Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə29/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   ...   25   26   27   28   29   30   31   32   ...   150

 

86 


Özüm-özümə  tam  hesabat  verməmişəm.  Gərək  birinci  özün  özünlə 

danışasan.  Bir  şeyi  dəqiq  bilirəm  ki,  hər  gün  Ocaqlaşmaq,  hər  gün 

öyrənmək  gərəkdir.  Duyuram  ki,  halı  qorumaq,  yenilənmək  üçün 

başlamaq  gərəkdir.  Yetdiyimi  az  saymaq,  daha  artığına  yetmək  gə-

rək. İçimdəki heyrəti oyatmalıyam. 

 

Türkel Atalı (Ataya səcdə edib, Bayrağı öpür): Mənim nəinki bu 

ay,  ümumiyyətlə,  elə  aylarım  olur  ki,  sanki  beynimdə  hər  şey 

çalxalanır.  Fikirlərim  tamam  qarışır  yaşamla,  gedişatla  bağlı.  O 

məqamda  halımı  ifadə  eləyib  yazmaq  istəyirəm,  görürəm  ki,  ifadə 

eləmək  istədiyim  məni  qane  eləmir.  Onlardan  bir  məqamı  demək 

istəyirəm.  Mən  yaşam  boyu  kimsədən  kömək  almamışam.  İstər 

yüksək oxulda, istər hərbidə. Hansısa sorunla üzləşəndə mənə ən çox 

anam  deyib  ki,  səbrli  ol,  kimimiz  var  axı.  Belə  şeylər  mənim 

psixologiyama  pis  oturub  və  mən  səbr  eləyərək,  haqsızlığa  öyrən-

cəkli  olmuşam.  Mənim  istər  işə  düzəlməyimdə,  istər  başqa  işlərdə 

heç  bir  istəyim  qaydasında  getməyib.  Bu  da  mənim  özümə  inam-

sızlığımdan irəli gəlib. 

Oxuduqlarımla  bağlı  məqamlarda  gəldiyim  qənaətləri  bölüşmək 

istəyirəm. Ay içində Ocaq Yükümlüsünün “İnamlaşmaya – milli var 

olmaya çağırış”, Ulusəs və Günev Atalıların kitablarından bəlli his-

sələr  oxumuşam.  Onu  da  indiki  yaşamla  bağlı,  durumla  bağlı, 

yörədən fərqli, daha doğrusu, ümidli, həqiqətə daha yaxın düşünmək 

məqsədilə  oxumuşam.  Buna  bəlli  dərəcədə  yetmişəm.  Kiminlə söh-

bət  eləyirsən  başlayır  gileylənməyə.  Özünü  rahatsız  edən  qayğıları 

dilə  gətirməyə.  Bu  gileylilik  saysız-hesabsız,  bir-birindən  heç  bir 

fərqi olmayan səbəblərlə doludur. Fizik alim İsaak Nyuton hərəkətin 

səbəbini araşdırır. Məsələn, sürətin səbəbi hərəkət, hərəkətin səbəbi 

enerji,  onun  səbəbi  filan  şey  deyir.  Belə  qərara  gəlir  ki,  hardansa 

başlamalıdır. Bəlli başlanğıc nöqtə olmalıdır. Mən də hesab eləyirəm 

bütün  gileyliliklərin  yalnız  bir  səbəbi  var:  Amalsızlıq,  inamsızlıq, 

ruhsuzluq.  Adamlar  sanki  kordur,  yalnız  ağıllarına  gələn  fantaziya-

larla  danışırlar.  Dediklərinin  hamısı  çeynənilmiş  sözlərdir.  Yalnız 

Amalda yeni fikir, yeni hal görürəm. Oxuduqlarım içimə işıq salır və 

mən daha aydın düşünə bilirəm. Gərgin, bədbin, hiddətli, yalan dü-

şüncələrin  əsarətindən  özgür  oluram.  Günev  Atalının  kitabına  ön 

sözdə  Ocaq  Yükümlüsü  qeyd  eləyir  ki,  “çətinliklər  onu  daha  da 

müdrikləşdirdi.  Çünkü  insan,  millət  sevgisi  onun  həyatının  ana 

xəttidir”.  Mən  Amalın  çətinliyini  o  qədər  görməsəm  də,  həyat 



 

87 


yönündə olan çətinliklər məni əyə bilir. Ancaq Ocaq Yükümlüsü gör-

düyü  əməlləri  uca,  fərəhli,  inamla  ifadə  eləməsi  məni  etkiləndirir. 

Gördüyüm  işlərin  o  qədər  fərqinə  varmasam  da,  o  danışanda  sanki 

mən də qanadlanıram və içimdə onun kimi böyük hünər sahibi olmaq 

təpəri yaranır. 

 

Göylü  Atalı: Türkelin  etirafları  örnəkvericidir.  Ancaq  hesab 

edirəm böyük düşünmək gərəkdir. Bir çox gənclərlə söhbət eləyəndə 

mən  görürəm  ki,  bu  arxasızlıq  onların  da  yaralı  yeridir.  Bunu  bizə 

aşılayan  demokratiya  ideolojisidir.  Biz  onun  bəlkə  də  fərqində 

deyilik. Ancaq aşılanan əslində odur ki, mən niyə ağa olmayım. Belə 

düşünə-düşünə  əslində  ağalığı  yaşadırıq.  Ağalıq  qorunur  yenə  də. 

Atanın  demokratiyayla  bağlı  bir fikri  var:  zorbanı  döy,  zor  yaşasın. 

Hədəfin, məqsədin fərqinə varmalıyıq. Lap tutalım mənim də arxam 

var, kiməsə cavab verdim. Cavab vermək axı məsələnin həlli deyil və 

məni  mən  eləmir.  Sıradan  istəklərdən  ötrü  arxaya  arxalanmaq 

yaraşmaz. 

 

Türkel  Atalı: Sənin  sözünlə  razıyam.  Mən  düşünəndə  onu  gözə 

alıram. Ancaq o cür haqsızlıqlarla heç cür barışmıram. 



 

Göylü  Atalı: Mövlanə  deyir,  ədəb  bütün  ədəbsizliklərə  səbr 

etməkdir. 



 

Soylu  Atalı: Bizim  öyrətmənimiz  Mövlanə  deyil.  Ona  çox  üz 

tutursan. Bizim öyrətmənimiz Asif Atadır. Mövlanənin dediyi məsə-

lələri  mən  yaxşı  bilirəm.  Onun  dediyi  çox  məsələlər  Asif  Atanın 

dediyi  ilkinlik  və  Əzəliliyə  çatmır.  Biz  bəşəriyyətin  ayrı-ayrı 

dühalarının  yaxşı  cəhətlərini  görürük,  sevirik.  Ancaq  ölçümüz  Asif 

Atadır. 


 

Elçin Həsənov: İndi ədalətli cəmiyyət axtarmaq hamının içindən 

gələn  hisslərdir.  Asif  Ata Ocağının  insanları  ədalətli  dünya  qurmaq 

istəyən insanlardır. Bu gün bura üz tutmağımız da onu təsdiq eləyir.  

Bəzən xalqı qınayırıq. Məncə, özümüz də bir addım atmalıyıq. Bu 

cür kəskin pisliklərin qarşısını almaq gərəkdir. İnsan yaşlaşdıqca geri 

çəkilmələr  olur.  Məncə  olmamalıdır.  Çünkü  biz  geri  çəkildikcə, 

problemlər bizim başımızdan adlayıb çox irəli gedir. Bunun qarşısını 



 

88 


almaq  üçün  insanlara  stimul  verən  Ocaq  yaşamalıdır.  Ancaq  pis 

cəhət odur ki, belə yerlərdə insanlar barmaq saydadır. 



 

Yasin  Türksoy: Çoxdandır  görüşmürük.  Bu  çağ  içində  işlər 

gördüm.  Basın  yayını  ilə,  yurd  dışıyla  bağlantılarım  oldu.  Kitab 

evlərinə ədəbiyyat vermək üçün hazırlıqlar apardım. Soylu Atalı ilə 

vaxtı təyin edib, getmək qalıb. Sırada Türkiyə böyük elçiliyi də var. 

Basın  yayını  ilə  işləmək  üçün  Üstün  xanıma  onların  elektron 

ünvanlarını  sundum.  Türkiyədə  yayımlanan  TRT  səsi  radiosuna, 

TRT Avaz kanalına Asif Ata Ocağı haqda reportaj hazırlaması üçün 

elektron  məktublar  göndərirəm,  zəng  edirəm.  TRT  Türkiyənin  səsi 

və  Azərbaycanda  İctimai  radionun  birgə  yayımladığı “Qorqud  Ata” 

verylişinə  Ocaqla  bağlı  reportaj  hazırlamaları  üçün  istəyimi  bildir-

mişəm. Zəng edib deyirəm ki, Azərbaycanda belə bir fəlsəfə, Ruhani 

mərkəz  var.  Onunla  bağlı  bilgi  hazırlamaq  gərəkdir.  Elə  fikirləş-

mişdim ki, Ocaqçılar da bu işə girişsin. Tamaşaçı istəyini gözə alıb 

bəlkə  maraqlanarlar.  Nurtəkinə  bildirdim.  O,  bir  az  soyuqluq  elədi. 

Məni  yaxşı  etkiləndirmədi.  Deyir  İctimai  televiziya  bizə  yaxın 

gəlmir. Basın yayınının durumunu mən də bilirəm. Biz onları məcbur 

eləməliyik, inad eləməliyik. 

Sabirabadda  doğulan  Sabir  adlı  Axıska  türkünə  Çiçək  Ayında 

Ocaqla bağlı materiallar vermişəm. İçində vətən, millət sevgisi olan 

bir iş yoldaşıma TAQ-da milli ideoloji söhbətlərin aparılması haqda 

bilgi  vermişəm,  fikir  bölüşmələrimiz  olub.  Uluslarasası  bağlantısı 

olan  bir  gənclər  təşkilatçısını  TAQ-ın  toplantılarına  çağırdım. 

Ümumilikdə  öncəki  dinamik  halımı  yenidən  bərpa  etməli,  içimdə 

təpər tapıb milli ideologiya uğrunda səfərbər olmalıyam. 

 

Ayaz bəy: Elçin bəy geri çəkilməməklə bağlı dedi. Geri çəkilmək 

əslində  təkcə  dirəşmək  mənasında  deyil,  düşüncədə  geri  çəkilmək 

özünə xəyanətdir. Bu mənada o vaxt yazdığım belə bir şeirim var. 

 

Qaranlıq və işıq 



İşıq qaranlığı parçalayır, dağıdır, 

Qaranlıq da işığa yağıdır. 

Qaranlıq dayanır işığın sərhədində, 

İşıq çəkiləndə geri qaranlıq keçir sərhədi. 

Və işığın öldüyü yerdə bayram edir qaranlıq. 

 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə