Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə21/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   ...   17   18   19   20   21   22   23   24   ...   150

 

61 


xxx 

Özüylə  döyüşdə  Əzəliliyə  qayıdış  var  və  əbədiliyi  qurmaq, 

yaratmaq var. Milli-insani dəyərlər əzəliliyimizdir və o özül üzərində 

zənginləşmək,  artmaq,  yaratmaq  gərəkdir.  Kamilləşdikcə  əzəliliyə 

qovuşuram və özümü qurmaq əzmim artır. 

 

xxx 

Təbiət  dəyişkəndir.  Bu  dəyişkənlikdə  dəyişməz  olan  qayda  var. 

Təbiət nə qədər dəyişsə də, bitmir. Adam da həyatda dəyişkəndir. Bu 

dəyişkənlikdə dəyişməz olan həyatın qaydasıdır. Adam içdən dəyişə-

dəyişə tükənir, bitir. Adam həyatın yaşatdığı bütün olaylarda həyatın 

ölçüsünə uyğun yaşayır və dəyişkənlikdə özünü itirir. 

Amal insanı dəyişdirə-dəyişdirə dəyişməz mahiyyətə yetirir.  

Amal  ölçüsü  ilə  yaşamaq  İnsanı  həyatın  fövqünə  qaldırır.  İnsan 

dəyişməzliyində  tükənmir.  Mütləqə  yetmək  üçün  özüylə  döyüşdə 

sonsuz üfüqlər açılır. 

xxx 

Özünə,  öz  düşüncələrinə  yiyə  olmaq  qədər  çətin,  sorumlu,  eyni 

halda fərəhli olay yoxdur. 

Hər durumdan çıxış yolu var – axtarsan. 

Hər sorunun yanıtı var – araşdırsan. 

Hər çətinliyin sonunda fərəh var – yetirsən, yetsən. 



 

xxx 

Adam özünü haqlı sayır. Ona görə özünü qoruyur. Yalnız Həqiqət 

haqlıdır və özünü qorumaq – Həqiqəti qorumağa tən olmalıdır, ədalə-

ti qorumağa tən olmalıdır. 

Haqqı Həqiqət verir, ədalət verir. 

 

xxx 

Hər  kəs  başqasından  ağıllı  olmaq  istəyir.  Ağıllı  olmaq  istəyi  – 

üstün olmaq istəyinə bağlıdır. 

xxx 

Mahiyyəti  dərk  edəndən  sonra  həyatda  hansı  məqsədin  heç  nə 

olduğunu,  hansı  məqsədin  insanı  var  etdiyini  bilmək  olur.  Ancaq 

“heçnə”yin  “heçnə”  olduğunu  dərk  etmək  üçün  öz  yaxanı  Amala 

verməlisən. Öz yaxanı özünün əlinə verməlisən. Çünkü nə qədər ki, 

adamın  yaxası  həyatın  əlində  olacaq, “heçnə”lər  onun  məqsədi  ola-

caq. Həyatın içində ola-ola həyatdan, həyatın adi istəklərindən imtina 



 

62 


etmək çətindir. Amal insanı həyatdan ayırır. İnsan Amala tapınmaqla 

həyat adiliyindən ayrılır. 



xxx 

Həyatda  yollar  çoxdur  –  siyasi,  dini,  elmi…  Siyasəti  demirəm, 

çünkü  orda  hər  kəsin  öz  maraqları  var,  orda  birlikdən  söhbət  gedə 

bilməz. 


Elmdə böyük qanunlar kəşf edənlərin bir-biriylə münasibətləri yaxşı 

olmayıb. Eyni yolda olmasına baxmayaraq, bir-birini həzm etməmək 

mənəvi birliyə yetməni əngəlləyir. 

Musiqi  sahəsində  də  həmçinin.  Qısqanclıqla,  rəqabətlə  eyni 

sahədə olanlar birləşə bilmirlər. 

Dində  olanlar  –  özlərini  mənəvi  bacı-qardaş  sayırlar.  Dində 

allahımız birdir, dualarımız eyni dildədir deyə mənəvi birliyə yetmək 

mümkün  deyil.  Çünkü  mənəvi  birlik  ruhun,  xarakterin  özümləş-

məsindən, kamilləşməsindən başlayır.  

Özünü o dərəcədə arılamaq, yetkinləşdirmək ki, özünü başqasında 

görə biləsən. Əgər Allaha sevgi insana sevgi ilə birləşmirsə,  heç bir 

birlikdən söhbət gedə bilməz. 

Mənəvi birlik – insan içindəki naqisliklə, balacalıqla döyüşdükcə 

baş  verir.  Həqiqətə,  Ədalətə  yetdikcə  baş  verir.  Başqasıyla  görüş-

dükdə  həqiqətlə  görüşürmüş  kimi  qarşılaşmalıdır  insan.  Həqiqət, 

Ədalət uğrunda döyüşlə qurulur mənəvi birlik. 

Fərq  də  bundadır.  Din  yolunda  gedənlər  dini  yaşatmaq  üçün 

başqalarını öldürürlər. 

Amalçı isə insanların doğru, gözəl yaşaması üçün həqiqət, ədalət 

uğrunda döyüşür. 

Birlikdən  insanlara,  dünyaya  İnsanilik  saçılmalıdır.  İnsana, 

İnsaniliyə qarşı olan nə varsa şərdir. 

Tarixdən bəllidir, mənəvi birliyə yetənlər – Şəms-Rumi, Nəsimi-

Nəimi birliyi işıq kimi saçılıb. 



 

xxx 

Hər  yaşanan  bir  iz  qoyur.  Bəzən  gözəl  diləklər  həsrətlə,  göz 

yaşıyla ürəyə axır. Gözlər gülsə də kədər boylanır baxışlardan. Üzlər 

gülsə də kədər boylanır ürəyin dərinliyindən. 

Hər  yaşanan  bir  iz  qoyur.  Fərəhə  yetəndə  üzə,  gözlərə  qonur 

fərəh, işıqlanır fərəhin işığında. Ürək isinir, üz doğmalıq saçır, baxa-

nın ürəyini işıqla doldurur, göylərə ucaldır. 



 

63 


Yaşadıqlarımız  geridə  qalsa  da,  ömrümüzlə  qabağa  apardığımız 

kədərimizdə, fərəhimizdə yetkinləşməyimizdir. 



 

xxx 

Ocağın 37-ci ilində Atanın bizim üçün qoyduğu bütün tələblərdə 

yetkinləşmək, yenilənmək aşamaları görürəm qarşımda. Özümə tələ-

bim yetkinləşməlidir. Xalqlaşma çox önəmlidir. Söhbət edəndə mən 

Həqiqəti dərk etməyin və deməyin xoşbəxtliyini anlayıram. Nə qədər 

gözəldir Həqiqəti dərk eləmək. Öz kimliyinə bağlanmaq. Bu, bizim 

sabahımızı yaradan bir olaydır. Bu baxımdan, həm özümü yaratmaq, 

həm  xalqlaşma  əməllərimin  artması  –  qarşımda  qoyduğum  tələb-

lərdir. Aşamalar deyəndə o tələblərə yetməyi gözə alıram. 

AtamızVar olsun!” 

 

Günev  Atalı Ataya səcdə ilə sözünə başladı. O, “Mütləqə İnam” 

Bitiyindən “Mütləqsizlik”, “Sürüləşmə” və “Ruhsuzluq” bölmələrin-

dən özümləşdirdiklərini oxudu. 

Kamilləşmə  hesabatını  verəndə  qeyd  elədi  ki:  Halımda  sabitəm. 

Özümdə gerilik hiss eləmirəm. Əksilməkdən söz gedə bilməz. Çünkü 

Amalımız ömrümüzün yüksək məqsədidir. İdealımız, dünyanı dəyiş-

mək  istəyimiz  içimdə  elə  gözəl  yer  tapıb  ki,  mən  ömrümü  onsuz 

düşünmürəm. Ona görə də əksilmək məndə ola bilməz. 

Xalqlaşma  ilə  bağlı.  Birinci  xalqlaşma  işim  –  Məbədin  ağır  daş 

işini, demək olar ki, qurtarmışam. Bütün sütunlar taca qədər qalxıb.  

 

 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə