Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə37/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   ...   33   34   35   36   37   38   39   40   ...   150

 

111 


Bir də İlham qardaşımızın dilədiyi, insanlarımızın Ocaqda bir ara-

ya gəlməsini, sonra deyir, başqa yerdə də bir araya gəlsinlər. Başqa 

yer  yoxdur,  olmayacaq.  Başqa  yer  olsaydı,  onda  sorunlar  olmazdı. 

Fikir yoxdur, fikir yoxdursa, ideya yoxdur. Ürəklər yüksüzdür. Ona 

görə  mütləq  Ocaq  gərəkdir.  Bütün  dünyaya  Ocaq  gərəkdir,  təkcə 

Azərbaycana yox. Ocaqdan qıraqda insanın yiyəsi yoxdur, ideyanın 

yiyəsi yoxdur, bu məsələ də ciddi düşünüləsi vacib məsələdir. 

Həqiqət  üstə  yaşamaq  məsələsi  var.  Bəzən  adamlar  sual  verirlər 

ki,  necə  edək  ki,  həqiqət  üstə  yaşayaq.  Həqiqət  nədir?  Həqiqət 

kiminsə  kitabında,  dəftərində  yazılan  bir  şey  deyil.  Həqiqət  bizim 

ömrümüzdə olan mənadır. Biz addım atanda onu düşünmürük, necə 

gəldi  addım  atırıq.  Məişət zəminində  düşünürük. Mənəviyyat  zəmi-

nində  düşünmədən  addımlar  atılır.  Ona  görə  də  nəyin  yaxşı,  nəyin 

doğru  olduğunun  fərqinə  varılmır.  Hər  bir  insanda  yaxşının  mayası 

var. Bizim şüurumuzun altında o var, biz düşünəndə bilirik atdığımız 

addım səhvdirmi, doğrudurmu. Ancaq hər addımda düşünmək olmur. 

Onun pis olduğunu bilsək, addım atmarıq. Əgər onun pis olduğunu 

bilərək o yöndə addım atmırsansa, bir dəfə, iki dəfə, beş dəfə, ömrün, 

əməlin pis üstə deyil, yaxşı üstə formalaşır. Formalaşandan sonra nə 

düşünəcəksənsə  həqiqət  olacaq.  Həqiqət  ondan  sonra  başlayır. 

Həqiqət elə bir şey deyil ki, onu mən götürüm əzbərləyim. Həqiqət 

bizim  içimizdədir.  Sadəcə  kitab  bizə  yön  verir.  Asif  Ata  çağırır  ki, 

“insanlaşın,  insanlaşdırın,  bəşərin  nicatı  ondadır”.  İnsanlaşma  ilə 

bağlı insana deyir ki, içində Mütləq olanı gəzdirirsən. Onun adı in-

sanlıqdır. Bir az düşünəndə görəcəksən ki, səhvmi edirsən, doğrumu. 

Bunun  üçün  də  qolumuzdan  tutan,  yön  verən  Asif  Atanın  böyük 

kitablarıdır. O bizə öyrədir, düşündürür. Yoldan sapma deyir, o bizə 

doğrunu öyrədir və biz onu öyrənib əməl edirik. Buna görə də Atanın 

çağırışı insanın özünün ərdəmliyində səslənir. Atanın çağırışı kitab-

dan  deyil,  insanın  içindəndir.  Bizə  sual  verirlər  ki,  siz  Asif  Ataya 

peyğəmbər  deyirsiniz,  peyğəmbər  elçi  deməkdir,  soraq  verəndir. 

Baxın, Asif Ata fərdin içindəki ərdəmlikdən, insanlıqdan soraq verir, 

göydəki qorxulu Allahdan yox. Asif Ata insanın insanlığından, bəşə-

rin  bəşəriliyindən  soraq  verir,  millətin  millətliliyindən  soraq  verir. 

Həqiqətin  həqiqətliliyindən  soraq  verir.  Asif  Ata  içdən  soraq  verir. 

Asif Ata Cəbrayıla ehtiyac duymur. Onunla müqavilə-zad bağlamır. 

Bu  çox  böyük  bir  ləyaqətdir  və  çox  böyük  bir  nikbinlikdir.  Dünya 

sənin içindədir. Allah sənin içindədir, ömründədir, mənandadır. Oca-




 

112 


ğımız bu həqiqətləri bilir, öyrənir, öyrədir. Kim öyrənirsə qüdrətlidir

öyrənmirsə, öyrədə bilməyəcək. 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

Atamız var olsun! 

Atamıza səcdə qıldıqca ucalıram. 

 

Qutsal  Oxuma  hissəsində  Göylü  Atalı  “Təməl”  kitabından 



oxuyur. 

 

Soylu  Atalı: Yaxşı  olar  ki,  oxuduğunuz  hissəni  növbəti  tədbirdə 

şərh edəsiniz.  

Buraya  gəlirik  bərkiyirik.  Hər  birimiz  Asif  Atanı  düşünərək 

bərkiməliyik.  Həm  də  bir-birimizə  bağlandığımız  üçün  bərkiyirik. 

Həm içəridən bərkiyirik, həm də birlikdə bərkiyirik. Bu, Asif Atanın 

xalqın içində başladığı uğurdur. Davam edir. 



 

Ağşın  Ağkəmərli: İnsanları  bir  neçə  qrupa  ayıranda  durğunluq-

dan,  hərəkətdən,  savadından,  düşüncəsindən  asılı  olmayaraq,  hərə-

kətdə olan yerini tapacaqdır. O yenilik istəyir. Yenilik üçün köhnə ilə 

vidalaşmalıdır.  Yenisini  öyrənməlidir  vidalaşmaq  üçün.  Əgər  o 

içindən  dəyişilməyə  yetməsə,  uğur  qazana  da  bilməz.  Xoşbəxtlik 

bundadır  ki,  bizim  burda  olan  dostlarımızın  tək-təkində  bir  hərəkət 

var. Ocağın da mahiyyətində düşüncə durur. Ocaqdan qıraqda məna-

sız yerə toplanmalar çoxdur, ancaq o çoxluqda Asif Ata yoxdur… 

 

Beləcə Atanın kitabı oxundu, bir sıra deyimlərə aydınlıq gətirildi. 

“Ailə  Günü”  törəni  “Ata  Ruhunu  Ürəyimizdə  aparırıq!”, 

“Atamız Var olsun!” səcdəsilə sona yetdi. 

 

İşıq Ayı, 37-ci il. Atakənd. 



(may, 2015. Bakı.) 


 

113 


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

Günevin Yükümlüsü olduğu “Atagün” Ailəsinin 

37-ci ildə III Aylıq törəninin 

Gediş Yazısı 

 

Yer: Atagün Eli (Örənqala); Gün: 26 İşıq Ayı; 



Başlanır: saat 16:00 

 

Oda  törənin  Ruhuna  uyğun  hazırlanır.  Gül-çiçək,  texniki 



araçlar (vasitələr) hazırlanır. İşə sorumlu Elana Atalı. 

  “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə tədbir başlanır. 



 

Törənin Hesabat qonuları: 

1) Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı. 

2) Ocaqdan qıraqda insanın dəyəri yoxdur. Batıda “insan haqları” 

çağırışları yalançıdır, insana çatmır. 

3)  Azərbaycanda  son  ictimai,  siyasi,  mənəvi  durumun  ruhani 

dəyərləndirilməsi. 

 

Törənə qatılanlar da düşüncələrini bölüşə bilərlər. 



 

Qutsal  oxuma: “Təməl”  Kitabından  oxunur  və  Ata  fikirlərinə 

Evlad açıqlaması verilir. 

 

  “Ata  Ruhunu  Ürəyimizdə  aparırıq!”,  “Atamız  Var  olsun!” 



səcdəsi ilə Ailə Günü sona çatır. 

 

Günün carı: 

Ocağımızın yüksək çağırışı – Dünyaya İnsan gərək! 

İnsansız Dünyaya – İnamsız insana Mütləqə İnam İşığı gərək! 

 

Gediş Yazısını yazdı: Soylu Atalı 

 

18 İşıq Ayı, 37-il. Saray-Soylu. 

(may, 2015.) 

 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə