Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə16/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   ...   12   13   14   15   16   17   18   19   ...   150

 

45 


kimdir.  O,  satılmış,  ələ  alınmış,  idarə  olunan,  yönəldilən  bədbəxtin 

biridir.  O  Asif  Ata  haqqında  nə  deyəcək?  Bir  adam  ki,  Babəki  heç 

edir,  bir  adam  ki,  Nəsimini  heç  edir,  bir  adam  ki,  Şah  İsmayılı  heç 

edir, sənin bütün dəyərləinin üstündən xətt çəkir, o nə qanır Asif Ata 

nə deməkdir? Baxın, ona görə bu məsələlərdə biz ayığıq, neylədiyi-

mizi də gözəl bilirik, ağlımız da uşaq deyil, özümüz də uşaq deyilik. 

Xalqın kimliyini gözəl tanıyırıq. Mənəvi olanaqlarını da gözəl tanıyı-

rıq. Münasibətdə yalanı heç kim bizə sırıya bilməz. 

Görün,  heç  bir  peyğəmbərdə  ruhani  dövlət  idealı  yoxdur.  Asif 

Atada var. Nədən yarandı? Yenə insana münasibətdən. Dövlət insana 

münasibəti çox aşağılayıb. Dövlət hesab edir ki, insanı basqı altında 

saxlamaq  gərəkdir.  Basqı  altında  saxlayarsan  o  sənin  kölən  olar, 

üzünə ağ olmaz. Onu yönləndirə, idarə edə bilərsən. Anlamır ki, in-

sanı  nə  qədər  basqı  altına  salarsan,  bir  o  qədər  simasını  itirir, 

yaltaqlanır, xəyanətləşir, satqınlaşır, təhlükəyə çevrilir. Üzünə gülər, 

ancaq sənin özün üçün də təhlükəyə çevrilər. İnsanı simasızlaşdırma. 

Simasız  təhlükədir.  Yaxud  da  demirəm  insanı  sərbəst  burax.  İçi 

yaranmamış, qurulmamış insanı sərbəst buraxarsan, özbaşınalıq edər, 

sorumsuzluq  edər.  Onlara orta,  gözəl,  qızıl  münasibət  yaratmalısan. 

Bu  məsələ  ümumi  topluma  özgündür.  Nədən  qaynaqlanmalıdır  o 

münasibət? İnsana inam ideyasından. Dövlət isə bunun tərsinə gedir. 

İnsanı basqı altına alır və simasızlaşdırır. Dövlət insanı simasızlaşdı-

ran  aparat,  qurum  olmalı  deyildi.  Dövlət  insanı  qurtaran,  yönəldən, 

bəşər səviyyəsində təmsil eləyən qurum olmalı idi. Asif Ata o ideya-

nı  ortaya  gətirib.  Burada  yenə  onun  qonusu,  diqqəti  gəlib  insanın 

üzərində dayanır. 

Xalqlaşma  işiylə  bağlı  bir  neçə  kəlmə  söz  deyim.  Sizi  çox 

yükləyib  yormaq  istəmirəm.  Ötənlərdə  xalqlaşma  məsələsiylə  bağlı 

fikir  demişdim.  Bizim  Ocaqçılarımız  elə  hesab  edir  ki,  xalqlaşma 

yalnız insanlarla canlı ünsiyyət deməkdir. Xalqlaşma təkcə insanlarla 

canlı  ünsiyyət  demək  deyil.  Mən  gördüyüm  işləri  sadalamayacam 

sizi yormamaq üçün, vaxtınızı almamaq üçün. 

Ulusəsin kitabını hazırladım, ondan öncə Günevin kitabını hazır-

ladım. Bu özü xalqlaşma işidir. Tədbir işləyirik, mətbuata çıxardırıq, 

bu xalqlaşma işidir. Nə iş görürüksə, xalqlaşma işidir. Çünkü xalqın 

gələcəyi  üçün  hazırladığımız  zəmindir.  Bəli,  xalqlaşmanın  birinci 

şərti, özəyi odur ki, insanlarla canlı ünsiyyət qurasan. Ancaq hesabat 

verirkən  onu  da  demək,  bunu  da  demək  gərəkdir.  Bəzən  Ocaqçılar 

hesaba gəlməyən işlər görürlər, hesabat verəndə deyirlər bu ay xalq-



 

46 


laşma  işim  olmayıb.  Yaxşı,  ünsiyyətin  olmayıb,  başqa  işlərin  ki, 

olub. Bunu vurğulamaq gərəkdir. Mən xalqlşamamla bağlı ona görə 

geniş  demirəm  ki,  bilirsiniz,  mənim  hər  zaman  fərdi  və  kütləvi 

görüşlərim olur. Bunu da sitələrimizdə yazıb yayırıq. Mə-nim ən çox 

işim  xalqlaşmadır.  Mənim  xalqlaşma  işim  Asif  Atanın  öldüyü  gün-

dən başlayıb. Yəni sistemli olaraq ordan başlayıb. Asif Atanın sağlı-

ğında da çox ciddi xalqlaşma işləri görmüşəm. Borçalıda Asif Atanın 

9  görüşünü  təşkil  etmişəm.  Bu  elə-belə  bir  məsələ  deyil.  Masallıda 

təşkil  eləmişəm,  sonra  Bakıda  və  s.  Sistemli  şəkildə  isə  xalqlaşma 

işim Asif Atanın ölümündən sonra oldu, görüşlər keçir-məyə başla-

dım. Üst-üstə yüzlərlə orta, yüksək oxullarda, mədəniyyət evlərində, 

tarix-diyarşünaslıq muzeylərində, redaksiyalarda ayrı-ayrı aydınlarla, 

gənclərlə, sadə insanlarla çoxsaylı görüşlərim olur. Davamlı şəkildə 

Asif Atanı, o çağdan bu çağa qədər, verməyə çalışmışam. İdeya ola-

raq, prinsip olaraq, xalqın qurtarıcısı olaraq. 

Bununla  da  mən  sözümü  bitirirəm.  Çox  sağ  olun  dinlədiyinizə 

görə, təşəkkürlər! Sözümü Atamızın sözüylə bitirirəm. 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

Atamız Var olsun! 

Atamızın bayrağını öpürəm. 

 

Günev  Atalı:  Bu  qədər  ehtizazlı,  bu  qədər  gözəl,  vəcdli  bir… 

Fikirləşirəm ki, buna nə qədər qulaq assam yorularam? Mən elə başa 

düşürəm  ki,  nə  qədər  nəfəsim  gəlir,  mən  qulaq  assam  yorulmaram. 

Çünkü insan hər cümlədən güc alır, böyüyür. Böyüdükcə, ucaldıqca 

yorulmaq əhvalı ondan uzaqlaşır. Çox sağ ol, qardaş. 

İndi Elana buyursun söz desin. 



 

Soylu  Atalı: Bacımız  ondan  asılı  olmayan  səbəblərdən  az  qala  4 

aya yaxındır Ocaqdan uzaqlaşıb. Xəstəliyi ilə bağlı Rusiyada müalicə 

alırdı.  Ayda bir yol biz burda tədbir keçiririk. Bakıda tədbir olanda 

da  arada-bərədə  gəlirsiniz.  Özünüz  bu  bölgədə  ayrı-ayrı  ünvanlara 

gedib  söhbətlər  aparırsınız,  ədəbiyyatlar  veririsiniz.  Bir  ədəbiyyat 

götürüb  oxuyursunuz.  Bir  görüntümüzü  götürüb  izləyirsiniz.  Bütün 

bunlar  hamısı  içdən  insanı  Ocağa  bağlayır.  Özünün  Ocağa  inamını 

bərkidir. Özünün atdığı addımlara inamını bərkidir. Birdən-birə belə 

ayrılma  istər-istəməz  Ocaq  və  həyat  qarşılığı  yaradır.  Həyat  etkisi 

insanın  üzərində  bütün  gücüylə  bərkiməyə  çalışır.  Eyni  halda  həyat 




 

47 


anlamı insanın gözünün qabağında bütün çılpaqlığıyla aydınlaşır. Bu 

yöndə təbii ki, bacımızın sözü ilginc olacaq. 



 

Elana  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 

Atanın  adına  səcdəylə  başlayıram  sözümə  və  bayrağımızı  öpürəm! 

Əsil türk oğluna xas olan bir haldır, belə yanğıyla danışmaq, ruhani 

döyüşə  çağırmaq.  Soylu  qardaşımın  yanğısı  adamı  döyüşə  çağırır, 

Ocağa  bağlayır.  Mən  də  Elana  kimi,  türk  xanımı  kimi  bu  çağırışın 

qarşısında var olmağa çalışıram. 

Ata  Evladıyam.  Soylunun  həmişə  yanındayam.  Ocaqdayam  və 

bundan sevinirəm. Ocaqdan bir müddət aralı qaldığıma baxmayaraq, 

özümü  həmişə  Ocaqda  hiss  etmişəm.  Yörəmdəkilərin  içərisində  ol-

duqca  Ocağın  nə  qədər  gözəl  olduğunu  bütün  aydınlığı  ilə  hiss 

etmişəm. Ocağın nə qədər gərək olduğunu ürəyimə yeritmişəm. Daha 

aydın  görünüb  ki,  Ocaqsız  dünyanın  gələcəyi  qurulmaz.  Bir  az 

xalqımızdan  qırağa  çıxanda  dünyanı  qurtaracaq  ruhun  türkdə  ol-

duğunu adam özü üçün bir daha təsdiq edir. Obrazlı desək, təbiətin 

gözəl seçimi var, Asif Atanı türkdən seçib.  

 

 



 

Bu ruhun böyüklüyü hesab edirəm ki, ancaq bizim millətə – türkə 

xasdır. Gördüyüm üzlər, izlədiyim olaylar, gedişat bunu deməyə əsas 

verir. Türk ruhu bənzərsizdir. Dünyanı da insan ruhla xilas edə bilər.  

Ürəklə xilas edə bilər. İnsanlıqla xilas edə bilər. Atanın Ocağının 

dediyi kimi. 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə