Avqust 2016 İş yeri statistikası açıqlanıb


İslam Kərimovun ömür yolu



Yüklə 0,53 Mb.
səhifə18/25
tarix10.11.2017
ölçüsü0,53 Mb.
#9569
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

İslam Kərimovun ömür yolu


29.08.2016

islam kerimov yeni 1Novator.az avqustun 27-də xəstəxanaya düşən Özbəkistan prezidenti İslam Kərimovun ömür yolunu təqdim edir.

Özbəkistan Nazirlər Kabinetinin rəsmi məlumatına görə, İslam Kərimov stasionar müalicə almaq üçün tam tibbi müayinədən keçirilir. Prezidentin tam tibbi müayinəsi və müalicəsi üçün müəyyən vaxt tələb olunduğu vurğulanır. İslam Kərimovun səhhəti ilə bağlı detallı bilgi verilmir.

Novator.az bildirir ki, İslam Kərimov 1938-ci il yanvarın 30-u Səmərqənddə doğulub. Orta Aşıya Politexnik İnstitutunu (1960) və Daşkənd Xalq Təsərrüfatı İnstitutunu (1967) bitirib. İqtisad elmləri doktoru, akademikdir.

Əmək fəaliyyətinə 1960-cı ildə başlayan İslam Kərimov “Taşselmaj” zavodunda və Daşkənd Aviasiya İstehsalat Birliyində çalışıb. 1966-cı ildə Özbəkistan Dövlət Plan Komitəsinə işə keçib, baş mütəxəssisdən sədrin birinci müavininədək müxtəlif vəzifələrdə olub.

1983-cü ildə İslam Kərimov Özbəkistanın maliyyə naziri, 1986-cı ildə Nazirlər Soveti sədrinin birinci müavini, Dövlət Plan Komitəsinin sədri təyin olunub. 1986-1989-cu illərdə Kaşkadar Vilayət Partiya Komitəsinin birinci katibi, 1989-cu ilin iyun ayında Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

İslam Kərimov 1990-cı il martın 24-də parlamentin qərarı ilə Özbəkistan prezidenti vəzifəsinə gətirilib.

Özbəkistan müstəqillik əldə etdikdən sonra İslam Kərimov prezident postunu 29 dekabr 1991-ci ildə keçirilən ümumxalq seçkisində tutub. 1995-ci ildə keçirilən referendumda İslam Kərimovun səlahiyyət müddəti 2000-ci ilədək uzadılıb. 2000, 2007, 2015-ci illərdə İslam Kərimov yenidən Özbəkistan prezidenti seçilib. Onun səlahiyyət müddəti 2020-ci ilin martında başa çatır.

Nazirdən yeni vədlər


29.08.2016

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Daşkəsəndə bu rayonun, Samux, Göygöl, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinləri ilə görüşüb. Avqustun 29-da yayılan rəsmi məlumata görə, vətəndaşların müraciətlərində əksini tapan məsələlər (əmək hüquqlarının müdafiəsi, məşğulluğun təminatına və bərpa müalicəsinə köməklik göstərilməsi, əmək pensiyası hüququnun müəyyən olunması, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təminatı və s.) nazirliyin struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. Ayrı-ayrı vətəndaşlara hüquqi izahatlar verilib.

Müslümov imtiyazlı şəxslərin mənzillə təmin olunmaq barədə müraciətlərini cavablandırarkən vurğulayıb ki, prezident İlham Əliyevin tapşırığına əsasən ölkənin bütün bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni mənzillər inşa olunaraq istifadəyə verilir: “Bu bölgədə də həmin insanların mənzillə təminatı işləri uğurla davam etdirilir, ötən il Gəncə şəhərində və Göygöl rayonunda daha 7 mənzil, bu ilin iyul ayında Samux rayonunda 4 fərdi yaşayış evi bu təbəqələrdən olanlara təqdim edilib. Daşkəsən rayonunda tikintisi yekunlaşmaqda olan 3 fərdi yaşayış evi də yaxın vaxtlarda istifadəyə veriləcək. Həmin şəhər və rayonlarda ilin sonunadək daha 6 evin inşasına da başlanacaq”.

Bir sıra müraciətlərdə ifadə olunan məsələlər yerindəcə həll olunub. Ayrı-ayrı vətəndaşlar bərpa müalicəsinə cəlb edilmələri, reabilitasiya vasitələri ilə təmin olunmaları üçün qeydiyyata alınıblar. Eləcə də münasib işlə təmin edilmək üçün müraciət edən şəxslərə vakant iş yerləri təklif edilib və öz seçimləri əsasında vakant iş yerlərinə göndərişlər verilib.

Nazir əmək resurslarının məşğulluğunun təmin edilməsi üçün aktiv məşğulluq tədbirlərinin gücləndirildiyini vurğulayıb: “Bu tədbirlər Daşkəsən, Samux, Göygöl, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin əhalisini də əhatə edir. Cari ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanlarının xətti ilə həmin rayonlar üzrə ümumilikdə 2896 nəfər işsiz və işaxtaran vətəndaşın məşğulluğu təmin edilib, 65 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Yaxın vaxtlarda nazirliyin Gəncə şəhərində Regional Peşə Tədrisi Mərkəzi istifadəyə veriləcək. Həmin mərkəz Gəncədə və ətraf rayonlarda rəqabət qabiliyyətli işçi qüvvəsinin hazırlanmasında, işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxış imkanlarının genişlənməsində mühüm rol oynayacaq”.

Müslümov yaxın vaxtlarda praktik icrasına başlanacaq özünüməşğulluq proqramına da toxunub: “Bu bölgədə də elə aztəminatlı ailələr var ki, əmək potensialları onların şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələrinə və gəlirlərini artıraraq yoxsulluq vəziyyətindən çıxmalarına imkan verir. Bunun üçün biz həmin ailələri qeyd olunan proqrama cəlb edərək onlara bütün lazımi maddi və institisional dəstəyi verəcəyik”.



selim muslumov

gorush

Müsavat MSK-nı məhkəməyə verir


29.08.2016

musavatMüsavat Partiyası Mərkəzi Seçki Komissiyasının “Respublika” təşviqat qrupunu qeydə almamasından məhkəməyə şikayət hazırlayır. Avqustun 29-da Transparency.az-a danışan Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, MSK-nın qərarından şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim ediləcək.

Sentyabrın 26-da konstitusiyaya dəyişiklik referendumu keçiriləcək. Referendum aktı layihəsində konstitusiyanın 25-dən çox maddəsində dəyişikliklər təklifi yer alır. Eyni zamanda ana qanuna bir neçə yeni maddə təklif olunur. Dəyişikliklər prezident seçilmək üçün 35, hakim olmaq üçün 30, deputat mandatı almaq üçün 25 yaş şərtlərini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilir.

Başqa bir yenilik vitse-prezident postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.

Müsavat Partiyasının yaratdığı “Respublika” təşviqat qrupunun qeydiyyatı məsələsinə Mərkəzi Seçki Komissiyasının 27 avqust iclasında baxılıb. Qərara görə, referendum üzrə təşviqat qrupunda üzvlüyə razılığa dair 40 min etibarlı seçici imzası toplanmalı olduğu halda təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların sayı qanunda nəzərdə tutulmuş saydan azdır.

Partiya başqanı Arif Hacılının fikrincə, Müsavatın yaratdığı təşviqat qrupunun qeydə alınmaması hakimiyyətin referendumu bir oğurluq əməliyyatı kimi xəlvət keçirmək niyyətində olduğunu ortaya qoyur: “Bu bizi mübarizədən çəkindirməz. Həm kütləvi aksiyaların keçirilməsi, həm müşahidə işinə diqqəti daha da artıracağıq. Ölkənin cümhuriyyət dəyərlərindən yayındırılmasına imkan verməyəcəyik”.

İctimai Televiziya və Radio Yayımları Şirkəti sentyabrın 26-da keçiriləcək konstitusiya referendumunda qeydə alınmış təşviqat qruplarına ödənişsiz efir vaxtı ayırmalıdır. Seçki Məcəlləsi 40 min və daha çox üzvü olan təşviqat qruplarına belə hüquq verir. Təşviqat sentyabrın 3-dən 25-dək aparılacaq.

Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi təqvim planına görə, referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün sənədlərin təqdimatı avqustun 22-də başa çatıb. REAL Hərəkatının yaratdığı “Respublikaçı Alternativ” təşəbbüs qrupu MSK-dan imza vərəqələri götürsə də, fəaliyyətini yarımçıq kəsib.

Referendumun təşviqatı üçün 3 təşəbbüs qrupu qeydə alınıb: “Yeni Azərbaycan”, “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti”.



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə