Asiya regionu, Monqolustan, Mərkəzi Asiya, Cənubi Qafqaz regionu ölkələrinin Hokkaydo ilə özəl sektor sahəsində əməkdaşlığı ilə bağlı məlumatların toplanması və dəqiqləşdirilməsi məqsədi ilə



Yüklə 440,43 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix29.01.2018
ölçüsü440,43 Kb.
#22856
1   ...   7   8   9   10   11   12   13   14   15

 

23 


aşağı  düşməsi  xaricdən  gələn  turistlər  üçün  mükəmməl  bir  şans  olduğunu  yerli  turizmlə  məşğul  şəxslər 

intervyuya cavablarında qeyd edirdilər.   

Həmçinin, turizm sahəsinin dirçəldilməsi üçün daha bir mövzu Eko Yaşıl Turizmdir. Bu, qarışıq şəhər 

həyatından ayrılmaqla regionlarda kənd evlərində qalmaqla, regionların mədəniyyətinin, təbiətinin, burada 

yaşayışın  keyfini  çıxarmaq  məqsədi  daşıyır.  Mədəniyyət  və  Turizm  Nazirliyi,  Eko  Yaşıl  Turizmin 

dirçəldilməsi  üçün,  qalma  məkanlarının  internet  vasitəsilə  rezerv  edə  biləcək  elektron  saytın  hazırlığı  ilə 

məşğuldur.  Hal-hazırda,  hər  regionda  olan  kordinatorlar  vasitəsilə  rezerv  etmək  mümkün  olduğu  üçün, 

xaricdən  ayrı-ayrı  şəxslər  formasında  səyahətə  gəlmək  asan  deyil.  Eko  Yaşıl  Turizm  sahəsi  turizm 

sənayesinin  dirçəldilməsi  ilə  bərabər,  Bakı  regionundan  başqa  digər  regionlarda  da  yeni  iş  yerlərinin 

açılması, gəlir mənbəyinin əldə edilməsi anlamına gəlir.   

 

Şəkil 5-1 Eko Yaşıl Turizmlə bağlı   



Sənəd 

 

Azərbaycan  turizminin  problemləri  kimi,  yolların  infrastrukturunun  və  yaşayış,  qalma  binalarının 



(otellərin) hazır olmamaları səbəb ilə, turizm mənbələrinə gediş-gəlişin çətin olması, üstəlik qonşu ölkələr 

Ermənistan və Gürcüstanla müqayisədə qalma  yeri (otel),  yemək, hərəkət (bir yerdən digərinə) və s üzrə 

turizmlə məşğul olan şəxslərin qonaqpərvərliyinin və biznes təfəkkürünün aşağı olması, eyni zamanda digər 

ölkələrdən nəqliyyat vasitələrinin az olması göstərilə bilər.   




 

24 


 

 

Şəkil 5-2  Bakı ətrafında hazır olmayan yollar həmçinin yaşayış yerləri 



 

Beləliklə,  Azərbaycanın  turizmlə  bağlı  orqanlarından  və  təhsil  orqanlarından  Yaponiyanın 

qonaqpərvərliyinin  maarifləndirmə  işi  və  müasir  turist  idarəetmə  sistemləri  də  daxil  olmaqla  turizm 

sahəsinə Yaponiyadan investisiya yatırımları və şirkətlərin çıxışı, turizm şirkətlərinin qarşılıqlı əməkdaşlığı 

və s-yə ümid bəslənilir.   

 

(6) Gələcək işlər haqqında fərziyyələr 



Hokkaydo  şirkətlərinin  güclü  tərəfləri  və  maraqları  fonunda,  Azərbaycanla  özəl  sektorda  əməkdaşlığı 

düşündükdə,  kənd  təsərrüfatı,  qida  emalı  əsas  mövzuya  çevrilir.  Azərbaycanda  əsas  problemlərdən  olan 

kənd  təsərrüfatı  məhsullarının  istehsal  gücünün  artırılması  və  keyfiyyətin  stabil  saxlanılması, 

brendləşdirmək üçün Hokkaydonun zəngin təcrübəsi və texnologiyaları töhvə verə bilər. Həmçinin region 

iqtisadiyyatının inkişafını sürətləndirər, stabil iş  yerlərinin  yaradılacağı  ərzaq emalı sənayesi Azərbaycan 

regionlarının inkişafı üçün həlledici rol oynaya bilər.   

Digər  tərəfdən,  resursların  inkişafına  və  neft-kimya  sahəsinə  Azərbaycan  tərəfi  olaraq,  Yaponiyanın 

investisiya  yatıracağına  ümidlər  olsa  belə,  bu  sahədə  Hokkaydo  şirkətlərinin  təcrübələri  olmadığından 

cavab verə bilməzlər.   

Sonda,  1-ci  araşdırma  zamanı,  Azərbaycan  tərəfində  turizm  sahəsində  Hokkaydo  ilə  əlaqələrin 

qurulmasına maraq olduğu dəqiqləşdirildiyindən, özəl sektorda əməkdaşlığın mümkünlüyü aşağı olduğuna 

baxmayaraq,  Azərbaycanla  mübadilələrin  inkişafı  məqsədilə  bundan  sonrakı  çıxış  planlarına  bir  hissəsi 

qeyd olunacaqdır.   

 



 

Kənd Təsərrüfatı Avadanlıqları   

Qeyri  neft  sektorununun  inkişafı  məqsədilə  kənd  təsərrüfatının  müasirləşməsi  və  kənd  təsərrüfatı 

məhsullarının ölkə daxili və xarici ehtiyacları ödəməsi sistemi hökümət tərəfindən qurulmaqdadır. Xüsusilə, 

buğda, qarğıdalı və kartof kimi əsas qida məhsullarında özünü tam təmin etmək istəyir. Südçülük təsərrüfatı 

inkişaf etmiş, qədim dövrlərdən bu yana milli qoyunçuluq adət-ənənələri qalmış, süd, mal əti, toyuq əti və s 

istehsalı da həyata keçirilir.   



 

25 


Azərbaycanda  kənd  təsərrüfatının  problemləri  kimi,  istehsal  mərhələsində  kənd  təsərrüfatı  üçün 

dərmanlar,  gübrələr,  texnikanın  stabil  təminatı,  yüksək  keyfiyyətli  toxum  və  mal-qara  təminatı  vasitəsilə 

istehsal qabiliyyətinin yüksəldilməsi, daşınma mərhələsində qoruma və nəqliyyatda məhsulun keyfiyyətinin 

aşağı düşməsinin qarşısının alınması, beynəlxalq bazarda brendləşdirilməsi və s göstərilə bilər. 

Hokkaydoda  hər  fermerə  bir  ev  üçün  təxminən  23.4  hektar  becərilmə  sahəsi  verilir  ki,  bu  göstərici  ilə 

Hokkaydo Yaponiyanın digər prefekturaları ilə müqayisədə 14.6 dəfə geniş olması anlamına gəlir. Kənd 

təsərrüfatının  maşınlaşması  da  davam  etdirilməkdədir  (2014-cü  il,  Hokkaydo  Kənd  Təsərrüfatı  Siyasəti 

bölməsi).  Xüsusilə,  Hokkaydonun  sahib  olduğu  texniki  avadanlıq  kimi  kiçik  həcmli  yığım  maşınlarını 

nümunə  göstərmək  olar.  Bu  maşının  özüməxsus  üstün  cəhətləri  kimi  böyük  həcmli  maşınlardan  fərqli 

olaraq, daha aşağı qiymətə olması və idarəedilməsi ilə xidmətinin asan olması göstərilə bilər. Hokkaydonun 

geniş  müxtəlif  sahələrinin  şərtlərinə  uyğun  olaraq  müştəri  reaksiyası  nəzərə  alınmaqla  yaranmış  kifayət 

qədər dözümlü və texniki dəstəyinin olması da qeyd edilməlidir. Azərbaycanda hədəf seçilmiş məhsullara 

heyvandarlıq otları, kartof, buğda və s. Hokkaydo ilə ümumi olanları vardır. Xüsusilə, fermer üçün olan 

becərmə  sahəsi  5  hektardan  25  hektaradək  ailə  idarəsində  olan  kiçik  və  orta  fermerlər  üçün  Belarus  və 

Avropa  İttifaqı  ölkələrinin  böyük  həcmli  maşınlarındansa  Hokkaydo  texnikası  Azərbaycanda  məhsul 

yetişdirilməsi üçün daha əlverişli hesab edilir.   

Yaponiya  şirkətlərinin  Azərbaycana  çıxışını  düşündükdə,  problem  və  ya  həlli  yolları  kimi,  ilk  öncə 

Azərbaycan fermerlərindən tələb olunan konkret kənd təsərrüfatı maşınını seçib, uyğun qiymət şərtləri ilə 

əlaqədar məlumat toplanması vacibdir. Üstəlik, maşınların xarab olması və təmiri zamanı ehtiyat hissələrinə 

və xidmət servisinə ehtiyac vardır. Gübrə,  kənd təsərrüfatı üçün dərmanların istifadəsi  və texnikanı idarə 

edəcək, əlaqədar texnikanı quraşdıracaq ümumi kənd təsərrüfatı məhsullarının istehsal gücünün artırılması 

məqsədəuyğundur. Həmçinin, Azərbaycanda “Aqrolizinq” və “Aqrokredit” kimi açıq səhmdar cəmiyyətləri 

hökümətin  kənd  təsərrüfatının  dirçəldilməsi  strategiyasını  dəstəkləyirlər  və  bu  qurumlarla  əməkdaşlıq 

etmək də faydalı ola bilər.   

Texnologiyasını tədbiqi ilə ümid bəslənilən nəticə kimi, kiçik həcmli texnikanın tədbiqi ilə fermerlərin 

ağır  əməkdən  azad  olması,  məhsul  yığımı  dövründə  qısa  zaman  ərzində  işi  ərsəyə  gətirdiyi  üçün,  kənd 

təsərrüfatı məhsullarının xarab olması və itkiyə məruz qalmasının qarşısının alınması göstərilə bilər. Eyni 

zamanda maşınlaşmanın inkişafı ilə əkin sahələrinin genişləndirilməsi, yetişdirilən məhsulun keyfiyyətinin 

artırılmasına nail olmaq mümkündür.   



Yüklə 440,43 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə