Asiya regionu, Monqolustan, Mərkəzi Asiya, Cənubi Qafqaz regionu ölkələrinin Hokkaydo ilə özəl sektor sahəsində əməkdaşlığı ilə bağlı məlumatların toplanması və dəqiqləşdirilməsi məqsədi ilə



Yüklə 440,43 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix29.01.2018
ölçüsü440,43 Kb.
#22856
1   ...   7   8   9   10   11   12   13   14   15

 

21 


(5) Yerlərdə araşdırmaların həyata keçirilməsi 

 



 

Yerli ehtiyaclar fonunda araşdırma mövzusunun öyrənilməsi 

3-də  (4)  qeyd  edilən  Hokkaydonun  texnologiyası  və  biliklərini  nəzərə  alaraq,  bu  hissədə  (1),  (2)-də 

toplanmış  Azərbaycanın  özünəməxsusluğu  və  vəziyyəti  həmçinin  (3)  Yaponiyanın  dəstək  siyasəti,  (4) 

Hokkaydo  şirkətlərinin  düşüncələri  ilə  bağlı  araşdırmanın  aparılması  fonunda,  yaşayış  evləri  və  enerji 

sahəsində  əməkdaşlığın  mümkünlük  səviyyəsi  aşağıdır.  Azərbaycanda  olduğu  kimi  Hokkaydoda  neft  və 

təbii  qaz  sahəsində  təcrübə  yoxdur.  Azərbaycan  iqliminə  uyğun  yaşayış  evlərinin  tikintisi  ilə  bağlı 

Hokkaydonun  üstünlüklərini  təqdim  etmək  də  bir  qədər  çətin  məsələdir.  Digər  tərəfdən  Azərbaycan 

höküməti  inkişafını  qarşısına  məqsəd  qoymaqla  kənd  təsərüfatı  və  turizm  ilə  əlaqədar  Hokkaydo 

şirkətlərinin  işlərinə  ümid  bəsləmək  olar.  Hokkaydoda  kənd  təsərrüfatında  istehsalın  yüksək  olmasına 

hesablanmış,  eyni  zamanda  yüksək  keyfiyyətli  kənd  təsərrüfatı  məhsullarının  təminatı  gerçəkləşdirilir. 

Üstəlik,  kənd  təsərrüfatı  ilə  əlaqəli  olan  qida  emalı  sənayesində  də  qidanın  Hokkaydo  adı  altında 

brendləşdirilməsi vasitəsilə əlavə dəyərin qoyulması və beynəlxalq sağlamlığa marağın yüksəlməsi ilə bağlı 

təhlükəsiz ərzaq və funksional qidaların istehsalı davam etdirilir. Həmçinin, turizm sahəsi ilə bağlı olaraq, 

Hokkaydoda  Asiyanı  əsas  götürməklə  müxtəlif  ölkələrdən  olan  turistlərin  sayı  sürətlə  artmaqdadır  və 

burada müxtəlif növ turizm ehtiyaclarına uyğun fəaliyyət göstərilməkdədir.     

İlkin  araşdırmalar  zamanı,  nazirliklər,  əlaqədar  qurumlar,  şirkətlərdə  dinləmələr  aparılarkən,  xüsusilə 

regionların kənd təsərrüfatı, ərzaq emalı, turizm sektorunu inkişaf etdirməklə, şəhərlərlə arada olan iqtisadi 

fərqi aradan qaldırmağın vacibliyi dəqiqləşdirildi. Hokkaydoda sadəcə Sapporoda deyil, region şəhərlərində 

kənd təsərrüfatı, ərzaq emalı, turizmin uğurlu nümunələrinə sahib şirkətlər, qurumlar olduğuna görə həmin 

təcrübə və texnologiyanı Azərbaycanda da tədbiq etməyin real olduğunu fərz edib, kənd təsərrüfatı, ərzaq 

emalı və turizmi mövzu seçməklə 2-ci yerli araşdırmaları həyata keçirtdik.   

 

②  Azərbaycanda inkişaf problemləri və ehtiyaclarının müəyyənləşdirilməsi 



 

1)

 



Kənd Təsərrüfatı və Qida emalı sahəsi 

Prezident fərmanı Azərbaycanın dövlət strategiyası olan “Azərbaycan 2020 Gələcəyə baxış” layihəsində 

kənd  təsərrüfatı  sənayenin  müxtəlifləşməsində  əsas  sahələrdən  biri  kimi  qeyd  edilmiş,  regionlarda 

anbarların  tikintisi,  kənd  təsərrüfatı  məhsullarının  qiymət  dəyişikliyinə  nəzarət,  istehsal  və  qoruma 

mərhələsində  itkilərin  azaldılması,  özünü  təminatın  yaxşılaşdırılması,  ixracat  qabiliyyətinin  inkişaf 

etdirilməsini dövlət qarşısına məqsəd qoymuşdur. Üstəlik, Azərbaycan 2015-ci ili Kənd Təsərrüfatı ili elan 

etməklə, bu sahənin inkişaf etdirilməsi ilə regionların inkişafını qarşısına məqsəd qoydu. Bunun nəticəsində, 

2016-cı  ilin  Yanvar  ayı  üçün  hökümət  iclasında  verilən  məlumata  görə,  2015-ci  ilin  sosial-iqtisadi 

vəziyyətində  kənd  təsərrüfatının  ÜDM-da  payı  ötən  illə  müqayisədə  6.6%  artmışdır.  Amma  özünü  tam 



 

22 


təminata hesablanmış kartofda 100% deyil, 90% təmin edə bilmiş, bundan sonra qida təhlükəsizliyi üçün 

kənd  təsərrüfatının  dirçəldilməsinin  vacib  olduğu  Azərbaycan  hökümətinin  rəsmi  elektron  ünvanında

7

 

qeyd edilmişdir.   



Həmçinin  hökümət  kənd  təsərrüfatı  məhsullarının  ixracını  qarşısına  məqsəd  qoymuşdur.  Rusiya  siyasi 

problemlər üzündən Qərb ölkələri və Ukraynadan kənd təsərrüfatı məhsulları almaqda çətinliklərlə üzləşir. 

Bu  baxımdan,  Azərbaycandan  Moskva  və  digər  iri  şəhərlərə  meyvə  və  tərəvəz  ixracatının  mümkünlüyü 

günü-gündən  artmaqdadır.  Eyni  zamanda  Qazaxıstan  da  Rusiya  vasitəsilə  kənd  təsərrüfatı  məhsullarının 

çatdırılmasında  çətinliklərlə  üzləşir.  Bu  baxımdan  Azərbaycandan  idxal  məsələləri  düşünülməkdədir. 

Üstəlik,  Azərbaycan üçün sadəcə  keçmiş Sovet ölkələri  deyil,  eyni  zamanda, Türkiyə, Orta-Şərq, Çin də 

əsas bazarlar kimi qeyd edilir, logistik mühitin inkişafı davam etdirilir.   

Lakin,  digər  Mərkəzi  Asiya,  Cənubi  Qafqaz  ölkələri  də  eyni  bazarı  hədəflədiyinə  görə,  orta  və 

uzunmüddətli  ixrac  bazarını  təmin  etmək  üçün,  Azərbaycan  kənd  təsərrüfatı  məhsullarının  qiymət  və 

keyfiyyətinin  artırılması,  brendləşdirilməsi,  stabil  təminat  sistemi,  qiymətdə  rəqabətin  təmin  edilməsi 

qaçılmazdır.   

 

2)



 

Turizm sahəsi 

Azərbaycanın turizm sənayesi cədvəl 5-4-də olduğu kimi, son illər gözəçarpacaq səviyyədə inkişaf edir. 

Bakı mərkəzdə olmaqla ən müasir otellərin sayı artır, turizm xidmətlərinin gəlirləri artır.   

Cədvəl 5-4  Azərbaycanda turizm sahəsinin inkişafı 

İl 


2010 

2011 


2012 

2013 


2014 

Otellərin sayı 

499 

508 


514 

530 


535 

Turizm sahəsinin gəlirləri 

(mln dollarla) 

766.6 


1203.9 

1479.0 


1600.2 

1633.4 


*Doing business in Azerbaijan 2015(Azpromo nəşri) 

 

Doing  business  in  Azerbaijan  2015  (Azpromo  nəşri)-ə  əsasən  Azərbaycana  səyahət  etmiş  turistlərin 



sayının 2009-cu illə müqayisədə 2014-cü ildə ötən 6 il ərzində 597 min nəfərdən 2 mln 159 minə (təxminən 

4 dəfə) artığını görürük. Bundan sonra da bu artımın davam edəcəyi gözlənilir. Bunu Azərbaycan höküməti 

Avropanın  əsas  şəhərlərində  turizm  mərasimlərində  iştirak  etməklə  bərabər,  viza  proseduralarının 

sadələşməsi,  beynəlxalq  iclasların  və  məclislərin,  yarışların  Azərbaycanda  keçirilməsinə  dair  aktiv 

çağırışlar  etməyinin  nəticəsi  kimi  qiymətləndirmək  olar.  Üstəlik  2016-cı  ilin  fevral  ayından  etibarən 

Yaponiya,  Cənubi  Koreya,  Sinqapur  da  daxil  olmaqla  12  ölkəyə  qarşı  hava  limanında  vizanın  alınması 

sisteminə keçərək, xaricdən gələcək turistlərin sayının daha da artmasına çalışır. Xüsusilə son illər, yaxın 

turizm  ölkələri  olan  Türkiyə  və  Misirdə  vəziyyətin  stabil  olmaması  və  Azərbaycanda  manatın  kursunun 

                                                   

7

  Azərbaycan hökümətinin internet səhifəsi 



(http://azerbaijan.az/portal/index_e.html?lang=en2016.0116) 


Yüklə 440,43 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə