Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə26/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   ...   22   23   24   25   26   27   28   29   ...   150

 

76 


ki, biz belə gəlib belə də gedəsiyik. Ancaq indi görürəm ki, mənim 

xalqımın sabahını düşünən insanlar, aydınlar var. Çox şad oldum. 



 

Şəbnəm: Mənim üçün də yenilik, dəyişiklik oldu. Çox sağ olun. 

 

“Ailə  Günü”  toplantısının  “Qutsal  Oxuma”  hissəsində  Atanın 



“Təməl” ktabından hissələr oxundu. 

Asif  Atanın  “Adam  idraka  çatmır,  idraka  çatmamaq  günahdır” 

fikrinə yönəlik Soylu Atalı fikirlərini bölüşdü: 

Məsələn, toplumda deyirlər ki, oğurluq eləmək günahdır. Başqa-

sına qarşı yanlış davranmaq günahdır. Bu günahın təməli nədir? Ata 

deyir  ki,  idraka  yetməmək  günahdır.  Sən  idraksız  olduğun  üçün 

oğurluq  edirsən.  İdraksız  olduğun  üçün  əyrilik  edirsən.  Mənəviy-

yatsız  olduğun  üçün  oğruluq  edirsən.  Deməli,  hər  şeydə  bir  təməl 

var.  Təmələ  yetmək  gərəkdir.  Hər  kəs  üzdə  olanı  görür,  nədənini 

görmür. Nədən (səbəb) böyük məsələdir. Necə ki, kainatın nizamının 

nədəni  Allah  ideyasında  görülür  (Nədən,  dediyimiz  kimi  yüksək 

anlamdır),  yaşamda  da  hər  bir  davranışın,  gedişatın  özünün  bir 

nədəni var. O nədəni dərk eləmədən yanlışları ortadan qaldırmaq ol-

mur. Mən yalan danışıram, niyə yalan danışıram? Niyə yalan danış-

mağımın fərqinə vara bilmirəmsə, dərk edə bilmirəmsə, yalanı yenə 

danışacam. Gərək yalan danışmağımın nədənini dərk edim. İtirdiyim 

nədir – mənəviyyat. Mənəviyyat nədir – filan şey. Nədən ayrılmışam 

–  idrakdan.  İdrak  nədir  –  filan  şey.  İdrak  nəyi  saxlayır,  nəyi  verir, 

təməl məsələsi odur. 

Ata  saymır  ki,  oğurluq  eləmək  günahdır  və  b.  Ata  deyir  Mənə-

viyyata çatmamaq günahdır. Mənəviyyata çatmırsansa oğrusan, həm 

əyrisən,  alçaqsan,  satqınsan,  hər  şeysən.  Çünkü  mənəviyyatdan 

arınan adam hər şey olur. 

 

Ağşın Ağkəmərli: Bayaq siz dediyiniz ki, dur və düşün. 

 

Atanın “Adam Kamilliklə Qeyri-Kamillik arasında qalır, günaha 



batır” fikrinə yönəlik Soylu Atalı şərh verdi:Atanın bir çağırışı var – 

“sən  quruca  bədən  deyilsən”.  İnsan  dərk  eləsə  ki,  o,  quruca  bədən 

deyil, o, özündə ölməzlik həqiqəti daşıyır, bədəndən artıq olan hik-

mət  daşıyır,  onda  o,  dayanıb  düşünər.  Nə  qədər  ki,  insan  özünü 

ölümlü bədənə tən görür, “bu gün varam, sabah yoxam” deyir, ondan 

uğurlu  bir  şey  gözləmə.  Heç  an  ondan  ədalət  gözləmə,  xeyir 




 

77 


gözləmə.  Xalq  olmaq  gözləmə.  Xalq  ola  bilməyən  də  xalqın  başını 

kəsir. Gərək mənaca xalq olmağı bacarasan. Xalq olmaq nə demək-

dir? Xalq  olmaq  özündən yüksəyə  qalxmaq  deməkdir. Xalqla sənin 

aranda heç bir yadlıq olmur. Xalqın sənə verdiyi yüksək keyfiyyətləri 

dərk eləmək deməkdir. Xalqın sənə verdiyi yüksək keyfiyyətləri dərk 

edib xalqın özünə qaytarmaqdır. Onda ədalətli olursan, onda həqiqət-

çi olursan. Onda xalq olursan, xalqa gərək olursan. Yalnız özünü, öz 

məişətini  düşünürsənsə,  onda  sən  xalq  olmaqdan  ayrılırsan.  Xəlqi-

liyni itirən insan ədaləti itirir, vicdanı itirir, mənəviliyi itirir. Xalqın 

sənə  verdiyi  nədir  –  mənəviyyat,  vicdan.  Sən  ölürsən,  xalqın  sənə 

verdiyi  ölmür,  xalqda  qalır.  Xalq  onu  yeni  soylara  (nəsillərə)  verir, 

davam edir. Sənin çatdığın ədalət, vicdan yeni biçimdə, yeni səpkidə, 

yeni ahəngdə davam edir, yaşayır, var olur. Sənin araçılığınla ötürü-

lür gələcək soylara… 



 

Atanın  “Bir-birini  əvəz  edən  tərəqqilər  İnsanlığa  çatmır”  fikri-

 Soylu  Atalının şərhi: Hər  şey  insanlıqdan  qıraqda  baş  verir.  De-

yirlər ki, yeni texnologiyalar gəlişdi. Ancaq insan acından ölür. İnsan 

bir  tikə  çörək  tapa  bilmir.  İnsan  xəstəliyin  əlində  əsir-yesir  qalıb. 

Yeni  texnologiyanın  gəlişməsi  nə  demək  oldu?  Sənin  yeni  texno-

logiyan, insan olaraq, məni məhv edir, heyvan səviyyəsinə salır. Ona 

görə  də  tərəqqi  insana  çatmır,  çünkü  insanlıqdan  qıraqda  baş  verir. 

Tərəqqini  yaradanlar  öz  içində  insanlaşmır.  Özüylə  üz-üzə  qalmır, 

düşünmür, həqiqətə yetmir. 



 

(“Ailə  Günü”  toplantısının  sonunda  Ulusəs  Atalının  “Sabahlı 

İnamım” kitabı sunuldu – N.A.) 

 

Nurtəkin Atalı: Bizim 37-ci ilimizin başlanğıcında Günev qarda-

şımızın kitabı çıxdı, sonradan Ulusəs bacımızın kitabı çıxdı. Atanın 

belə bir sözü var idi: “Ata Fəlsəfəsi” sözündə inadkar bir niyyət də 

yaşayır – Ata Fəlsəfəsinin Evladlar Fəlsəfəsinə çevrilməsi!”. 

Evladların da kitablarının çıxmağı onu təsdiq edir ki, Evlad Amal 

üstə yaşayır, fikirlərini yayır. Ata fəlsəfəsini davam edir. 

 

Soylu  Atalı: Baxın,  Ata  təsdiq  edir  ki,  Atanın  təfəkkür  xəttində 

onu  davam  edən  insanlar  onun  kölgəsinə  çevrilmir,  onun  işığına 

çevrilir.  Öz  yaradıcılığıyla,  öz  artmasıyla,  ömrüylə.  Biz  Atanın 

kölgəsi, basqısı altında kiçik qalmırıq. Biz istəyirik ki, onun xalqının 




 

78 


içindən çıxan Evladları yüksəlsin, böyüsün, aydınlığa çıxsın, aydın-

laşsın (ziyalılaşsın). 



 

Nurtəkin  Atalı: Soylu  Atalının  bir  neçə  kitabı  çıxıb.  Sonra 

mənim,  Günevin  və  Ulusəsin.  Bizim  heç  birimizin  ağlımıza  da 

gəlməzdi ki, Ocağa gələndə bizim kitabımız çıxsın. Bu da onu təsdiq 

edir  ki,  Ata  bizim  içimizdəki  olanaqları  aşkarlayıb.  Bizim  üçün 

gözlənilməyən, inanılmaz  bir olay Ocaqda yaşadıqca, illər keçdikcə 

gerçəkləşdi.  

Bu da yaşamın bəhrəsidir. Bu kitabda da Ulusəs bacımızın ayrı-

ayrı yazıları ilə ruhu ifadə olunub, fikirləri ifadə olunub. Qutlayırıq. 



 

Soylu  Atalı: Ən  əsası  Atanın  dediklərinə  söykənib,  nələrsə  deyə 

bilərsən,  çağıra  bilərsən,  orda  bir  özəllik  var.  Fərq  ondadır  ki,  bu 

kitabda  Asif  Atanın  Evladlarını  uğurla  izləmə  var.  İzləyir  və  onu 

doğru ifadə eləyir. Bu, Ocaq ortamına gələn, yenilənən bir çalardır. 

Atadan sonra Evladı doğru görmək, dəyərləndirmək ayrı-ayrı hallar-

da,  ayrı-ayrı  fərdlər  tərəfindən  olub.  Ancaq  onun  kitab  səviyyəsinə 

qalxması birincidir. 

 

Nurtəkin Atalı: Bu münasibətə Azərabycan həsrətdir ki, bir insan 

o  biri  insanın  qədir-qiymətini  bilsin,  onu  öysün,  onun  özəlliklərini 

açsın. 

Mən  Ulusəsin  ayrı-ayrı  yazılarını  topladım,  istədim  kitabça  kimi 



hazırlayam,  Soylu  Atalı  dedi  ki,  mən  ondan  kitab  hazırlayacam, 

redaktə elədi, işlədi, beləliklə, kitab ərsəyə gəldi. Önəmlisi odur ki, 

yaşayasan,  yaradasan.  Bir  gün  bu,  toplu  şəkildə  bəhrəsini  verəcək. 

Davamlı olsun. 



 

Ulusəs  Atalı Ataya  səcdə ilə  sözünə  başladı:  Mənim  həmişə  söz 

deməyə həsrətim olub, ancaq axır vaxtlar bu həsrət içimə girib, üzə 

çıxmır.  Kitab  çıxandan  hamı  soruşur  ki,  hansı  duyğuları  keçirirsən. 

Mənim duyğularım elə bil içimə axıb. İçi açıb deyə bilmirəm. Böyük 

duyğular keçirsəm də ifadə eləyə bilmirəm. Kitab çap olandan sonra 

özüm  onu  oxudum.  Mənə  elə  gəldi  ki,  mən  bu  yazıları  heç  vaxt 

düşünməmişəm,  yazmamışam.  Daha  dərindən  düşünəndə  görürəm 

ki, mənə tanışdır. Ancaq mənim özümü yeniləşdirir. Son illərdə bəlli 

olaylarla bağlı durğunluq yaşayıram. Yazıları oxuyanda isə yazdığım 

çağlar,  Ocaqla  bağlı  dilə  gətirdiyim  duyğularımı  paylaşdığım  bir 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə