Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə25/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   ...   21   22   23   24   25   26   27   28   ...   150

 

73 


dığına  görədir  ki,  bu  gün  haqqını  ala  bilir.  Özü  qondardığı  haqqı 

deyirəm. Bu da özünə inamdan irəli gəlir. Söhbət ondan gedir ki, 200 

ildir  zəmin  hazırlayıblar  buna,  bu  gün  də  uğur  qazanır.  Bu  gün  bu 

qonşu  mənə  iynəni  batırmaqla  mən  öz  ayağımı  yığışdırıram.  Duru-

ram  Çanaqqala  savaşını  misal  gətirirəm,  toplu  məzarları  üzə  çıxa-

rıram, onun təpkisinin sonucudur ki, bu hisslər yaranır, yoxsa mənim 

şüurumun əsasında deyil. Onun təpkisinin sonucudur. 

Keçənlərdə  sosial  şəbəkədə  gördüm,  bir erməni  qız yazmışdı  ki, 

“Biz haçanacan Qarabağın qarovulunu çəkəcəyik. Bu bizim başımıza 

bəla  olub”.  Dostlarımız  da  bunu  paylaşmışdılar.  Dostlardan  biri  ilə 

söhbətdə dedim ki, bir qız öz fikrini deyibdir, sən nə qədər sevincə, 

təşvişə  düşmüsən.  Bu  o  millətin  düşüncəsi  deyil  axı.  Bu  fikir  səni 

niyə bu qədər vəcdə gətiribdir. 

Dediyim  kimi,  qonşu  millətlərdə  olan  millətləşmə  və  bizə  olan 

təpkiləri,  bizə  qarşı  düşmənçilikləri  olmasa,  bəlkə  bizim  hələ  də 

oyanmağımıza  çox  qalıb.  Ancaq  Asif  Atanın  fəlsəfəsində  bu  məsə-

ləyə  son  qoyulur.  İşıqçılıqdan  tutmuş,  Dədə  Qorqudçuluqda,  sazda, 

muğamda  təkmilləşir,  Füzulidə  canlanır,  Hürufulikdə  yaranır.  Məni 

Ocağa bağlayan məqam budur. 

 

Ayaz Şıxalıoğlu: Asif Ata erməniyə qarşı deyil, erməniliyə qarşı-

dır. 


 

Ağşın  Ağkəmərli: Biz  bir  kəsə  qarşı  deyilik.  Mənim  qarşı  oldu-

ğum öz cəhalətimdir. 

 

Soylu  Atalı: Mən  istəyərdim  söhbətimizin  bu  yerində  iki  məsə-

ləyə  aydınlıq  gətirim.  Bu  da  Asif  Atanın  dünyabaxışının  sunduğu 

ideya  baxımından  çox  önəmlidir.  Məsələn,  qardaşımız  (Ağşın  bəy) 

deyir ki, Nəsimilik, Hürufilik bizim milli şüurumuzun bir araya gəl-

məsində  azlıq  edir.  Daha  doğrusu,  bir  araya  gətirməkdə  olanaqları 

azdır.  Asif  Ata  bunların  hamısını  özündə  birləşdirir.  Asif  Atada 

olanaqlar daha genişdir. 

Kimsə  deyə  bilər  ki,  Asif  Atanın  fikri,  düşüncəsi  bizi  necə  bir 

araya  gətirir  ki,  bu  gün  çoxluq  onun  dediyini  almır.  Yəni  belə  bir 

iddia ilə kimsə çıxış edə bilər. Burada “bir araya gətirib” məsələsinə 

aydınlıq  gətirmək  istəyirəm.  Bir  var  toplumun  indiki  çağda,  indiki 

durumundan  irəli  gələn  münasibət.  Bir  var  olmalı.  Olmalı  düşüncə, 

olmalı  fikir,  olmalı  təfəkkür.  Olmalı  aspektində  düşünükdə  dəyər-



 

74 


ləndirib,  qiymətləndirə  bilərik  ki,  o  olmalı  xəttində,  müstəvisində 

bizi Nəsimilər, Füzulilər hara qədər bir araya gətirib, Ata hara qədər 

gətirir. Biz Atanın ideyalarının içərisinə girəndən sonra bəlli olur ki, 

bu bizim olmalı düşüncəmizi bir araya gətirir. Yoxsa o demək deyil 

ki, toplum əlinə bayraq alıb, gəlib kəsdirməlidir qapını. Qardaşımızın 

dediyi  məsələ  kimdəsə  çaşqınlıq  yarada  bilər  deyə,  mən  bunu  izah 

edirəm. 

 

 



 

İkinci  bir  məsələ,  qardaşımız  deyir,  erməni  və  ya  fars  bir  millət 

kimi formalaşıb, biz millət kimi formalaşmamışıq. Bu, hesab edirəm 

ki, bir anlamda doğru olar, onlar bir millət kimi siyasi anlamda for-

malaşıb,  mənəvi-ruhani  anlamda  formalaşmayıb.  Biz  də  mənəvi-

ruhani anlamda formalaşmamışıq, üstəgəl, biz siyasi anlamda da cid-

di  formalaşmamağımızla  onlardan  dala  qalırıq.  Qardaşımızın  dediyi 

fikrə də bu yönü istəyirdim artıram. 

Millətin  formalaşması.  Lap  götürək  Fransanı.  Fransa  mənəvi-

ruhani baxımdan formalaşmayıb. Ancaq siyasi baxımdan formalaşıb. 

Siyasi  baxımdan  da  formalaşma  əsasən  bağlıdır  dövlətçilik  prinsip-

lərinə.  İngilis  də  siyasi  baxımdan  bəs  qədər  formalaşıb.  Yaxud  rus 

siyasi  baxımdan  yetərincə  formalaşıb.  Ancaq  bu  formalaşmağın 

arxasında nə durur? Bu formalaşmağın gələcəkliliyi nəyə dayanır? – 

İnsani-ruhani  formalaşmağa.  Toplumun,  millətin  insani-ruhani  for-

malaşmasına.  Əgər  toplum  insani-ruhani  formalaşmayıbsa,  onda 

onun formalaşması dünyaya zərər gətirir. Məsələn, erməni siyasi cə-



 

75 


hətdən  az  anlamda  formalaşıb.  Ancaq  bunun  siyasi  cəhətdən  for-

malaşması qan-qada gətirir, zədə gətirir. Ona görə gərəkdir ki, hər bir 

toplum, hər bir xalq mənəvi-ruhani-milli formalaşsın. Asif Atanın da 

çağırışı odur ki, bəşəriyyətin formalaşması millətlərin mənəvi-ruhani 

formalaşmasından keçir. Siyasi formalaşmaq onun qurumudur. Siya-

si  formalaşmaq  onun  keşikçisidir.  Siyasi  formalaşmaq  əsas  hədəf 

deyil.  Onun  keçikçisidir,  qoruyanıdır.  Ancaq  əsasən  mənəvi-ruhani 

formalaşma olmalıdır. Onda siyasi formalaşma uğurlu olar. Məsələn, 

millətimiz mənəvi-ruhani millət kimi formalaşırsa, dövlətimiz forma-

laşır,  onu  dünyada  təmsil edir. Mədəniyyətini,  milli kimliyini qoru-

yur və b. 

 

Ağşın  Ağkəmərli: Bəzən  din  bir  kəndir  kimi  inkişafın  qarşısını 

alır.  14-cü  yüzildə  buna  son  qoymağa  çalışdılar.  15-16-cı  yüzildə 

Renesans  dövründə  bu  qabarıq  şəkildə  özünü  göstərdi.  Din  haki-

miyyəti, din kəndirləri bu millətin əl-ayağından ayrıldı. Bunlar başla-

dılar məsələyə bir az yenilik gətirməyə və çağdaşlaşmağa doğru get-

məyə.  Bununla  da  sənaye  baxımından,  düşüncə  baxımından  irəli 

getdilər… 

 

Soylu  Atalı: İlginc  faktdır.  Biz  yenə  də  üzümüzü  topluma  tutub 

deməliyik.  (Biz  özümüz  öz  dediyimizi  bilirik,  toplum  bilmir). 

Deməliyik ki, millətin mənəvi-ruhani formalaşması da dini anlam da-

şımır. Çünkü vurğuladınız ki, orta çağlarda Avropa Renesans dövrü 

keçdi və Renesans dövrünü dinin dövlətdən etkisini ayırmaqla keçdi. 

Din dövlətin üzərində elə bir hakim gücə çevrilmişdi ki, o, hər şeyi 

əsasən mifik və xurafi məsələlərə bağlayırdı. Elmin qarşısını kəsirdi. 

Bununla  da  dirçəliş  (intibah)  dayanmışdı.  Ancaq  burada  ruhaniyyat 

deyəndə  biz  bütünlüklə  elmi  fikri,  düşüncəni,  təfəkkürü  içinə  alan, 

mənəviyyata  dayanan  bir  olayı  qəsd  edirik.  Onu  gözə  alırıq  ki, 

ruhaniyyat insanlaşmanın gedişata, topluma hakim olması deməkdir. 

İnsanlaşma  hakim  olduğu  sürədə,  təbii  ki,  millət  millət  kimi  hər 

yöndə formalaşa bilər. 

 

Səidə xanım: Bura gəlişimə şad oldum. Özüm üçün bəzi şeylər də 

araşdırdım, mənən qidalandım. İçimdə yüngüllük də hiss elədim ki, 

mənim üçün, xalqım üçün çarpışanlar, vuruşanlar var. Biz belə mə-

rasimlərdən uzaq olduğumuz üçündür, məndə həmişə belə fikir vardı 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə