Avropa işi; Azərbaycanlı siyasi mühacirlərə və onların qohumlarına qarşı həyata keçirilən təzyiqlər, mövcud durum və reallıqlar”


Məmmədov Avtandil Əmiraslan oğlu-



Yüklə 259,73 Kb.
səhifə5/5
tarix21.06.2018
ölçüsü259,73 Kb.
#50720
1   2   3   4   5

Məmmədov Avtandil Əmiraslan oğlu- Quba-Xaçmaz bölgəsində hüquq müdafiə işləri ilə məşğul olub. 2008-ci ildə İşgəncələrə Qarşı Azərbaycan komitəsinin, 2011- ci ildən Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin Quba-Xaçmaz rayonları üzrə İnsan hüquqlarının müşahidəsi və müdafiəsinin təşkili üzrə çalışıb. Həmin illərdə təziqlərə məruz qaldığını bildirir; “Daim polis nəzarətində olmuşam. 2012-ci ildə Qubada baş qaldıran üsyana görə polis tərəfindən təzyiq və təqiblərə məruz qalaraq, həmin hadisəyə görə məni süni yollarla həbs etmək istəyirdilər. Hansı ki, həmin aksiyada, Helsinki Vətəndaş Assambleyasının əməkdaşı olaraq müşahidə aparmışam. 2012-ci ildə mənə qarşı olan təziqlərlə bağlı məlumat Amnesty International təşkilatının hesabatına daxil edilib (https://www.azadliq.org/a/24994765.html). Lakin dəfələrlə məni və ailə üzvlərimlə təhdid, həbs edəcəkləri ilə hədələyiblər. Mənə dəfələrlə məcbur ediblər ki, polislə və hüquq mühafizə orqanları ilə əməkdaşlıq edim.

Yenidən 2016-ci il tarixindən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədr müavini olaraq çalışmışam. Komitə daxilində fikir ayrılıqı yarandığına əsasən 2017-ci il tarixində tutduğum vəzifədən istefa etmişəm.

Həbs olunacağın qaçılmaz olduğu üçün 17.04.2017-ci il tarixindən ölkəni tərk edərək Gürcüstanda mühacirətdə yaşayıram. Ölkəni tərk etdikdən sonra anam və digər ailə üzvlərimə, mənim ölkəyə qayıtmağı tələbinə dair təsir göstərmişdilər. Valideynimi dəfələrlə Quba RPŞ-nə çağrılmış, mən ölkəyə qayıtmadığım təqdirdə digər ailə üzvlərimi həbsi ilə hədələmişdilər. Digər qohumumu (adını təhlükəsizlik baxımından göstərə bilmirəm) Quba RPŞ-ində döyərək mənim haqqımda olan məlumatları verilməsini tələb etmişdilər. Davamlı fəaliyyətimə görə polis və icra orqanları tərəfindən ailə üzvlərimlə təhdid, edilmişəm.

Ölkəni tərk etdikdən sonra mühacirətdə olduğu ölkədə də fəaliyyətimi davam etdirmişəm, sosial şəbəkələrdə tənqidi fikirlərimi bildirmişəm. Tbilisidən Əfqan Muxtarlının oğurlanması ilə əlaqadar bir neçə aksiyada və toplantılarda iştirak etmişəm.

Mühacirətdəki fəaliyyətimə görə ailə üzvlərim, o cümlədən valideynim Quba RPŞ-nə çaqırılmış, mənim ölkəyə qayıtmaq tələbi irəli sürmüş və tənqidi yazı və paylaşımlarıma görə əlavə cinayət işi açılacağını bildirilmişdilər. Əks təğdirdə digər qohumlarımın narkotik adı altında həbs ediləcəyini diqqətə çatdırmışlar. Bununla kifayətlənməyərək müxtəlif şəxslər vasitəsi ilə müntəzəm olaraq Facebook üzərindən tənqid yazı və paylaşımlarımı dayandırmasam qohumlarımın taleyini fikirləşməyimə dair açıq təhdidlər edilmişdir. Hazırda da qohumlarıma Azərbaycanda müxtəlif psixoloji yollarla təzyiq göstərilməsi davam edilir.

Qurbanov Rəşad- 28.11.1985- ci il tarixində Mingəçevir şəhərində anadan olub. Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Dövlət və bələdiyyə idarə etmə fakültəsini bitirib; “ABU- da oxuduğum müddətdə universitetin nəzdində Tələbə hərəkatının fəal üzvü olmuşam. Universiteti bitirdikdən sonra yaradıcısı Mahir Abdullayev olduğu İnsan hüquqlarının müdafiə komitəsinə üzv oldum. 2012- ci il tarixində maskalı şəxslər tərəfindən evimə basqın olunaraq məni 3 gün Bakıda Milli Təhlükəsizlik Nazirliyinin həbsxanasında işgəncə verərək döydülər və məni ordan buraxmalarının səbəbi mənə Elşad Abdullayev haqqında böhtan atdıqları sənədə qol çəkdirmələri oldu. 2012- ci il tarixində NİDA gənclər hərakatının sıralarına qatıldım. Mənə hakimiyyət tərəfdən ən böyük işgəncə 15.03.2015- ci il tarixində olmuşdu. Həmin tarixdə yenə də evimə basqın olunaraq evdən oğurlanıb Mingəçevir şəhər polis bölməsinə aparılaraq orada məni çox pis şəkildə döydülər. Mənə məcbur edirdilər ki, saxta sənədə qol çəkim məni həbsə göndərsinlər. Mən onların dediklərinə əməl etmədiyimə görə məni pis şəkildə döyüb sağ qılcamın yuxarı hissəsindən qırdılar. Həmin anda mən ağrıdan huşumu itirdim, gətirib məni xəstəxananın qabağına atıb getmişdilər. 4 ay Mingəçevir şəhər Mərkəzi xəstəxanasında yatdım, bu barədə bir nəfər polis gəlib izahat almadı ki, sənə nə olub? Həmçinin xəstəxanadan mənim nə üçün xəstəxanada yatdığım üçün sənəd belə vermədilər.

13.06.2016 cı il tarixində ailəmlə qərara gəldi ki ölkəni tərk edək. Hal- hazırda Fransada siyasi mühacirəm. Buradan sosial şəbəkələrdən açıq şəkildə danışdığım üçün, Əliyev rejminin 25 ildir xalqa necə zülm etdiyini, təbii sərvətlərini necə mənimsədiyini, harada özlərinə mülk əldə etdiklərini yazdığım üçün Azərbaycanda mənim yaxın qohumlarıma qarşı terror edirlər. Onları saxta ittihamlarla həbsə atırlar. Martın 2-də Fransada Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyasında iştirak etdikdən sonra təzyiqlər başlayıb. 8.03.2018- ci il tarixində Şəki şəhəri polisi qaynım, həm də xalam oğlu Quliyev İlkini Şəki şəhər polis bölməsinə aparıblar və oradan mənə zəng etdiriblər ki, sosial şəbəkələrdən yazılarımı, çıxışlarımı silim. Mən razılaşmadığım üçün Quliyev İlkini saxta məhkəmə qurularaq 30 gün həbs veriblər, daha sonra 20.04.2018- ci il tarixində qardaşım Qurbanov Fuad Mingəçevir şəhər polisi tərəfindən aparılaraq orada işgəncə verilib, sonra saxta nakotika ittihamı ilə məhkəmə tərəfindən onun haqqında 3 aylıq həbs- qəti imkan tədbiri seçiblər (https://www.amerikaninsesi.org/a/hebs/4368797.html). Mən burda Əliyev hakimiyyətinə demək istəyirəm ki, bu əməllərlə məni susdura bilməyəcəksiniz! Azərbaycan xalqı sonda sizin kim olduğunuzu biləcək və sizə lazımı cavabınızı verəcək” (https://www.azadliq.info/218759.html, https://www.azadliq.info/216930.html)



Vüqar Niftiyev- Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bu sahədə üzləşdiyi təzyiqlər ucbatından həyatına təhlükə hiss edərək biznes fəaliyyətini dayandırıb ölkəni tərk etmək məcburiyyətində qaldığını bildirir; “2011- ci ildə Vergilər nazirliyində qeydiyyata alınan "İDEAL GROUP" MMC yaradaraq orta sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladım. Bizneslə məşğul olduğum dövrlərdə monapolislər tərəfindən üzləşdiyim ağır təhdidlər qarşısında qalaraq 2013-cü ilin sentyabr ayında biznes fəaliyyətimi dayandırdım. Məni dəfələrlə Gömrük Komitəsinə çağırıb yuxarı ranqlı məmurlar tərəfindən hədə- qorxu gəlirdilər. Artıq təhlükənin ölçülərin bilib, 2014-cü ilin fevral ayında Almaniyaya mühacirət etməli oldum. Almaniyada olduğum müddətdə də siyasi fəaliyyətimi bu günə kimi davam etdirirəm. Eks- prezident Heydər Əliyevin doğum günü ilə bağlı olan 2016-ci ilin aprel ayında qondarma “10 may- Gül bayramı”- na qarşı sosial şəbəkədə event yaradaraq insanları saxta "Gül Bayramına yox”! deməyə səslədim (https://www.facebook.com/events/625539507600217/). Dostların köməyi ilə bu bayram boykot olundu. 10 mayda Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarəkdir” sözünü yazdığına görə gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov narkotika ittihamı ilə şərlənərək 10 il müddətə azadlıqdan məhrum edildilər. Həmin vaxtlarda Atam Əzizağa Niftiyev Cəlilabad rayon polis idarəsinin rəisi Namiq Camalov (indi rəis dəyişib) tərəfindən 3-dəfə, qardaşım Vüsal Niftiyev 1 dəfə polis şöbəsinə çağrılıb. Çağrılıb ciddi təhdid ediliblər və atama ciddi tapşırıq veriblər ki, oğlun Vüqara de ki, özünü yığışdırsın, orda sakit dursun. Ailədaxili səbəblərə görə mətbuata çıxmasına ailədə məsləhət olmayıb. Doğulduğum kənddə kənd sakinləri bilir ki, bütün ailəm polis nəzarəti altındadır. Ailə üzvülərimin telefon nömrələrinə qədər nəzarətə götürülüb. Hal - hazırda da AXCP (Azərbaycan Xalq Cəbhəsi Partiyasının) və Fransanın Strasburq şəhərində təsis olunmuş AND (Azərbaycan Naminə Demokratiya) təşkilatının üzvüyəm və fəaliyyətimi Turan tv-də davam etdirirəm. Siyasi məhbuslara azadlıq və digər mövzularda Almaniyada keçirilən mühacirlərin etiraz aksiyalarında yaxından iştirak etmişəm. Buna görə yerli mətbuatda da haqqımda şər- böhtan, qara- yaxma kampaniyaları da bir neçə qəzetdə yayımlanıb. "Yeni Müsavat" (http://musavat.com/news/eli-kerimlinin-separatcilarla-is-birliyi-azerbaycana-ne-ved-edir_485956.html), "Haqqınaz" və "Virtualorg" qəzetilərində yazılar dərc olunub (http://virtualaz.org/bugun/76685). Məni Fətulla Gülənlə əlaqədə, separatçılıqda, vətənə xəyanətdə və digər məsələlərdə absurd ittiham edirlər.

Yekun. Avropada yaşayan mühacirlərin özlərinə və yaxın qohumlarına qarşı həyata keçirilən təzyiqlərlə bağlı yuxarıda qeyd olunan nümunələr və keyslər yalnız ümumi təzyiqlərin bir hissəsini təşkil edir. Bu misalların sayını artırmaq və çoxaltmaq olar. Amma qeyd olunan nümunələr də ümumi mənzərəni özündə ehtifa edir. Azərbaycan hakimiyyəti nəinki ölkə daxilində, hətta ölkədən kənarda da onu tənqid edənləri sevmir və bağışlamır. Nə yolla olursa olsun onları cəzalandırmağa çalışır. Siyasi mühacirlərin yaxınlarına qarşı həyata keçirilən təzyiqlər də bu “cəzalandırma”- nın tərkib hissəsidir.

Nəticə. Aparılan araşdırmalar göstərir ki, müxtəlif səbəblər ucbatından (daha çox sosial- iqtisadi vəziyyət və siyasi səbəblər- red.) ölkəni tərk edərək Avropa ölkələrində yaşayan mühacirlər yaşadıqları ölkədə göstərdikləri fəallıqdan dolayı onların özləri və Azərbaycandakı qohumları müxtəlif təzyiqlərə məruz qalırlar. Xüsusən hakimiyyət əleyhinə aksiyalar təşkil edən və orda iştirak edən, sosial şəbəkələrdə tənqidi fikirlər paylaşan fəallar daha çox hədəfdə olurlar. Azərbaycan hakimiyyətinin əli birbaşa onlara çatmadığı üçün onları susdurmaq və mövqelərindən geri çəkmək üçün həmin şəxslərin Azərbaycandakı ailə üzvlərinə və qohumlarına qarşı təzyiqlər həyata keçirir. Onların qohumlarını işdən çıxarır, polisə çağırıb təzyiq göstərir, həbs edir. Bəzən isə onları Avropadakı qohumlarından imtinaya məcbur edir. Bütün bunlar isə yerli və beynəlxalq qanunlara, eləcə də milli- mənəvi dəyərlərə ziddir.

Təkliflər. Avropada yaşayan azərbaycanlı siyasi mühacirlərin ictimai- siyasi fəaliyyəti ilə əlaqədar onların ailə üzvlərinə, qohumlarına qarşı həyata keçirilən təzyiqlər qanunlara zidd olmaqla yanaşı insanlar, ailələr, cəmiyyət və hakimiyyət arasında gərginliyin böyüməsinə təkan verir. Mühacirlərə olan təzyiqlər onlarla hakimiyyət arasında qarşılıqlı ittihamlara və müzakirələrə yol açıb. Bu təzyiqlər yol verilməzdir və dayandırılmalıdır. Aidiyyatı qurumlar bu yanaşmalardan çəkinməlidir. Siyasi müzakirələrin iştirakçılarından hər biri şərəf və ləyəqətin alçaldılmasına imkan verməməlidir. Siyasi mühacirlərə təzyiqlərlə bağlı beynəlxalq təşkilatlar seyriçi mövqe tutmamalı, Azərbaycan hakimiyyətinə qarşı tələb və tövsiyyələrini artırmalıdırlar.

İstinad olunan mənbələr;

  1. Təzyiqlərə məruz qalan mühacirlər və onların qohumlarından alınan məlumatlar;

  2. Mətbuatın xülasəsi və KİV- də dərc olunan məlumatlar;

  3. Almaniya Federal Statistika İdarəsinin məlumatı;

  4. Diasporla İş üzrə Dövlət Komitəsi;

  5. Beynəlxalq təşkilatların (Amnesty İnternational, Fredoom House və s.) yaydığı sənədlər;

  6. Avropa İnsan Haqları məhkəməsinin internet saytı;

  7. AR Cinayət Məcəlləsi və digər qanunvericilik aktlarından çıxarışlar;

  8. Sosial şəbəkələrdə yer almış (facebook.com, youtube.com və s.) məlumatlar, video sujetlər və s.

Mart 2018- ci il, Bakı şəhəri



Qeyd. Hesabatdan istifadə edilərkən istinad zəruridir.

Əlaqə; email: o.gulaliyev@gmail.com, tel; (+994) 070 971 71 21
Yüklə 259,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə