdir.  Ruhani  biliksizlik 

aradan qalxır. İnsan bilir dünya nədir, həyat nədir. 

İnsan bilir yaşamaq nə deyən şeydir. Ocaqdan qıraqda yaşamağın 

nə demək olduğunu bilsəydilər, deməzdilər bu dünya nahaqq dünya-

dır. Haqq dünya o yandadır, gedib orda ömrümüzü sürəcəyik deməz-

dilər. Bax, dünyanı haqsız elan eləməkdən doğan yanlışlığa görədir, 

görürsən biri televizorda soruşur, filankəs müəllim, siz bir də dünya-

ya gəlsəydiniz, ömrünüzü necə yaşayardınız? Necə yaşayardı? Necə 

yaşayıb elə də yaşayardı də. Bu bədbəxt özünü tanımayıb belə yaşa-



 

118 


yıb  da.  Yenidən,  bir  də  dünyaya  gələndən  sonra  bu  adam  yaşamı 

tanıyacaq?  Yaşamı  yenidən  gəlməklə  tanımaq  olmur.  Yaşamı  yaşa-

mın  özündə  içəridən  qurulmaqla  tanımaq  olur.  İndiyə  kimi  boşuna 

yaşayıb,  güya  indi  ayılıb?  Nədən  ayıldın?  “Diləklərim  çox  imiş. 

Filan diləklərimi də yerinə yetirərdim.” Bunlar boş laflardır. 

Sonra,  mən  bəzən  Ailə  Günlərində,  özümüzünkündə  də,  o  biri 

Ailələrdə  də,  sözümü  iki  yöndə  qururam.  Daha  doğrusu,  öz  Ailə 

Günümüzdə  mən  hesabat  verirəm,  eyni  halda  toxunulan  məsələlərə 

aydınlıq gətirirəm. İndi də mən həmin durumdan yararlanmaq istəyi-

rəm.  “İnsan  nisbi  deyildi”  məsələsi  –  qardaşımız  Günevin  dediyi. 

Hürufilərin,  sufilərin  adını  çəkir.  İnsana  qiymət  nisbi  verildi,  insan 

nisbi  çağırıldı,  nisbi  dərk  olundu  deyir.  Buna  belə  aydınlıq  gətirər-

dim, əslində hürufilər insana çox yüksək qiymət verirdilər.  

 

 



 

Sufilər də çox yüksək qiymət verirdilər. İnsanı qaldırırdılar. Yəni 

Asif  Atadan  öncə  də  insana  yüksək  qiymət  verilib.  Məsələ  insana 

doğru,  yaxud  yanlış  qiymət  vermədə  deyil.  İnsana  doğru  və  böyük 

qiymət  verilib.  Yanlış  –  insanı  devirən  obyektiv  nədənin  (səbəbin) 

düzgün qiymətləndirilməməsindədir. Aradan qaldırılmalıdır obyektiv 

nədən.  O,  dini  dünyabaxışdır.  İnsana  böyük  qiymət  verirlər.  Ancaq 

insanı devirən dini dünyabaxışa əsaslı dirəniş göstərə bilmirlər. Onu 

ortadan qaldıra bilmədilər. Yeni dünyabaxış gətirə bilmədilər, insan 

yeni  dünyabaxışı  qəbul  eləsin,  özünə  verilən  qiymətin  əsasında 

ömrünü sürsün. Ona görə də insan sevildi, ona yüksək qiymət verildi



 

119 


ancaq o yüksək qiymət verənlərdən qıraqda insanın şüuruna yeriyən, 

yaşamında oturan dünyabaxış olduğu kimi qaldı. Bax, sorun ondadır. 

Bu  gün  də  Asif  Ata insana  yüksək  qiymət  verir.  Biz  deyə  bilmərik 

Asif Ata insana mütləq qiymət verir, nisbi qiymət vermir deyə sabah 

hər  şey  əla  olacaq.  Əgər  insan  Asif  Atanın  dediyini  eşidərsə,  onu 

əyən, devirən dünyabaxışdan daşınarsa, ideoloji basqılardan daşınar-

sa, o düzələcək. Yaşama gözəllik gətirəcək. Yox, o daşınmazsa, da-

şınmayacaqsa, bu gedişi uzaq yüzillərə daşıyacaqsa, yenə insan qara 

günə qalacaq. Yenə insan qaranlıq içində olacaq. Bax, bütün məsələ 

ondadır. İnsana münasibət, sevgi, doğmalıq bağışlanır, verilir. İnsan 

“Olmağa” çağırılır. Ancaq insanın daşıdığı baxış, onu içəridən Olma-

ğa  qoymur.  O  yad  baxış  dışlanmır,  dışlanıla  bilmir.  Bax,  məsələ 

ondadır. Ötən dəfə mən Ailə Günümüzdə dedim, Ocaq olaraq bizim 

işimiz nədir? Biz peyğəmbər veririk, peyğəmbər yaradırıq. Peyğəm-

bər yaratmaqla filan şeyləri dəyişirik. Bizim işimiz odur  – peyğəm-

bər  yaratmaq.  Deməli,  biz  dünyabaxışı  dəyişirik.  Ona  görə  bizim 

əsas döyüşümüz, hədəfimiz dindir. Çünkü din ruha hökm edir, insan-

dakı ruhu basqı altına alır. Sosial həyatı deyil, ideoloji həyatı deyil, 

birbaşa insanın ruhu işğal olunur. İnsanın ruhu işğal olunandan sonra 

bütün yaşamın nizamı pozulur, – sosial yaşam da pozulur, münasibət 

də pozulur, hər şey pozulur. Bax, ona görə biz insanın ruhuna hakim 

ola  biləcək  məsələdən  yapışmışıq.  Biz  onu  gətiririk.  Peyğəmbərliyi 

ona  görə  yaradırıq.  Ona  görə  nə  deyirlər  desinlər,  siz  peyğəmbər 

sözünü nə üçün qəbul edirsiniz, o soraq gətirən, elçi deməkdir və b. 

Özü bilər, kim nə deyir desin, biz belə deyirik. Biz peyğəmbərliyin 

hərfi  anlamından  yapışmamışıq,  peyğəmbərliyin  fəlsəfi  anlamını 

qəbul edirik. Yəni peyğəmbər gəlir, yeni dünyabaxış yaradır.  

Asif Atanın peyğəmbərliyi Yeni İnam, yeni Dünyabaxış yaratmaq 

anlamındadır. Allahın Cəbrayılından mesaj almaq deyil işi. 

Bir də vətənə münasibət məsələsi var. Bir yaxın yoldaşla söhbət 

eləyərkən bunu düşünmüşəm. Mən görürəm, insanlarla söhbət eləyi-

rik, insanların məsələlərə yanaşması, heç anlamda doğru deyil. 

Məsələn, konkret mənim anamın həkimiylə bir söhbət oldu. Deyir 

mən  bir  xeyir  işdə  bu  fikri  dedim:  İnsan  hər  şeyini  dəyişə  bilər, 

dünyagörüşünü  də  dəyişə  bilər,  vətənini  də  dəyişə  bilər,  dinini  də 

dəyişə bilər, tək bircə atasını-anasını dəyişə bilməz. 

Mən görürəm yanaşma doğru deyil. İnsan vətənini dəyişə bilər nə 

deməkdir?!  Asif  Atanın  fəlsəfəsi  isə  deyir,  insan  vətəni  dəyişə  bil-

məz.  İnsan Azərbaycandan gedib İngiltərədə yaşayırsa, bu o demək 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə